Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə12/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

24 

 

problemlərini  həll  etmək  iqtidarında  olmalı  olduğunu  müəyyən  etməli    və 



lazımi  resursları  bu  istiqamətə  yönləndirməyi  bacarmalıdırlar.  Bu  baxımdan 

dövlətin    idarəçiliyində  iştirak  edən  şəxslər,  qərarların  qəbulunda  iştirak  edən 

dövlət    qulluqçuları,  məmurlar,  dövlət    funksionerləri  fərdi  və  kollegial 

qaydada  səlahiyyətlərin,  vəzifə  bölgülərinin  uyğunluğunu  ayırd  etməyi 

bacarmalıdırlar. Cəmiyyətin sifarişlərinə fərdi və kollektiv reaksiyalar vermək 

məharətinə sahib olmalıdırlar.  

Kadrlar  ilk  növbədə  cəmiyyətdə,  sonra  isə  dövlət  hakimiyyətində 

yetişməlidirlər. Eyni zamanda dövlət hakimiyyətində bir müddət yetişmiş olan 

şəxs sonradan ictimai  fəalllıq nümayiş etdirməlidir Bu baxımdan da ardıcıllıq 

təmin  olunmalı  və  bütövlük  əldə  edilməlidir.    Dövlətin  idarəçiliyində  iştirak 

edən  şəxlsər  ictimai  nüfuz  sahibləri  olmalı  və  lazımi  anlarda  cəmiyyətin  fikir 

axarını dəyişmək iqtidarında olmalıdırlar. Bu baxımdan geniş bilikli olmalı və 

dövləti idarəetmə bacarığına sahib, saf ruhlu insanlar olmalıdır.  

 

Qanunvericiliyin  hazırlanması,  qəbulu  və  icrası  mexanizmlərinin 

öyrədilməsi 

 

Dövlət normalarla və qaydalarla idarə olunan bir kompozisiyadır. Norma 

və  qaydalar        insanların  ruhuna  cavab  verməli,  eləcə  də    onlarda  yeni  ruhu 

aşılamalıdır.  Norma  və  qaydalar  qəbul  edilərkən  və    icra  olunarkən  şəraitlər 

kompleksi nəzərə alınmalıdır.  

Qanunvericilik  aktlarının  forma  və  məzmununun,  həmçinin  sahələr  üzrə 

tərtibatı  əsasları  mütəxəssislər  üçün  öyrədilir.  Kadrlar  ümumiyyətlə, 

təşəbbüskar  olurlar  və  yeni  ideyalarla  yeni  təsisatların  və  qanunvericilik 

sənədlərinin əsaslarını öyrənirlər. Qanunların və qaydaların törədilməsini əsas 

prinsip  kimi  qəbul  edirlər.    Qanunvericiliyin  tələbata  uyğunluğu  kadrlarda 

dərketmə  obyektinə  çevrilir.  Qanunvericilik  aktlarının  zəruriliyi,    aktların 

qəbulu  əsasları  kadralar  tərəfindən  dərk  olunur.  Qanunvericilik  aktlarının 

təsnifatı  və  nizamlama  əsasları  da  mütəxəssislər  tərəfindən  öyrənilir.  Kadrlar 

sənədlərin məzmunu, tərtibatı forması, sənədlərin obyekti barədə ətraflı dolğun 

məlumatlarla zənginləşdirilirlər. Kadrlar hazırlanmasında texniki və məzmunu 

prosedurlar  həyata  keçirilir.  Həmçinin  lokal  və  mərkəzi  struktur  və  məzmun 

izah  olunur.  Qanunvericilik  sənədlərinin  texniki  sirkulyasiyası,    tətbiqi 

arenaları diqqət mərkəzinə alınır. 




25 

 

II FƏSİL 



Mədəniyyət və siyasət fəlsəfəsi 

 

Vətənə sevgi hissləri və vətənpərvərlik duyğusu kriteriyaları  üzrə  

şə

xslərin kateqoriyaları 

 

Bu yazı bəlkə də çoxları üçün qəribə gələ bilər. Lakin yazının sonundakı 

fikirlər  bu şəkildə yazını qələmə almağa mənə səbəb verdi.  

 

Hər  kəs  açıqdır  ki,  insanı  sevdirən  çoxlu  sayda  məqamlar,  şəraitlər, 

məkanlar,  vasitələr,  eləcə  də  proseslər    mövcuddur.  İnsanlar  bir-birilərini  də 

sevirlər.  İnsan  üçün  çoxlu  sayda  vasitələr  elə  istəyin,  məhəbbətin  obyekti  ola 

bilir. Bu obyektləri də təsnif etmək olar. Eyni zamanda istəklərin və dərəcələri 

mövcuddur.  İstəyin  özü  də  proseslərdən  ibarətdir.  Deməli,  istək  prosesləri 

özünə obyekt edən prosesli vəziyyətlərdən ibarətdir.   

Qeyd  olunduğu  kimi,  proseslər  də  sevilə  bilər.  Məsələn,  yaradıcılıq  və 

quruculuq  işləri,  əl  əməyi  işləri  elə  sevilə,  istənilə  bilir.  Bu  baxımdan  da  elə 

vərdişlər də istənilir, sevilir. Çünki insanlar həzz alırlar, zövq alırlar, deyərdik 

ki, enerji toplayırlar.  Vərdişlər üçün, -onlarla  məşğul olmadıqda,- darıxmalar 

əmələ gələ bilir.   

Məlumdur  ki,  sevgi,  məhəbbət  istək  nəyinsə,  kiminsə  tərəflərdə,  yəni 

şəxslərdə xoşagəlinməsidir. Bu istəklər insanlar arasında ya qarşılıqlı ola bilir, 

ya  da  birtərəfli  formada  büruzə  verir.  İnsanların  insanlara  qarşı  sevgisi  də 

müxtəlif olur və kateqoriyalara bölünür. Məsələn, gənclərin məhəbbəti,   ailədə 

ərlə arvad arasında olan sevgi, valideynin bala məhəbbəti, bu baxımdan ananın 

və  atanın    evlad  sevgisi,  ailədə  yaxın  qohumlar  arasında  olan  sevgi,  balanın 

valideynə  olan  sevgisi,  istəyi,  baba  və  nənə  sevgisi,  nəvə  sevgisi,    dost  və 

yoldaş istəyi bu kateqoriyaya aiddir. İstək sahələrə və kəmiyyət dərəcələrinə 



bölünür.

      İstəklər  azdan  çoxa  doğru  arta  və  yaxud  da  əks  istiqamətdə  azala 

bilər.  

Sevgi,  istək,  məhəbbət  duyğuları    özlüyündə  mücərrəd  bir  hadisə 

olmasına  baxmayaraq,  konkret  məsələlərdə  büruzə  verəndir.  Ülvi  hisslər 

insanlarda  mühafizəkarlığı  meydana  gətirir,  insanlar  öz  sevdikləri,  istədikləri 

vasitələri qorumağa və əldən  buraxmamağa, onlardan ayrılmamağa çalışırlar.  

Sevgi,  məhəbbət  və  istək    hissləri  mənşə  etibarilə  obrazlanmadan 

meydana gəlir. Enerji istəkləri meydana gətirir. Əks olunmalar onu qəbul edən 

tərəfdə  müəyyən  qıcıqları  və  reaksiyaları  ortaya  qoyur.  Bu  baxımdan  da 

istəklər daha çox qıcıqlar və ona qarşı olan reaksiyalardan ibarətdir. Həmçinin 

enerji  mübadiləsidir.  Enerjinin  ayrı-ayrı  subyektlərdə,  tərəflərdə  məkan  əldə 

etməsidir.  Bu  baxımdan  da  istənilən  bir  şey  olmayanda  onun  yeri  görünür, 

boşluq  hiss  olunur.  Boşluq  sonradan  başqa  bir  şeylə  dolur.  Bu  baxımdan  da 

ayrılıq (nədənsə, kimdənsə)  müəyyən  zamandan sonra istək hisslərini öldürür. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə