Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

16 

 

çıxarır və onların  fəaliyyəti  mövcud obyektlər üzərində  yenilərinin  yaranması 



ilə xarakterizə olunur.  

 

Ə

xlaq fəlsəfəsi və şəxsiyyət  

 

Əxlaq  fəlsəfəsi  şəxsiyyəti  əhatə  edən,  şəxsiyyəti  yaradan  düşüncələr 



məcmusudur.  Əxlaq  özündə  çox  şeylərdən  çəkinmə  və  imtina  fəlsəfi 

düşünəclərinin əsaslarını təşkil edir. Əxlaq normalardan və qaydalardan ibarət 

olan  mənəvi  bir  prosesdir,  vəziyyətdir.  Həm  də  norma  yaradan  və  qaydalar 

müəyyən edən kriteriyadır.  Əxlaq insan davranışını müəyyən edən kriteriyadır 

və  hər  bir  şəraitdə  hədləri  ilə  xarakterizə  olunur.  Əxlaqın  hədləri  dəyişir  və 

cəmiyyətdə  və  dövlətdə  daha  üstün  xarakter  alır.  Şəxsiyyət  ailəyə  nisbətən 

cəmiyyətdə və dövlətdə daha çox əxlaqlı olur. Əxlaq şəxsiyyəti müəyyən edən 

baza  sərhədverici  amildir.  Əxlaq  özündə  nəfsə  hakim  olmanı  ehiva  edir. 

Şəxsiyyət böyüklük əlamətidir və bu baxımdan da keçici və dəyişən xarakterin 

formalaşmasına səbəb olur. Şəxsiyyəti xarakter yaradır, xarakter də şəxsiyyətin 

meydana gəlməsini təmin edir.  

 

Nizamlı şəxs 

 

Dövlət  və  cəmiyyət  nizamlı  qurumdur.  Şəxs  də  nizamlıdır.  Nizamlılıq 

mədəniyyətin  göstəricisidir.  Çünki  mədəniyyət  özündə  əxlaq  normalarını 

ehtiva etməklə, yaradıcılıq və quruculuq nümunələrinin vəhdətindən meydana 

gəlir  Nizamlılıq  elementlərin  tərkib  hissələrin  müəyyən  istiqamətlər  üzrə  sıra 

ilə  təqribən  eyni  forma  ilə  düzülməsidir.    Şəxslər  öz  fəaliyyətlərini  dövlət  və 

cəmiyyət nizamına uyğun qururlar. Fəaliyyət bir tərəfdən nizamı yaradır, digər 

tərəfdən  də  nizamla  meydana  gəlir.    Cəmiyyət  harmoniyalardan  ibarət  olan 

kompozisiyadır.  Şəxsiyyət  də  öz  həyatını  bu  harmoniyaya    uyğun  şəkildə 

qurur. Nizamlılıq bir kriteriya kimi bütün şəraitlərdə tətbiq olunur. 

Nizamlı  şəxs həm də daha çox əxlaqlı insandır. Çünki nizam sərhədlənir, 

əxlaq da müvafiq qaydada sərhədlənir.   



 

Tarazlı və müdrik şəxs  

 

Ailə  və  cəmiyyət  insanların  taraz  yetişməsində  əvəzsiz  rol  oynayır.  



Müdriklik  elə  tarazlıqdan  yaranan  və  tarazlıqdan  artan  bir  vəziyyətdir, 

göstəricidir. 

Müdriklik 

daxili 


enerjinin 

zənginliyidir. 

 

Müdriklik 



maksimalizmdir  və  demək  olar  ki,  dəyərləri  qoruyub  saxlamaq  əlamətidir. 

Müdriklik hər bir obyektə alidən baxmaq funksiyasını yerinə yetirir. Müdriklik 

həyat  dərsindən  yaranır.  Daxili  taraz  insanların  enerjili  insanların  müdrik  və 

tarazlı  şəxs  olmasına  səbəb  olur.  Şəxsiyyət  daxili  strukturun  zənginliyi 

olduğundan onun daxili elə müdrikliklə xassələnir.  

 

 



17 

 

Dolğun nitqə malik olan şəxsiyyət 



 

Nitq,  natiqlik    şəxsiyyətin  qabiliyyət  və  istedad  göstəricisidir.  Nitq  eyni 

zamanda  savad  və  bilik  kriteriyasıdır.  Nitqin  dolğunluğu  sistemin  zəngin 

olmasından  irəli  gəlir.  Nitqin  zənginliyi  vəziyyəti  ifadə  edən  rəngarəng 

sözlərdən  formalaşır.    Natiqlik  qabiliyyəti  ətraf  insanlara  təsirlər  edən  əsas 

faktorlardır.  Dolğun  nitq  proseslərin  və  obyektlərin  zəngin  tərzdə  ifadə 

olunmasıdır.  Bu  da  özlüyündə  düşüncələrin  aydınlığından,  proseslərin 

təfəkkürdə obrazlanmasından meydana gəlir. Dolğun nitq struktur yaradır. Bu 

struktur da özündə geniş əhatələnməni meydana gətirir. Dolğun nitq proseslərə 

təsirlər  edir  və  proselsəri  istiqamətləndirir.  Bu  baxımdan  da  dolğun  nitq 

elementlə  axarının  əsaslarını  meydana  gətirir.  Dolğun  nitq  əks  tərəflərin 

düşüncələrində əhatəli istiqamətlənməni meydana gətirir.    



 

Dövləti idarəetmə kadrlarının yetişdirilməsi (hazırlanması)  əsasları 

 

İnsan  ailədə,  cəmiyyətdə  və  dövlətdə  yetişərək  yüksək  səviyyəli  

şəxsiyyətə çevrilir. Yüksəklik geniş dərk etməkdir və ali və ətraflı olaraq, geniş 

miqyaslı  xidmət  etmək  göstəricisidir.  Alilik  müdriklik  deməkdir  və 

pozitivlikdir.  Dövlət  bu  baxımdan  elə  filosoflar,  yəni  müdrik  insanlar 

tərəfindən  ali  səviyyədə  idarə  olunmalıdır.  Fəlsəfi  idarəetmə  təbii  olaraq 

cəmiyyətin  tarazlı  idarəçiliyini  özündə  ehtiva  edir.  Tarazlı  idarəçilik  də 

dialektik  qaydada  sabitliyi  və  möhkəmliyi  yaradır.  Filosofların  idarəçiliyi 

cəmiyyət  üzvlərinin  maraqlarının  tarazlı  qaydada  təmin  olunması  zərurətini 

meydana gətirir.  

Dövlət  ali  fenomendir.  Buna  görə  də  özündə  ideal  müdrikliyi,  həmçinin  

real  ali  insani  keyfiyyətləri  cəmləşdirən  bir  kompozisiyadır.  Dövlətin  ruhu 

onun  fiziki quruluşunu təşkil  edən elementlərin ruhundan formalaşır.  Demək 

olar  ki,  onun  özündə  qərarlaşır.  Bu  baxımdan  da  dövlət  həm  də  mənəviyyat 

modelidir. İnsanların, cəmiyyətin, xalqın mənəviyyatını qoruyan bir bütövdür. 

Dövlət  formaca  struktura  malik  olub,  məzmunca  xidmətləri,    fəaliyyəti, 

siyasəti    özündə  ehtiva  edən  bir  kompozisiyadır.  İdarəçilik  subyektlərin  fərdi 

və    kollektiv  fəaliyyətidir,  kollegial  qərarlara  əsaslanır  və  cəmiyyətdə 

maraqların  tənzim  olunmasını  başlıca  strateji  hədəf  kimi  müəyyən  edir, 

özlüyündə  taktiki  fəaliyyəti  təmin  edir.      Dövlət  öz  mənbəyini  cəmiyyətdən 

götürür. Çünki insanlar cəmiyyətdə yaşayırlar və fəaliyyət göstərirlər. Sabit və  

möhkəm  dayanıqlı  cəmiyyətlər  güclü  dövlətlərin  əsas  dayağı  hesab  olunur.  

Cəmiyyət bütövü elə dövlətin daxili  bütövlüyünü təşkil edir. Çünki cəmiyyət 

daxili  hissələrdən,  mərhələlərdən  ibarət  olan  bir  kompleksdir.      Dövlətin 

mənbəyi  təbii  ki,  insanlardan  ibarətdir,  dövlətin  digər  tərkib  elementləri  isə 

insanların  üzərlərində  qərarlaşdığı  məkanlardır.  İnsanların  yaratdığı  və 

kollektiv  olaraq  toplaşdığı  məkanlar  da  siyasətin  mərkəzləri,  qərarların  qəbul 

olunması  mərkəzləri  hesab  olunur.    İnsanlar  məkan  üzərində  öz  maraqlarını 

təmin  etmək  məqsədilə  dövlət  qurumunu  təşkil  edirlər.  Bununla  da  özləri-



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə