Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   2   3   4   5   6   7   8   9   ...   44

 

Beynəlxalq  münasibətlərin  xüsusiyyətləri  və  psixologiyası  meydana  gəlmiş 



olur.  Ümumiyyətlə,  məkan  baxımından    siyasətin  psixoloji  xüsusiyyətləri 

dövlətdaxili  və  beynəlxalq  olmaqla  iki  baza  istiqamətə  ayrıla  bilir.  Hər  iki 

istiqamətin  özündə  siyasətin  psixoloji  xüsusiyyətlərini  meydana  gətirən 

faktorlar,  ümumi  mühit  başlanğıc  rolunu  oynayır.  Nəticələr  də  yeni  siyasi 

şəraitləri  ortaya  qoyur.  Buradan  da  siyasətin  psixoloji  amilləri  meeydana 

gəlmiş  olur.  Siyasətin  psixoloji  amilləri  siyasi  şəraitlərin  meydana  gəlməsini 

təmin  edir.  Siyasi  şəraitlər  həm  gərgin  şəraitlərdən,  həm  də  sabitliklərdən 

meydana  gəlir.      Siyasətin  xüsusiyyətləri  mühit  kimi  gərginlikləri  meydana 

gətirir,  gərginliklərdən  başlanğıclar  götürür,  eləcə  də  gərginlikləri  nəticələr 

olaraq ortaya qoyur. Bununla yanaşı, sabit və sülh vəziyyətlərindən başlayır və 

nəzicələr olaraq ortaya qoyur. 

Siyasətin psixoloji aspektləri onun dərk olunmasının sistemli əsaslarından  

meydana  gəlir.  Burada  dərketmə  metodları  mühüm  önəm  kəsb  edir.  Siyasi 

fəaliyyətin ruhi nəticələri, başlanğıcların ruhi nəticələrinin tərkib etibarilə dərk 

olunması      özündə  siyasətin  psixoloji  aspektlərini  meydana  gətirir.  Xalqın 

mental 


dəyərlərinin 

öyrənilməsi, 

siyasətçilərin 

fərdi 


xarakterlərinin 

öyrənilməsi, şəxsiyyətin psixi portretinin müəyyən edilməsi siyasətin psixoloji 

əsaslarını  meydana  gətirir.    Bütün  siyasi  fəaliyyətin  və  onun  nətiəclərinin 

analizi siyasətin psixoloji aspektlərini özündə cəmləşdirir.  



 

Dövlətdaxili siyasətin psixi xüsusiyyətləri 

 

Dövlətdaxili siyasətin psixi xüsusiyyətlərini meydana gətirən faktorlar: 

 

Subyektlər

-müxtəlif  məkanlar  üzrə  fərqli  və  oxşar    maraqları  olan  və 

siyasi münasibətlərdə və əlaqələrdə iştirak edən ünsürlər; 



Obyektlər

-siyasətin  üzərində  aparıldığı  vasitələr-  resurslar:    məkanlar, 

insanlar, təbii və maddi resurslar 

 

Dövlətdaxili  siyasətin  psixi  xüsusiyyətlərinin  başlanğıc  və  nəticə 



vəziyyətləri 

 

-sabitliklər və sülh vəziyyətləri; 



-müharibələr, böhranlar, qarşıdurmalar, inqilablar fonunda meydana gələn 

digər  gərginliklər; 

-təbii fəlakətlərdən, fövqəladə vəziyyətlərdən  meydana gələn  əsaslar; 

Sabitlik  və  sülh  vəziyyətləri  –vərdiş  olunmuş  və  demək  olar  ki,  hər  bir 

şəxsin bu və ya da digər dərəcədə maraqları təmin olunmuş sabit sistemlər; 

-yeni sistemlərə keçidlərlə xarakterizə olunan xaotik vəziyyətlər.  




 

Proseslər 

isə  özündə  strukturlaşdırma  və  destrukturalizasiya  proseslərini 

əks  etdirir.  Ümumiyyətlə,  inkişaf  prosesləri,  eləcə  də  tənəzzül  prosesləri 

özündə siyasətin psixi hallarını yaradır.  

 

Beynəlxalq münasibətlərin psixi xüsusiyyətləri 

 

Hər  bir  hərəkət  edən  subyekt  özündə  psixi  xüsusiyyətləri  cəmləşdirir. 



Hərəkət  edənin  maraqları,  mənafe  və  məqsədləri  onun  xarakterinin  müəyyən 

olunmasında  mühüm rol oynayır. Beynəlxalq  münasibətlərin xarakteri başlıca 

olaraq onun vəziyyəti ilə obrazlanır. Hərəkətlərdən meydana gələn təsir siqnal 

qəbuledicidə 

xarakterin 

formalaşmasına 

təsirlər 

edir. 


Beynəlxalq 

münasibətlərin  psixi  xüsusiyyətləri  bu  münasibətlərin  müxtəlif  səviyyələrlə 

qurulmasında iştirak edən subyektlərin qarşılıqlı əlaqə vəziyyətləri və hallarını 

nəzərdə tutur. 

Beynəlxalq  münasibətlərdə  dövlətlərin  güclərinə  görə  təsnif  olunması  və 

dövlətlərin  iştirak  imkanları  beynəlxalq  münasibətlərin  psixoloji  əsaslarının 

meydana  gəlməsinin  əsasında  dayanır.  Beynəlxalq  münasibətlərin      xarakteri 

münasibətləri özündə ehtiva edən   vəziyyətlərdən yaranır. Xarakteri hərəkətlər 

və  onların  sahələri  və  miqyasları  meydana  gətirir.  Beynəlxalq  münasibətlərin 

xarakteri münasibətlərdə iştirak edən subyektlərin güclərinə də bağlı olur. Hər 

bir  subyektin  hərəkət  xüsusiyyəti  münasibətlərin  və  əlaqələrin  tərzini  ifadə 

edir.  Münasibətlərin  xarakteri  əlaqələrin  və  münasibətlərin  nəticələrindən 

meydana  gəlir.  Beynəlxalq  münasibətlərin  xarakteri  dövlətlərin  daxillərində 

subyektlərin  fəaliyyətinə də  təsirlər edir. Beynəlxalq  münasibətlər sistemi öz-

özlüyündə  vahid  tərkib  və  bütöv  olaraq  ümumi  xarakterin  formalaşmasına 

səbəb  olur.  Bu  beynəlxalq  münasibətlərin  ümumi  mühitini  meydana  gətirir. 

Beynəlxalq münasibətlərin xarakteri beynəlxalq davranış kodekslərini yaradır. 

Bu  da  özlüyündə  beynəlxalq  münasibətlərdə  etik  qaydaları  formalaşdırır. 

Beynəlxalq münasibətlərin xarakterini bu münasibətlərdə və əlaqələrdə iştirak 

edən subyektlərin istifadə vasitələri də yaradır. Subyektlərin hərəkətləri və bu 

hərəkətləri  şərtləndirən  amillər,  zərurət,  vasitələr    məhz  beynəlxalq 

münasibətlərin xarakterini özündə ehtiva edir. 

Beynəlxalq  münasibətlərin  xarakterini  mövcud  normalar  və  normalar 

əməl etmək halları və səviyyəsi də meydana gətirir. Bu baxımdan da normalara 

hörmət  qoyan,  əməlləri  ilə  düzgün  mövqedə  olan  dövlətlər  və  normalara 

hörmət  qoymayan  dövlətlər  qrupu  formalaşır.  Beynəlxalq  hüququn  və  adət 

qaydalarının  yaranması  elə  və  onlara  hörmət  qoyulması  özündə  beynəlxalq 

münasibətlərin  psixi  vəziyyətinin  formalaşmasına  səbəb  olur.    Beynəlxalq 

hüquqa əməl özü beynəlxalq münasibətlərin psixi əsaslarını meydana gətirir.  

 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə