Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə9/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

18 

 

özləri  üzərində  səlahiyyətli  idarəçilər,  hüquqi  tərəflər  müəyyən  etmiş  olurlar. 



Cəmiyyət  burada  dövlətə  güc  verir,  dövləti  potensialı  olan  tərəfə  çevirir. 

Dövləti öz arxasında müdafiəçi  tərəf kimi görür.  Həmin potensial tərəfdə də 

cəmiyyətin  elə  özü  qərarlaşır.        İnsanlar  cəmiyyətə  dövlətləri  üzərində 

himayəçi  bir  mənbə  kimi  də  baxırlar.  Dövlət  cəmiyyət  üzərində  və  daxilində 

qərarlaşmaqla  onu  daxildən  dağılmağa  qoymur.  Dövlət  sağlam  cəmiyyətin 

“atmosferini” təşkil edir.     Dövlət hakimiyyətinin subyektləri elə cəmiyyətin 

üzvləri  hesab  olunur.  Dövlət  və  cəmiyyət  vəhdəti,    dövlətin  cəmiyyətin 

sifarişini yerinə yetirməsi funksiyası və bu istiqamətdə məsuliyyət və öhdəliyi, 

həmçinin  hüquqları,  hüquqlarından  irəli  gələn  vəzifələri  dövləti  cəmiyyətdən 

asılı  edir.    Dövlət  cəmiyyət  üzərində  sanki  bir  qoruyucu  örtük    və  cəmiyyət 

daxilini    təminedici  aparat  və  mexanizmli    struktur  rolunu  oynadığından, 

qurumun  əsas  prinsipləri  cəmiyyətlə  bağlılıqdan,    ondan  yararlanmaqdan  və 

ona xidmətlərdən ibarət olur. 

Dövlət  idarəçiliyi  sahələri  rəngarənglikdən  ibarət  olmaqla,  idarəetmənin 

rəngarəng  əsaslarını  özündə  cəmləşdirir.  Hər  bir  sahə,  həmçinin  sahələrarası 

vəhdət,  koordinativ  bağlılıq,  şərtləndirici  bağlılıq,  törənmə  funksiyası  

idarəetmənin      də  fərqli  əsaslarını  meydana  gətirmiş  olur.  Bu  baxımdan  da 

idarəetmə  bir  mexanizm  olmaqla  mürəkkəb  funksiyanı  özündə  cəmləşdirir. 

İdarəetmə  piramidal  prosesli  struktura  malik  olur,  ona  görə  ki,  funksiya  və 

öhdəlik baxımından struktur da pilləli olur, piramidal əsasları yaradır.  

Dövlət  idarəetmə  mənbəyi  və  sahəsi  olduğundan  mütəxəssislərin  burada 

iştirakı  vacib  əhəmiyyət  kəsb  edir.  Dövlət  idarəçiliyi  özündə  mürəkkəblikləri 

də  ehtiva  etdiyindən,  burada    kadrların  hazırlanması  önəmli  rol  oynayır.  

İdarəçilik  özündə  çoxlu  sayda  geniş  bilikləri  əks  etdirən  bir  fəaliyyətdir. 

İdarəçilik kadrların yetişməsini özündə ehtiva edən bir prosesdir. Bu baxımdan 

da elmilik və  rasionallıq tələb edir. Rasionallıq, elmilik də maariflənməkdən, 

təhsildən,  təlim  və  tərbiyədən    başlayır.  Buna  görə  də  kadrların  yetişməsində 

ayrı-ayrı  sahələr üzrə biliklərin əldə   olunması  vacib amilə  çevrilir. İdarəçilik 

bir  proses  olaraq  özündə  mütəxəssislərin  mərhələli  yetişməsini  zəruri  edir. 

İdarəçilik  və  cəmiyyətin  rasional  və  elmi  məzmunda  dövlətlə  bağlı  olması 

prinsipləri onu deməyə əsas verir ki, dövlətin idarə olunmasında  təmsil olunan 

şəxslər  də  elmi  və  rasional  təfəkkürə  malik  olmalıdır.  Dövlət  həm  də 



mədəniyyət  fenomenidir.

  Dövlətin  mövcudluğu  və  cəmiyyətə  xeyir  verəcək 

səviyyədə  fəaliyyət  əsasları    xalqın  mədəniyyət    qabiliyyətinin  göstəricisidir.  

Dövlətin sağlam sistemi cəmiyyətin sağlam üzvlərindən və maraqların sağlam 

təminatından  asılıdır. Çünki dövlətin daxili elə insanlardan ibarət olaraq təşkil 

olunur. 


Dövlət  mənəviyyat  bütövü  olan  fiziki  bir  quruluşlu  model  rolunu 

oynadığından,  bu  qurumda  iştirak  edən,  siyasəti  təmin  edən  şəxslər  də  saf 

ruhlu  insanlar  olmalıdır.  Dövlətin  ali  idarəçilik  mərhələsində  işltirak  edən 

şəxslər bir neçə mərhələdə yetişməli, kadr hazırlığı trayektoriyasında ardıcıl və 

mərhələli  şəkildə  iştirak  etməlidirlər,  hazırlanmalıdırlar.  Kadr  hazırlığında 



19 

 

təhsil, elm birlikdə istifadə olunmalı, davranışda və elmi bilikləri əldə etməkdə  



nizamlılıq  prisnipləri  əsas  götürülməlidir.    Kadr  hazırlığı  şəxslərin  enerji  

toplamasına,  bu  baxımdan  istedad  və  qabiliyyətlərinin  artmasına  xidmət 

etməlidir.  Kadrların  hazırlanması  mərhələlərinin  əsas    subyektləri    ailədən, 

cəmiyyət  strukturlarından,    məktəblərdən,  siyasət  mərkəzlərindən  ibarət 

olmalıdır. Hər bir  mərhələdə  ardıcıllıq həm də əhatəliliklə  xarakterizə olunur. 

Belə  ki,  siyasətçilərin,  dövləti  idarə  etmək  üçün  digər    kadrların, 

mütəxəssislərin    hazırlanması  proseslərindəki    hər  bir  mərhələdə  müəyyən 

biliklər  əldə  olunur,  istiqamətlər  qazanılır.  Bu  baxımdan  da  biliklər  mərhələli 

olaraq  əldə  olunur.  Forma  prosesləri  də  buna  müvafiq  olaraq  həyata  keçirilir.  

Biliklərin  təcrübədə  tətbiqi,  həmçinin  yeni  biliklərin  qazanılması  özündə 

ardıcıl mütəxəssis hazırlığını ehtiva edir. 

Dövləti  idarə  etmək  üçün  xalqa  təqdim  olunma  mərhələsi  əsasən  iki 

istiqamətdə  həyata  keçirilir:  “aşağılardan”  və  “yuxarıdan”.    Yuxarıdan 

təqdimat o halda olur ki, həmin şəxs gələcək hakimiyyətə ənənəvi olaraq,  irsi 

qaydada  sahib  olmalıdır.  Yuxarıdan  təqdim  olunanlar  elə  yuxarıda  (ali 

mərkəzlərdə)  hazırlanır  və  eyni  zamanda  cəmiyyətdə  -buna  şərti  olaraq  aşağı  

pillə kimi demək olar-yetişir. Dövlət üçün ən güclü, ən layiq namizədlər yuxarı 

və  aşağı  mərhələnin  vəhdətində  yetişənlər  olurlar.  Çünki  bu  şəxslər  həm 

aşağıdan  yuxarıya  doğru  məktəb  keçirlər,  həm  də  praktiki  olaraq  yuxarıların 

fəaliyyətində  iştirak  edirlər.  Bu  iki  istiqamət  kadrlarda,  siyasətçilərdə, 

mütəxəssislərdə  əhatəlilik  meydana  gətirir,  komplektiv  vəhdət  yaradır.  İki 

mərhələdə  hazırlanan  kadrlar    üçün  arenalar  təşkil  olunur,  onların  şəxsiyyət 

kimi açıq cəmiyyət önündə fəaliyyəti reallaşır. Siyasətçilərin, kadrların özünü 

sübuta  yetirmək  üçün  real  imkanlar  açılır,  səhnələr  təşkil  olunur.  Bu  anda 

şəxslərdə 

natiqlik 

qabiliyyəti 

formalaşır. 

Cəmiyyət 

və 


hakimiyyət 

mərhələlərində  formalaşmaq  dövlətin  daxili  və  xarici  siyasətinə  yaxından 

bələdçiliyə və eləcə də vurulan nəbzləri (hakimiyyətin və cəmiyyətin nəbzləri)  

yaxşı  dərk  etməyə  imkan  yaradır.  Bu  məsələyə  fəlsəfi  yanaşsaq,  həm  də  onu 

qeyd  edə  bilərik  ki,  kadrların  hazırlanmasında  ideallıqla  reallıq  çulğaşır. 

Şəxslərdə  aydın  dərk  etmək  qabiliyyəti  meydana  gəlir.  Şəxslər  dövlətlə 

cəmiyyət  kompleksləri  arasındakı  tələb-təklif  məsələlərini  yaxından  dərk  edə 

bilirlər.  Hakimiyyəti  dərk  edərək,  hakimiyyətin  işində  iştirak  etməmək  

hakimiyyət, dövlət anlayışları haqqında ideal təsəvvür yaradırsa, hakimiyyətdə 

iştirak etmək artıq real təsəvvürlərin formalaşmasını zəruri edir. Birinci halda 



ideal  dövlət,  ikinci  halda  praktik  dövlət  anlayışı  formalaşır.

  Hər  ikisini 

özündə  cəmləşdirən  şəxslərdə  isə  hazırlıq  mərhələsi  yüksək  olur  və  ideal 

dövlətin  real  dövlətlə  fəlsəfi  əlaqəsini  özündə  cəmləşdirir.  Kadrların 

hazırlanmasında  cəmiyyətdən  gələn  enerji  daha  yüksək  olur  və  şəxs  öz 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə