Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə6/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   2   3   4   5   6   7   8   9   ...   44

12 

 

insanların  əlaqə  və  ünsiyyət  yerləri  hesab  olunur.  İnsanların  əlaqə  və 



ünsiyyətləri artdıqca məkanları da böyümüş olur.  

Məkanın  miqyası  fərdin,  şəxsin  (şəxslərin)    potensialından  asılı  olur. 

Daha  çox  aləmə,  maddi-material  vasitələrə  sahib  olan  şəxslər  daha  geniş 

məkanlara sahib olurlar. Məsələn, əlində vəsaiti çox olan şəxsin hərəkət sferası 

böyüyür, çox yerlərə çıxışlar əldə edir. Bu da özlüyündə hüquqları, o cümlədən 

səlahiyhyətləri  böyüdür.    Eyni  zamanda  şəxslərin  ruhu  onların  məkanlarının 

miqyasını  dəyişir.  Ruhun  genişlənməsi  həm  daxilən  məkanı  böyüdür,  istəklər 

və maraqlar, mənafelər böyüyür. Həm də sərhədləri keçir və müəyyən olunan 

məkanları  aşır.  Bu  baxımdan  da  mücərrəd  məkan  anlayışı  ortaya  çıxır.  

Mücərrəd  məkanların  böyüməsi  ruha,  xəyala,  istəyə  bağlı  olur.  Konkret 

elementlər  də  məkanı  böyüdür.  Məsələn,  müəyyən  bir  məkanda  yaşayış 

vasitələrinin  olması  insanların  məkanlarını  genişləndirir.  Bu  baxımdan  da 

böyük  dövlətlərin  vətəndaşlarının  daha  geniş  hərəkət  etmək  imkanları  olur. 

Məkan  isə  sərhədlərdən  ibarətdir.  Hüquqlarla  bölgülərə  ayrılır.  Hüquq 

sərhədləri həm azadlığı artırır, həm də azadlığı məhdudlaşdırır. Burada hüquqi 

səlahiyyətlər  böyük  rol  oynayır.  İnsanların  əllərində  olan  resurslar  onların 

məkanlarını böyüdür.   

Azadlıq  məkan  və  hərəkət  nisbətinə  bağlıdır.  Məkan  üzərində  hərəkətin 

miqyası  azadlığın  ifadəsidir.  Azadlığın  həcmidir.  Azadlıq  sərbəstlik, 

müstəqillik  anlayışları  ilə  tərkib  təşkil  edir.  Azadlıq  məkanda    qeyri-

gərginlikdir.  Azadlıq  sahib  oluna  biləcək  imkanlara  sərbəst  şəkildə  nail 

olmaqdan 

ibarətdir. 

Azadlıq 


məkanla 

bağlı 


olduğundan 

məkanın 


bölüşdürülməsi  anlamını  verir.  Məkan  elementlərinin  paylanması  məhz 

azadlığın  əsaslarını  meydana  gətirir.  Azadlıq  müəyyən  bir  məkanda    təzyiq 

vasitələrindən xilas olmaq deməkdir. Təzyiq vasitələri azadlığı məhdudlaşdırır; 

çünki  pay  bölgüsünü  yaradır.    Azadlıq  həm  öz  məkanında  qazanılır,  həm  də 

başqa  məkana  keçidlə  meydana  gəlir.  Azadlıq  məkanda    təsirlərdən, 

təqiblərdən azad olunmaqdır və gərginliyin götürülməsidir. 

Azadlığın  həcmi,  miqdarı  mövcuddur.  Azadlıq  sərbəst  hərəkət 

məkanlarından  meydana  gəlir.  Bu  baxımdan  da  elementlər  arasındakı 

məsafəyə  bağlıdır.  Hərəkət  məsafəsinin  uzunluğu  azadlığın  həcmini  artırır.  

Resurs artımı bir tərəfdən məkanı artırırsa, digər tərəfdən də asılılığı meydana 

gətirir.  

Azadlıq  məkanda  təzyiqin  müəyyən  elementlərin  üzərindən  götürülməsi 

ilə yaranır. Sərbəstlik genişlənir və hərəkət məkanı böyüyür. İstifadə imkanları 

artır. Məsələn, bir dövlətin üzərindən digər dövlətin işğalı faktına son qoyulur. 

İşğal altında olan dövlət azadlıq qazanır.  

Azadlıq başqa bir məkanın qazanılması ilə meydana gəlir. Bu anda qopma 

və ayrılma yaranır. Məsələn, müstəqillik qazanmaq bir xalqın digər dövlətdən 

siyasi  baxımdan  ayrılmasıdır.  Dövlət  parçalanır,  mərkəzdən  digər  ərazilər 

ayrılır. 



13 

 

Azadlıq qərarların sərbəst  və  müstəqil  şəkildə qazanılmasından ibarətdir.   



Azadlıqda  güc  faktoru  mühüm  rol  oynayır.  Güclü  tərəflər  daha  çox  potensial 

əldə  edirlər,  enerji  qazanırlar.  Bu,  sürəti  artırır.  Sürət  məsafəni  böyüdür. 

Məkan genişlənir. Sərbəst hərəkət sferası meydana gəlir.      

    

    Siyasətin sosioloji aspektləri 

 

Siyasətin  sosioloji  aspektləri  dedikdə,  siyasətdə  iştirak  edən  qrupların  və 

siyasətlə  maraqları  dövlət  tərəfindən  təmin  olunan  qrupların  sosial  statusları 

nəzərdə  tutula  bilər.  Siyasətin  əsasları  insanların  maraqlarını  təmin  etməkdən 

və bu baxımdan da sistemli və pozitiv fəaliyyət həyata keçirməkdən ibarətdir. 

Siyasətin  sosioloji  aspektləri  də  siyasi  vəziyyətlərlə  bağlıdır.  Siyasətin 

sosiologiyası  dövlətlərdaxili  və  dövlətlərarası  əlaqələrin  sosial  aspektlərdə 

öyrənilməsinin  əsaslarını  təşkil  edir.    Burada  metod  olaraq  müxtəlif 

yanaşmalardan istifadə oluna bilər. Siyasətin subyektləri və obyektləri arasında 

əlaqələrin əsasları metodlarla öyrənilir.  



 

Dövlətdaxili siyasətin sosioloji əsasları  

 

 Siyasətin  əsas  mənbəyi  cəmiyyətdir.  O  cəmiyyət  ki,  onu  xalq  yaradır. 



Dövlətdə təmsil olunan subyektlər cəmiyyətdən gəlir. Dövlətin daxili və xarici 

siyasəti  əsasən  daxildəki  insanların  sosial  maraqlarının  təmin  edilməsini  əsas 

hədəf kimi  müəyyən edir. Dövlət ümumi olaraq sosial bir aparatdır. Siyasətin 

də son hədəfi sosial maraqların ödənilməsidir. Dövlət sosial ünsürləri qoruyan 

və sosial maraqları təmin edən siyasi bir qurumdur. Dövlətin sosioloji mənası 

onun  bir  sosial  qurum  kimi  izahından  irəli  gəlir.  Dövlət  insana  xdimət  edir, 

insan  sosial  ünsürdür;  ona  görə  ki,  əlaqələr  və  ünsiyyətdə  yaşayır.  Bu  fonda 

əmək  münasibətlərini  təminn  edir,  tələbatlarını  ödəyir.  Dövlət  daxilində  həm 

də sosial təbəqələr  meydana  gəlir. Dövlətin ehtiyat  fondları sosial təbəqələrin 

ehtiyaclarının  ödənilməsini  özündə  ehtiva  edir.  Dövlət  özünün  hüquqyaratma 

mexanizmisində məhz insanları sosial varlıq kimi müəyyən edir.  

 

Beynəlxalq münasibətlərin sosioloji əsasları  

 

Beynəlxalq  münasibətlər  özü  əlaqələr  forması  olduğundan  elə  sosial 

strukturlardan  ibarətdir.  Sosial  subyektlərə  dövlətlər  və  xalqlar  aiddir.  Fərqli 

inkişaf  özündə  sosial  təbəqələri  meydana  gətirir.  Beynəlxalq  münasibətlərdə 

dövlətlərin  fərqli  inkişafı,  ölkələrin  fərqli  iqtisadi,  mədəni  və  siyasi  struktura 

malik  olması  özlüyündə  beynəlxalq  münasibətlərin  sosioloji  əsaslarını  üzərə 

çıxarır.    Beynəlxalq  münasibətlərin  sosioloji  əsasları  burada  iştirak  edən 

dövlətlərin və təşkilatların əlaqələr və münasibətlər xassəsindən meydana gəlir.  




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə