Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə3/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   2   3   4   5   6   7   8   9   ...   44

 

Cəmiyyət dövlətin iç əsaslarını təşkil edir. Dövlətin hakimiyyət və qeyri-



hakimiyyət  tərəfləri,  ümumilikdə  vətəndaşlar  cəmiyyət  üzvləridir.  Buna  görə 

də  dövlət  üçün  lazım  olan  enerji  potensialı  cəmiyyətdən  gəlir.  Dövlət 

cəmiyyətin  həm  kollektiv,  həm  də  fərdi  ünsüründən  istifadə  edir.  Cəmiyyətin 

ümumi potensialından (yaradıcılıq və quruculuqdan yaranan potensial) insanlar 

istifadə  edirlər.  İnsanlar  öz  arxasında  həm  dövlət,  həm  də  cəmiyyət 

strukturlarını  görür.  Dövlət  bütün  xidmətlərini  cəmiyyətə  yönəldir.  Dövlət 

cəmiyyətin  həm  universal,  həm  də  fərdi-konkret  təbəqələrini  müdafiə  edir. 

Onların  maraqlarını  təmin  edir.  Dövlətin  əsas  funksiyasının  mənbəyi,  obyekti 

cəmiyyət  hesab  olunur.  Hansı  ki,  bu  cəmiyyətdə  xalq  strukturlaşır.  Cəmiyyət 

xalqın  yaşayış  tərzini  özündə  cəmləşdirən  bir  struktur  olaraq,    xalqın  sivil  və 

mədəni  quruculuğunun  və  yaradıcılığının  əsaslarını  özündə  cəmləşdirir. 

Cəmiyyət xalqın identifikasiyasını, yəni etnik və milli kimliyini dövlətlə birgə 

müəyyən edir. Vətəndaşlıq  statusu cəmiyətin hər bir üzvünə verilir. Bu status 

hüquq  və  siyasət,  eləcə  də  sosial  bir  statusdur.    Hüquq  normaları  daha  çox 

cəmiyyətdə  icra  edilir.  Dövlət  hakimiyyətində  hüquq  normalarının  icrası  o 

halda  təmin  olunur  ki,  həmin  icra  cəmiyyətə  sarı  yönəlir.  Dövlət  aparatında 

icra  fəaliyyətinin  əsas  məqsədi  cəmiyyətin  maraqlarının  təmin  olunmasına 

istiqamətlənir.  Dövlətdə  (burada  dövlət  hakimiyyətinin  aparatlarında,  siyasət 

mərkəzlərində)    inzibati  və  siyasi  tənzimləmə  məhz  cəmiyyətin  hüquq 

əsaslarını  meydana  gətirir.  Cəmiyyətin  hüquqları  siyasət  mərkəzlərində 

müəyyən olunaraq təsdiqini tapır. 

Dövlətin  vəsaitləri,  ehtiyat  fondları  sağlam  cəmiyyətin  və  sistemli 

cəmiyyətin rifahını təşkil edir.   

 

Siyasət və cəmiyyətin əlaqəsi  



 

Dövləti  təşkil  edən  və  fəaliyyəti  həyata  keçirən  insanlardır.  Dövlət  öz 

fəaliyyətini  insanlarla  təmin  edir.  Dövlət  özünün  ali  mənasını  insanlarda 

təcəssüm  etdirir.  Dövlət  fəaliyyəti  siyasət  adlandığından  insanların 

hakimiyyətdə  olan  fəaliyyyəti  də  siyasət  adlanır.  Bu  baxımdan  da  siyasət  öz 

mənbəyini  cəmiyyətdən  formalaşdırır  və  cəmiyyətə  doğru  yönəldir.  Siyasət 

cəmiyyət maraqlarını təmin edir. Buna görə də cəmiyyətin tələbat istiqamətləri 

məhz siyasətin icra istiqamətlərini özündə cəmləşdirir. 

Cəmiyyətin bütün strukturları siyasətlə formalaşdırılır. Dövlət fəaliyyətini 

cəmiyyətin inkişafına və sağlam olmasına  yönəldir. Dövlətin  siyasi sistemləri 

cəmiyyəti  əhatə  edir  və  cəmiyyətin    strukturları  arasında  koordinativliyi 

müəyyənləşdirir. Dövlət siyasəti cəmiyyət maraqlarını həm ümumi kriteriyalar 

üzrə, həm də fərdi-məxsusi kriteriyalar üzrə təmin edir. Cəmiyyətin inkişafına 

doğru  yönələn  siyasət  dövlətin  və  cəmiyyətin  özünün  möhkəmlənməsinə 

istiqamətlənir. Sağlam cəmiyyət pozitiv siyasətin məqsədini təşkil edir. 



 

Makro  siyasət  cəmiyyətə  universal  mənalar  verir  və  cəmiyyəti  ümumən 



bütövləşdirir.  Hər  bir  şəxsin  fəaliyyəti  siyasətin  obyektidir.  Eləcə  də  dövlət 

hakimiyyətində  təmsil  olunanların  fəaliyyəti  fərdi  və  kollektiv    olaraq 

siyasətdir. Siyasət cəmiyyət üzvlərində əksini tapan fəaliyyətdir. Bu baxımdan 

da maraqların icrasını qarşısına məqsəd kimi qoyur.       



 

Siyasətin xüsusiyyətləri və  psixoloji aspektləri  

 

Hər bir hərəkətin xüsusiyyəti vardır. Bu xüsusiyyəti təmin edən əsas amil 



hərəkətdə  olanın  və  hərəkəti  yaradanın  tərzindən  asılıdır.  Elementin  xassəsini 

məkan  və  tərkib  müəyyən  edir.  Subyektin  xassəsini  subyekti  təşkil  edən 

elementlər yaradır.  

Siyasətin  xüsusiyyətləri-

siyasətdə  iştirak  edən  və  siyasətin  tərkibini 

təşkil  edən  komponentlərin  (ünsürlərin,  subyektlərin,  vasitələrin,  elementlər) 

təsirlər,  münasibətlər  və  əlaqələr  fonunda  qarşılıqlı  şərtləndirici  halıdır. 

Xüsusiyyət hərəkətdən, hərəkət həcmindən və tərzindən meydana gəlir.     

Siyasətin 

psixologiyası-

siyasətin 

mühitinin 

xarakteristikasının 

öyrənilməsi  mənasını verir. Burada siyasətin psixologiyası dedikdə,  siyasətin 

məkana,  zamana  və  resurslara  bağlı  olaraq  sistemli  şəkildə  öyrənilməsinin 

əsasları  başa  düşülə  bilər.  Siyasətin  psixologiyası  siyasi  fəaliyyətin  məzmunu 

ilə  əlaqəlidir.  Siyasətin  psixologiyası  siyasi  fəaliyyətin  xarakteristikası 

haqqında sistemli biliklərdən ibarət olan bir haldır.  

Siyasətin  psixologiyası  siyasətin  xarakterini  iki  baza  aspektdə  öyrənə 

biliər:  birincisi  subyektlərin,  siyasəti  həyata  keçirənlərin  psixoloji 

xüsusiyyətlərinin  öyrənilməsi.  Burada    əsasən  siyasətçilərin  (buarada 

liderlərin)  xarakterləri    ilə  bağlılıq  var.    Birinci  istiqamətin  ikinci  qolu  da 

siyasət  institutlarının  xüsusiyyətləri  ilə  bağlıdır.  İkincisi,  siyasi  mühitin 

(başlanğıc  və  nisbi  son  nəticələr  baxımından)  xüsusiyyətlərinin  araşdırılması. 

Bu iki istiqamət vəhdətlilik təşkil edir. Siyasətçilər öz siyasi maraqlarını təmin 

etmək  üçün  siyasi  mühitdən  istifadə  etməyə  çalışırlar.  Siyasətçilər  həmçinin 

siyasi  mühitin  formalaşmasında  iştirak  edirlər.    Hər  iki  halda  siyasi  mühiti 

(subyektlərə və obyektlərə münasibətdə) əks etdirən kriteriyalar mövcud olur. 

Bununla  yanaşı,  hesab  etmək  olar  ki,  siyasətin  əsasları  siyasət  obyektləri 

üzərində fəaliyyət həyata keçirilərkən meydana gələn kateqoriyalar da mühüm  

rol  oynayır.  Bu  baxımdan  resursların,  imkanların,  zamanların  və 

gerçəkliklərin,  ümumilikdə  isə  sistemin  xarakteri  psixologiya  üçün  baza 

prinsiplər  rolunda  çıxış  edir.  Siyasətin  psixologiyası  siyasət  subyektlərinin  və 

obyektlərinin  qarşılıqlı  əsaslarını  şərtləndirici  (deduktiv)  əsaslarını  meydana 

gətirir.  

Siyasətin xüsusiyyətləri daxili və xarici məkanlar üzrə formalaşır. Burada 

daxili  siyasət  üzrə  siyasətin  psixoloji  faktorları  mühüm  rol  oynayır.  Eləcə  də 

siyasətin  xarici  faktorlar  üzrə  psixoloji  xüsusiyyətləri  də  mövcud  olur. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə