Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə19/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

38 

 

təfəkkürü  və  əməli  öz  etik-estetik  sintezini  ortaya  qoymuş  olur.  (Qeyd: 



yaradıcılıq  və  quruculuq  bir-birini  tamamlayan  ifadələrdir.  Məsələn,  bir 

binanın layihəsi-interyeri və eksteryerinin təsviri forması-   bir memarlıq  

nümunəsidir.  Bu  yaradıcılıq  reallaşır  və  quruculuqda,  yəni  inşaatda 

özünü  büruzə  verir.  Layihə  ilə  bina  tikilir.    Eləcə  də  bir  abidənin 

ə

dəbiyyatda  təsviri  quruculuğu  yaradıcılıqla  tamamladır.  Hər  hansı  bir 

ə

dəbiyyatçı, yazıçı, rəssam mövcud abidənin və digər qurulunun təsvirini 

yaradır).  

Konkret  mədəniyyət  nümunələri  haqda.

  Tarixdən  məlumdur  ki, 

mədəniyyət  əsasən  oturaq  həyat  sürən  xalqlarda  və  onun  təsərrüfat,  bu 

baxımdan  maldarlıq,  əkinçilik,  heyvandarlıq  və  s.  fəaliyyətində  yaranıb.  O 

cümlədən  sənətkarlıq  və  peşə  məşğuliyyəti  də  mədəniyyəti  formalaşdırıb. 

İnsanların  mifoloji  və  dini  təfəkkürləri,  həyata  və  təbiətə  baxışları  da  onların 

mədəniyyətlərinin formalaşmasında əvəzsiz rol oynayıb. Xalq öz yaradıcılığını 

məhz  nümunələrdə  əks  etdirib.  İncəsənət  nümunələri,    o  cümlədən 

heykəltəraşlıq  vasitələri,  toxuculuq,    nəqliyyat  vasitələri  (məsələn,  gəmilər, 

qayıqlar və digərləri), musiqi alətləri və digər vasitələr xalqın mədəniyyətinin 

formalaşmasında  əvəzsiz  rol  oynayıb.      Memarlıq  mədəniyyəti,  onun  tərkibi 

olan  rəssamlıq,  rəssamlıq  nümunələri  olan  heykəltəraşlıq  vasitələri,  mozaik 

vasitələr,  bu  baxımdan  freskalar,  divar  ornamentləri  (naxışlar  və  bəzəklər), 

qrafika (təsviri sənət növündən biri kimi “dəzgah qrafikası” və “çap qrafikası”- 

qravür-metal,  ağac  və  daş  üzərində  qazılmış  və  ya  həkk  olunmuş  şəkil), 

boyakarlıq  (sulu  boyalarla  çəkilən  akvarel,  quaş,  tempera,  yaxud  da  pastel 

(rəngli karandaş)) nümunələri mühüm əhəmiyyət kəsb edir. Müxtəlif vasitələr 

üzərində  və  müxtəlif  vasitələrlə  həkk  olunmuş  rəssamlıq  nümunələri  olan 

qobelenlər  (divar  xalçaları),  barelyef  və  qorelyeflər  xalqın  sistemli  olan    və 

ardıcıl yaradıcılıq və quruculuq nümunələrinə aid olur.  

Mədəniyyət  həm  proseslərdə,  həm  də  prosesləri  təmin  edən  vasitələrdə 

formalaşıb.  Bu  baxımdan  da  mədəniyyət  insan  və  onun  fəaliyyətinin  təzahür 

xüsusiyyətlərindən  ibarətdir.    İnsanlar  öz  istəklərini,  maddi  aləmlə 

vəhdətlərini, duyğularını, əqli düşüncə səviyyələrini öz mədəniyyət nümunələri 

ilə  büruzə  edirlər.  Məsələn,  dövlət  bir  mədəniyyət  nümunəsidir  ki,  onun 

yüksək səviyyədə qurulması xalqın milli təfəkküründən çox asılıdır.  

Xalqın  tarixi  yaşayış  dövrləri  elə  onların  mədəniyyət  dövrlərini  də 

formalaşdırıb.  Hər  bir  proses  cəmi  özündə  dövr  və  mərhələləri  meydana 

gətirir.  Məlumdur  ki,  tarixdə  istifadə  olunan  alətlərə  müvafiq  olaraq  paleolit 

mədəniyyəti,  tunc  dövr  mədəniyyəti,  mis-dəmir  mədəniyyəti,  orta  əsrlər 

mədəniyyəti,  intibah  dövr  mədəniyyəti,  klassik  mədəniyyət,  müasir 

mədəniyyət və postmodern mədəniyyət dövrləri mövcuddur. 

O  da  məlumdur  ki,  mədəniyyətlərin  etno-milli  və  coğrafi-regional 

təsnifatı da mövcuddur. Məsələn, qədim yunan və qədim  roma  mədəniyyəti, 

türk  mədəniyyəti,  ərəb  mədəniyyəti,  islam  mədəniyyəti,    Şərq  mədəniyyəti, 



39 

 

Aralıq  dəniz  mədəniyyəti,  Orta  Asiya  mədəniyyəti,  Avropa  və  Asiya 



mədəniyyəti,  hinduların,  asteklərin  (Amerika)    mədəniyyəti    və  s.  kimi 

təsnifatlar da vardır.  



(Qeyd:

 qədim dövrlərdə insanlar öz yaradıcılıqlarını daha çox daşlardan, 

qayalardan, gildən və digər materiallardan istifadə etməklə ortaya qoyurdular. 

Onlar öz istəklərini  və təbiətlə əlaqəli olan təsvirlərini,  mifik baxışlarını,    öz 

xəyallarını  daşlar  və  qayalar  üzərində  də  həkk  edirdilər.  Məsələn,  Qobustan 

qayaüstü rəsmlərini buna nümunə göstərmək olar. Eləcə də qayaları yonmaqla 

müxtəlif  memarlıq  nümunələrini  yaradırdılar.  Bu  aspektdə  tarixi  məşhur  olan 

və  hal-hazırda  İordaniya  ərazisində  yerləşən  Petra  mədəniyyətini  qeyd  etmək 

olar.      Petra  qaya  mədəniyyəti  qədim  Nabatey  çarlığının  paytaxtı  olub. 

Petradan  bir  qədər  aralıda  isə  qaya  qəbirstanlıqları  mövcud  olub.  Eləcə  dəbu 

kimi mədəniyyətə nümunə olaraq,  Çinin Leşan şəhəri yaxınlığında Buddanın 

ən  yüksək  –Maytreyi  Budda  adlı  heykəli    yerləşir.  Bu,  dünyada    qayadan 

yonulmuş ən böyük  tarixi heykəl hesab olunur. Qədim Misir sfinks heykəli də 

bu  kimi    abidələrdəndir.  ABŞ-ın  Cənubi  Dakota  ştatındakı  “Prezidentlər 

dağı”nı  da    qaya  abidələrinə  nümunə  göstərmək  olar.  Burada  ABŞ-ın  dörd 

prezidentinin-Vaşinqton, Ceferson, Ruzvelt və Linkolnun barelyefləri var ) 

Qeyd olunduğu kimi, xalqın mədəniyyəti və təfəkkürü onun yaradıcılıq və 

quruculuğundadır.  Mədəniyyət  nümunələri  yaranması  baxımından  tarixi, 

tarixi-arxeoloji  və  mövcud  zamana  aid  olur.  Mövcud  zamanda  ən  geniş 

yayılmış  mədəniyyət,  məsələn,      inşaat  sahəsində  metal-konstruksiya  və  şüşə 

mədəniyyəti hesab olunur.  

Mədəniyyət  nümunələri  xalqın  kimliyini  əks  etdirir.  Çünki  müvafiq 

nümunələr xalqın təbiətlə olan əlaqəsinin mövcud və keçmiş (irsi) zamanın əks 

etdirir.  Mədəniyyət  nümunələrində  olan  yaradıcılıq  və  quruculuq  vərdişləri, 

eləcə  də  əldə  olunan  nəticələrin  xarakteri    məhz  xalqın  xarakterini  ortaya 

çıxarır.  Hər  bir  yeni  üsul  yeni  mədəniyyət  nümunəsini  yaradır.  Xalqın 

xarakteri onun düşüncə tərzindən də meydana gəlir.  Mədəniyyət yaradıcılıq və 

quruculuq  vasitələrindədirsə,  onda  belə  qərara  gəlmək  olar  ki,  mədəniyyət 

xalqın  ruhundadır.  Çünki  mədəniyyət  nümunələrini  elə  xalq  öz  ruhu  ilə 

yaradır.  Mədəniyyət  və  xarakter  əksetdirici  vasitələrdir.  Vərdişlərdən  və 

normalardan xarakter yaranır, eləcə də xarakter vərdişləri formalaşdırır.  

Mədəniyyət  əxlaq  normalarında  və  bütün  sahələr  üzrə  davranış 

qaydalarında  əks  olunur.  Bu  halda  mədəniyyət  yenə  də  yaradıcılıq  və 

quruculuqda  özünü  büruzə  edir.  Hər  bir  xalq  öz  dilində,  öz  məmləkətində  və 

tarixən  ayaq  basmış  olduğu  məkanlarda  qoyduğu  izlərlə  mədəniyyətini 

göstərir.  

Yaradıcılıq  və  quruculuq  bütün  sahələri  əhatə  edir.    Sistemli  yaradıcılıq 

və  quruculuq,  mənalı  nümunələr  məhz  bütün  sahələrdə  mövcuddur.  Bu 

baxımdan  da  mədəniyyət  sistemli  yaradıcılıqda  öz  əksini  tapır.  İnsanların 

mədəniyyətləri  iqtisadi,  sosial  və  digər  sahələrdə  mövcud  olur.  Məsələn, 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə