Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə20/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

40 

 

iqtisadiyyatın  yüksək  və  sistemli  qaydada  təşkili  xalqın  bir  tərəfdən  yüksək 



iqtisadi  təfəkkürünü  əks  etdirir,  digər  tərəfdən  də  onun  mədəni  səviyyəsini 

göstərir.  Sənaye  sahələrində,  kənd  təsərrüfatı  sahələrində  xalq  öz  yaradıcılığı 

ilə  mədəni  səviyyəsini  ortaya  qoyur.  Sahələrdə  yaranan  mədəniyyət  vasitələri 

təfəkkürdə  də  obrazlanır.  Bu  aspektdə  obrazlanmanın  dildə  ifadəsi  təsviri 

sənətdə və incəsənətin digər sahələrində, musiqidə, ədəbiyyatda büruzə verir. 

Mədəniyyətin  ali  kollektiv  forması  dövlətçilik  mədəniyyətidir.  Burada 

fərdin  də  (ayrı-ayrılıqda  hər  bir  şəxsin)    ali  mədəni  səviyyəsi,  bu  baxımdan 

səviyyəni yaradan təfəkkürü  təcəssüm olunur.   



Dövlətçilik  bir  baza  əsaslı  ideologiyadır,  ideyalar  məcmusundan 

ə

mələ  gələn  vahid  ideyadır    və  ona  yönəlik  sistemli  dərketmə  obyekti  və 

predmetidir. 

Bu ideya və ideyalardan ibarət olan ideologiya  özündə dövlətin 



təşkilinə

  və  funksiyasına  aid  olan  bütün  anlayışları,  müsbət    ideya 

istiqamətlərini    sistemli  olaraq  birləşdirir.  Dövlətçilik  mərkəzi  yol  rolunu 

oynayır  və  ətrafına  digər  yolları  da  bu  ideya  altında  cəlb  edir.    Dövlətçilik 

insanların  şüurlarını  (baxışlarını  və  fikirlərini)    və  əməllərini  vahid 

mərkəzlərdə  cəmləşdirir.      Dövlətçilik  ideyaları  dövləti  dəyər  subyekti  kimi 

təqdim  edir.  Ona  görə  dəyərdir  ki,  bu  ideyalardan  dövlət,  həm  də  sağlam 

dövlət  formalaşır.  Sağlam  dövlət  də  insanların  sağlam  cəmiyyətlər  qurmasına 

və  firavan  yaşamasına  köməkçi  olur.  Dövlət  daima  təminedici  tərəf  rolunu 

oynayır.  Dövlət  həm  üfiqi,  həm  də  şaquli  olaraq  faydalarvericidir.    Dövləti 



insanlar qururlar və bu da xalqın milli mədəniyyətinin əsaslarına çevrilir. 

Milli  mədəniyyət  xalqların  dövlət  qurmasında,  onu  yaşatmasında  və 

faydalar  götürməsində  formalaşır.  Milli  mədəniyyət  siyasi,  mədəni  və 

ictimai  hüquqların  təşkilati  və  idarəçilik  formasında  realizəsindən 

meydana  gəlir.  Dövlətçilik  mədəniyyətinin  yüksək  səviyyəsi    də  dövlətin 

hüquqi  əsaslarla  qurulmasından,  hüquq  normalarının  təmin  edilməsinə 

yönəlmiş  icra  fəaliyyətindən  və  hüquqların  pozulmasını  təmin  edən 

məhkəmə  hakmiyyətinin  yüksək  səviyyədə  təşkil  edilməsindən  irəli  gəlir. 

Müxtəlif xalqlar birləşərər bir dövlət yaradırlar və bu əsasda etno mədəniyyət 

milli  mədəniyyət  səviyyəsinə  yüksəlir.  Milli  (dövlət)  mədəniyyət  xalqları 

vahid dövlətçilik ideyası ətrafında birləşdirir. Bu anda vahid dövlətdə müxtəlif 

mədəniyyət  normaları  cəmləşir,  vahid  əsas  olmuş  olur.  Mədəniyyət 

elementlərinin  mübadiləsi  baş  verir  və  xalqların  mədəni  baxımdan  qarışması 

və birləşməsi halları yaşanır.  

Dövlətçilik  ali  mərkəzləşdirici  olmaqla,    siyasi  və  ictimai  təfəkkürdür. 

Düşüncə  obyektidir.    Bu  baxımdan  da  mərkəzləşdirici  ideologiyadır. 

Dövlətçilik  dövlətin  təşkilinə,  qorunmasına  və  ondan  faydalanmasına  yönəlik 

bir  ideoloji  xətdir.  Bu  xətt  özünə  daima  ali  siyasi  və  ictimai  təfəkkürü  cəlb 

edir,  baxışları  və  fəaliyyəti  istiqamətləndirir.    Dövlətçilik  təşkilati  baxımdan  

sahələrdən  ibarətdir.  Yəni,  bu  ideoloji  mərkəzləşdirici  təfəkkür  altında  çoxlu 

sayda istiqamətlər meydana gəlir. Hər bir şəxs (fərdi və kollektiv olaraq) bütün 

düşüncə  və  fəaliyyətini  məhz  bu  istiqamətə  yönəldir.  Dövlətçilik  obyekt  və 

predmet  olaraq  bütün  sahələri  özündə  əks  etdirən,  dövlətin  strukturunu  təşkil 




41 

 

edən  və  onun  xarici  və  daxili  siyasi  fəaliyyətini  özündə  cəmləşdirən  bir 



mərkəzi  siyasi,  iqtisadi,  hərbi,    ictimai  və  mədəniyyət  anlayışıdır.  Dövlətçilik 

ideoloji  anlayışdır,  digər  aspektdə  də  təşkilatçılıq  və  təminatçılıq  baxımından 

baza fəaliyyət kursudur. Dövlətçilik təfəkkürü formalaşdırır və bütün fəaliyyəti 

(dövlətin  subyektlərini,  cəmiyyətin  subyektlərini,  fərdi  olaraq  insanları)    ona 

doğru  istiqamətləndirir.  Dövlətçilik  ideologiyası  özündə  ali  siyasi  ideoloji 

istiqamətləri cəmləşdirir.  

Dövlətçilik  fəaliyyəti  də  davranışlardan  təşkil  olunur.  Dövlətçilikdə 

idarəçilik  və  təşkilatçılıq  vərdişləri  və  normaları  da  əks  olunur.  Bu  baxımdan 

da  mədəniyyət  normalarından  və  qaydalarından  ibarət  olur.    Dövlətçilik 

sistemli mədəniyyət ideologiyasıdır.  

Xalqın  dövlətçilik  mədəniyyəti  həmin  xalqın  yüksək  səviyyəli  və 

standartlara  cavab  verəcək  dövlətlər  qurmasındadır.  Qeyd  olunduğu  kimi,  

dövlətçilik  mədəniyyəti  özündə  yüksək  idarəçilik  mədəniyyətini  və 

təşkilatçılığı birləşdirir. Bu baxımdan da yüksək qabiliyyətə və istedada malik 

olan xalqın dövlətçilik mədəniyyəti və təfəkkürü yüksək olur. 

Dövlətçilik 

mədəniyyətinin 

yüksək 


olması 

vətəndaşları 

əksər 

problemlərdən azad edir. Çünki bu ideoloji mədəniyyət imkan verir ki, sistemli 



olaraq  maraqlar  nisbətən  tarazlı  qaydada  təmin  olunsun.  Dövlətçilik 

ideologiyası vahid siyasi mədəni kriteriya və təfəkkür forması olaraq dövlətin 

möhkəmlənməsinə,  sabit  cəmiyyətlər  qurulmasına  xidmət  edir.  Dövlətçilik 

mədəniyyəti saf dövləti, ədalətli idarəetməni formalaşdıran bir mədəniyyətdir. 

Dövləti yaratmaq yüksək əxlaqi təfəkkürün nəticəsidir. 

Dövlətçilik  mədəniyyəti  zamanın  postulatlarına  vaxtında  cavab  verəcək 

səviyyədə olan bir dövləti təşkil etməkdən və onu idarə etməkdən ibarətdir.   

 

İ

qtisadi mədəniyyət

 

 



Ən  əsas  kütləvi  sistemli    mədəniyyət  yaradıcılıq  və  quruculuqdadırsa,  o 

da  başlıca  olaraq  iqtisadiyyatdadır.    İnsanlar  əkmək  və  becərməklə,  istehsal 

etməklə  öz  bilik  və  bacarıqlarını,  istedadlarını  ortaya  qoyurlar.    İqtisadi 

mədəniyyət kütləvi mədəniyyət hesab olunmalıdır

.Təsərrüfatın sahələr üzrə 

təşkili  maraqların  təminatına  yönəlik  olaraq,  yaradıcılıq  və  quruculuqdan 

ibarətdir.  İnsan  maraqları  şaxələnir.  Bu  şaxələnməni  istəklər  yaradır,  digər 

aspektdə  də  yeni  istehsal  sahələri  maraqları  təsbit  edir.    Təsərrüfatın  təşkili 

ayrı-ayrı  təyinatlar  üzrə  istehsal  nümunələrini  meydana  gətirir.  İstehsal 

nümunələri mədəniyyət vasitələridir. Xalqın mədəni səviyyəsi ilk növbədə  bu 

istehsal  nümunələrinin  təyinat  və  tələbatı  ödəmək  səviyyəsindən  asılı  olur.  

Əgər  bir  xalq  öz  təsərrüfatında  özünə  və  dünya  xalqlarına  layiqli,  yüksək 

standartlara  cavab  verəcək  məhsul  istehsal  edirsə,  onda  o  xalq  yüksək 

mədəniyyətə, quruculuğa və yaradıcılığa mənsub olan xalqdır.   

Təsərrüfat (sənaye-şəhər və kənd təsərrüfatı) elə iqtisadi anlayışdır. Çünki 

tərkibində  yaşayış  məskənlərindəki  əmək  münasibətləri  kriteriyaları  üzrə 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə