46
-xalqın siyasi mədəniyyəti onun ictimai və siyasi xadimlərinin
cəmiyyətdə şəxsi nüfuzlarından da formalaşır. Həmçinin siyasi və ictimai
xadimlərin çoxluq təşkil etdiyi cəmiyyətin, xalqın siyasi mədəniyyəti də
yüksək olur;
-xalqın siyasi mədəniyyəti onun siyasəti formalaşdıran və siyasəçi
yetişdirən qurumlarından, siyasət institutlarından və onların fəaliyyət
səviyyəsindən asılı olur. Siyasət institutları, siyasət hazırlayan və siyasətçi
yetişdirən mərkəzlər siyasəti müəyyən etmək qabiliyyətlərinə malik olurlar;
-xalqın siyasi mədəniyyəti dövləti təşkil etmək və ondan yararlanmaq
səviyyəsindən asılıdır;
-hakimiyyət qollarının və onların strukturlarının təşkili səviyyəsi də siyasi
mədəniyyətin səviyyəsini əks etdirir;
-siyasi prosesləri təşkil etməklə yanaşı, onu yüksək səviyyədə qavramaq
da xalqın yüksək siyasi mədəniyyətindən xəbər verir;
-siyasi mədəniyyətin yüksəkliyi siyasəti öyrənmə meylindən və
qabiliyyətindən asılı olur;
Digər bu kimi fikirlər də bildirmək olar.
Sosial mədəniyyət
Cəmiyyət dövlət daxilində formalaşır. Bu baxımdan da dövlət öz
mənbəyini elə cəmiyyətdən götürür. Cəmiyyət əxlaqı, yəni cəmiyyətin sistemli
və total olaraq ədalət qanunları ilə əhatə olunması və ədalətli davranışlar
ictimai və siyasi, bu baxımdan dövlətçilik üçün mühüm əhəmiyyət kəsb edir.
Sosial (ictimai) mədəniyyət cəmiyyətdə sosial norma və davranışlar
məcmusundan meydana gəlir. Sosial mədəniyyətə cəmiyyətin təbəqələri
arasında olan əlaqə və münasibətlərin tərzi aid olur. Sosial mədəniyyət ictimai
və məişət xarakterli davranış normalarının tərkibindən ibarətdir. Sosial
mədəniyyətə cəmiyyətin təbəqələri arasında olan və əxlaqa söykənən davranış
normaları aiddir.
Sosial mədəniyyət iqtisadi cəhətdən inkişaf etmiş sabit cəmiyyətlərdə
daha yüksək olur.
İqtisadi resursların sağlam əlaqələr və münasibətlər
fonunda istifadəsi məhz iqtisadi mədəniyyətin siyasi mədəniyyətə yüksək
xidmətlərindən ortaya çıxır. Sosial mədəniyyətin yüksəkliyi iqtisadi
mədəniyyətin və siyasi mədəniyyətin yüksək səviyyəsindən asılı olur. Çünki
iqtisadi baxımdan inkişaf etmiş və maddi tələbatları yüksək səviyyədə ödənilən
xalqın etik davranış normaları yüksək ola bilir. İqtisadi rahatlıq sosial rəvanlığı
və sosial sabitliyi meydana gətirir. Sabit cəmiyyətlərdə dəyərlərdən rahat
şəkildə istifadə özü elə mədəniyyətin yüksək olmasını göstərir. Kasıbçılıq
cəmiyyətə ağır zərbələr vurur və onun tənəzzülünü yaradır. Sosial itkiləri
ortaya çıxarır. Sistemin normal fəaliyyəti üçün tələb olunan elementlərin
kasadlığı sosial-siyasi infantilliyi ortata qoyur. Ümumiyyətlə isə sosial və
milli mədəniyyətin baza olaraq yüksək olması iqtisadi resursların azlığından
irəli gələn mənfi nəticələrin qarşısını ala bilir. Bu baxımdan xalqın ümumi əzm
47
ruhu onun sarsılmasının qarşısını alır. Bu da tarixi vərdişlərdən meydana gəlir.
Məsələn, kasıb xalq öz mədəniyyət və incəsənət irsindən əl çəkmir,
nümunələrin sayını artırmaqda davam edir. Burada iradə və dözüm mədəni
səviyyəni müəyyən qədər qoruyub saxlayır. Mədəni səviyyə siyasi rejimlərin
xassələrindən də asılı olaraq gah yüksəlir, gah da aşağı düşür. Bu da ilk
növbədə sərt və liberal yaradıcılıq və quruculuq mühitindən ortaya çıxır.
Sosial mədəniyyətin yüksək olması şərtlərini nəzəri baxımdan bu kimi
formada ümumiləşdirmək olar:
-xalqın sosial mədəniyyəti ictimai şüurun və əməlin yüksək olmasından
irəli gəlir. Burada yüksək səviyyə cəmiyyətə hörmətin yüksəkliyindən
qaynaqlanır. Yüksək səviyyə odur ki, hər kəs öz sərhədləri çərçivəsində
hərəkət edir və başqalarına xələl gəlmir;
-xalqın sosial yüksək mədəniyyəti total qaydada fərdlərin etik
davranışlarından formalaşır;
-xalqın yüksək sosial mədəniyyəti cəmiyyətə təsir göstərən müsbət
tendensiyalardan asılıdır;
-sosial proseslərin axın səviyyəsi xalqın sosial mədəniyyətinin
göstəricisidir;
-sosial ünsürlərin və sosial təbəqələrin arasında olan harmonik vəhdət
sosial mədəniyyətin yüksəkliyini şərtləndirir;
-sosial bazanın dövlətçilik üçün əsas rol oynaması, dövlətin bundan
faydalanmaq imkanlarının yaranması da xalqın sosial mədəni səviyyəsinin
yüksəklik göstəricisidir;
-maddi-sosial təminat, dəyərlərin yönləndirilməsi istəyi və arzusu,
qabiliyyəti də xalqın sosial mədəni səviyyəsinin yüksək olmasını şərtləndirir.
Sosial mədəniyyətin yüksəkliyi və sosial davranış normalarının və
vərdişlərinin yüksək səviyyəsi haqqında daha çox fikirlər bildirmək olar.
Elm mədəniyyəti
Elm mədəniyyətinin yüksəkliyi sistemli olaraq elmlə məşğul olmaqdan
və onun nailiyyətlərini tətbiq etmək səviyyəsindən asılıdır. Elm mədəniyyəti
elmin yüksək olduğu cəmiyyətlərdə daha yüksək səviyyədə inkişaf edir. Elm
mədəniyyəti
xalqın
elmə
və
yaradıcılığa
olan
meylindən,
elmlə
məşğuliyyətindən və elmdən qazandıqları nailiyyətlərdən ibarətdir. Elmi
mədəniyyətin
yüksək
olması
tədqiqatın
çoxluğundan,
nümunələrin
keyfiyyətindən və tədqiqatla məşğul olanların say çoxluğundan irəli gəlir.
Keyfiyyətli elmi tədqiqatlar və onların dövlətə, cəmiyyətə və xalqa ümumi
xidməti məhz elm mədəniyyətinin yüksək səviyyəsindən xəbər verir. Elm
mədəniyyəti xidmət mədəniyyətidir. Dövlətə və cəmiyyətə xidmətlərin
səviyyəsidir. Eyni zamanda bəşəriyyətə xidmətlərin səviyyəsidir. Mədəni
xalqlar daha çox elmi nailiyyətlərdən sülh məqsədləri və firavanlıq üçün