Elşən Misir oğlu Nəsibov


Varlı  dövlət  rəhbəri  və  varlı  məmur  haqqında



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə71/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   67   68   69   70   71   72   73   74   ...   85

240
 
 
Varlı  dövlət  rəhbəri  və  varlı  məmur  haqqında.Xalq 
varlı  olanda  sosial  rifah  üçün  təminat  da  yüksək  olur. 
Xoşbəxtlik yaranır. Xoşbəxtlik tarazlı həyatdadır. Kasıbçılıq və 
tarazlığı  keçən  zənginlik  təhdiddir,  uçurumudur  və  xaosa 
aparan  yoldur.  Narahatlıq  hissi  doğurur.  İnsan  həyatı  üçün 
uyğun, müvafiq vəsait lazımdır.  
Cəmiyyətdə,  dünyada  inkişaf  tarazlı  olanda  sakitlik  hökm 
sürür.  Bəşəri  və  milli-mədəni  və  sosial  xoşbəxtliyə  nail  oluna 
bilir.  
İmkanların artıqlığı baxımdan bir qrupun tarazlığı pozması 
xaosdur.  Xoşbəxtliyə  təhdiddir.  Bu  bir  qrup  məmur  təbəqəsi 
olduqda, bu hal daha da dözülməzdir.  
Məmur  və  dövlət  rəhbəri  öz  vəzifələrndən  sui-istifadə 
edərək həddən ziyadə varlanırsa, xalqa məxsus olan hüquqların 
“marketinqinin”  həyata  keçirilməsi  yolu  ilə  külli  miqdarda 
vəsait  əldə  edirlərsə,  onda  tarazlıq  kəskin  pozulur.  Xalq 
qarşısında onların ləyaqəti aşağı düşür. Şəxsiyyətləri ucuzlaşır. 
Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən qeyd etmək olar ki, 
dövlət  rəhbəri  ilə  onun  məmurları  eyni  prinsiplərlə  (hüquqları 
bazarlama  etməklə)  varlanırlarsa,  onda  dövlət  rəhbərinin  öz 
məmuru  qarşısında  gözü  kölgəli  olur.  Gözünün  içinə  dik  baxa 
bilmir. Söz deməyə, hesabat tələb etməyə cürəti çatmır. Onun 
dövlət məmurları üzərində qışqırtısı, bağırtısı, çığırtısı isə onun 
etdiyi  günahların  özü  tərəfindən  daxilən  başa  düşülməsidir. 
Yəni,  günahkar  olmasının  üstünü  örtməyə  çalışmasıdır.  Bu 
halda şəxsiyyətsizlik yaranır, ucuzluq meydana gəlir.  
 
Yazılma tarixi-07 avqust 2017-ci il  
 
 
 
 
 
 


241
 
 
Sovet hökuməti Azərbaycan xalqına nə verdi 
 
I HİSSƏ: 
 
 
Bəzən  bir  çox  şəxslər  Sovet  hökumətinin  xidmətlərini 
inkar  edir  və  onun  dəyərlərinə  kölgə  salmağa  çalışırlar. 
Sovet  hökumətini  səhvən  əzazil  qurum,  “xalqlar 
həbsxanası”  adlandırırlar.  Əslində  isə  gerçəkliklər  tam 
başqa olub.  
 
Sovet hökuməti haqqında mənim qənaətim belədir.  
 
Sovet  hökuməti  dünyəvi,  əxlaqi,  demokratik  bir 
hökumət  idi.  Cəmiyyətin  ruhunda  sosial  ədalət  var  idi  və 
insan  hüquqları  təmin  olunurdu.  Resursların  tarazlı 
paylanılmasını  təmin  edən  bir  hökumət  idi.  Xalqlar  bu 
hökumətdə  imkanlar  daxilində  sərbəst,  azad  və  firavan 
yaşamaq  imkanlarına  malik  idilər.  Xalqların  mədəni 
hüquqları  qorunurdu  və  öz  dillərində  sərbəst  oxumaq, 
yaradıcılıqla, ədəbiyyat və elmlə, incəsənətlə məşğul olmaq 
hüquqları mövcud idi. Xalqların adət-ənənələrinə hörmətlə 
yanaşılırdı.  
Sovet  hökuməti  Azərbaycan  xalqına  kompleks 
məziyyətlər  bəxş  etmişdi.  Bunun  sayəsində  xalqın  ruhu 
“xalislikdən”,  “xamlıqdan”,  “naqislikdən”,  “xainlikdən” 
xilas  olmuşdu.  İnsanlar  xurafat,  mövhumat  və  nadan-
lıqdan,  cəhalətdən  azad  olurdular.  Zülm  bataqlığından 
çıxaraq real gerçəkliyə və aydınlığa qərq olurdular. Xalqın 
tarix  boyu  “kor  qalmış”  gözləri  açılır  və  sağalırdı.  Sovet 
hökuməti  məcazi  mənada  ifadə  etsək,  xalqı  “miopiya” 
xəstəliyindən  sağaldırdı.  Sovet  hökuməti  xalqın  ruhunu  , 
milli xisləti pisliklərdən təmizləyir, xalqın xiffətini (dərdini) 
çəkirdi. Bu hökumət xalqı bütövlükdə dünyəviləşdirirdi və 
kütləvi maariflənməni məqsədli şəkildə önə qoyurdu. Sovet 


242
 
 
hökuməti  azərbaycanlıların  istedad  və  qabiliyyətlərini 
üzərə  çıxarırdı.  Onları  dünya  elminə,  mədəniyyətinə 
inteqrasiya  etdirirdi.  Dünya  elmini  xalqa  öyrədirdi.  Bu 
hökumət  xalqı  mətinliyə,  mübarizliyə,  məqsədli  əməyə, 
zəhmətə  səsləyirdi.  İnsanları  cəmiyyətlərdə  ləyaqətli, 
dəyanətli  şəxlsər,  fərdlər  kimi  yetişdirirdi.  Ümumiyyətlə, 
insanlığa yüksək dəyər verirdi.  
Bir  məsələni  xüsusilə  qeyd  etmək  yerinə  düşər  ki,  Sovet 
hökumətinin Azərbaycan xalqına ən böyük hədiyyəsi o oldu ki, 
kənd  yerlərində  insanları  mal-qara,  toyuq-cücə  ilə  bir  damda 
yaşamaqdan  ayırdı.  Bir  növ  insanlığı  heyvanlıqdan  ayırdı. 
Bunu unutmaq olmaz! 
 
Sovet  dövründə rus xalqının  böyüklüyü ondan ibarət  oldu 
ki,  özündə  olan  məziyyətləri,  fəzilətləri  onunla  eyni  dövlətdə 
yaşayan xalqlara ötürdü. Bu da rus xalqının geniş qəlbli və dahi 
olmasının  bariz  nümunəsidir.  Rus  xalqı  digər  xalqları  da 
özünün  tərkibi  kimi  görərək,  onları  vahid  mədəniyyət  şüarları 
altında birləşdirdi.  
 
Sovet  hökumətinin  məziyyətlərini,  xalqa  bəxş  etdiyi 
ənamları,  dəyərləri  bu  şəkildə  qısaca  olaraq  ümumi-
ləşdirmək olar: 
 
-insan azadlığının dünəyi formulasını təsdiqlədi; 
-insanlara  siyasi,  mədəni,  ədəbi,  humanitar,  sosial 
azaqdlıqlar bəxş etdi; 
-insanları xaosdan nizama yönləndirdi
-dünyəvi həyat tərzini təbliğ etdi
-insanları dünyəvi əsaslarda tərbiyələndirdi; 
-insanları bəşəri dəyərlərin daşıyıcısına çevirdi; 
-insanların faydalı və dəyərli məxluq kimi mənasını açdı; 
-beynəlmiləl ruh formalaşdırdı. Tolerantlığı yaratdı; 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə