Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə67/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   63   64   65   66   67   68   69   70   ...   85

228
 
 
kənd, qəsəbə və  ölkə sivilizasiyalarının  adlandığı  məkanlardır. 
Cəmiyyətlərdə  münasibətlər  və  əlaqələr  qruplaşır,  təbəqələşir. 
Cəmiyyətdə uşaqlar, böyüklər, yaşlılar, qocalar kimi təbəqələr, 
qadınlar  və  kişilər  kimi  təbəqələr,  əlillər,  veteranlar,  şəhidlər, 
qəhrəmanlar  kimi  təbəqələr,  qruplar,  eləcə  də  ixtisas  və  peşə 
təbəqələri formalaşır. Təbəqələrə  aid  olurlar:  siyasətçilər (elita 
və əks  –elita), məmurlar, polislər, hakimlər, hərbçilər,  alimlər, 
müəllimlər,  həkimlər,  mühəndislər,  mütəxəssislər,  sürücülər, 
incəsənət adamları, din xadimlər və s. Bununla yanaşı, fəhlə və 
kəndlilər  kimi  şəhər  (sənaye:  istehsalat  və  xidmət  işçiləri)  və 
kənd  (kənd  təsərrüfatında  işləyənlər-əkinçilər,  biçinçilər, 
yığımçılar, sağıcılar, çobanlar, fermalarda mal-qaraya baxanlar 
və  s.)  peşələrində  çalışanlar  da  cəmiyyətin  təbəqələri  hesab 
olunurlar.  Ümumiyyətlə,  əmək  sahələri  insanların  bir  tərəfdən 
şəxsiyyət kimi yetişməsini təmin edir, digər tərəfdən isə onların 
maddi-mənəvi stattuslarını təsdiqləyir.  
Cəmiyyətlər  öz  tərkib  elementlərinə,  yerinə  yetirdikləri 
vəzifə və funksiyalara görə sadə və mürəkkəb ola bilirlər. Sadə 
formalı  cəmiyyətlərdə  (məsələn,  bir  neçə  tayfanın  yaşadığı 
kəndlərdə)  insanların  funksiyaları  da  monoton  və  sadə  olur. 
Onlar  daha  az  tərkibli  funksiya  yerinə  yetirirlər.  Təsərrüfatla 
məşğul  olurlar,  məhsularını  satırlar,  mal-qara  saxlayırlar, 
təhsillə məşğul olurlar, sənətkarlıqla məşğul olurlar, müəllimlik 
edirlər,  həkimlik  vəzifəsini  yerinə  yetirirlər,  bayram  tədbirləri 
keçirirlər, matəmlər və yas mərasimləri təşkil edirlər, uşaqlarını 
tərbiyə  edirlər  və  s.  Sadə  cəmiyyətlərdə  strukturlar  da  sadə 
olur. Kəndli cəmiyyətlərində təbəqləşmə də kiçik olur. Eləcə də 
az  sahələri  əhatə  edir.  Adətən  kənd  təsərrüfatı  ilə  hər  bir  şəxs 
(qabiliyyəti  olan  hər  kəs)  məşğul  olur.  Müəllimin,  həkimin, 
traktorçunun,  kombaynçının,  mexanizatorun,  aqronomun, 
mühasibin,  iqtisadçının  da  digərləri  kimi  təsərrüfatı  mövcud 
olur  və  onlar  da  mal-qara  saxlamaqla  məşğul  olurlar.  Torpaq 
əkin-biçini fəaliyyəti həyata keçirirlər.  


229
 
 
Mürəkkəb  cəmiyyətlərdə,  məsələn,  şəhər  həyatında,  iri 
meqapolislərdə  strukturlaşma,  sistemləşmə  mürəkkəbdir  və 
burada artıq konkret və fərdi işlər üstünlük təşkil edir. Sənaye 
və  xidmət,  infrastruktur  sahələri,  ticarət  və  ictimai-iaşə 
obyektləri  kimi  vasitələr  həyatın  mürəkkəbləşməsini  təmin 
edirlər.  Şəhər  həyatında  cəmiyyətin  mürəkkəbliyi  həm  də 
çoxmillətliliklə  xarakterizə  oluna  bilir.  Meqapolislərdə 
müxtəlif  dinə  etiqad  edən  çoxlu  sayda  insanlar,  çoxlu  peşə 
sahibləri,  çoxlu  sayda  mütəxəssislər,  elm,  təhsil,  səhiyyə, 
mədəniyyət  işçiləri  bir  məkanda  toplaşırlar.  Cəmiyyət  də  yeni 
davranış  modellərini  hazırlamaq  zərurəti  ilə  üzləşir.  İnzibati 
strukturlar  da  mürəkkəbliyi  təşkil  edən  elementlər  sırasına  aid 
olur.  Mürəkkəb  cəmiyyətlərdə  insanların  davranış,  əməl  və 
ünsiyyət  formaları  da  mozaik  xarakterli  olur.  Bir  dövlətdə 
yaşayan  çoxlu  sayda  xalqlar  da  mürəkkəb  cəmiyyətlərin 
əsaslarını yaratmış olurlar.  
İnsanların  cəmiyyətlərdə  olan  xidmətləri  cəmiyyətin  sadə 
və  mürəkkəb  məzmununa  uyğun  qurulur.  İnsanlar  tələbatların 
ödənilməsinə xidmət edirlər, eləcə də tələbatları yaradırlar. Hər 
bir  insan  özünün  bir  və  ya  da  bir  neçə  peşəsi  üzrə  cəmiyyətə 
dəyər  verməyə  çalışır.  Cəmiyyətdə  insanlar  öz  iddialarına  və 
mənafe,  maraq  dairələrinə  görə  bölünürlər.  Bir  çox  fərdlər 
(şəxslər)  cəmiyyətdə  dərin  izlər  yaratmaq,  bu  baxımdan  da 
geniş  yaradıcılıqla məşğul olmaq xəttinə üstünlük verirlər. Bu 
yöndə  ardıcıl  şəkildə  çalışmaq  həqiqətən  məktəb  yaradır,  iz 
buraxır, irs formalaşdırır. Şəxsiyyət aldığı bol enerji sayəsində 
iz  buraxır.  Bəziləri  də  sadə  fəaliyyət  prinsiplərinə  üstünlük 
verirlər  və  aza  qane  olurlar.  Buna  görə  də  iddialar  və  əməllər 
təsnif  olunur.  Cəmiyyət  isə  özünün  universal  qayda-qanunları 
ilə  müxtəlif  iddialara  sahib  olan  insanları  bir  arada  birləşdirir. 
Eyni  zamanda  cəmiyyətdə  fərdi  və  məxsusi  qaydalar  da 
yaranır.  Bu  qaydalar  insanların  fərdi  keyfiyyətləri,  fərdi  üstün 
xidmətləri  və  fərdi  qabiliyyət  və  bacarıqları  ilə  bağlı  olur. 
Məsələn,  cəmiyyətdə  yazıçılara,  aktyorlara,  müəllimlərə, 


230
 
 
alimlərə, həkimlərə və digərlərinə hörmət qaydaları olur. Yəni, 
onlara  üstün  hörmət  olunur.  Fərdi  qaydada  cəmiyyətə  təsir 
edən şəxslər, məsələn, liderlər, dövlət  xadimləri və əsərləri  ilə 
daha  çox təsir göstərən  yazıçılar cəmiyyətdə üstün status  əldə 
edə bilirlər.  
 
Cəmiyyət anlayışına dair bu kimi ümumiləşmiş fikirlər 
bildirmək olar: 
-Cəmiyyət  insanların  həyat  tərzini,  adət-ənənələrini 
ümumiləşdirən, bu baxımdan həm də ümumi qaydalar yaradan 
bir  kompleksiyadır,  struktur  vəzifəsini  yerinə  yetirən 
kompleksdir, əlaqələr kompozisiyasıdır.  
-Cəmiyyətdə  dövləti  idarə  etmək  üçün  hüquq  norma  və 
qaydalar yaratmaq məqsədilə ideya və təkliflər, rəylər meydana 
gəlir.  
-Cəmiyyət  mədəniyyəti  yaradan  mənbə  rolunu  oynayır  və 
eləcə də bütün təbəqələrinin ruhunu birləşdirir. 
-Cəmiyyət  fərdin  bilik  və  bacarığını,  istedad  və 
qabiliyyətini  müəyyən  edən  mütləq,  gerçək  və  mücərrəd 
ünsiyyət məkanıdır. 
-Cəmiyyət  xalqla  dövlət  arasında  bağlayıcılıq  yaradan 
sosial-mədəni mənbədir. 
-Cəmiyyət  fərdin  və  şəxsin  əxlaqi-mənəvi  dəyərlərini 
daşıyan bir məkandır. 
-Cəmiyyət  insanlarda  şəxsiyyəti  yaradan,  şəxsiyyəti 
təsdiqləyən  sadə  və  mürəkkəb  kompozisiyadır,  mürəkkəb  və 
sadə strukturdur. 
-Cəmiyyət  insanlığı  təsdiq  edən,  insanlığa  dəyər  verən, 
insanlığı  yönləndirən,  bəşəri,  humanitar  məzmunlu  bir 
kompozisiyadır. 
-Cəmiyyət  insan  düşüncələrini  birləşdirən,  onları  vahid 
axarlara  yönləndirən  və  düşüncələrin  təsnifatını  yaradan  bir 
mənəvi məkandır.  
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə