Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə65/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   61   62   63   64   65   66   67   68   ...   85

222
 
 
Demokratik  cəmiyyətlər  üçün  xarakterik  sosial-siyasi 
idarəçilik  formaları  və  idarəçilik  rejimləri  bunlardan  ibarət 
olur: 
-Demokratiya  (xalq  hakimiyyəti)-nümayəndəli (vasitəli), 
nümayəndəsiz  (vasitəsiz),  liberal  demokratiya.  Quruluşları: 
respublika, konstitusiyalı monarxiya; 
-Nookratiya-ağılın, 
zəkanın 
hakimiyyəti-filosofların 
idarəçiliyi;  
-İzokratiya-bütün  vətəndaşlara  bərabər  hüquqlar  verən 
hakimiyyət
-Aristokratiya-tanınmışların hakimiyyəti
-Meritokratiya-ləyaqətlilərin hakimiyyəti; 
-Texnokratiya-texniki 
vasitələrin 
idarəçilikdə 
geniş 
istifadə olunması; 
-Konstitusiyalı 
monarxiya-burada  bir  nəfərin  irsi 
hakimiyyəti  (dövlət  rəhbərliyi)  olsa  da,  hökumət  xalqdan 
formalaşır. Bu baxımdan da  xalqın iradəsinə söykənən, xalqın 
demokratiyasını nəzərdə tutan hakimiyyət meydana gəlir
-Parlament  monarxiyası-burada  monarxın  hakimiyyəti 
məhdud  olur,  icra  hakimiyyətinin  səlahiyyətləri  geniş  olur  və 
icra  hakimiyyəti  parlament  qarşısında  məsuliyyət  daşıyır. 
Konstitusiyalı monarxiyanın bir formasıdır; 
-Seçkili  monarxiya-monarxın  parlament,  monarx  ailəsi, 
məxsusi  orqan  və  ya  da  vətəndaşlar  tərəfindən  birbaşa 
seçilməsi; 
-Dualistik  (ikili)  monarxiya-monarxın  səlahiyyətlərini 
parlament  məhdudlaşdırır.  Qanunverici  səlahiyyəti  az  olur. 
Lakin  monarxın  icraedici  səlahiyyətləri  mövcud  olur.  Bu 
baxımdan da faktiki hakimiyyəti əlində saxlayır. Konstitusiyalı 
monarxiyanın bir növüdür; 
 Qeyri-demokratik  cəmiyyətlər  üçün  isə  idarəçiliyin 
aşağıda  sadalanan  formaları  meydana  gəlir.  Bu  kimi  formalar 
əsasən  “aşağı  cəmiyyətlər”,  mühafizəkar,  dini  radikal,  adət-
ənənələrə söykənən cəmiyyətlər üçün xarakterik olur. Məhdud 


223
 
 
hüquqlu  cəmiyyətlərdə  idarə  edən  “həris  idarəçi”  rolunu 
oynayır.  Bir  şəxsin  diktəsi,  iradəsi  əsas  qanun  və  qayda 
vasitəsinə  çevrilir.  Belə  cəmiyyətlərdə  resurslar  sərt  formada 
paylanılır və bir qrup tərəfindən idarə olunur. Bu baxımdan da 
kövrək  siyasi  sistemlər,  qeyri-sabit  və  gərgin  sosial 
formasiyalar meydana gəlir. 
Demokratiyanın  formal  əsasları  qeyri-yumşaq  cəmiyyət-
lərdə  özünü  büruzə  verir.  Təbii  ki,  formal  əsaslarda  da 
hakimiyyətin  mənbəyi  rolunda  xalq  çıxış  edir.  Lakin 
formallıqda  xalq  üzərində  müəyyən  hakim  bir  qrupun  diktəsi 
formalaşır.  
Qeyri-demokratik,  sərt  rejimli  cəmiyyətlərə  və  bərk 
normalı  institutları  olan  idarəçilik  formalarına  bunları  aid 
etmək olar:  
-Avtokratiya-bir  şəxsin  məhdud  olmayan  hakimiyyəti, 
sərhədlərsiz hakimiyyət; 
-Tiraniya-bir şəxsin, bir qrupun diktaturası; 
-Bürokratiya-səlahiyyətlər 
mərkəzi 
idarəetmə 
hakimiyyətinin əlində olur. Buna “Aparat idarəçiliyi” də demək 
olar; 
-Herontokratiya-yaşlıların 
hakimiyyəti. 
İdarəçilikdə 
yaşlıların bir-birini əvəzləməsi; 
-Demarxiya-nümayəndəsiz 
demokratiya. 
Demoqoqiya 
hakimiyyəti. Təsadüfi şəxslərin hakimiyyətdə təmsil olunması. 
-Təqlidçi 
demokratiya 
(buna 
kvazidemokratiya, 
psevdodemokratiya,  dekorativ  demokratiya,  manipulyativ 
demokratiya,  süni  demokratiya,  marionet  demokratiya  da 
deyilir)-bu  formada  əslində  hakimiyyət  bir  qrupun,  hakim 
partiyanın, şəxsin əlində cəmləşir. Ancaq belə hesab olunur ki, 
guya xalq hakimiyyətini özü formalaşdırır; 
-Despotizm-mütləq hakimiyyət; 
-Diarxiya-eyni  zamanda  iki  şəxsin  hakimiyyəti.  Vətəndaş 
müharibəsinə, hakimiyyətsizliyə, anarxiyaya, parçalanmağa yol 
açır. Siyasi sistemin mərkəzi səalhiyyətləri iflasa uğrayır; 


224
 
 
-Diktatura-bütün  hakimiyyət  şəxsin,  partiyanın,  sinifin, 
hərbi qrupun əlində tam şəkildə cəmləşir; 
-İdeokratiya-material  yox, ideya hakimiyyəti hökm sürür. 
Ehkamlar önəmli rol oynayır; 
-Kleptokratiya  –Oğruların  hakimiyyəti.  Öz  vəzifə 
səalhiyyətlərindən  istifadə  edərək,  xalqın,  dövlətin  sərvətlərini 
mənimsəyən qrupun hakimiyyəti
-Korporatokratiya-Nəhəng korporasiyaların hakimiyyəti; 
-Kritarxiya-hakimlərin idarəçiliyi; 
-Matriarxat-hakimiyyətdə 
qadınların  üstünlüyü.  Bu 
formada  siyasi  sistemin  kövrəkliyi  yaşanır,  siyasi  böhranlar 
meydana gəlir; 
-Militokratiya-hərbi xunta, hərbi diktatura. 
 -Oliqarxiya-monopoliya 
hakimiyyəti. 
Varlı  qrupun 
hakimiyyəti; 
-Plutokratiya-varlı şəxslərin hakimiyyəti; 
-Oxlokratiya-boz kütlənin hakimiyyəti. 
-Teokratiya-dini hakimiyyət; 
-Timokratiya-imtiyazlı azlığın hakimiyyəti. 
-Etnokratiya-bir  etnosun  hakimiyyəti.  Monoetnik  cə-
miyyətlərdə olur. 
-Stratokratiya-hərbi rütbəlilərin hakimiyyəti 
 
Qeyd: Hakimiyyət formalarını ifadə edən terminlər əsasən 
yunan mənşəli sözlərdir və elmi ədəbiyyatlarda mövcuddur. 
Qeyd: 
Əslində 
bütün 
hakimiyyət 
quruluşlarında 
demokratiya  (xalq  hakimiyyəti)  mövcuddur.  Hakimiyyət  hər 
bir  halda  (ərazisi  başqa  dövlət  tərəfindən  işğala  məruz  qalmış 
xalqların  hakimiyyəti  istisna  olmaqla,-belə  hallarda  işğal 
altında  olan  xalqı  işğalçı  hakimiyyət  idarə  edir)  xalqdan  öz 
mənbəyini  götürür.  Lakin  idarəetmə  rejimləri  və  idarəçi 
qruplar,  siyasi  elita  bu  demokratiyanı  formal  və  məzmunlu 
olmaqla iki hissəyə ayırır.  
 
Yazılma tarixi-24 iyul 2017-ci il  
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə