Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə62/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   58   59   60   61   62   63   64   65   ...   85

213
 
 
olunur,  vərdişlər  mənimsənilir.  Rəngarənglik  sayəsində  enerji 
bolluğu  sistemi  meydana  gəlir.  Çatışmazlıq  bütöv  və  təkmil 
siyasi sistemin formalaşması üçün müvafiq resursların qıtlığını 
yaradır.  Mədəni  resurs  çatmayanda  ölkənin  daxili  və  xarici 
siyasəti də məhdudlaşmış olur. 
-Ölkədə  kadr  və  mütəxəssis  çatışmazlığına  gətirib 
çıxarır.  Etnik  tərkibi  zəngin  olan  ölkələrdə  istedadlar  taraz 
şəkilində paylanılır. Bu da özlüyündə zəngin kadr potensialının 
yaranmasını zəruri edir. İstehsalat üçün lazımi mütəxəssislərin 
yetişməsi  prosesləri  baş  verir.  Monoetnik  dövlətlərdə  isə  belə 
problemlər  yaşanır.  Ölkənin  iqtisadi  sistemi  üçün  lazımi 
resurslar  çatışmır.  Monoetnik  tərkib  elmi  daşıyıcıların 
ölkələrdən-ölkələrə keçməsinin qarşısını alır.  
-Əmək 
qüvvəsinin 
çatışmazlığına 
səbəb 
olur. 
Milliyyətçilik  və  etnik  təmizləmə,  mədəni  deportasiya  siyasəti 
istehsal  resurslarına  zərbələr  vurur.  İstehsalat  üçün  əmək 
qüvvəsinin  çatışmazlığını  yaradır.  İstehsal  münasibətləri  üçün 
əmək ehtiyyatlarının formalaşmasına mane olur. Bu da iqtisadi 
sistemdə dolğunluğun qarşısını alır. 
 
Yazılma tarixi-18 may 2017-ci il  
 
Azərbaycanda çirkli pulların bağışlanılması haqqında 
Açıq iqtisadiyyatın əsasları 
 
Hamımıza məlumdur ki, ölkəmiz müstəqillik qazandıqdan 
bu  yana,  təsərrüfat  strukturlarında  aparılan  dəyişikliklər 
sayəsində,  eləcə  də  şəxsi  sahibkarlıq  yolu  ilə  böyük  məbləğdə 
pul  qazananların,  əmlak  sahibi  olanların  sayı  da  çoxalmışdır. 
Azərbaycan  neft-qaz  ölkəsidir.  İyirmi  altı  ildir  ki,  bazar 
iqtisadiyyatı yolu ilə addımlayır. Ancaq təəssüf ki, rəsmi olaraq 
milyarder  və  milyonçuları  yoxdur.  Lakin  məlumdur  ki,  böyük 
məmurlar,  nazirlər,  dövlət  konsern,  şirkət,  komitə,  səhmdar 
cəmiyyət  rəhbərləri,  mərkəzi  idarəetmə  aparatının  bir  çox 
üzvləri külli miqdarda qazanclar əldə ediblər. Böyük şirkətlərə 


214
 
 
qeyri-leqal  rəhbərlik  həyata  keçirirlər.  Onlar  böyük  kapitala 
sahibdirlər.  Ölkədə  “Kölgə  iqtisadiyyatı”na  rəhbərlik  də 
edirlər.  Həmçinin  dövlət  vəsaitini  külli  miqdarda  mənim-
sədiklərinə  görə  də  böyük  kapitala  (ölkədə  və  ölkə  xaricində) 
sahibdirlər.  Böyük  məmurların  bir  çoxu  bank  sektorlarına 
nəzarət edirlər.  
Ancaq  ölkədə  belə  şəxslərə  qarşı  fobiya  var.  Onlar  da 
kapitallarını xalqdan gizlətməyə çalışırlar. Gizli (rəsmən adları 
olmayan)  milyarderlərlə,  milyonçularla  xalq  arasında  inam  və 
etimad mühiti formalaşmayıb.  
Cəmiyyətə  də  məlumdur  ki,  dövlət  məmurları  bizneslə 
məşğul olmaq və xalqın, dövlətin əmlakını talan etmək yolu ilə 
hədsiz  dərəcədə  varlanıblar.  Ölkədə  və  xarici  ölkələrdə  mülk, 
əmlak sahibi olublar. Bununla da cinayət  yolu ilə çirkli pullar 
əldə ediblər.  
Bu  gün  ölkdədə  bu  çirkli  pulların  bağışlanılması  və 
qanuniləşməsi  siyasəti  tətbiq  olunmalıdır.  Varlı  məmurları 
təqib  etmək  əvəzinə  onların  milyonçu,  milyarder  statusunu 
formalaşdırmaq  lazımdır.  Bu  gün  həmin  şəxslər  öz  vəsaitləri 
üzərində  qısınıb,  qorxu  içində  qalıblar.  Onların  vəsaitləri 
leqallaşmalı,  onlar  rəsmən  milyarder,  milyonçu  elan  olunmalı 
və  kapitalları  toxunulmaz  elan  olunmalıdır.  Həmin  şəxslərin 
vəsaitlərindən 
transmilli  korporasiyalar  yaradılmalı  və 
iqtisadiyyatın sahələrinə sərmayə yatırımları genişlənməlidir.  
Təəssüf  ki,  varlı  şəxslər  dolayı  yollarla  kapitallarını 
ölkədən  qaçırırlar.  Ümumiyyətlə,  çirkli  pullar  Azərbaycanda 
axsaq,  şikəst  iqtisadiyyat  yaradıb.  Faktiki  olaraq  monopoliya 
yaradıb, ancaq rəsmən qəbul olunmur.  
 
Çirkli pulların bağışlanmasının  
Faydaları: 
 
-iqtisadiyyatda milli elementlərin güclənməsi
-açıq və şəffaf iqtisadiyyatın formalaşdırılması; 
-iqtisadi mafiyanın, monopoliyanın qarşısının alınması; 
-humanist və liberal iqtisadiyyatın formalaşdırılması; 


215
 
 
-resursların sərbəst üzənliyinin təmin olunması; 
-biznes  mühitinin  dünyada  məşhurlaşması  və  inamın 
artması; 
-ölkə  iqtisadiyyatına  xarici  sərmayədarlar  tərəfindən 
inamın artması; 
-yeni iqtisadi əlaqələrin artması; 
-gizli iqtisadiyyatın açıq formaya keçməsi; 
-bazarda istehsal məhsullarının və pul kütləsinin artımı; 
-vergilərin artması, vergi subyektlərinin çoxalması; 
-bank sektorunun güclənməsi
-xalqın sağlam biznes nühitinə inamının artması; 
-işəgötürən  və  işçi  arasında  sağlam  münasibətlərin 
formalaşması və s.  
 
Yazılma tarixi-15 iyul 2017-ci il  
 
Mənəvi, maddi aləm və müdriklik haqqında  
 
İnsan maddiyat və mənəviyyat elementidir. Maddiyata ona 
görə bağlıdır ki, təbiətdən asıldır, onun resurslarının içindədir. 
Fiziki,  bioloji  təminatı  sırf  təbiətdən  asıldır.  Özü  də  fiziki 
baxımdan  maddi,  material  elementdir.  Bioloji  aləmlə  əhatə 
olunub  və  bioloji  müstəvinin  (burada  troposferdə,  hidrosferdə 
və litosferdə olan aləmin, flora və fauna mühitinin vəhdətindən 
meydana gələn müstəvi nəzərdə tutulur) tərkibidir, tərkibindən 
qidalanır.  İnsanın  əqli  (şüur  da  daxıl  olmaqla)  fiziki  mənada 
onun  təbiətlə  seçim  əsasında  münasibətlərini  və  təmaslarını 
yaradır.  Bu  təmaslar  sayəsində  insanlar  tarazlı  əlaqələr, 
münasib  və  üzvü,  harmonik  əlaqələr  qurmağa  çalışırlar. 
Disharmoniya  baş  verdikdə  isə  tarazlıq  pozulur  və  nəticə 
etibarilə makro nizam insanın cəzalanmasını təmin edir.  
Maddiyatın  üstü  var.  Bu,  insanların  əxlaqıdır.  Hansı  ki, 
insanlar bu dəyərlərdən istifadə edərək öz aralarında, təbiəti də 
obyekt  götürməklə,  taraz  əlaqələr  qurmağa  çalışırlar. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə