Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə61/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   57   58   59   60   61   62   63   64   ...   85

210
 
 
Hadisələrin  siqnallarını  hamıdan  daha  aşkar,  aydın,  daha  çox 
qəbul etmək qabiliyyətidir.  
Mütləq  zərurət  olan  yerdə  informasiyalar  zəruri  olaraq 
verilir.  Öncəgörənlər  həmin  informasiyaları,  belə  demək 
mümkünsə,  hazırlanacaq  informasiyaları,  əvvəlcədən  görə 
bilirlər.  Zərurəti  əvvəlcədən  görmək  hissləri  bəzi  insanlarda, 
seçilmiş insanlarda olur. Onlar ümumidən fərqli olaraq, əlavə, 
dəyişkən  formada  ola  bilirlər.  Xüsusən  duyğu  orqanlarının, 
mərkəzi  informasiya  sisteminin  axarları  da  fərqli  olur.  Allah 
adamlarında  fərqli  baxışlar,  fərqli  davranışlar,  fərqli  ünsiyyət 
ola bilir. Bu da qeyd olunduğu kimi, üçüncü istiqamətdən gələn 
məlumatlardan  asılı  olur.  Məlumat  xalis  insanı  və  zaman 
insanını üstələyir.  
Elmlə  məşğul  olan  insanlar  adi  insanlardır.  Bəzən  onlar 
içərisində  Allah  insanları  da  ola  bilir.  Daha  geniş  duyğulara 
malik  ola  bilirlər.  Fantaziyaları  geniş  ola  bilir.  Düşüncələri 
dərinə gedə bilir. Lakin elm hər sirri aça bilməz. Allahın şəxsə 
göndərdiyi  siqnalı  (başqaları  üçün  gizli  olan  siqnalı)  yalnız 
qəbul  edən  bilə  bilər.  Üçüncü  və  ya  da  dördüncü  tərəf  siqnalı 
hiss  edə  bilməz.  Bu  baxımdan  da  ekstrasenslərin  duyğularını, 
onlara  göndərilən  siqnalları  elm  müəyyənləşdirib  xassələndirə 
bilməz.  Elm  ekstrasensliyi  müəyyən  etmək  və  əhatəli  şəkildə 
araşdırmaq iqtidarında deyil və acizdir. 
Bütün dünyada Allah adamları, kainata daha çox bağlı olan 
adamlar  var.  Onlar  əsas  siqnalları  makro  qüvvədən  qəbul 
edirlər. Bu baxımdan da makro enerji gücünə malik ola bilirlər. 
 
Yazılma tarixi- 22 aprel 2017-ci il 
 
Millətçilik (milliyyətçilik), etnik, milli, dini, irqi ayrıseçkilik 
və onun mənfi fəsadları 
 
Bu  kimi  aktlar  cəmiyyətə,  dövlətə  və  xalqa  formal  və 
maddi zərbələr vurur: 
 


211
 
 
-“Xalis  xalq”ın  (“Çılpaq  xalq”ın)  formalaşmasına  səbəb 
olur.  Monoetnik  dövlətlər  və  xalqlar  buna  misaldır.  “Xalis 
xalq” dəyərli formada inkişaf edə bilməz. Çünki dünya xalqları 
mədəni inteqrasiya şəraitində yaşadıqları halda dəyərləri ötürə-
ötürə  inkişaf  edirlər.  Adətlər,  sosial  və  əmək  vərdişləri, 
yaradıcılıq  vərdişi  transfer  olmasa,  sivil  inkişaf  ola  bilməz. 
Sivil inkişafı şərtləndirmək üçün rəngarənglik mütləq lazımdır. 
Xalqların  mədəniyyət  vərdişləri  ötürülür,  yaradıcılıq  vasitələri 
şərtləndirici  rol oynayır. “Xalis xalq”larda milli  eqoizm  güclü 
inkişaf edir. Burada proseslər mərkəzə doğru baş verir. Açılım 
zəif olur ki, bu da nəticədə mədəni şaxələnmənin qarşısını alır. 
-Kövrək  müdafiə  sisteminin  yaranmasına  gətirib 
çıxarır.  Rəngarənglik  özü  bir  gücdür.  Daxili  potensialın 
artmasına xidmət  edir.  Hər bir fərd inkişafda rol  oynaya bilir. 
Bir  xalqın  qabiliyyəti  və  istedadı  dövlətin  daxilində  digər 
xalqların  istedad  və  qabiliyyətləri  ilə  birləşəndə  məkan  üzrə 
elementlərin sayını və fəaliyyətini artırır. Sistem şaquli və üfiqi 
müstəvi  ilə  zənginləşir.  Digər  tərəfdən  də  multi  etnik  tərkib 
beynəlxalq  müdafiəni  gücləndirir.  Xalqı  həm  də  başqa 
dövlətlərin  ərazilərində  yaşayan  dövlətlər  sülh,  sabitlik  və 
firavanlıq siyasətinə üstünlük verirlər. Qarşılıqlı əməkdaşlıq və 
inteqrasiya zərurəti meydana gəlmiş olur; 
-Mədəni,  etnik  diktatura  yarana  bilir.  Bir  xalqın  milli 
mənlik  şüurunun  ifrat  dərəcədə  “bərkiməsi”,  radikallaşması 
həmin  xalqın  eqosunu  artırır  və  siyasi  özünüdərkinə  mənfi 
təsirlər  edir. Xalqın mədəni,  siyasi  ruhunda barışmazlıq  əmələ 
gəlir. Siyasi system ideoloji əsaslarla bərkiyir, radikal xarakter 
alır. Bu da hər zaman dağılmağa, partlamağa meyilli olur. Bir 
xalqın  regionda  və  öz  dövlətində  siyasi  və  mədəni  diktaturası 
formalaşır.  Bir  xalqın  tiraniyasına  yol  açılır.  Şovinizm  ruhu 
meydana gəlir.  
-Soyqırım 
hadisələrinə 
səbəb 
olur. 
Millətçilik 
(milliyyətçilik)  ruhunun  oyanması  ayrıseçkiliyi  şərtləndirir. 
Milli  eqonun  ifrat  dərəcəsi  barışmazlığı  meydana  gətirir.  Bir 


212
 
 
xalqa  qarşı  kin,  küdurət,  nifaq  hissini  oyadır.  Gözgötürməzlik 
duyğusu bir məkanda və cəmiyyətdə yaşamaq imkanlarını heçə 
endirir.  Təhdidlər  çoxalır.  Həyatı  risqlər  artır.  Milli  ruhun 
artıqlığı  digər  xalqlara  qarşı  saymazlığı  meydana  gətirir.  Bu 
kimi  neqativ  hallar  düşmənçiliyə,  ədavətə  və  soyqırıma  səbəb 
olur.  Bir  xalq  başqa  xalqların  keyfiyyətləri  ilə  barışmayanda 
onlara qarşı soyqırım siyasətinə əl atır. Soyqırım isə bəşəri və 
etnomədəni  cinayət  olaraq  dəyərlərin  məhvinə  yol  açır.  Bir 
xalq öz fiziki, mədəni, maddi və intellektual potensialını itirir. 
İntellektual potensialın itkisindən tək bir dövlət və bir xalq yox
bütün  bəşəriyyət  əzab  çəkir.  Çünki  intellektual  dəyər  əksərən 
bütün xalqlara fayda verir.  
-Etnik  əsaslı  deportasiya  yaradır.  Milliyətçilik,  başqa 
xalqlara  qarşı  xainlik,  göz  götürməmək  kimi  hissləri  oyadır. 
Milli eqoizmi gücləndirir. Başqa xalqlara qarşı milli və mədəni 
fobiyanı  meydana  gətirir.  Bu  kimi  duyğular  deportasiyanı 
yaradır.  İnsanlar  zorla  öz  doğma  yurdlarından  miqrasiya 
edirlər.  Qaçqın  və  məcburi  köçkünə  çevrilirlər.  Dini 
qarşıdurma da meydana gəlir.  
-Terror-mədəni 
və 
bəşəri 
terror-formalaşır. 
Milliyyətçilik  duyğularının  baş  qaldırması  və  ondan  meydana 
gələn  kin-küdurət  hissləri  terror  aktlarına  yol  açır.  Mədəni 
barışmazlıq millətin nümayəndələrinin fərdi və kollektiv olaraq 
ölkə  daxilində  və  digər  ölkələrdə  terrora  məruz  qalmasına 
səbəb olur.  
-Ölkədə  sosial  və  mədəni  müvazinətin  pozulmasına 
səbəb olur. Hər bir xalq istedad daşıyıcısı olur. Genetik amillər 
burada  mühüm  rol  oynayır.  Tarixi  yaradıcılıq  xətti  davam  edə 
bilir.  Mədəni  genetik  daşıyıcılıq  xalqların  nümayəndələrində 
büruzə  verir.  Qarışıq  mədəniyyət  həyatın  daha  da 
müəyyənləşdirilmiş  formada  dərkinə  gətirib  çıxarır.  “Xalis” 
(“Çılpaq”)  xalqın  və  onun  məhdud  təfəkkürünün  forma-
laşmasının qarşısını alır. Monoton mədəniyyətin zənginliyi hər 
xalqda  ola  bilməz.  Qarışıqlıq  zamanı  adət-ənənələr  transfer 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə