Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə69/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   65   66   67   68   69   70   71   72   ...   85

234
 
 
cəmiyyətdə peşə və ixtisas, sənət kriteriyaları üzrə, eləcə də yaş 
və fizioloji amillərə görə cəmiyyətin təbəqələrinin yaranmasını 
təmin  edir.  Cəmiyyətin  siniflərə  ayrılmasında  rol  oynayır. 
Cəmiyyət  dövlət  üçün  mənbə,  dövlət  isə  cəmiyyət  üçün  üst 
idarəçi  qurum  rolunu  oynayır.  Cəmiyyətin  xarakteri  dövlət 
siyasətinin  subyektiv  və  obyektiv  xüsusiyyətlərini  meydana 
gətirir.  Dövlət  öz  cəmiyyətinə,  cəmiyyət  də  öz  dövlətinə 
bənzəyir.  Xalqın  xarakteri,  mental  dəyərləri  də  onun  davranış 
məkanı olan cəmiyyətində büruzə verir.  
 
Hakimiyyət  funksiyası-dövlətçilik  funksiyası  (xarici 
funksiyası) 
 
-hakimiyyəti təşkil edir
-hakimiyyətə səlahiyyətlər verir; 
-hakimiyyəti təminat funksiyasının həyata keçirir
-idarəçiliyin mahiyyətini müəyyən edir
-idarəçilik üçün obyekt rolunu oynayır; 
-idarəçiliyin yönlərini müəyyən edir
-hakimiyyət  üçün  təşəbbüsvericilik  funksiyasını  yerinə 
yetirir; 
-idarəçilikdə rəy və təkliflərini bildirir
-siyasət axarını müəyyən edir
-ideologiyanı yaradır; 
-siyasət üçün konsepsiyaları, strategiyaları müəyyən edir; 
-hakimiyyət üzərində nəzarəti həyata keçirir; 
-hakimiyyətdən hesabatları tələb edir; 
-hakimiyyəti müşahidə edir; 
-hakimiyyəti müşayiət edir; 
-hakimiyyəti  daima  dinamikada  saxlayır,  hakimiyyəti 
qoruyur; 
-hakimiyyətin yenilənməsində iştirak edir; 
-idarəçilik üsulunu formalaşdırır; 
-hakimiyyəti vəsaitlə təmin edir; 
-hakimiyyətlə xalq arasında tarazlı əlaqələr yaradır; 


235
 
 
-hakimiyyətə sifarişlər verir, öz tələbatı barədə hakimiyyəti 
məlumatlandırır; 
-hakimiyyət  (dövlət  )  üçün  qanunvericiliyi  hazırlayır-
burada  parlament  özü  də  cəmiyyətin  hakimiyyəti  rolunu 
oynayır.  Dövlət  başçısını  da  xalq  seçir,  yaxud  da  parlament 
seçki  ilə  təyin  edir.  Deməli,  dövlət  başçısı  da  cəmiyyətin 
nümayəndəsi kimi çıxış edir; 
-cəmiyyət xalqla dövləti əlaqələndirmə funksiyasını yerinə 
yetirir.  
Ümumiyyətlə,  dövlət  hakimiyyəti  (  xalq  hakimiyyəti)  ilə 
cəmiyyət  arasında  vəhdət  mövcuddur  və  cəmiyyət  dövlətin 
fərdlərinin  məcmusu  rolunda  çıxış  edir.  Hakimiyyət  öz 
fəaliyyətini cəmiyyətə yönləndirir. Cəmiyyət də öz fəaliyyətini 
özünə  yönləndirir  və  hakimiyyətini  təmin  edir.  Dövlətini  və 
dövlətçiliyini  qoruyur.  Cəmiyyət  özünü  birbaşa  (daxili 
funksiyası ilə) və dolayı yollarla (hakimiyyəti və dövlət rəhbəri 
vasitəsilə-xarici funksiyası ilə) təmin edir.  
 
Xalqın  cəmiyyəti-cəmiyyətin  xalqı.  Cəmiyyətin  haki-
miyyəti-hakimiyyətin cəmiyyəti 
 
Xalqın  mədəniyyəti,  yəni  quruculuğu  var.  Özünə  xidmət 
etdiyi  dəyərlər  məcmusu  mövcuddur.  Xalq  öz  mədəniyyəti  ilə 
özünün  inkişaf  yollarını  müəyyən  edir.  Mədəniyyət  ünsürləri 
ilə  milli  məfkurəsini  müəyyənləşdirirlər.  Xalq  mədəniyyəti  ilə 
özünə  dəyərlər  kompleksini  təşkil  edir.  Bu  quruculuq  istedad 
və  qabiliyyətin  reallaşdığı  əlaqələr  strukturudur,  strukturların 
məcmusudur. Bu məcmu, strukturlar mexanizmi cəmiyyətlərdə 
formalaşır.  Daha  doğrusu,  xalqın  mədəniyyəti,  mədəniyyətini 
əks  etdirən  norma  və  qaydaların  məcmusunun  məkanı 
cəmiyyət  adlanır.  Xalqı  öz  dərdinə,  şəninə  cəmiyyətlərdə  nail 
olur.  Xalq  öz  faciəsini  və  xoşbəxtliyini  cəmiyyətində  yaşayır. 
Cəmiyyət  xalqa  forma  baxımından  sistemli  əsasları  təqdim 
edir. Xalq öz cəmiyyətinin ruhunu başqa cəmiyyətlərə daşıyır.  


236
 
 
Xalq  cəmiyyətə  dayaq  və  arxa  müstəvi,  potensial  mənbə 
kimi  baxır.  Xalqın  davranış  normaları  kodeksi  cəmiyyətlərin 
davranış  və  əxlaq  normaları  sistemini  yaradır.  Bu  kodeksin 
məkanı cəmiyyət adlanır. Cəmiyyətlər xalqın keçmişi, bu günü 
və gələcəyi arasında irs məzmunlu körpü formalaşdırır. Xalqın 
davranışından  onun  xarakteri  meydana  gəlir.  Xalqın  ruhu 
cəmiyyətlərin ruhu ilə eynilik təşkil edir.  
Xalqın  cəmiyyəti  özünə  məxsus  olduğundan  özünə  də 
bənzəyir.  Düzdür, cəmiyyətlərdə tək xalqların özləri  yox, həm 
də  başqa  xalqlar  yaşaya  bilirlər.  Buna  görə  də  cəmiyyətlərdə 
elementlər zəngin olur. Xalq “xalislikdən” (xamlıqdan, mədəni 
kasadlıqdan, cılızlıqdan, xainlikdən, xudbinlikdən, naqislikdən, 
cəhalətdən)  azad  ola  bilir.  Cəmiyyətlərdə  müxtəlif  xalqların 
müsbət  dəyərləri  ötürülür.  Mənfiliklər,  xoşagəlməz  hallar  da 
ola bilir. 
Xalqın  cəmiyyəti  öz  qüsurları  ilə  özünə  bənzəyir.  Çünki 
davranış  yeri  elə  cəmiyyət  olur.  Hakimiyyətin  daxilində  olan 
münasibət formaları, hakimiyyətin daxilində olan əxlaq da elə 
cəmiyyətin  daxilində  meydana  gəlir.  Cəmiyyət  qüsurlu 
hakimiyyətinə,  yaxud  da  dəyərli  hakimiyyətinə  görə  ilk 
növbədə  özünə  borclu  olur.  Xalq  öz  cəmiyyətində  qüsurlar 
yaradırsa,  hakimiyyətinin  sağlamlığı  yarana  bilmir.  Çünki 
hakimiyyət  cəmiyyətdən  formalaşır.  Hakimiyyətin  üzvləri  öz 
əxlaqını  ilk  növbədə  cəmiyyətindən  götürür.  Xalq  özünü  öz 
cəmiyyətində düzgün aparırsa, hakimiyyəti də sağlamlaşır. Bu, 
bumeranq  rolunu  oynayır.  Hakimiyyət,  cəmiyyət,  xalq,  dövlət 
bir-birindən 
ayrılmaz  atributlardır,  fenomenlərdir.  Bu 
fenomenlərin  sağlamlığı  mənbədən-cəmiyyətdən  (ailə  də 
cəmiyyətə  daxildir)  başlayır.  Bu  baxımdan  da  sağlamlıq  daha 
çox  cəmiyyətlərdə  olur.  Xalq,  cəmiyyət,  dövlət,  hakimiyyət 
bir-birini şərtləndirərək inkişaf etdirir, ya da tənəzzülə uğradır. 
O da düzdür ki,  daxili  maneələrlə bərabər, xarici  maneələr də 
mövcud  olur.  Cəmiyyətin  inkişafında,  xalqın  dirçəlməsində 
xarici ünsürlər və axınlar mühüm rol oynayırlar.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə