Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə66/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   62   63   64   65   66   67   68   69   ...   85

225
 
 
Cəmiyyət  və  insan,  cəmiyyət  və  şəxsiyyət,  cəmiyyət  və 
dövlət silsiləsindən 
 
Cəmiyyət nədir. İnsanın cəmiyyətdə rolu  
 
Cəmiyyət  bir  forma  və  struktur  olaraq,  təbiət  və  insan, 
insan  və  insan  vəhdətinin  (əlaqələr  və  münasibətlər  fonunda) 
məkanıdır.  İnsanların  şəxsiyyətlər  kimi  varlıqları  təbiətin 
cəmiyyət qurumunda reallaşır. (Qeyd: təbii ki, cəmiyyət təbiətə 
məxsusdur.  Çünki,  təbiətdən  gələn  siqnallar  vasitəsilə 
insanların ona olan münasibətləri reallaşır. Bu münasibətlərdən 
də  forma  və  məzmunlar  əldə  edilir).  Təbiət  fizioloji 
məkandırsa,  cəmiyyət  mənəvi-maddi  konstruksiyadır.  İnsan-
ların  şəxsiyyətlərinin  tərkibini  təşkil  edən  elementlər  (mənəvi 
aləmin  elementləri-əxlaq  da  daxil  olmaqla)  cəmiyyətlərdə 
realizə  olunur,  aşkarlanır.  Bu  elementlər  cəmiyyətin  üzvləri 
(insanlar)  üçün  norma,  qayda  və  təlimləri  yaradır.  İnsanın 
təbiətlə  təmasları  onun  davranış  mütodlarını  üzərə  çıxarır. 
İnsanın  cəmiyyətdə  davranışı  irs  yaradır  və  özündən  sonra 
gələn nəsil üçün istinad təlimatları, qaydaları, normaları rolunu 
oynayır.  Davranışlar  irsi  adətə  keçir.  Burada  cəmiyyət  sanki 
mənəvi irsi mənbə kimi çıxış edir. İnsanın şəxsiyyət kimi rolu 
cəmiyyətdə  sübuta  yetirilir,  realizə  olunur.  İnsanın  mənəvi 
məxluq  kimi  dəyəri  cəmiyyətdə  təsdiqlənir,  sübuta  yetirilir. 
Çünki,  cəmiyyətin  üzvləri  bir-birilərinə  qiymət  verə  bilirlər. 
İnsan ictimai  fərd rolunu oynayır. Cəmiyyətdə insan insandan 
nümunə  götürür.  Davranış  modelləri  irsi  olaraq,  ardıcıl 
qaydada  bir-birini  əvəzləyir.  Cəmiyyət  insanın  bir  növ 
müəllimi, tərbiyəçisi qismində çıxış edir. Cəmiyyətdə dəyərlər 
formalaşır və təsdiq olunur.  
Cəmiyyət  insanın  təbiətlə  və  öz  aralarında  olan 
təmaslarının  təzahürdür.  Təbiət  və  bəşəriyyət,  dini  inanclar 
tələb  edir  ki,  insanlar  birgə  yaşasınlar.  Əl  və  zehni 
məhsullarından  birgə  istifadə  etsinlər.  Maraq  və  məqsədlərini 


226
 
 
birgə  müəyyən  etsinlər.  İstək  və  niyyətlərini  qruplaşdırsınlar, 
seçimlərə  bölsünlər.  Fərdi  maraqlarını  ümumi  maraqları  ilə 
sintez  etsinlər.  Fərdi  və  ümumi  mənafeni  birləşdirsinlər. 
İnsanlar əmək kollektivi, sosial bütövlük şəraitində yaşasınlar. 
Kollektivçilik  birgə  enerji  potensialının  yaranması  deməkdir. 
Burada  əmək,  zehin  və  sosial  vərdişlər,  davranışlar  cəmləşir. 
Bu  potensial  mənbədən  hər  kəs  daha  çox  faydalana  bilir. 
Ümumi  müstəvidə  hərənin  öz  payı  (verilən  və  çatan  paylar) 
meydana gəlir.  Təbiət  və  bəşəriyyət  onu tələb edir ki,  insanlar 
əl  əməyi  məhsullarının  mübadiləsi,  eləcə  də  zehni  əməyin 
mübadiləsi  şəraitində  yaşamaq  zərurəti  ilə  üzləşsinlər. 
İnsanların  ayaqda  qalmaları  üçün  dəyərləri  ötürmə  prinsipləri 
şərtə çevrilir.  
Ünsiyyət,  əlaqə  və  təbiətə  olan  münasibət  məlumatlardan 
ibarət  olur.  İnformasiya  şəbəkəsi  məhz  zehni  və  əl  əməyinin 
məhsullarının paylanmasında mühüm rol oynayır.  İnformasiya 
şəbəkəsi  və  məlumatların  dünya  üzrə  ötürülməsi,  səpələnməsi 
insanların  həyat  şəraitinin  mənalı  formalaşmasını  təmin  edir. 
İnsanları  aktiv  şəkildə  sosiallaşdırır,  cəmiyyətlərdə  ifadə  edir, 
mənalandırır.  Sosiallaşma  ümumi  mənafeləşmədir,  ictimai, 
siyasi, mədəni və iqtisadi bütövləşmədir. Sosiallaşma sayəsində 
insanlar  ünsiyyət  məkanlarını  qruplaşdırırlar,  təsnif  edirlər, 
sahələrə  ayırırlar  və  rəngarəngləşdirirlər.  Sosialllaşma  insan 
həyatını  bir  tərəfdən  mürəkkəbləşdirir,  çətinləşdirir,  digər 
tərəfdən  isə  asanlaşdırır  və  sadələşdirir.  Bu  baxımdan  da 
cəmiyyətlər  münasibətləri  tarazlaşdıran  məkanlardır.  İnsanlar 
kollektiv  təsərrüfatlar,  yaşayış  məskənləri  (burada  kəndlərdə, 
qəsəbələrdə,  şəhərlərdə  və  ölkələrdə  birləşmiş,  zonalaşmış, 
regionlaşmış  yaşayış  məskənlərinin  yaranmasından  söhbət 
gedir)  hesabına  həyatda  ayaq  tuta,  qərarlaşa  bilirlər.  Fərdin 
şəxsiyyətə  çevrilməsi  kollektivçilikdə,  birgə  maariflənmədə, 
birgə  əmək  şəraitində  və  birgə  sosial  şərtlərdə  mümkün  olur. 
İnsan  öz  keyfiyyətlərini  ümumi  məkanda  ,  yəni  sosial 
müstəvidə  daha  çox  təqdim  edə  bilir.  İnsanların  keyfiyyətləri, 


227
 
 
məziyyətləri  və  fəzilətləri,  dəyərli  tərəfləri  məhz  kollektiv 
yaşayış  formasında-sivil  sosial  məskənlərdə  reallaşır. 
Keyfiyyətlərin,  dəyərlərin  mübadiləsi  sayəsində  şaxələnmiş 
rasional  istehsalat  (fabrikatlaşmış  məhsullar)  meydana  gəlir. 
İstər  yaşayış  məskənlərində,  istərsə  də  istehsal  və  xidmət 
sahələrində,  istirahət  mərkəzlərində,  elm  və  təhsil,  səhiyyə 
ocaqlarında  ünsiyyət  və  əlaqələrin  mövcudluğu  insanların 
kimliyini  aydınlaşdırır.  Bu  aydınlaşma  sayəsində  enerji 
mübadiləsi  baş  verir  və  insanlar  xoşbəxtliyə  nail  olurlar, 
nailiyyətlər,  qazanclar  əldə  edirlər.  İnsanların  qazandıqları  o 
halda dəyərə çevrilir ki, qazanc məhsulları reallaşma məkanları 
əldə  edir.  Deməli,  insanların  sosiallaşması  onların  dəyərli 
məxluq kimi önəmli rol oynamalarını zərurətə çevirmiş olur.  
Bu  gün  insanlar  arasında  əlaqə  və  münasibətlər  forma  və 
məkan  baxımından  kiçik  ailə  qurumundan  tutmuş,  kənd, 
qəsəbə,  rayon,  şəhər,  ölkələr  kimi  münasibət  məkanları 
modellərinə 
qədər 
uzanmaqdadır, 
dairələnməkdədir, 
əhatələnməkdədir. İnsanlar arasında münasibətləri infrastruktur 
vasitələri,  eləcə  də  informasiya  vasitələri  təmin  etməkdədir. 
İnsanlar  arasında  qiyabi  və  əyani  vasitələr  insan 
sivilizasiyalarını,  məkanlarını  bir-birinə  bağlayır.  İnsanlar 
əyani  və  qiyabi  olaraq  bir-biriləri  ilə  ünsiyyət  qururlar, 
əlaqələrə  girirlər,  ortaq  maraqlarını  bölüşürlər,  hədəflərini 
müəyyən  edirlər,  mövcud  və  gələcək  vəziyyətlərini  müzakirə 
edirlər. Ortaq bir mövqe və  maraq obyekti axtarırlar. Bu  yolla 
insanlar sosiallaşırlar. Cəmiyyətlər təşkil edirlər və cəmiyyətlər 
arasında  tellər  yaradırlar.  İnsanlar  cəmiyyətlərdə  dünyaya 
gəlirlər  və  buna  görə  də  həyatın  başlanğıcından  cəmiyyətlərin 
vərdiş  olunmuş  norma  və  qaydalarına  tabe  olurlar.  Şəbəkələr 
adət-ənənələrin,  vərdişlərin  yayılmasını  təmin  edir.  Geyim 
adətləri  və  modelləri,  əxlaq  davranışları,  ünsiyyət  formaları 
məkanlardan-məkanlara (məkanlar-yaşayış məskənləri) transfer 
olunur.  Bu  baxımdan  da  insanların  əlaqə  və  ünsiyyət 
yaratdıqları  məkanlar  cəmiyyət  adlanır.  Cəmiyyət  şəhər  və 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə