Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə64/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   60   61   62   63   64   65   66   67   ...   85

219
 
 
camaat, sakin adətlərinə keçidlər edib. Belə demək mümkünsə 
traybekratiya,  tayfa  hakimiyyəti,  tayfa  başçılarının  tayfaları 
daxilində  və  işğal  etdikləri  başqa  tayfalar  üzərində  idarəçiliyi 
tədricən  tayfalardan  əmələ  gələn  (zorən  və  ya  da  könüllü 
şəkildə  birləşən  tayfalar  birliyindən  xalqlar  əmələ  gəldi)  xalq 
idarəçiliyinə  keçidlər  etdi.  Deməli,  şəhər  həyat  tərzi,  böyük 
yaşayış  məskənləri  xalqın  hakmiyyətini  yaratdı.  Etnoslardan 
demoslara  keçid  siyasi  təşkilatlanma  ilə  başladı.  Deməli, 
demokratiya  traybokratiyadan  etnokratiyaya,  oradan  da  indi 
formasına  keçidlə  formalaşdı.  Quldarlıq  dövründə  hər  kəsin 
hüquqları olmadı. Feodalizm (torpaq mülkiyyətçiləri) dövründə 
feodal təsərrüfat özünəxas quruluş meydana gətirdi. Bunun adı 
yeni  mütləqiyyət  çarlığı  idi.  Təbii  ki,  demokratiya  sonradan 
(ilkin  nəzəri  əsaslarından  sonra)  mütləq  monarxiyaya  keçidlər 
etdi.  Feodalizm  dövründə  mütləq  monarxiyalar,  teokratik 
monarxiyalar  formalaşdı.  Kapitalizm  isə  (burada  pulun 
vasitəyə  çevrilməsi,  natural  əməkdən  muzdlu  əməyin 
formalaşması,  sənayeləşmə)  yeni  quruluşları,  məsələn,  burjua 
demokratiyasını  yaratdı.  Sonradan  isə  burjua  demok-
ratiyasından  (burjua  təbəqəsinin  siyasi  hakimiyyətindən)  milli 
demokratiyaya  (burada  xalqların  hər  bir  üzvünün  vətəndaşa 
çevrilməsi  və  siyasi  hüquqlar  qazanması  nəzərdə  tutulur) 
keçidlər yaşandı. Burjua demokratiyası özündə aristokratiyanı, 
plutokratiyanı,  fəhlə  və  kəndli  inqilabları  fonunda  isə 
oxlokartiyanı  (kütlənin  qiyam  yolu  ilə,  üsyan  və  inqilablar 
vasitəsilə  hakimiyyəti  ələ  almalarını  əks  etdirən  quruluş) 
meydana gətirdi. Demokratiya traybokratiyadan,  etnokratiyaya 
keçidlə  yaranmış olsa da qədim dövrlərdən bu  yana idarəçilik 
formaları  və  rejimləri  baxımından  nookratiyanı  (ağıllıların 
idarəçiliyini), 
aristokratiyanı,  plutokratiyanı,  anarxiyanı, 
avtokratiyanı,  tiraniyanı,  despotizmi,  totalitarizmi,  diktaturanı, 
xuntanı,  demarxiyanı  və  digər  formaları  və  rejimləri  özündə 
yaşatdı və bu gün də həmin elementlərin daşıyıcısı kimi davam 
etməkdədir.  


220
 
 
Bu  gün  demokratiyanın  tərkibi  birmənalı  olaraq  sərt,  bərk 
rejimlərdən  ibarət  deyil.  Yumşaq  formalar  və  məzmunlar 
mövcuddur.  Liberal  demokratiyalar,  onun  tərkibi  olan 
konstitusiyalı  monarxiyalar,  respubliklar  (cəmiyyətin  haki-
miyyəti)  arealları  genişlənməkdədir.  Hal-hazırda  inkişaf  etmiş 
sivil  cəmiyyətləri  daha  çox  iqtisadi  resurslar,  insan  həyatını 
təmin  edən  vəsaitlər  idarə  edir.  İstər  yuxarı  təbəqə,  istərsə  də 
cəmiyyət  özü  normalarla,  normaların  hərəkət  etdirdiyi 
vəsaitlərlə  idarə  olunur.  İndi  demokratiya  bu  və  ya  da  digər 
formada  texnokratiyanı  da  yaradır.  Texniki  innovasiyalar, 
informasiya texnologiyaları insan həyatına və şüuruna təsir edir 
və  bu  da  özlüyündə  sərt  rejimli  hakimiyyətlərin  yaranmasının 
qarşısını  alır.  İnsanlarn  maariflənməsi,  xəbərlərin  tez 
çatdırılması  cəmiyyətin  şüurunu  aydınlaşdırır  və  adekvatlılığı 
yaradır.  İnsanların  mütə  şəkildə  tabe  olmaları  əksər  hallarda 
qeyri-mümkün  hala  çevrilir.  Bu  baxımdan  da  bu  gün  sivil 
cəmiyyətlərdə  kollegial,  institusional  idarəçilik  hökm  sürür. 
Məcazi  mənada  ifadə  etsək,  informkratiya,  sosiokratiya 
cəmiyyətin  liberallaşmasını,  idarə  edən  qrupun  yumşalmasını 
zəruri edir.  
Bu  zamanada  hər  bir  xalqın  hakimiyyəti  var.  Bu,  fərdi  və 
kollektiv  hakimiyyətdir.  Məsələn,  Rusiya  həm  etnik  rusların, 
həm də bu ölkədə  yaşayan xalqların (cəm halda vətəndaşların) 
milli  məkanıdır.  Yəni,  dövlətləridir.  ABŞ-da,  Kanadada, 
Avstraliyada,  Hindistanda  müxtəlif  xalqların  nümayəndələri 
cəmləşib  bir  dövləti  təmsil  edirlər.  Bu  baxımdan  da  bütün 
xalqlar  öz-özlüyündə  demosa  (təşkilatlanmış  etnoslara) 
çevriliblər.  Məzmun  etibarilə  istənilən  ölkədə  etnokratiyanın 
yaranması qeyri-mümkün bir hala çevrilir.  
Bu gün istənilən ölkəni yüksək səviyyədə idarə etmək üçün 
lazımi vəsaitlər tələb olunur. Hakimiyyətin resurs fondu, resurs 
xəzinəsi,  resurs  bankı  olmalıdır.  Bu  vəsaitlər  cəmiyyətin 
özündə  toparlanır.  Cəmiyyət,  milli  və  yerli  iqtisadiyyat  varlı 
olduqda insanların normalarla idarə olunması da asanlaşır. Belə 


221
 
 
hallarda  yuxarı  hakimiyyət  (fiziki  mənada)  çox  da  cəmiyyət 
üçün lazm olmur. Qurulmuş struktur və mexanizm özü sistemli 
qaydada əhalini idarə edir.  
Resurslar  inkişafı  şərtləndirir,  inkişafı  dalğalandırır. 
Resurslar təminatı yaradır, insanların sosial rifahını gücləndirir. 
Resurs  bol  olduqda  və  onun  taraz  əsaslarla  paylanılması  baş 
verdikdə  cəmiyyət  sabitləşir.  Resurslar  tələblərə  cavab  verir, 
ehtiyacları  ödəyir.  Yüksək  inkişaf  səviyyəsini  saxlamaq  üçün 
və  yeni  vərdiş  olunmuş  vəziyyəti  əldə  saxlamaq  məqsədilə 
davamlı  vəsaitlərin  olması  şərtdir.  Cəmiyyət  resurslarla  təmin 
edildikdə  sağlamlaşır.  Bu  halda  sağlam  sosial-siyasi  institutlar 
meydana  gəlir.  İdarəçilikdə  demokratik  prinsiplər  möhkəm-
lənir.  İnsanlar  maariflənir  və  rasionallıq  və  sağlam  təfəkkür 
inkişaf edir. 
Resurs  zənginliyi  dövləti  idarə  edən  qrupun  və  onun 
başında  dayanan  şəxsin  xarakterinə,  bu  yöndə  davranışına  da 
öz  təsirlərini  göstərir.  Varlı  cəmiyyət  üzərində  despotizmin 
yaranması  da  qeyri-mümkün  hala  çevrilir.  İmkanlı  cəmiyyət-
lərdə  strukturlar  üzərində  basqılar  dövlət  idarəçiləri  üçün  əks-
səda  verir  və  hakimiyyətin  səmərəli  idarəçiliyinə  mane  olan 
ünsürləri  meydana  gətirir.  Destruktivlik  hakim  elita  üçün  da 
sabitliyin pozulmasına rəvac verə bilir. Bu baxımdan da hakim 
qrup  qeyri-hakimiyyət  tərəfinə  qarşı  yumşaq  davranmaq 
məcburiyyəti ilə üzləşir. Digər tərəfdən,  cəmiyyətin  və  xalqın, 
dövlətin  qazandığı  dəyərlərin  əldən  verilməsi  qorxusu  da 
hakim qrupu alternativ yollara (despotizmdən fərqli üsullara) əl 
atmağa  vadar  edir.  Demokratiya  bu  halda  özündə  meri-
tokratiyanı  (ləyaqətlilərin  hakimiyyəti),  nookratiyanı  (ağılın 
hakimiyyəti)  doğurmağa  başlayır.  Hakim  elita  sağlam 
cəmiyyətlər  qurulmasında  maraq  nümayiş  etdirir  və  öz  məna-
feyini  də  cəmiyyətdən  təmin  etməyə  can  atır.  Hakimiyyətlə 
xalq  arasında  harmoniyalaşmış  münasibətlər,  üzvi  əlaqələr 
yaranmış  olur.  Bu  halda  dövlət  stabil  halda  çiçəklənməyə 
başlayır.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə