Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə63/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   59   60   61   62   63   64   65   66   ...   85

216
 
 
Maddiyyatın üst və daxili sferasını fiziki əqil mənəvi amillərlə 
örtür. Bu amillərə iradə, səbr, dözüm, insaf, vicdan, mərhəmət, 
tərbiyə,  nəfis  kimi  keyfiyyətlər  daxildir.  Bu  kimi  keyfiyyətlər 
kompleksi  insanının  maddi  aləmləmlə  təmaslarını  və  mənəvi 
mövqeyini formalaşdırır. Buradan da “mənliyə” keçidlər edilir. 
Yəni,  mənlik  özündə  maddiyat  sferasını  əhatə  edən,  onu 
yaşadan  elementlərin  cəmləşməsini  təmin  edir  və  fiziki 
mexanizmini  formalaşdırı.  İnsan  əxlaqi  keyfiyyətlərdən 
yararlanaraq  özünə  sərhədlər  yaradır.  Deməli,  maddi  aləmin 
özü,  mənəvi  aləm  və  hər  iki  aləmin  qarşılıqlı  tələbkarlığı  və 
tələbata  cavab  verməsi  insanı  ailədə,  cəmiyyətdə,  dövlətdə 
ayaq  üstə  durmağa  və  mənalı  ömür  yaşamağa  sözv  edir  və 
təminatını həyata keçirir. 
İnsanlar  əqli  və  şüuru  baxımdan  kəmiyyətcə  fərqlənirlər. 
(Qeyd:  burada  bir  haşiyə  çıxım:  -işıq  sürəti  kainatda  eyni  ola 
bilməz;  ona görə  ki,  hər şey fərqli  kəmiyyətdədir). Bir çoxları 
maddi aləmə üstünlük verir və mənəviyyat tarazlığını pozurlar. 
Bir  qism  insanlar  isə  əksinə  hərəkət  edirlər.  Daha  çox 
düşüncələrdən  asılı  olurlar.  Mənəviyyatı  və  onun  tərkib 
elementlərinin  simmetrik,  harmonik  formasını  və  ruhunu 
qorumağa  çalışırlar.  Belə  halda  böyük  şəxsiyyət,  ləyaqətli 
insan  yetişir.  Əqil  (uzun  düşüncə)  insanı  duyğuların  da  geniş 
formalaşdığı  pik  nöqtəyə-kamallığa,  müdrikliyə  aparır. 
Kamallıq  zamanı  əqli  elementlər,  həmçinin  əxlaqi  elementlər 
maddi elementləri sıx müstəvi ilə əhatə edir, cilovlayır. Kamala 
yetişən  insan  ləyqaətini  qoruya-qoruya  maddi  aləmin 
boyunduruğundan  kənarda  qalır  və  ona  nəzarət  edir.  Nəfsə 
hakimlik, saf vicdan daha da təkmilləşir.  
Müdriklik  maddi  aləmi  öz  sərhədləri  daxilində  passiv 
hərəkət  etdirən  aktiv  zərrəcikli  müstəvidir.  Aktiv  enerji 
mühitidir, bazasıdır.  
 
Yazılma tarixi-19 iyul 2017-ci il 
 


217
 
 
Narsist dövlət rəhbəri haqqında 
 
 
Elm  qeyd  edir  ki,  narsizm  –ruhi  sarsıntıdır.  Bu  ifadə  öz 
mənşəyini Qədim Yunan əsatirindən (Narkiss adlı gənc suda öz 
əksini  görür  və  öz-özünə  vurulur)  götürür.  Elmi  izaha  əsasən, 
narsizm  xudbinlikdən  irəli  gələn  və  özünə  aludəçiliklə,  özünə 
vurğunluqla,  xarici  mühitə  qarşı  güclü  eqoizmlə  ifadə  olunan 
bir xəstəlikdir. Xarici mühit şəxsdə qorxu yaradır. Xarici aləm 
dərk  olunmur.  Bu  baxımdan  narsist  şəxs  özünə  səcdəni  ifadə 
edən tərzi alır.  
Belə  hesab  etmək  olar  ki,  özünə  vurğunluq,  aludəçilik 
şəxsdə  özünü  “Yerdə  gəzən  tanrı”  hesab  etməni  şərtləndirir. 
Narsist şəxslərdə zülm, istibdad, qəddarlıq, xudbinlik, ifrat eqo 
şərtdir.  
Narsist dövlət rəhbərləri haqqında bu kimi ümumiləşmiş 
xarakteri və əməli elementləri qeyd etmək olar: 
-öz  təsirini,  diktəsini  birbaşa  xalqın  üzərində  pərdə  kimi 
çəkən; 
-xarici  (ətraf)  fobiyadan  irəli  gələrək,  qorxaqlıqla  xalqa 
zülm edən, zalım, qəddar; 
-zəiflik, cılızlıq;  
-xalqdan  qorxan  və  cəmiyyətdən  qaçıb  gizlənən.  Özünü 
tənhalığa çəkən; 
-xalqın  taleyinə  biganə  qalan.  Xalqın  faciəsini  yaşaya 
bilməyən; 
-özünün  ruhunu  xalqın  ruhuna  bağlaya  bilməyən,  özünü 
xalqın tərkibi edə bilməyən
-xalqa qarşı etinasız və biganə qalan; 
-ətrafa qarşı soyuq, lakin hər zaman alov mənbəyi olan
-özünü  monoteist  kimi  xalq  üzərində  sübuta  yetirməyə 
çalışan; 
-xalqla ünsiyyətdən qaçan və özünü tənhalığa çəkən; 
-bir qrup şəxslə birlikdə xalqının sərvətlərini mənimsəmək 
və acgözlük; 


218
 
 
-hakimiyyətini itirməmək üçün əlində “silah” gəzdirən; 
-“ayaq altını görə bilməyən və basıb keçən” 
-qarşı tərəfi insan yerinə qoymayan
-xalqın ağıllı, istedadlı üzvlərindən qorxub gizlənən
-ətrafını düşmən obrazında görmə; 
-xarici aləmin ağılını, məsləhətlərini qəbul edə bilməyən və 
məsləhətləri özünə təhqir kimi bilən
-ziyalı  təbəqəni,  elm  elitasını,  ictimai  gücü  özünə  düşmən 
bilən; 
-daima şübhələr, xoflar içərisində yaşayan
-şübhələrə görə analitik təfəkkürə malik ola bilməmək
-eqonun möhkəmlənməsi və möhkəm olaraq qalması üçün 
tez və səmərəsiz qərar qəbulu; 
-xalqı yox, özünü ucada, öndə görən cılız liderlik; 
-aşırı şəhvani hissləri doyurmaq istəkləri;  
-xudbinlik,  paxıllıq,  xainlik,  araqatanlıq  və  digər  bu  kimi 
mənfi xüsusiyyətlər. 
 
Yazılma tarixi -02 avqust 2017-ci il  
 
Demokratiya və qeyri-demokratiya haqqında  
Siyasi quruluş, forma və dövlət idarəçiliyi rejimləri  
 
Hakimiyyətin, dövlət quruluşunun, ali idarəçiliyinin, xalqla 
onu  idarə  edən  tərəfin  münasibətlər  formasının,  sosial-mədəni 
quruluşun  tarixi  çoxlarımıza  məlumdur.  Dövlət  quruluşuna 
qədər  tayfa  hakimiyyəti  (traybizm  ənənələri  üzərində  qurulan 
kiçik  münasibətlər  strukturu-hansı  ki,  bu  münasibətlər  və 
əlaqələr  tayfa  daxili  adətlərə,  ənənələrə  söykənib)  mövcud 
olub.  Tayfalar  birləşməsindən  meydana  gələn  böyük  yaşayış 
birliklərini  meydana  gətirdiyi  cəmiyyət,  eləcə  də  sivil  yaşayış 
məskənləri  (şəhər  həyatı)  formalaşdıqca  idarəçilik  müna-
sibətləri  də  dəyişikliyə  məruz  qalıb.  Tayfalar  birləşdikcə 
idarəçilik də sintez olunub. Tayfa adətləri ümumi şəkildə əhali, 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə