Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   2   3   4   5   6   7   8   9   ...   25

 

18

Pul  xərclərinin  hesablama  vahidləri  büdcə  təşkilatlarının  fəaliyyətini  və 



inkişafını təmin edən normalar üzrə müəyyən edilir. 

Büdcə  xərclərinin  əsas  prinsipi  onların  təyinatına  və  vaxtına  görə  ciddi 

nizamlanmasıdır. 

Büdcə təşkilatı pul vəsaitini smetada nəzərdə tutulmayan məqsədlərə istifadə 

etməyə hüququ yoxdur. 

Büdcə təşkilatlarının funksiyaların icrasının təmin edilməsinə daxildir: 

  Büdcə  təşkilatlarının  işçilərinin  əməyinin  ödənilməsi,  dövlət 

hakimiyyət orqanları işçilərinin (dövləft orqanlarının) saxlanması (pul 

mükafatları,  əmək  hallı  və  s.)  ezamiyyə  xərcləri  qanunvericiliklə 

müəyyən edilən digər ödəmələr; 

  Dövlətin  (bələdiyyələrin)  ehtiyacı  üçün    göstərilən  xidmətlərin,  icra 

olunmuş işlərin, göndərilmiş əmtəələrin dəyərinin ödənilməsi; 

  Azərbaycan  Respublikası  büdcə  sisteminə  vergi,  rüsum  və  digər 

məcburi ödəmələr; 

  Büdcə təşkilatlarına fəaliyyəti nəticəsində dəymiş ziyanın ödənişi. 

Xərc  normaları  –  göstərilən  xərclər  müəyyən  olunmuş  xərc  normaları  ilə 

həyata  keçirilir,  hansı  ki,  pul  vəsaitlərinin  məbləğini  özündə  əks  etdirən  miqdarı 

kifayət dərəcədə tələbatı təmin edir. 

Pul normaları müxtəlif növlərdə tədbiq olunur: 

1. 


material  qiymətlərinin  istifadəsini  göstərən  natural  normalar  (yemək 

xərc  normaları, dərman alınması,  yumşaq  inventar,  geyim  əşyalarının 

alınması və s.); 

2. 


əmək  haqqı, təqaüdlər, ezamiyyə  xərcləri  və s ümumiləşdirilmiş  fərdi 

ödənişlər; 

3. 

keçmiş  dövr  büdcə  imkanlarına  və  xərc  vəsaitləri  göstəricilərinə 



əsasən müəyyən edilən normalar. 

Mürəkkəbliyi  dərəcəsinə  görə  büdcə  xərclərinin  xərc  normaları  sadə  (ayrı-

ayrı  xərc  normaları)  və  konbinləşmiş  və  ya  iriləşdirilmiş  ,birləşdirilmiş  xərc 

normalarını əhatə edən normalara ayrılır.  




 

19

Müasir  şəraitdə  büdcə  təşkilatının  bütün  növ  məsrəflərini  əhatə  edən 



birləşdirilmiş  nomaları  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  normalardan  istifadə 

təşkilatların  gələcək  inkişafının  son  nəticələrinin  təxmini  müəyyən  etməyə  imkan 

verir. 

Bundan  başqa  bu  normaların  tədbiqi  büdcə  təşkilatlarının  sərbəst  olaraq 



büdcə  vəsaitlərindən  qənaətlə,  istifadə  etməyə,  müxtəlif  istiqamətlərə  xərcləri 

yönəltməyə  və s məsələlərdə onların mərəğı artır. 

Büdcə  xərclərinin  normaları  bir  sıra  faktorda  dəyişə  bilər.  Normaların 

artması,  xalq  təsərrüfatında  əmək  hüququnun  artımı,  qiymət  sisteminin  dəyişməsi 

və büdcə xərclərinin maliyyələşməsində əlavə imkanlarının yaranması ilə əlaqədar 

ola bilər. 

Büdcə  təşkilatının  xərclərinin  maliyyələşməsi  və  planlaşdırılması  zamanı 

mal  alışı,  iş  və  xidmətlər  2000-  dən  yuxarı  əməyin  ödənilməsinin  və  s  minimum 

ödənişləri dövlət  və  hakimiyyət orqanlarının  və  yerli bələdiyyə orqanlarının  və  ya 

büdcə  təşkilatlarının  hüquqi  və  fiziki  şəxslərlə  bağladığı  müqavilələri  əsas  hesab 

olunur. 

Smeta  –  büdcə  təşkilatlarının  maliyyə  planı  hesab  edilir.  Maliyyə  orqanları 

smeta  əsasında  sosial  məqsədlər  üçün  xərclərin  həcmini  müəyyən  edir.  Hansı  ki, 

cari ilin büdcə tərkibinə daxil edilib.  

1. 

büdcə  təşkilatlarında  sosial  ehtiyaclara  xərclərin  müəyyən 



hissəsinin  maliyyələşməsi başqa  qaydada aparılır. Məsələn, 

kütləvi  informasiya  və  teatr-tamaşa  müəssələrində  vəsait 

çatışmazlığının  təmin  edilməsi.  Bu  müəssisələrin  xidməti 

pulludur,  bütün  xərcləri  öz  gəlirləri  hesabına  ödəməyə 

çatmadıqda  müəssisələrin  gəlirləri  ilə  xərcləri  arasındakı 

fərq isə büdcədən ödənilir.  

2. 

Milli  müdafiə  xərcləri  dövlətin  funksiyalarından  irəli  gəlir. 



Müdafiə  xərclərinin  səviyyəsi  və  həcmi  daxili  və  xarici 

faktorlardan  aslıdır:  -  beynəlxalq  vəzifələrdən  sərhədlərin 

uzunluğundan 

və 


xarakterindən, 

ölkənin 


ərazisinin 


 

20

həcmindən,  hərbi  işin  müasir  inkişafından  və  s,  ordu  və 



donanmanın  texniki  səviyyəsi,  silahlı  qüvvələrin  heyətinin 

şəxsi  həyatının  səviyyəsinin  artırılmasına  və  sosial-mədəni 

tədbirlərin keçirilməsi və ölkənin iqtisadi imkanlarından. 

Müdafiə  xərcləri,  hansı  ki,  vacibdir,  mürəkkəb  xarakterlidir,  ona  görə  də 

dövlət  öz  xarici  siyasətini  elə  sülh  yönümlü  xarici  siyasət  (qurulmalıdır) 

aparılmalıdr  ki,  hərbi  xərcləri  daima  azaltsın.  Azərbaycan  Respublikası  Müdafiə 

Nazirliyi  vasitəsilə  milli  müdafiə  xərcləri  büdcənin  xərclərində  milli  müdafiə 

xərclər  qrup  xərcləri  nəzərdə  tutulur.  Həmin  xərclərin  tərkibinə  ordu  və 

donanmanın  saxlanması  xərcləri  hərbi  texnikanın  alınması,  əsaslı  tikinti,  elmi-

tədqiqat  və  təcrübə-konstruktor  işləri,  hərbi  xidmət  işçilərin  müavinətlər  və  sair 

məsrəflər daxildir. Vəsaitlərin müəyyən hissəsi MDB-ə üzvlük haqqı kimi ödənilir.  

Bütün  xərclər  Azərbaycan  Respublikası  Müdafiə  Nazirliyinin  xüsusi 

smetasında göstərilir ki, sonradan federal büdcənin tərkibinə daxil edilir. Xərclərin 

planlaşdırılmasının  əsas  xüsusiyyəti  birinci  növbədə  Müdafiə  Nazirliyi  üzrə 

müəyyən  edilir,  sonradan  isə  hərbi  dairələr  və  hərbi  hissələr  üzrə  smetalar  tərtib 

edilir. Bu qayda onunla əlaqədardır ki, hərbi xərclərin maliyyələşdirilməsi Müdafiə 

nazirliyində mərkəzləşdirilməsidir.  

Birbaşa  hərbi  xərclərin  bir  hissəsi  büdcə  xərclərinin  digər  bölmələrində 

maliyyələşir.  Belə,  daxili  və  sərhəd  qoşunları,  təhlükəsizlik  orqanları 

«hüquqmühafizə  fəaliyyəti  və  dövlət  təhlükəsizliyinin  təmin  edilməsi»  bölməsi 

üzrə  maliyyələşdirilir.  

Bu  xərclərin  planlaşdırılması  və  maliyyələşdirilməsi  smeta  qaydasında 

həyata keçirilir.  

Dolayı  hərbi  büdcə  xərclərinə  əsasən  silahlı  qüvvələrinə  veteranlarına  və 

orların  ailələrinə  verilən  pensiya  və  müvainətlər  daxil  edilir.  Bu  məsrəflər  «sosial 

siyasət» bölməsi üzrə maliyyələşdirildir. 

Ümumdövlət  məsələləri  xərcləri  tərkibinə  daxil  olan  idarəetmə  xərclər 

qrupuna aşağıdakılar daxildir: 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə