Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   2   3   4   5   6   7   8   9   10   ...   25

 

21

  Hüquq-mühafizə  orqanlarının,  məhkəmə,  prokuror  orqanlarının 



saxlanması. İctimai təhlükəsizlik təmin edilməsi üçün; 

  Dövlət hakimiyyət orqanlarının saxlanması. Azərbaycan Respublikası 

federal  məclisi  fəaliyyət,  Azərbaycan  Respublikası  Prezident  Aparatı 

və  Konistitutsiya  Məhkəməsinin  fəaliyyət  maliyyə  bazası  kimi  çıxış 

edir. 

  Dövlət  hakimiyyət  orqanlarının  saxlanması.  Hökumətin,  respublika 



nazirlikləri  və  baş  idarələri  respublika  subyektlərinin  və  yerli 

özünüidarəetmə, diplomatik təşkilatlar və digər idarələr. 

  Referendum  və  seçkilərin  keçirilməsinə.  Xalq  devutatlarının, 

prezidentin,  xalq  məhkəmələrinin  seçkilərin  keçirilməsinə  və 

referendumların keçirilməsi. 

  Sair xərclər, büdcənin digər bölmələri üzrə keçirilən xərclər. 

İdarəetməyə  xərclərin  planlaşdırılması  və  maliyyələşdirilməsi  sosial 

ehtiyaclara xərclər kimi həyata keçirilir. 

Büdcə  krediti.    Müasir  dövrdə  əvəzsuz  (qaytarılmamaqla)  maliyyələşmə  ilə 

yanaşı büdcə krediti də inkişaf edir. Onun aşağıdakı formaları mövcuddur. 

  Hüquqi  şəxslərin  büdcə  kreditləri    (vergi  kreditləri,  vaxtı  uzadılmış 

kreditlər, kreditin hissə-hissə ödənilməsi, vergi və tədiyyələrin və digər 

öhdəliklər) 

  Dövlətin xariclə əlaqəsinə əsaslanan daxili borclar və kreditlər 

  Xarici dövlət kreditləri. 

Büdcə  krediti  bank  krediti  ilə  büdcə  maliyyələşdirilməsi  arasında  orta 

vəziyyəti tutur. Büdcə maliyyələşməsindən fərqli olaraq bu kreditlər qaytarma şərti 

ilə verilir. Digər tərəfdən belə kreditlərin faiz alınmır. 

Büdcə  kreditləri  həm  dövlət  müəssisələrinə,  bələdiyyələrə  həm  də  xüsusi 

hüquqi şəxslərə verilir. 

İlk öncə kreditlər büdcədə nəzərdə tutulmuş limit çərçivəsində verilir. İkinci 

halda  büdcə  kreditləri  müqaviləyə  əsasən  o  şərtlə  verilir  ki,  öhdəliklər  üzrə  borc 

olan  krediti  vaxtında  qaytarsın.  Kreditlərin  vaxtında  qaytarılmasıməqsədilə  ancaq 



 

22

bank zəmanətləri üsulundan istifadə edilə bilər. Əmlakın girov qoyulması qiymətli 



kağızlara  ıerilən  kreditin  100  %  miqdarında  olmalıdır.  Öhdəliyin  təmin  edilməsi 

üçün  mütləq  yüksək  likvidlik  dərəcəsi  olmalıdır.  Büdcə  təşkilatı  kredit  verərkən 

vacib  şərtlərdən  biri  də  borc  olan  təşkilatın  maliyyə  vəziyyətini,  onların 

qabaqcadan kredit alıb almadığını, kredit borcunun olub olmadığını yoxlamalıdır.  

Növbəti  il  üçün  büdcənin  təsdiqində,  büdcə  kreditinin  verilməsinin  məqsəd 

və  qaydası  göstərilməlidir.  Eyni  zamanda  bir  il  müddətində  və  ya  bir  ildən  artıq 

müddətə  verilən  kreditlərin  limiti  müəyyən  edilir  və  imkan  daxilində  borc  alan 

subyektlər məhdudlaşdırılır.  

Növbəti maliyyə ili üçün təsdiq olunan büdcə qanununa əsasən bir il ərzində 

qaytarmaq  şərti  ilə  müqavilə  əsasında  büdcədən  digər  səviyyələrə  büdcə  krediti 

verilir.  Büdcə  kreditlərindən  istifadə  edilməsi,  qaytarılması  və  verilməsi  qəbul 

olunmuş  qanun  və  normativ  hüquqi  aktlar  əsasında  müvafiq  icra  hakimiyyəti 

orqanları tərəfindən müəyyən edilir. 

Büdcə  kreditlərinin  verilməsinin  faiz  dərəcəsi  növbəti  maliyyə  ili  üçün 

təsdiq olunmuş büdcə haqqında qanunla müəyyən edilir. 

Əgər  verilmiş  büdcə  kreditləri  təyin  edilmiş  müddətdə  ödənilməyibsə 

ödənilməyən  kreditlərin  qalığı,  faizlər  cəmlənir,  peniyalar,  maliyyə  yardımı 

(kömək)  fondundan  datasiya  hesabına  ödənilir,  həmçinin  federal  və  regionların 

vergi  və  rüsumlarından  ayırmalar  hesabına,xüsusi  vergi  rejimilə  müəyyən  edilmiş 

yerli və regional büdcələri hesabına ödənilir. 

 

 

 



 

 

 



 

 

 




 

23

 



 

 

1.3.  Dövlət büdcə xərcləri – borcların ödənilməsi mənbəyi kimi 



 

Məlum  olduğu  kimi,  dövlət  büdcəsi  maliyyə  sisteminin  əsas  həlqələrindən 

biri  olmaqla  ölkənin  mərkəzləşdirilmiş  pul  vəsaitləri  fondunu  təşkil  edir.  Dövlət 

büdcəsi  dövlətin  həyata  keçirdiyi  çoxsaylı  funksiyaları  reallaşdırmaq  üçün 

meydana çıxan xərclərin ödənilməsi fondu kimi çıxış edir. Dövlət büdcəsinin xərc 

istiqamətlərindən  biri    də  dövlət  borcları  ilə  bağlıdır.  Yəni  dövlət  borclarının 

ödənilməsi mənbələrindən biri də dövlət büdcəsidir. 

Dövlət    büdcəsinin  dövlət  borcları  ilə  bağlılılığı  təkcə  ödənişlə 

məhdudlaşmır.  Belə  ki,  maliyə  fondu  həm  də  borcun  yaranma  səbəblərindən 

biridir.  Bu  baxımdan  dövlət  büdcəsi  həm  də  öz  ehtiyaclarına  yönədlilən  borcların 

ödənişi, həm də digər borc öhdəliklərinin icrası mənbəyi kimi çıxış edir.  

Dövlət  borclarının  ödənişi  dövlət  büdcəsi  tərkibində  borc  xidmətləri  üzrə 

xərclər  kimi  yer  alır.  Borc  xidməti  xərclərinin  digər  büdcə  xərclərindən  fərqli 

xüsusiyyətləri vardır. Bu fərqli xüsusiyyəti aşağıdakı kimi sıralaya bilərki: 

  Birincisi,  bu  xərclər  bir  çoxlarından  fərqli  olaraq,  öhdəlik  xarakteri 

daşıyır.  Yəni  dövlət  bu  xərclərin  həyata  keçirilməsinə  məcburiyyət 

daşıyır. Bu xüsusiyyətinə görə sözü gedən xərcləri investisiya xərcləri 

ilə  müqayisə  etmək  olar.  Məsələ  burasındadır  ki,  investisiya  xərcləri 

məcburi xarakter daşımır. Yəni dövlət istədiyi anda bu xərcləri azalda, 

yaxud  dayandıra  bilər  ki,  bu  da  heç  bir  ağır  problemlərə  yol 

açmayacaq; 

  İkincisi,  borc  xidməti  xərcləri  bilavasitə  ölkə  iqtisadiyyatının 

inkişafına deyil, onun iqtisadi təhlükəsizliyinə xidmət edir; 

  Üçüncüsü,  əksər  büdcə  xərclərindən  fərqli  olaraq  borc  xidməsi 

xərcləri ölkənin sərhədlərini aşır. Bu, xarici dövlət borcları üzrə büdcə 

xidmətlərinə aiddir. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə