4
hazırda Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir və
gələcəkdə də bu vəziyyət cüzi bir dəyişikliklə davam edəcəkdir.
Beləliklə, qeyd etdiyimiz kimi suveren respublikamızda büdcə məsələsi
sisteminə də ciddi təsir göstərir və zəruri dəyişikliklərə səbəb olur. Bundan asılı
olaraq da bazar iqtisadiyatı şəraitində büdcənin mahiyyəti və əhəmiyyəti,
xərclərinin təsnifatı, proqnozlaşdırılması, icrası və ona maliyyə nəzarəti və
sonunda xüsusən də maliyyələşdirilmənin təkmilləşdirilməsi müstəsna əhəmiyyətə
malik olması ilə aktualdır.
Bazar iqtisadiyyatı dövründa büdcə xərclərinin maliyyələşməsi kimi əsas və
vacib bir məsələnin həyata keçirilməsi və faktiki son illərdəki maliyyələşdirmənin
dinamikası və nəzərdə tutulmuş məbləğlərlə icranın vəziyyəti və istiqaməti
göstərilmişdir.
Beynəlxalq iqtisadi inteqrasiya üçün bu istiqamətdə vacib olan uçot və
nəzarətin xüsusi rolu aydın tədqiq edilmişdir. Daha sonra bazar iqtisadiyyatı
tələblərinə uyğun büdcə xərclərinin səmərəliliyinin artırılması məsələləri indiki
vəziyyətdə mümkün qədər
istifadə etməklə tədqiq edilir.
Dissertasiya işinin məqsədi. Tədqiqatın məqsədi Azərbaycanda dövlət büdcə
xərclərinin müasir vəziyyətini təhlil etmək, optimallaşdırılması və ümumiyyətlə
Azərbaycan Respublikasının büdcə sisteminin səmərəsinin yüksəldilməsinə səbəb
ola biləsi elmi-praktiki tədbirlər işləyib hazırlamaqdan ibarətdir.
Tədqiqatın obyekti. Tədqiqat işinin obyekti Azərbaycan Respublikasında
müasir dövrdə ölkənin maliyyə siyasəti, bu siyasətin icrası gedişində dövlətin,
büdcə sistemi orqanlarının fəaliyyəti, ölkədə həyata keçirilmiş maliyyə sahəsində
müasir təcrübədən ibarətdir.
Tədqiqatın predmeti. Tədqiqat işinin predmeti Azərbaycan Respublikasında
bütün səviyyələrdə büdcə xərclərinə aid nəzəri və praktiki problemlərin məcmusu,
bu sahədə dövlət orqanlarının vəzifələrindən ibarətdir. Baxmayaraq ki, bu sahədə
ölkəmizdə son 20 ildə xeyli irəliliəyişlər hiss edilir, hələ də bu sahədə öz həllini
tələb edən xeyli problemlər mövcuddur.
5
Tədqiqatın metodoloji bazası. Tədqiqatın metodoloji bazası Azərbaycan
Respublikası hökumətinin Azərbaycan Respublikasının büdcə sisteminin qərar və
qətnamələri, Milli Məclisin qərarları, müzakirə materialları, büdcə, maliyyə və
vergi orqanları rəhbərləri və aparıcı mütəxəssislərin iqtisadiyyat, maliyyə və pul
dövriyyəsinə aid təklif və tövsiyyələrindən ibarətdir. Dissertasiya işinin yazılışında
bir sıra Azərbaycan və xarici ölkə iqtisadçı alimlərin, monoqrafiya və
məqalələrindən istifadə edilmişdir.
Dissertasiya işi girişdən üç fəsil, nəticə və istifadə olunan ədəbiyyat
siyahısından ibarət olaraq yazılmışdır.
Birinci fəsildə dövlət büdcəsinin xərclərinin nəzəri və metodoloji əsasları
nəzəri cəhətdən izah olunur.
İkinci fəsildə dövlət büdcə xərclərinin səmərəli təhlili araşdırılır.
Üçüncü fəsildə dövlət büdcə xərclərinin səmərəliliyinin artırılması yolları
informasiya axınının avtomatlaşdırılması tədqiq olunmuşdur.
Dissertasiya işinin sonunda müəyyən nəticəyə gəlinmişdir.
6
FƏSİL I DÖVLƏT BÜDCƏSİNİN XƏRCLƏRİNİN NƏZƏRİ
METODOLOJİ ƏSASLARI
1.1. Dövlət büdcə xərclərinin mahiyyəti və təsnifatı
Büdcə xərcləri dövlətin öz vəzifə və funksiyalarını yerinə yetirməsi ilə
əlaqədar olaraq yaranan məsrəflərdir. Bu məsrəflər dövlətin mərkəzləşdirilmiş pul
vəsaiti fondlarının müxtəlif istiqamətləri üzrə istifadəsi prosesində əmələ gələn
iqtisadi münasibətləri əhatə edir.
Büdcə xərcləri iqtisadi funksiyası çoxlu növləri ilə xarakterikdir. Xərclərin hər
bir növü kəmiyyət (miqdarı) və keyfiyyət xarakteristikasına malikdir. Keyfiyyət
xarakteristikası hər bir xərc növünün iqtisadi təbiətini və ictimai təyinatını,
kəmiyyət xarakteristikasını isə onun həcmini (miqdarını, ölçüsünü) müəyyən
etməyə imkan verir.
Büdcə xərclərinin növləri bir sıra amillərlə təyin edilir: dövlətin təbiəti və
funksiyaları ilə, ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi ilə, büdcənin xalq
təsərrüfatı ilə əlaqəsinin genişliyi, dövlətin inzibati-ərazi quruculuğu, büdcə
vəsaitlərinin verilmə forması vəs ilə müəyyən edilir. Bu amillər sosial-iqtisadi
inkişafın müəyyən mərhələsində bu və digər dövlətin büdcə xərcləri sistemini
əmələ gəlir.
Cəmiyyətin iqtisadi həyatında büdcə xərclərinin rolu və əhəmiyyətini
aydınlaşdırmaq məqsədi ilə onları müəyyən əlamətlərinə görə təsnifləşdirilir.
Büdcə təsnifatının əhəmiyyətin ondan ibarətdir ki, məlumatlardan
(rəqəmlərdən)
bacarıqla
istifadəyə,
büdcə
elementləri
üzrə
xərclərin
qruplaşdırılmasına, büdcə vəsaitlərinin real hərəkətinin vəziyyətini görməyə, sosial
proseslərin və iqtisadiyyatın inkişafına aktiv təsir göstərməyə imkan yaradır.
Hesabat və plan məlumatlarının tutuşdurulması, təhlil və müqayisə etməyə imkan
verir. Büdcə fondlarından səmərəli istifadə etmək üçün əsaslı nəticə və təkliflərin
əsaslandırılmağa, sosial-iqtisadi inkişafın istiqamətləri müəyyən etmək üçün əsas
pul vəsaitlərinin istifadəsi əsas açarını cəmləşdirməyə imkan verir.