67
Yazda, aprelin birinci yarısında (havanın temperaturu 20-24°C
olduqda) tırtıllar çıxmağa başlayırlar. Yumurtadan çıxan tırtılların bədəni
tutqun, başı isə qara rəngdə olur. Bədənin hər iki yan tərəfindən uzununa
ardıcıl, üzəri yumşaq, qısa qılaoxşar tükcüklərlə örtülü olan tünd ziyillər
yerləşir. Yumurtalardan çıxan tırtıllar 13-15 gün yumurtaların qabığı ilə
qidalanırlar. Onlar yumurtaların qabığı ilə qidalandıqdan sonra, bir müddət
(2-3 gün) yumurta topalarının üzərində qalırlar. Bu vaxt ağaclarda ilk
tumurcuq və yarpaqlar görünməyə başlayır. Tırtıllar ağac gövdəsi
ilə hərəkət
edib həmin tumurcuq və yarpaqlarla qidalanır.
Lymantria dispar - Tək ipəksarıyan
Onlar yaşdan-yaşa keçdikcə bədənlərindəki tüklər seyrəkləşərək boz
və ya boz-qonur rəngdə olurlar. Yaşlı tırtılın bədən uzunluğu 45-75 mm
olur. Tək ipəksarıyanın tırtılı olduqca istisevəndir, onlar ən çox 20 illik ağac
budaqlarının gün düşən tərəfinə yığılırlar, belə hissələrdə havanın
temperaturu 20-25°C olur. Erkək kəpənəklərin tırtılları inkişaf dövründə 4
dəfə qabıq dəyişərək 5-ci yaşa keçirlər. Dişi fərdlərin tırtılları isə 5 dəfə
qabıq dəyişərək 6-cı yaşa keçirlər. Optimal şəraitdə onların inkişafı 34-40
günə qurtarır, nisbətən aşağı temperaturda 50-80 günə başa çatır. Tırtıllar
iyun ayının ikinci yarısında puplaşmağa başlayır. Onlar ağacların budaq və