86
Bracon hebetor
Muxtar respublikanın meyvə bağlarında ayrı-ayrı rayonlar üzrə
zərərvericilərin Bracon hebetor Say 1836 paraziti ilə yoluxma dərəcəsinə
aid aparılan hesablamalar (cədvəl 6.2) göstərmişdir ki, Ordubad rayonunda
meyvə güvəsi tırtılları 11,3-12,9%, zolaqlı meyvə güvəsi tırtılları isə 30,7-
30,8%; Şahbuz rayonunda meyvə güvəsi tırtılları 11,1-11,5%, zolaqlı meyvə
güvəsi isə 24,1-24,7% yoluxduğu halda, Şərur rayonunda isə meyvə güvəsi
11,5-13,7%, zolaqlı meyvə güvəsi 20-20,1% yoluxmuşdur.
Ümumiyyətlə, muxtar respublika üzrə meyvə güvəsi 11,1-13,7%, zo-
laqlı meyvə güvəsi isə 20-30,7% parazitlə yoluxmuşdur. Digər hesabla-
malara görə, gavalı meyvəyeyəni və şərq meyvəyeyəninin tırtıllarının hər
biri ayrı-ayrılıqda 12-13% Bracon hebetor-la yoluxurlar.
Göründüyü kimi, meyvə bağlarında Bracon hebetor-un təsərrüfat
əhəmiyyətini nəzərə alıb, onun bağlarda çoxalıb artması üçün geniş təd-
qiqatlar aparılmalıdır.
6.2.2. Meteorus versicolor (Wesmael, 1835)
Növün 6 - Meteorus hartigi Shenefelt, 1969; Meteorus ikonomovi
Fischer, 1959; Meteorus decoloratus Ruthe, 1862; Meteorus rugator
(Ratzeburg, 1852); Meteorus unicolor (Hartig, 1838); Meteorus bimaculatus
(Wesmael, 1835) kimi sinonimiləri var [188].
87
Meteorus paraziti meyvə zərərvericilərinin təsərrüfat əhəmiyyətli
parazitlərindən biridir. O, zolaqlı meyvə güvəsi, tumurcuq fırfırası, qızılgül
yarpaqbükəni və yemişan kəpənəyinin tırtıllarını yoluxdurur. Yaşadığı
müddətdə isə 2000-ə qədər yumurta qoya bilir. Yumurtalar tək-tək tırtılın
bədən daxilinə qoyulur. Tırtıl 4-cü və 5-ci yaşa çatdıqda parazit sürfəsinin
inkişafı başa çatır. İnkişafını başa vurmuş sürfələr sahibin dəri örtüyünü
deşərək onun bədən səthinə çıxır və burada barama sarıyırlar. Onlar pambıq
topasına bənzər sarı topadan ibarət örtük əmələ gətirirlər. Bu örtüyün
içərisində hər bir sürfə kiçik baramacıq düzəldir. Meteorus həm pup halında,
həm də axırıncı yaş sürfə mərhələsində qışlayır. Birinci nəslin yaşlı fərdləri
(imaqo) aprelin ikinci ongünlüyündə və mayın əvvəlində uçurlar. İkinci
nəslin uçuşu isə iyunun əvvəlində başlayır. Müşahidələr göstərir ki, birinci
nəslin yaşlı fərdləri adətən yemişan kəpənəyinin tırtıllarını 60-80%
yoluxdururlar. Meteorusun sonrakı nəsilləri meyvə zərərvericilərindən
zolaqlı meyvə güvəsini 10-12%, tumurcuq fırfırasını 8-10% və qızılgül
yarpaqbükənini 6-8% yoluxdurur.
Meteorus versicolor
Aprelin ikinci ongünlüyündə və axırında bağlarda qışlama ilə əla-
qədar olaraq (2008-ci ildə qış çox sərt olmuşdur) çox az miqdarda rast gəli-
nir, beləki, 5 dəfə sıyrılan entomoloji torbaya 10-12 ədəd parazit düşmüşdür.
Meteorusun qışlaması ilə əlaqədar olaraq tırtılların yoluxma faizi də az olur
(10-12%). Bundan əlavə, müşahidələr göstərmişdir ki, parazitlərin tırtılları
yoluxdurma faizi ayrı-ayrı illərdə iqlim şəraitindən və zərərvericinin aqro-
senozda olan miqdarından çox asılıdır. Meyvəçilik təsərrüfatlarında və şəxsi
həyətyanı sahələrdə aparılan müşahidələrə əsasən müəyyən edilmişdir ki,
meteorus paraziti ildə 3 nəsil verir ki, bu nəsillərin ikisi çəyirdəkli meyvə
zərərvericilərinin tırtılları üzərində inkişaf edir. Zərərverici fərdləri yazda,
may ayının axırları və iyun ayının əvvəlləri meyvə və yarpaqların üzərində
tırtılların yumurtadan çıxmasına 10-12 gün qalmış görünürlər. Bu vaxt
sahibin yarpaqlar üzərində mayalanmış yumurtası olur. Yumurtadan çıxan
88
ilk tırtıllar parazit tərəfindən yoluxur. Parazitlərin inkişafı iyunun əvvəlində
başa çatır. Bununla bağlı, meteorusun fəaliyyətində nektarlı bitkilərin rolu
öyrənilmişdir. Beləki, onlar yonca, şüyüd və s. nektarlı bitkilərlə qidalan-
dıqda onlarda nəsilvermə qabiliyyəti yüksək olur və sahibin sayının tənzim-
lənməsində əhəmiyyətli dərəcədə rol oynayırlar. Meyvə bağlarında onların
əlavə qidalanmaları üçün yem bazası olduqda, onlar daha fəal olurlar, yem
bazası olmadıqda onların sahibi yoluxdurma faizi də aşağı olur. Digər
tərəfdən, zərərvericilərə qarşı bağlarda aparılan kimyəvi mübarizə tədbirləri
isə onların fəaliyyətinə mənfi təsir göstərir.
6.2.3. Macrocentrus bicolor Curtis, 1833
Növün 2: Macrocentrus gracilipes Telenga, 1935; Macrocentrus
limbator (Ratzeburg, 1848) sinonimləri var [189].
Şərq meyvəyeyəninin əsas parazitlərindən biri hesab edilir. Ədəbiy-
yat məlumatlarına görə, şərq meyvəyeyəni ABŞ-a introduksiya olunduqdan
sonra, yerli entomofaqlar onun sayının azalmasında mühüm rol oynayıblar.
Araşdırmalara əsasən, Fransa və İtaliyada həmin zərərvericinin 30 növ,
Avstraliyada 10 növ, Yaponiya və Koreyada 61 növ, ABŞ və Kanadada 130
növ entomofaqla yoluxduğu qeyd edilir [92, s. 182-185].
Azərbaycanda aparılan çoxillik tədqiqatlara əsasən müəyyən edil-
mişdir ki, respublikada şərq meyvəyeyəninin biotənzimlənməsində Zarqa-
nadlılar (Hymenoptera) dəstəsinə mənsub olan 22 növ parazit-Ichneu-
monidae-Glypta rufoscutellata Cress., Pristomerus vulnerator Grav.,
Liotryphon punctulatus Ratz., Netelia fuscicornis Holmgr., Scambus
calabata Grav.; Braconide- Macrocentrus ancylivorus Roh., M. delicatulus
Cress., M. instabilis Mucs., M. collaris Spin., Bracon hebetor Say., B.
intercessor Nees., Orgilus laevigator Nees., Microdus rufipes Nees.,
Ascoqaster quadridentata Wesm.; Chalcidoidae- Brachymeria intermedia
Nees.; Tetrastichidae- Tetrastichus sp.; Trichoqrammatidae- Trichoqramma
minitum Ril, T. palluta Meger., T. cacoeciaMarch.; Larvaevoridae- Arrhi-
nomyia innoxia Mg., Tachina praeceps Mg. fəaliyyət göstərir. Müəyyən
edilmişdir ki, adları çəkilən parazitlər içərisində Macrocentrus ancylivorus
Roh. şərq meyvəyeyəninin sayının tənzimlənməsində mühüm rol oynayır
[53].
Ədəbiyyat məlumatlarına əsasən bu növ 1965-1967-ci illərdə
Kanada və ABŞ-dan Rusiyaya introduksiya edilmiş və şərq meyvəyeyəninə
qarşı bioloji mübarizədə istifadə olunmuşdur [92, s. 160-172].
Parazitin yetkin fərdləri
muxtar respublikanın
Ordubad, Şahbuz və
Şərur rayonlarında şaftalı və heyvanın ciddi zərərvericisi olan şərq
meyvəyeyəninin tırtıl mərhələsindən alınmışdır. Babək rayonunun
Zeynəddin kəndində aparılan hesablamalara əsasən, makrosentrus
Dostları ilə paylaş: |