90
müşahidələr apararkən
müəyyən olunmuşdur ki,
parazit yumurta qoymazdan
əvvəl, heyva ağacının zoğları üzərində aktiv hərəkət etməklə, bığcıqları ilə
yoxlayır, nəhayət, sahibin tırtılını tapır və onun bədəninə yumurtasını qoyur.
Parazit ən çox birinci və ikinci yaşlı tırtılları yoluxdurur. Bir dişi fərd, bir
gündə 20-24 yumurta qoyur. Ümumiyyətlə, 500-550 ədəd yumurta qoymağa
qabildir. Dişi fərd yumurta qoymaq üçün gündəlik orta temperatur 20-25
0
C,
nəmişlik isə 70-80% olduqda xüsusi aktivlik göstərir. Temperaturdan asılı
olaraq parazitin birinci nəslinin inkişafı 26-30 gün çəkməklə, şərq
meyvəyeyəninin birinci nəslinin inkişafı ilə sinxronluq təşkil edir.
Parazitin şərq meyvəyeyəninin biotənzimlənməsində yüksək fəaliy-
yətini nəzərə alaraq, ABŞ və Kanadada onun laboratoriyada çoxaldılıb,
meyvə bağlarına buraxılması həyata keçirilir. Beləki, hər il bir hektar meyvə
bağına 1000-1100 ədəd makrosentrus paraziti buraxılır. Bunun nəticəsində
şərq meyvəyeyəninin sayı aşağı düşməklə, meyvələrin yoluxması 60-80%
azalır.
Respublikamızda da makrosentrus parazitindən geniş miqyasda
istifadə etmək məqsədilə, onun laboratoriya şəraitində artırılma yolları araş-
dırılır.
6.2.4. Diadegma armillata (Gravenhorst, 1829)
Növün
Diadegma pseudocombinatum (Szepligeti, 1916);
Diadegma
tibiale (Gravenhorst, 1829) kimi sinonimləri var [190].
Naxçıvan
Muxtar Respublikasının
bağ aqrosenozlarında çəyirdəkli
meyvə zərərvericilərinin sayının bioloji tənzimlənməsində əsas rol oynayan
bu parazit,
Ichneumonidae fəsiləsindən olan
Nitobia cinsinə aid növlər
kompleksinə mənsubdur. Məlum olmuşdur ki, bu cinsin nümayəndələri
arasında ən səmərəli parazit hesab ediləni
Diadegma armillata-dır. Zolaqlı
meyvə güvəsinin (
Anarsia lineatella Zeller, 1839) kiçik yaşlı tırtıllarını,
meyvə güvəsinin (
Yponomeuta padella (Linnaeus, 1758)) və yarpaq
güvəsinin
Recurvaria nanella (Denis et Schiffermüller, 1775)tırtıl və
puplarını yoluxdurur. Parazit yumurtasını sahibin bədən daxilinə qoyur.
Diadegma armillata