Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə33/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

 
98 
 
 
 
 
 
 
 
 
 
Copidosoma varicorne 
Beləliklə,  aydın  olmuşdur  ki,  parazitin  inkişafı  yumurtadan  yaşlı 
fərdə  kimi  35-40  gün  (qışlama  müddəti  nəzərə  alınmadan)  çəkir.  Ordubad 
rayonunda parazit də sahibi kimi iki nəsil verir. Parazitin sahibi yoluxdurma 
dərəcəsini öyrənərkən aydın olmuşdur ki, ərik ağacının yarpaqları üzərindən 
birinci dəfə  götürülmüş 145 tırtıldan 60 ədədi (41,5%), ikinci dəfə  götürül-
müş  150 tırtıldan 64  ədədi  (42,7%) parazitlə  yoluxmuşdur. Şahbuz rayonu 
bağlarında  isə  ərik  yarpaqları  üzərindən  götürülmüş  133  tırtıldan  51  ədədi 
(38,1%),  ikinci  dəfə  götürülmüş  123  tırtıldan  49  ədədi  (39,8%)  parazitlə 
yoluxmuşdur.  
 
6.2.8. Goniozus claripennis (Foerster, 1851)  
Bu parazit növü Zarqanadlılar (Hymenoptera) dəstəsinin Bethylidae 
fəsiləsindəndir.  Onun  10  sinonimi  mövcuddur:  Goniozus  claripennis 
(Foerster,  1851);  Goniozus  disjunctus  (Kieffer,  1926);  Goniozus  Foerster, 
1856; Goniozus gallicola (Kieffer, 1905); Goniozus gestroi (Kieffer, 1904); 
Goniozus  maurus  Marshall,  1905;  Goniozus  mobilis  Foerster,  1860; 
Goniozus  plugarui  Nagy,  1976;  Goniozus  punctatus  Kieffer,  1914; 
Goniozus tibialis Vollenhoven, 1878 [194].  
Naxçıvan 
Muxtar  Respublikasının
  meyvə  bağlarında  geniş  yayılaraq 
7  növ  zərərvericinin  sayının  biotənzimlənməsində  mühüm  rol  oynayır 
(cədvəl 6.1). Bu zərərvericilər içərisində əsas sahib zolaqlı meyvə güvəsi və 
gavalı meyvəyeyəni olmuşdur. Bununla yanaşı, bu parazitin zərərvericilərin 
tənzimlənməsində  effektli  parazit  kimi  Azərbaycanda  qeyd  edilməsi  də 
Z.M.Məmmədova məxsusdur [94, s. 199].  
Bölgə  entomofaunasında  çəyirdəkli  meyvə  bitkilərinin  zərərverici-
lərinin bioekoloji xüsusiyyətlərini və entomofaqlarını öyrənərkən onlar içə-
risində  Goniozus  claripennis  (Foerster,  1851)  paraziti  çoxluğuna  və  yolux-
durma  dərəcəsinə  görə  diqqətimizi  özünə  cəlb  etdi.  Onun  bioekoloji  xüsu-
siyyətlərinin  və  sahibin  sayının  aşağı  düşməsində  rolunun  öyrənilməsini 


 
99 
qarşıya  məqsəd  qoyduq.  Goniozus  claripennis  (Foerster,  1851)  imaqo 
mərhələsində, quru  ərik meyvəsinin içərisində, gövdə  qabıqaltında qışlayır. 
Yazda, aprel ayının ikinci ongünlüyündən may ayının birinci ongünlüyünün 
axırınadək  bağlarda  görünməyə  başlayır.  Bu  müddət  ərzində  qışlamadan 
çıxan ikinci nəsil zolaqlı meyvə güvəsinin ikinci yaş tırtılları da yarpaqlarla 
qidalanmağa başlayır.  
 
 
 
 
 
 
 
 
 
 
Goniozus claripennis  
Qışlamadan  çıxan  Goniozus  claripennis  paraziti  isə  zolaqlı  meyvə 
güvəsinin  ikinci  yaş  tırtıllarını  yoluxdurur.  Parazitin  birinci  nəsli  zolaqlı 
meyvə  güvəsinin  birinci  nəsli  ilə  görüşür  (iyun-iyul).  Birinci,  ikinci  və 
üçüncü  nəsil  parazitlərinin  uçuşu  iyun,  iyul,  avqust  və  sentyabr  aylarına 
təsadüf  edir  ki,  bu  vaxtda  da  parazit  gavalı  meyvəyeyəninin  tırtıllarını 
yoluxdurur (şək. 6.4).  
 
Şək. 6.4. Babək rayonunun meyvə bağlarında Goniozus claripennis 
parazitinin Zolaqlı meyvə güvəsi tırtıllarından uçuş dinamikası  


 
100 
Parazitlərin  cütləşməsi  uçuşun  ikinci  günü  baş  verir  və  4-5  dəqiqə 
çəkir. Uçuşdan 2-4  gün sonra dişilər  yumurta qoymağa başlayırlar. Parazit 
yumurtasını  6-8  ədəd  olmaqla,  zolaqlı  meyvə  güvəsinin  ikinci  yaş  tırtılı 
bədəninin alt seqmentinə qoyur. Havanın  orta  günlük  temperaturu 20-24
0

olduqda,  bir  gündən  sonra  yumurtadan  sürfələr  çıxır  və  3-5  gündən  sonra 
onlar axırıncı yaşda, ölmüş tırtılın qalığı üzərində pup mərhələsinə keçirlər. 
18-20  gündən  sonra  puplardan  yaşlı  fərdlər  çıxmağa  başlayır.  Parazitin 
yaşayış dövrü 25-75 gün çəkir. İldə bir neçə nəsil verir.  
Goniozus  claripennis  parazitinin  zolaqlı  meyvə  güvəsi  və  gavalı 
meyvəyeyəni tırtıllarının bioloji tənzimlənməsində rolunu aşkar etmək məq-
sədi ilə Ordubad, Şahbuz və Şərur rayonlarının meyvə bağlarında hesablama 
işləri aparılmışdır (Cədvəl 6.5).  
Cədvəl 6.5  
Muxtar Respublika
 bağlarında Zolaqlı meyvə güvəsi və Gavalı 
meyvəyeyəni tırtıllarının Goniozus claripennis paraziti ilə yoluxma dərəcəsi 
 
İll
ər 
 
Zərərverici tırtılların 
toplanıldığı yer və tarix 
Zolaqlı meyvə güvəsi  
T
ar
ix
 
Gavalı meyvəyeyəni  
T
ır
tıll
ar
ı

say
ı 
Onlardan 
yoluxmuşlar  
T
ır
tıll
ar
ı

say
ı 
Onlardan 
yoluxmuşlar  
Sayı   %-lə  
Sayı   %-lə  
2005  
Babək  
15,06  
145  
30  
20,6  
20,08   102  
11  
10,7  
20,06  
120  
23  
29,1  
22,08   114  
13  
11,4  
2006  
Şahbuz  
20,07  
113  
21  
18,5  
25,08   92  
10  
10,8  
25,07  
139  
28  
20,1  
28,08   77  
7  
9,0  
2007  
Şərur  
18,08  
142  
31  
21,8  
07,09   130  
12  
9,2  
Muxtar respublika üzrə  
659  
133  
20,1  
-  
515  
53  
10,2  
 
Nəticədə  müəyyən  edilmişdir  ki,  parazit  Babək  rayonunda  zolaqlı 
meyvə  güvəsi  tırtıllarını  23-30%,  gavalı  meyvəyeyəni  tırtıllarını  10,7-
11,4%;  Şahbuz  rayonunda  zolaqlı  meyvə  güvəsi  tırtıllarını  21,8%,  gavalı 
meyvəyeyəni  tırtıllarını  9-10,8%;  Şərurda  isə  güvəni  21,8%,  gavalı  mey-
vəyeyənini isə 9,21% yoluxdurur. Muxtar respublikada parazit zolaqlı mey-
və güvəsi tırtıllarını, orta hesabla 20,1%, gavalı meyvəyeyəni tırtıllarını isə 
10,2% yoluxdurur. Parazitin təsərrüfat əhəmiyyətini nəzərə alıb, onun labo-
ratoriya  şəraitində  çoxaldılması  yollarını  öyrəndikdən  sonra  bioloji  müba-
rizədə istifadəsi mümkündür.  
6.2.9. Adalia (Adalia) bipunctata (Linnaeus, 1758) 
Parabüzənin  2  -  Coccinella  bipunctata  bipunctata  Linnaeus,  1758; 
Coccinella bipunctata frigida Schneider, 1792 sinonimi var [195]. 
Adaliya parabüzəni Naxçıvan Muxtar Respublikasının yalnız meyvə 
bağlarında  geniş  yayılmaqla,  çəyirdəkli  meyvə  zərərvericilərinin  sayının 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə