ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   29   30   31   32   33   34   35   36   37

Əsəd Əliyev 
 
 
120 
c
ənazəyə  keşik  çəkərdi. Burada məqsəd mərhumun ruhuna 
hörm
ət və  onu  şər qüvvələrdən qorumaq idi. Şər qüvvələrdən 
qorumaq üçün m
ərhumun sinəsinin üstə  güzgü də  qoyulardı. 
İnama  görə,  şər qüvvələr  “güzgünün  işığından,  parıltısından 
qorxub”  (3,46)  c
ənazəyə  yaxın  gəlmirdilər.  Türkiyənin Qars 
çevr
əsində isə ölənin qarnının üstə bıçaq qoyurdular ki, şişməsin 
(36,
203). Gümanımızca, bıçağın ağzı parıltılı olduğu üçün onu 
h
əm də cənazəyə toxuna biləcək pis ruhları qorxutmaq məqsədi 
il
ə qoyurmuşlar. 
Meyiti h
əyətin münasib bir tərəfində hazırlanmış “yuyat” 
yerind
ə  yuyardılar.  Meyit  yuyan  şəxslər  xalq  arasında  “ölü 
yuyan” v
ə ya “yuyucu” adlanırdı. Bəzən yaşlı qadınları onun öz 
qızları,  bacıları  və  ya  yaxın  qohumları  yuyurdu.  İlk  öncə 
m
ərhumun boğazdan yuxarı hissəsi sidr tozu, bədən hissəsi isə 
kafur qatılmış su ilə yuyulurdu. Bundan sonra yuyulma heç nə 
əlavə  olunmamış  adi  suyla  həyata  keçirilirdi.  Lap  axırda  
meyitin üstün
ə  başdan  ayağadək üç dəfə  su  tökərək qüsl 
verirdil
ər.  Meyiti  yuduqları  “ölü  suyu”nun  yığıldığı  çalaya  isə 
bir  daş  qoyaraq  basdırırdılar  ki,    bir  daha  həmin yerdə  ölü 
yuyul
masın.  Belə  bir inam Azərbaycan və  Orta Asiya türkləri 
arasında da mövcud idi (49,201). 
Meyit yuyulduqdan sonra q
oltuqlarının  altına  pambığa 
bükülmüş  15-20 və  ya 25-30  sm  uzunluğunda  söyüd  çubuğu 
qoyur, qulaqlarına və burun deşiklərinə isə pambıq dolduraraq 
k
əfənləyirdilər. Kəfən  ağ  çit  parçadan  olmaqla  üç  hissədən 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
121 
ibar
ət idi: bədənin  qurşaqdan  aşağı  hissəsini bürümək üçün 
parça k
əsiyindən, köynəkdən və xələtdən. 
K
əfən  baş,  orta  və  ayaq tərəfdən kəfənlik parçadan 
k
əsilmiş  qatmalarla  bağlanırdı.  Bu  həm kəfənin dəfnə  qədər 
açılmaması, həm də qatmadan tutub mərhumu qəbrə endirmək 
üçün edil
ərdi.  Söyüd  çubuqlarının  mərhumun  qoltuqlarının 
altına  qoyulması  isə  xüsusi məna kəsb  edirdi.  Xalqın  inamına 
gör
ə,  mərhum o  biri  dünyada “inkir-minkir” tərəfindən 
imtahana ç
əkilərkən həmin çubuqlardan dayaq kimi istifadə 
ed
ərək dikələcək və onların suallarına cavab verəcəkdir. 
Yuyat yerind
ə  üç gün gecə-gündüz  şam  və  ya lampa 
yandırılırdı.  İnama  görə,  mərhumun ruhu üç gün yuyat yerini 
t
ərk etmir. Ona görə  də  həmin  yeri  işıqlı  saxlayırdılar  ki,  şər 
qüvv
ələr oddan qorxaraq mərhumun ruhuna toxuna bilməsin. 
Meyit k
əfənləndikdən sonra onu kilimə büküb evə gətirir 
v
ə ortaya salınmış döşəyin üstünə uzadaraq üzərinə qara parça 
ç
əkirdilər. Dünyasını dəyişmiş şəxs  gənc və nakam olduqda isə 
onun meyidinin üz
ərinə qara parça ilə bərabər qırmızı və yaxud 
yaşıl parça da çəkilərdi. 
Meyiti d
əfn üçün qəbiristanlığa aparmaq vaxtı yetişdikdə, 
molla m
ərhumun bir neçə  yaxın  adamı  ilə  cənazə  olan  otağa 
keçirdi.  Qadınlar  ağlaşmanı  kəcib  bayıra  çıxırdılar.  Molla 
meyitin baş tərəfində durub “Quran” oxuduqdan sonra mərhumu 
üç d
əfə  qaldırıb  yerə  endirirdilər. Bundan sonra  onu  başı  irəli 
olmaqla bayıra çıxarıb tabuta qoyurdular. Mərasim iştirakçıları 
tabuta  yaxınlaşıb  “ölü  namazı”na  dururdu.  Molla  yenə  də 


Əsəd Əliyev 
 
 
122 
“Quran” oxuyur, c
ənazə  təkrarən üç dəfə  qaldırılıb  yerə 
qoyulurdu. Bu son vidalaşmadan sonra cənazə çiyinə qaldırılıb, 
Az
ərbaycanın bəzi bölgələrindən fərqli olaraq (5,344) ayaq yox, 
baş  tərəfi irəli olmaqla sürətli  addımlarla  qəbiristanlığa 
aparılırdı. Tabutun qabaq qollarından mərhumun oğlanları, oğlu 
olmazdısa  qızları,  qardaşı,  eləcə  də  qardaşı  və  bacısı  oğlanları 
t
utardı. Meyit evin darvazasından bir qədər aralandıqdan sonra 
c
ənazəni götürən qız və qadınları geri-evə qaytarardılar. 
M
əlumatlar göstərir ki,  mərhum gənc  olardısa  onun  dəfn 
m
ərasimi xeyli təmtəraqlı  keçirilirdi.  Cənazəni bəzi hallarda 
musiqi v
ə dil deyib ağladan qadın dəstəsi müşaiyət edirdi. Dil 
dey
ənlərin qəmli  bayatıları  mərhumun ana-bacısının,  qohum-
qardaşlarının  şivən səsinə  qarışaraq  qəmli, kədərli bir mühit 
yaradırdı.  Bəzi hallarda mərhumun  ən  yaxın  adamları-anası, 
bacısı,  hətta həyat  yoldaşı  əlində  qara  yaylıq  cənazənin 
qabağında  oynayırdı.  Bu  qəmli oyunda mərhumun  qardaşı, 
qohumları, yaxın dostları da iştirak edirdi (61,37). 
XIX 
əsrin  ortalarında  Tiflis  şəhərində  yaşayan  azərbay-
canlıların  dəfn mərasimini görən  P.P.Yeqorov  yazırdı  ki, 
c
ənazənin önündə mərhumun atını aparırdılar. At qiymətli çula, 
gümüşə  tutulmuş  yüyən, dəbdəbəli yəhər və  yəhər üstü ilə 
b
əzədilmişdi.  Mərhumun tapança və  qılıncı  yəhərdən  asılmış, 
qara papağı isə yəhərin qaşına keçirilmişdi (53,63). Qeyd edək 
ki, türkdilli tayfalar ar
asında  bu  adət lap qədimdən mövcud 
olmuşdur. 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
123 
N
əzərə  çatdıraq  ki, həyatdan  nakam  köçmüş  cavan  üçün 
söyüd  ağacından  kəsilmiş  şax  bəzədilərdi.  Qırmızı  parçayla 
b
əzədilmiş  “toy  şaxı”ndan  fərqli  olaraq,  bu  şaxa  qara parça 
dolanır,  qollarından  şirni  və  almalar asılırdı.  “Qara  şax”ı 
m
ərhumun  dostları  götürərək cənazənin önündə  qəbiristanlığa 
aparardı.  Bu  şaxı  mərhumun qəbrinin  baş  tərəfinə  qoyardılar. 
Şaxın üstündəki şirni və almaları, “savabdır” deyə, qəbiristanlı-
ğın  yanından  keçən yolçular, əsasən də  yaşlı  adamlar yeyərdi. 
“Qa
ra  şax”  bəzəmək adəti Azərbaycanda da mövcud idi 
(47,257). 
C
ənazəni ön, orta və arxa tərəfdən olmaqla bir neçə nəfər 
götürür, dig
ər mərasim  iştirakçıları  isə  tez-tez  onların  əllərini 
d
əyişirdi.  
Az
ərbaycanın  bu  və  ya digər yerlərindən  fərqli olaraq 
(5,344), t
ədqiq etdiyimiz bölgələrdə  cənazəni qəbiristanlığın 
gir
əcəyində  yerə qoymaz, dayanıb çiyinlərində saxlayar, molla 
is
ə  cəmi qəbiristan  əhlinə  “Quran”  oxuyardı.  Bundan  sonra 
c
ənazəni  qazılmış  qəbirin  yanına  aparardılar.  Cənazə  qəbrin 
yanında  yerə  qoyular, üstündəki örtük götürülərək mərhum 
tabutdan çıxarılardı. Mərhumun qohum-əqrəbasından dörd nəfər 
k
əfənin  baş  və  ayaq tərəfindən, eləcə  də  ortasından  bağlanmış 
k
əmər-qatmadan tutaraq “ana bətni hesab edilən”(45,238) 
q
əbirə  endirir və  üzü qibləyə  tərəf  olmaqla  sağ  çiyni  üstə 
m
əzara  uzadır,  başının  altına  çumbuz  və  ya  yastı  daş 
qoyurdular
.  Bundan  sonra  artıq  şəxslər  çıxır,  meyitin  yanında 
t
ək bir nəfər və molla qalırdı. Molla ərəb dilində peyğəmbərin, 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə