ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   29   30   31   32   33   34   35   36   37

Əsəd Əliyev 
 
 
124 
imamların adlarını təlqin edir,  yanındakı adam isə meyitin sağ 
çiynini yavaşca silkələyirdi ki, onun ruhu deyilənləri eşitsin. 
XIX 
əsrə  aid tarixi ədəbiyyatda qeyd olunur ki
M
əhəmməd dininə  qulluq edənlər ölünün dirilməsinə  və  ona 
qurulacaq vahim
əli məhkəməyə  inanırdılar.  Onların  fikrincə, 
öl
ənin meyidini qəbirə  qoyandan sonra cəsədin  yanına  iki 
qorxunc m
ələk-Hinkir və  Minkir gəlir,  onu  sorğu-sual edir, 
Allaha
,  peyğəmbərə  inanıb-inanmadığını  öyrənirlər.  Əgər 
inanırsa  onun  cəsədini  sakit  buraxırlar.  Yox,  inanmırsa,  onda 
onu m
əhşər ayağına çəkirlər (138,655).  
M
eyitin başının altına daş qoyulması adəti çox qədimdir. 
Arxeoloqlar tunc dövrün
ə  aid qəbirlərdə  tədqiqat  işləri 
aparark
ən  ölünün  başının  altında  daş  olduğunu  müşahidə 
etmişlər. Tədqiqatçıların qeyd etdiyi kimi (25,18), heç şübhəsiz 
ki, bu ad
ət  daşa  inamla  bağlı  olub,  mərhumu pis ruhlardan 
qorumaq m
əqsədi daşımışdır.  
Şəriətin göstərişinə uyğun olaraq, cənazəni qəbirə endirən 
adamlar ayaqyalın və başıaçıq olmalı, qəbirdən isə meyitin ayaq 
t
ərəfindən çıxmalı idi (39,51). 
Bölg
ələrimizin sünni məzhəbindən olan kəndlərində 
q
əbirin içərisində əhlət düzəldirdilər. Meyiti sağ böyrü üstə üzü 
qibl
əyə  tərəf  əhlətə  uzadıb,  əhlətin üstünə  palıddan  kəsilmiş 
yoğun  ağaclar  düzür,  onun  üstündən isə  qaratikan  kolları 
döşəyirdilər. Bundan sonra qəbir torpaqla doldurularaq üstü 
balıq  beli  formasında  düzəldilirdi. Etnoqrafik ədəbiyyatda 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
125 
“sappa” adlanan bel
ə  qəbirlər  Şərur (49,208) və  Qazax 
bölg
əsində daha geniş yayılmışdı (116,89). 
Q
əbir torpaqlanarkən beli əldən-ələ  verməzdilər. Qəbiri 
torpaqlayan şəxs beli yerə qoyduqdan sonra başqa birisi götürüb 
işi  davam  etdirərdi. Bel əldən  -ələ  verildikdə,  yenə  də  yas 
düşəcəyinə  inanılardı.  İstər Azərbaycanda, istərsə  də  tədqiq 
etdiyimiz bölg
ələrdə  mövcud olan bu adət  Qafqazın  digər 
müs
əlmanları  üçün  də  xarakterik idi. Tədqiqatçıların  fikrincə, 
bu ad
ətə əməl etməkdə məqsəd mərhumun ruhunun və ya digər 
b
əd ruhların onu dəfn edənə vuracağı zərərin qarşısını almaq idi. 
Düşünülürdü ki, ruhun mərhumu dəfn edənə keçə bilməsi üçün 
əsas vasitə beldir (109,33). 
Şiələrin qəbiri dördbucaqlı  formada,  dərinliyi təxminən 
1,5, uzunluğu 2, eni isə 1 m olardı. Özü də sünnilərdə olduğu 
kimi, 
qadınların  qəbiri  kişilərinkindən dərin  qazılardı. 
M
ərhumun baş daşı ilk öncə müvəqqəti olaraq ağacdan qoyular, 
sonra is
ə  boz rəngli  hündür  daş  və  ya kərpic hörgüylə 
d
əyişdirilərdi.  Baş  daşına  mərhumun  soyadı,  adı,  atasının  adı, 
doğulduğu və vəfat etdiyi tarix yazılırdı. Mərhum kişi olardısa, 
onun baş daşına qoyun, qoç, at və ya tüfəng, qadındırsa qayçı, 
tikiş maşını və s. kimi rəsmlər həkk edilərdi. Gümanımızca, bu 
bir t
ərəfdən əhalinin mifoloji görüşləri, islamdan öncəki qədim 
d
əfn adəti ilə  bağlı  idisə, digər tərəfdən  onun  peşə-sənət 
f
əaliyyətini  açıqlayan  cizgilər idi. Türk alimi Y.Kalafata görə, 
baş  daşlarına  həkk edilən  at, qoç, silah rəsmləri  mərdliyi, 
qoçaqlığı  göstərən  əlamət idi. Belə  rəsmlər süfrəsi  açıq, 


Əsəd Əliyev 
 
 
126 
qonaqp
ərvər  adamların  başdaşına  işlənirdi (36,201). Onu da 
əlavə  edək ki, bölgələrimizin  bir  sıra  kəndlərində  qədim 
tariximizin nişanəsi olan qoyun, qoç fiqurlu qəbir daşlarına da 
rast g
əlirik.  Arxeoloq alimlərimiz  baş  daşı  üzərindəki heyvan 
t
əsvirlərini və  baş  daşlarının  qoç,  qoyun  fiqurunda 
düz
əldilməsini totemizmin qalıqları hesab edirlər (25,31).  
M
ərhum dəfn edildikdən sonra mərasim iştirakçıları molla 
il
ə birlikdə onun həyətinə qayıdırdı. Burada mərhumun ruhuna “ 
Fatih
ə ” oxunub, ehsan verilirdi. Məclisdən duranlar mərhumun 
ail
əsinə, qohum-əqrəbasına  başsağlığı  verib  dağılışırdılar.  Bir 
c
əhəti də  vurğulayaq    ki,  kişi  və  qadın  məclisləri  ayrı-ayrı 
çadırlarda olurdu. 
Etnoqraf H.Q.Q
ədirzadə yazır ki, ehsan vermək islamdan 
çox-çox 
əvvəllər  mövcud  olmuş  qədim adətlərdəndir və  
“...uzaq keçmişdə mərhumun qəbri üstündə kəsilmiş qurbanlar, 
m
əzara  qoyuimuş  müxtəlif qab-qacaq və  s. də  ehsanla  bağlı 
olaraq yaranmışdır ” (49,219). 
Aldığımız məlumata görə, XX əsrin 40-50-ci illərində bəzi 
k
əndlərin əhalisi ehsanı qəbir üstə verərdi. Mərasim iştirakçıları 
el
ə  qəbir üstdən də  öz evinə  dönürdü. Tədqiqatçıların  yazdığı 
kimi,  yasa g
ələnlərə  evdə  yox, qəbir üstə  ehsan vermək yas 
sahibini saysız-hesabsız çətinliklərdən qurtarırdı (78,84).  
Yasa g
ələn qohum-əqrəbanın hər biri kömək məqsədi ilə 1 
kis
ə un, 1 kisə qənd, ya da 1 baş toğlu gətirərdi (105,118). XX 
əsrin 60-cı illərindən isə yası düşən ailələrə maddi yardım kimi 
pul 
yığmağa başladılar (86,192). Yığılan pullar “yas pulu” və ya 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
127 
“x
ələt” adlanırdı. Bu pullar yas məclisində işlənəcək ərzaq üçün 
x
ərclənirdi. 
Mövcud qaydaya gör
ə  mərhumun 3–ü,  7-i,  40-ı  və  ili 
xüsusi qeyd edilirdi. Bu günl
ərdə  bütün el-oba mərhumun 
ail
əsinə  toplaşır,  onun  ruhu  şərəfinə  ehsan verilirdi.  Yuxarıda 
qeyd etdiyimiz r
əqəmlər barədə  M.Təhmasib  yazır  ki, 
“dünyanın əksər xalqlarında üç, yeddi, qırx və s. kimi rəqəmlər 
müq
əddəs  sayılmışdır.  Bu  ümumbəşəri məsələ  ...yalnız  dini 
görüşlərin müdaxiləsi baxımından izlənilsə aydınlaşar ki, burada 
çox q
ədim görüş və təsəvvürlərin də, əsatirin də, müxtəlif dini 
sisteml
ərin də, hətta onlarca təriqət və  məzhəblərin də  aydın 
möhürl
əri və damğaları vardır” (78,69). Son dövrlər mərhumun 
52-si d
ə  qeyd edilir. Belə  bir adət Anadoluda da mövcuddur 
(36,214-215). 
M
ərhumun  qırxı  çıxana  kimi  cümə-adına  axşamlarında 
qohum-
əqrəbalar onun ailəsinə  toplaşardı.  Qadınlar  mərhumun 
şəklini və  ya paltarını ortaya qoyub,  səriştəsi və istedadı olan 
bir  ağıçı  qadının  çox  yanıqlı  səslə  dediyi  ağı  və  ya  bayatının 
t
əsirindən hönkür-hönkür  ağlaşardılar.  Mərhumun  anası  isə 
h
əyatdan  nakam  getmiş  balası  üçün  aşağıdakı  kimi  bayatı 
dey
ərdi: 
 
Yanan ölsün, 
Odlanan, yanan ölsün. 
S
ən gözünü aç, oğul, 
Yerin
ə anan ölsün. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə