simin sərəncamına göndərir. Xəlifə Mötəsim hərbi
əməliyyatın gedişi barədə onlardan məlumat alır. Babək və
onun dəstəsinə qarşı hərbi əməliyyat getdikcə genişlənir. Bu
hadisədən sonra Xürrəmilər - Babəkin dəstəsi ardıcıl olaraq
məğlubiyyətə uğrayırlar.
Azərbaycanın qədim şəhərlərindən biri olan Təbriz orta
əsrlər dövründə Yaxın və Orta Şərqin ən mühüm iqtisadi,
siyasi, elmi və mədəni mərkəzlərindən biri olmuşdur.
Orta əsrlərdə Azərbaycanın ən inkişaf etmiş
şəhərlərindən biri də Şəki olmuşdur.
III-V əsrlərdə Qafqaz Albaniyası bir neçə vilayətə
bölünmüşdür. Albaniyanın şimal-qərbində daimi vilayət olan
Şəki vilayəti yerləşirdi. Vilayətin mərkəzi Şəki şəhəri idi.
Azərbaycanın bir çox orta əsr şəhərləri kimi. Şəki də qala
divarları ilə əhatə olunmuşdu. Şəkidə sənətkarlıq, ticarət
inkişaf etmişdi.
Azərbaycanın Qarabağının bugünkü faciəli tarixinin
bünövrəsi XIX əsrin birinci yarısında qoyulmuşdur. 1828-ci
ildə
bağlanmış
Türkmənçay
müqaviləsi
İranın
Zaqafqaziyaya olan iddialarından tamamilə əl çəkməsini
qeyd etdi və XIX əsrin birinci otuz ili ərzində baş verən
Rusiya-İran müharibəsinə son qoydu. Nəticədə vahid
Azərbaycan xalqı və ərazisi zorla iki hissəyə bölündü.
1828-ci ildən başlayaraq Cənubi və Şimali Azərbaycanın
tarixi inkişafı müxtəlif yollarla getməyə başladı.
Türkmənçay müqaviləsindən sonra ermənilər İran,
Türkiyə və Cənubi Azərbaycanda Qarabağın dağlıq hissəsinə
köçürülməyə başlandı. Çünki Türkmənçay müqaviləsinə
görə ermənilərin maneəsiz olaraq İrandan köçməsinə icazə
verilmişdi. Təkcə 1828-1832-ci illər ərzində İrandan və
Türkiyədən 200 mindən artıq erməni Qarabağın dağlıq
hissəsinə, İrəvan quberniyasına və Gəncə ətrafına
köçürülmüşdü.
124
AZƏRBAYCAN XALQININ TƏŞƏKKÜL
TARİXİNİN MƏRHƏLƏLƏRİ
Azərbaycan ərazisində son 50 ildə aparılan arxeoloji
tədqiqat işləri nəticəsində əldə olunmuş elmi nailiyyətlər və
tapıntılar xalqımızın etnogenez probleminə aid yeni fikirlər
söyləməyə imkan yaratmışdır. Xüsusilə Azərbaycanın daş
dövrü problemi üzrə respublikamızın ərazisində aparılmış
kompleks elmi tədqiqatlar zamanı zəngin maddi mədəniyyət
nümunələri aşkar olunmuşdur. İlk ibtidai insanın yaranması,
inkişafı və formalaşması üçün təbii şəraitin, coğrafi aləmin
mühüm rolu olmuşdur. Aparılmış arxeoloji tədqiqat işləri
göstərir ki, harada əlverişli coğrafi şərait olmuşdusa, insan
məhz orada yaşamağa başlamışdır. Azərbaycanın Azıx qədim
insan düşərgəsində aparılan kompleks elmi tədqiqat işləri
göstərdi ki, respublikamızın ərazisində xüsusilə Quruçay,
Araz vadilərində ibtidai insanların yaşaması üçün əlverişli
coğrafi şərait olmaqla yanaşı, bu vadilər insanların iqtisadi
tələbatlarını təmin etmək üçün zəruri olan nemətlərlə də
zəngin olmuşdur. Eyni zamanda ibtidai adamların daimi
yaşamaları üçün təbii mağaralar olmuşdur. Təbii karst
mağaraları uzun müddət ərzində əhənglə suyun qarışığından
əmələ gəlmişdir. Bunlarda tam formalaşma prosesi
qurtardıqdan sonra ulu sakinlər mağaralarda məskunlaşmağa
başlamışlar. Ona görə də mağaralarda aparılan arxeoloji
tədqiqatlar nəticəsində ulu sakinlərin maddi mədəniyyət
nümunələri tapılmışdır.
Maraqlıdır ki, Azərbaycan ərazisində aparılan arxeoloji
tədqiqatlar nəticəsində bəşər tarixinin keçdiyi bütün dövrlərə
aid zəngin elmi materiallar tapılıb tədqiq olunmuşdur. Ona
görə Azərbaycan xalqının təşəkkülü, meydana çıxması və
formalaşmasının inkişaf mərhələlərini arxeoloji materiallar
əsasında düzgün tədqiq etmək üçün etnogenez probleminin
elmi tədqi
125
qində arxeoloji və antropoloji tədqiqatlara əsaslanmaq
lazımdır. Arxeoloji və antropoloji materiallara əsas-
lanmadıqda, xalqın mənşəyi barədə düzgün fikir söyləmək
olmaz. Məhz buna görə də xalqımızın etnik mənşəyi
haqqında tarixçilər arasında yekdil bir elmi fikir yoxdur. Bəzi
tarixçilər isə xalqımızın mənşəyi barədə yanlış fikirdədir.
Bütün bunlara ancaq arxeologiya və paleoantropologiya
elminin son nailiyyətləri əsasında cavab vermək olar.
Xüsusilə yazılı mənbələrin olmadığı uzun inkişaf dövrlərini
ancaq arxeoloji materiallar əsasında öyrənmək və tədqiq
etmək mümkündür.
Azərbaycan xalqının yaranması, inkişaf etməsi və
formalaşması mərhələlərini öyrənərkən hazırda əsas vəzifə
arxeologiya elminin son illərdə əldə etdiyi elmi nailiyyətlərə
əsaslanaraq, tədqiqat işləri aparmaqdır. Eyni zamanda
Azərbaycan ərazisində bəşər mədəniyyətinin keçdiyi bütün
inkişaf mərhələlərinin xüsusiyyətlərini araşdırmaq üçün
kompleks şəkildə aparılmış elmi tədqiqatların nəticələri əsas
götürülməlidir.
Aparılmış kompleks elmi tədqiqatlar əsasında
Azərbaycan ərazisi ilk insan cəmiyyətinin yarandığı və
təşəkkül tapdığı ərazilər sırasına daxil olunmuşdur. Ona görə
də xalqın yaranması, inkişaf etməsi və formalaşması
prosesini tədqiq edərkən bizə aşağıda qeyd olunan tarixi
dövrlərin xüsusiyyətlərinin öyrənilməsi vacibdir. 1 Qədim
Daş dövrünün inkişaf xüsusiyyətləri; 2. Orta və Yeni Daş
dövründə meydana çıxan qəbilə və tayfalar; 3. Tunc
dövrünün maddi mədəniyyət qalıqları; 4. İlk sinifli
cəmiyyətin və dövlətin meydana çıxması.
Məhz Azərbaycanda Qədim Daş dövrü abidələrində
aparılan arxeoloji tədqiqat işləri zamanı aşkar olunmuş
maddi mədəniyyət qalıqları əsasında respublikamızın
ərazisinin sivilizasiya mərkəzlərindən biri olması müəyyən
edilmişdir.
Quruçay vadisində aparılan arxeoloji tədqiqatlar zamanı
bəşərin ilkin çağlarına aid zəngin maddi mədə
126
Dostları ilə paylaş: |