64
Hatun” deyil də, “Ay Kağan”? Bu barədə Hun dövrünü araşdıran məşhur rus alimi
A.N.Bernştam “Oçerk istorii Qunnov” adlı kitabında belə fikir söyləmişdir:
“...Ay
Kağanın hərfi mənası “ayın xaqanı” yəni “ayın hökümdarı” deməkdir. Bu qadın-kişi
obrazı matriarxatın patriarxata keçməsinin göstəricisidir. Dastandakı Oğuz Kağanın
süddən imtina edərək, ət istəməsi də məhz matriarxatdan patriarxata və heyvandarlıq
dövrünə keçidi ifadə edir. Bu ictimai dəyişikliklər, totem kultunun əcdad kultuna
keçməsinə də səbəb olmuşdur.Əcdad kultu da öz növbəsində əfsanəvi Oğuz Kağan və Ay
Kağan obrazlarına gedib çıxır”.... (10, s. 80) Bildiyimiz kimi, “Oğuz Kağan”
dastanının İslamdan öncəki və İslamdan sonrakı variantları mövcuddur. A.N.Berştamın
yuxarıda qeyd etdiyimiz araşdırması “Oğuz Kağan” dastanının islamaqədərki variantına
xasdır. Bu variantda ata obrazına rast gəlinmir, Oğuz əcdad Oğuzları (Türk boylarını)
birləşdirərək, onlara ad verən
“Tanrıoğludur”. (Bax: 11) Oğuzun anasının adının Ay
Kağan olması da o dönəm türklərin Aya tapınmasının nəticəsidir. Qeyd etmək istərdik
ki, “ay” sözü yalnız türklərdə “gözəllik, təmizlik, əxlaq” və s. buna bənzər dəyərlərin
simvolik daşıyıcısıdır. Düşünürük ki, bu baxımdan qədim türklərin Oğuzun anansına bu
adı verməsi təsadüfi deyil. Məhz bu adla Ay Kağanın dastandakı obrazı yekunlaşır.
Çünki, dastanda Ay Kağan Oğuzu dunyaya gətirərək öz görəvini yerinə yetirmiş hesab
olunur və onun obrazına bir daha toxunulmur. Hesab edirik ki, buda ana obrazının
müqəddəs və toxunulmazlığından irəli gəlirdi.
“Oğuz Kağan” dastanında daha iki qadından bəhs edilir.
“Günlerden bir gün
Oğuz Kağan Tanrıya yalvarırken karanlık bastı. Gökten bir gök ışık indi. Güneşten ve
aydan daha parlaktı. Bu ışığın içinde alnında kutup yıldızı gibi parlak bir ben bulunan
çok güzel bir kız duruyordu. Bu kız gülünce gök tanrı da gülüyor, kız ağlayınca gök
tanrı da ağlıyordu. Oğuz bu kızı sevdi ve bu kızla evlendi. Günler ve gecelerden sonra
bu kız üç oğlan çocuk doğurdu. Çocuklara Gün, Ay ve Yıldız isimlerini verdiler. Oğuz
ormanda ava çıktığı günlerden birinde göl ortasında bir ağaç gördü. Ağacın kovuğunda
gözü gökten daha gök, saçı ırmak gibi dalgalı, inci gibi dişli bir kız oturuyordu. Yeryüzü
halkı bu kızın güzelliğini görse dayanamaz ölüyoruz derlerdi. Oğuz bu kızı sevdi ve
onunla evlendi. Günlerden gecelerden sonra Oğuz'un bu kızdan da üç oğlu oldu. Bu
çocuklara Gök, Dağ ve Deniz isimlerini koydular”. (12, s.52)
Bu parçada Oğuzun evləndiyi qadınlar təsvir olunmuşdur. Qəribədir ki, burada
qadınların adları keçmir, onların yalnız zahiri görünüşünə yer verilir. Yalnız qadınların
yaranması o qədər gözəl təsvir olunmuşdur ki, onlara heyran olmamaq mümkün deyil.
Bu da bir daha qədim türklərin qadına verdikləri dəyəri sübut edir. Bu parçada görürük
ki, Oğuzun ilk evləndiyi qadın “nurdan, işıqdan” yaranır. Fikrimizcə, bunun özüdə
məcazi bir məna daşıyaraq türk qadınının paklığından, saflığndan bəhs edir.
Onu da qeyd etmək istərdik ki, “işıqlа”, “nurlа” bağlı mоtivlər bütün türk dаstаn-
lаrındа mövcuddur və bеlə xüsusiyyətlər islamdаn sоnrаkı dövrə aid əsərlərdə də özünü
göstərir.
“Destanların büyük kahramanları, bu kahramanlara kadınlık ve mukaddes
Türk çocuklarına annelik yapan kadınlar ilahî bir ışıktan doğarlar”. (Bax: 13)
“Oğuz Kağan” dastanından gətirilən yuxarıdakı parçada daha bir obraz - geniş
yayılan dini təfəkkürlə bağlı insаnlаrın ilаhi vаrlığa inanmasını ifadə edən Tаnrı оbrаzı -
diqqəti cəlb edir. Fikrimizcə, türklərin İslamı asanlıqla qəbul еtmələrinin bаşlıcа səbəbi
bu dinin оnlаrın mənəvi tələbatına cavab verməsində axtarmaq lazımdır.
Yuxarıdakı parçadan gördüyümüz kimi, əski dаstаnlаrın bаşqа xüsusiyyətlərindən
biri də, insаnlаrın bаşqа vаrlıqlаrа bənzədilməsidir. Məsələn, Oğuz Kаğаn dastаnındа
оnun еvləndiyi qаdınlar barəsində “....
bu ışığın içinde alnında kutup yıldızı gibi parlak
bir ben bulunan çok güzel bir kız duruyordu. Bu kız gülünce gök tanrı da gülüyor, kız
ağlayınca gök tanrı da ağlıyordu” və
ya
“Ağacın kovuğunda gözü gökten daha gök,
saçı ırmak gibi dalgalı, inci gibi dişli bir kız oturuyordu. Yeryüzü halkı bu kızın