Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   32   33   34   35   36   37   38   39   ...   60

 
 
83 
Hekayənin əvvəlində obrazın daxili aləmi təhkiyə yolu ilə oxucuya təqdim olunur. 
lakin  oxucunun  diqqətini  obrazın  bütün  özəlliklərinə  çəkən  müəllif  birdən-birə  fikri 
yayındırır,  tam  bunun  əksi  olan  bir  adamın  xüsusiyyətlərini  qabarıq  verməyə  çalışır. 
Başqa  sözlə,  real  həyatın  daşıyıcısı  kimi  canlandırmaq  istədiyi  obraz  xəyal  aləminə, 
röyalar aləminə atılır. Buna  səbəb  isə  bir  gecənin  içində içki  içib,  bayğınlaşmaq  hesab 
edilir. 
Əsərin  diqqəti  çəkən  əsas  ideya-məzmunu  bundan  ibarətdir  ki,  həyatın  gedişinə 
ayıq  başla  baxmaq  lazımdır.  Bayğınlıq  insanı  uçuruma  doğru  aparır.  Hekayənin  əsas 
obrazı  Abdullah  əfəndi  də  belə  bir  uçuruma  yuvarlanmışdır…  Hekayənin  obrazlı  dili 
vardır. Bu dil yazarın bədii nəsrinə xasdır. 
Ahmet  Hamdi  Tanpınarın  ilk  hekayələr  toplusuna  daxil  olan  əsərlərdən  biri  də 
«Keçmiş zaman elbiseleri» («Keçmiş çağdan qalan geyimlər») adlanır. Hekayə ilk dəfə 
1936-cı ildə qələmə alınmış, bir hissəsi həmin il «Ağac» məcmuəsində dərc olunsa da, 
yarımçıq  qalmışdır.  Müəllif  əsəri  üç  il  sonra,  1939-cu  ildə  tamamlamış,  «Oluş» 
jurnalında hissə-hissə verdirmişdir. Sonra 1943-cü ildə ilk dəfə topluya salınmışdır. 
Bir-birinə yaxın illərdə qələmə alınsa da, «Abdullah əfəndinin röyaları» hekayəsi 
ilə  bu  əsər  arasında  köklü  seçimlər  mövcuddur:  əgər  1-ci  hekayədə  təsvir  olunan 
hadisələr  röyalar  üzərində  qurulmuşsa,  burada  təsadüflər  ön  plana  çəkilir.  Bu  cəhət 
obrazın  dilindən  belə  verilir:  «…  benim  həyatımda,  bütün  iradesizlerde  olduğu  kibi, 
tesadüflerin korxunç bir yolu vardır…». 
Kimdir bu  «iradəsiz» adam? Müəllif onu  İstanbulda təhsil alan və tətil  günlərini 
Ankarada  keçirməyə  gələn  bir  gənc  kimi  təqdim  edir.  Onun  başına  gələn  hadisələr 
obrazlı  bir  dillə  özünün  təhkiyəsində  verilir.  Süjet  isə  təsadüfi  təzadlar  üzərində 
qurulmuşdur,  bu  da  onun  daha  təsirli  və  oxunaqlı  olmasını  təmin  edən 
özəlliklərindəndir.  Müəllif  obrazın  Keti  adlı  alman  qızı ilə  görüşəcəyini,  lakin  təsadüf 
nəticəsində,  bu  görüşün  baş  tutmadığını,  bağ  evindəki  əyləncədən  doğan  dalğınlığı 
qarşılaşdırır,  maraqlı  süjet  yaradır.  «İradəsizlik»dən  onu  qumar  məclisinə  çəkirlər. 
Əvvəl,  xeyli  pul  udur,  qızışır,  yenidən  oyuna  girişir.  Axırda,  udduğu  pulları  uduzub, 
gecə qaranlığında çölə atılır, maşın qəzasına düşür. 
Onu bir evə aparırlar. Həmin evdə köhnə dəbli olan geyimdə gözəl bir qız görür. 
Gəncə elə gəlir ki, axtardığını elə burada tapmışdır. Sonra məlum olur ki, bu, qız deyil, 
ev  sahibinin  köhnə  geyimdə  saxladığı  arvadıdır.  Bunun  özü  də  keçmişlə  müasirliyin 
təzadıdır. 
Hekayədən  çıxan  nəticə  bundan  ibarətdir  ki,  yaşam  təsadüflərlə  doludur.  Hər 
təsadüf insanı ucalda bilməz. Necə ki, əsərin qəhrəmanı olan gənc təsadüflərdən yaşam 
uğursuzluqlarına düçar oldu. Bu uğursuzluqlar isə yüksək bədii dillə təsvir olunmuşdur. 
Topluya  salınan  üçüncü  hekayəyə  müəllif  «Bu  yol»  adını  vermişdir.  Qatarla 
gedən  bir  sərnişinin  yol  boyu  düşüncələri  əsərin  əsasını  təşkil  edir.  Hekayədə  gərgin 
süjet  xətti  yoxdur.  Publisistik  dil  üstündür.  Bəlkə  də,  bu  səbəbdən  əsər  bir  bədii  nəsr 
nümunəsi kimi diqqəti cəlb edə bilmir. Qeyd etmək lazım gəlir ki, hekayə 1937-ci ildə 
yazılmış,  «Her  ay»  məcmuəsinin  2  may  tarixli  nömrəsində  dərc  olunmuşdur.  Deməli, 
onun  bədii  baxımdan  aztəsirli  olması  da  müəllifin  ilk  qələm  təcrübələrindən  hesab 
edilməsi ilə bağlıdır. Hekayə yazarın sonrakı toplularına da daxil olmuşdur. 
Bundan  fərqli  ilk  topluya  salınan  «Erzurumlu  Tahsin»  hekayəsi  öz  mövzusu  və 
əks  etdirdiyi  ideya-məzmuna  görə,  diqqət  mərkəzində  dayanır.  Bu  əsərləri  bir-biri  ilə 
müqayisə  etmək  ondan  ötrü  vacibdir  ki,  bunlar  eyni  ildə  qələmə  alınmış  və  eyni 
məcmuədə  dərc  olunmuşdur.  Bu  hekayə  isə  «Her  Ay»  jurnalının  həmin  ilki  1  aprel 
tarixli  sayfında  verilmişdir.  Əsər  daha  çox  müəllif  təhkiyəsində  xatirə  üslubu  ilə 
yazılmışdır.  Burada  insan  taleyi  əsas  motiv  kimi  əks  olunmuşdur.  Elə  buna  görə  də, 
müəllif öz əsərini xatirə üslubunda başlayır:  « - Tahsin Efendini ilk defa olarak bir kış 


 
 
84 
gecesi  gördüm…  Fakat  daha  evvel  ondan  bahsetmişlerdi.  Herkesin  bildiği  şekilde 
hekayesi  su  idi;  -  Erzurumun  hali  vaxtı  yerinde  biz  ailesinin  socuğu  imiş;  İstanbulda 
hukuk  tahsilini  yapmış,  hatta  bir  iki  küçük  memuriyette  dahi  bulunmuş,  sonra  Balkan 
harbinde  gönüllü  olmuş,  Trakyada  yaralanmış,  iyileştitten  sonra  tekrar  orduya  girmiş, 
harbin  sonunda  birdenbire  her  şeyi  terketmiş  ve  bir  daha  ortalıkta  görünmemiş.  Uzun 
zaman öldü sanmışlar… 
Sonra  onu  Təbriz  və  Şam  şəhərlərində  səfil  sifətində  görmüşlər.  Hətta  sinif  
yoldaşlarını tanımayacaq dərəcədə əsəbi pozulmuş hala düşmüş imiş… 
Bütün bunların sadalamaqda müəllifin əsas məqsədi qanlı hərb oyunlarının insan 
taleyinə  vurduğu  ağır  zərbələri  bədii  yolla  əks  etdirmək  və  onlara  dərin  nifrət  hissi 
aşılamaqdır. 
Müəllif  öz  qəhrəmanının  düşdüyü  ağır  vəziyyəti  daha  təsirli    vermək  üçün  onu 
yenidən Ərzuruma qaytarır, ailəsi və yerliləri ilə münasibətlərini qələmə almağa çalışır. 
Belə ki, anası onu evləndirmək, ailə sərvətindən ona pay ayırmaq istəyir. Lakin  Tahsin 
bütün  bunlardan  imtina  edir,  səfil  həyatı  yaşamağı  hər  şeydən  üstün  tutur.  Bunun  da 
əsas səbəbi qanlı hərbin ona vurduğu zərbələrdir. O, insan kimi yaşamaqdan tamamilə 
əlini üzmüşdür. Yazıçı öz qəhrəmanını təbii fəlakət zamanı da, sanki sınaqdan keçirir. 
Budur, Ərzurumda zəlzələ bütün həyatı alt-üst etmiş, evlər dağılmış, adamlar çadırlarda 
keçinməli  olmuşlar.  Belə  ağır  vəziyyətdə  səfillə  görüşən  müəllif  onunla  bir  maraqlı 
dialoqu da əsərə daxil etmişdir. Tahsinin yaşam və varlıq haqqında düşüncələri göstərir 
ki,  o  heç  də  ağlını  tamamilə  itirmiş  adamlardan  deyildir.  Onu  yaşam  sevincindən 
məhrum edən Varlığın amansız qanunlarıdır, nahaqdan tökülən qanlardır. 
Əsərə  sənətkarlıq  baxımından  yanaşsaq,  demək  yerinə  düşər  ki,  hekayənin  süjet 
xətti bir o qədər də gərginlik üzərində qurulmamışdır. Ancaq onun oxunaqlı dili var, bu 
da oxucunu təmin edən özəlliklərdəndir… 
«Evin  sahibi»  hekayəsi  də  1943-cü  il  toplusuna  salınan  əsərlərdəndir.  Müəllif 
burada da xatirə üslubuna müraciət etmişdir. Həcm sarıdan povestə çox yaxındır. Lakin 
bədii  özəllikləri  və  quruluşu  baxımından  onu  hekayə  adlandırmaq  daha  doğrudur. 
Hadisələr birinci şəxsin təhkiyəsində söylənilir. Müəllif əsərə belə bir epiqraf vermişdir: 
«Bir hastahanede bulunmuş çep defterinden». Deməli, əsərin üslubu xatirədən daha çox 
gündəliyi xatırladır. Hekayədə fərqli obrazlar işlənmişdir: xəstə, xəstəlik, ana, ilan və s. 
Yazar  adi  bir  xəstəliyi  bədii  yolla  obraz  şəklinə  salmağı  məharətlə  bacarmışdır; 
«Bu  geniş  yataqda  yan  yana,  hatta  kucaq  kucağa  yatıyoruz;  ayaqlarımın  ucunda 
hararetim var. Küçük, siyah, soxulğan bir köpek kibi orada, ayaklarımın ucuna kıvrılmış 
yatıyor».  Hekayənin  çox  hissəsi  gündəlik  xatirələrdən  ibarətdir.  Bir  əsərin  qəhrəmanı 
olan  bu  xəstənin  təhkiyəsindən  həm  onun  yaşam  yolu,    həm  də  başqa  obrazlar  (dadı, 
dədə və b.) barədə bilgilər alırıq. 
Xatirələrin ən maraqlı hissəsi həmin gəncin Zeynəb adlı qızla sevgi macəralarıdır. 
Əsərdə Yumni bəy, Hazrettin bəy kimi obrazlarla da tanış oluruq. Müəllif onların 
fərdi  cizgilərini  özünəxas  bədiiliklə  əks  etdirməyə  çalışmışdır.  Bütün  bunlarla  yanaşı, 
hekayədə qarşıya qoyulub, bədii şəkildə həll edilən məsələ insan və yaşam problemidir. 
Əsərin  yaşam  taleyi  yenə  də  Tahsin  əfəndinin  uğursuz  aqibətini  xatırladır.  Həyatın, 
yaşayışın min bir ağrılarına dözə bilməyən insanlar, sözsüz ki, sonda uğursuzluğa düçar 
olurlar. Xəstəxanada son günlərini yaşayan «evin sahibi» hekayəsinin qəhrəmanı kimi. 
Ahmet  Hamdi  Tanpınarın  ikinci  hekayələr  toplusu  1955-ci  ildə  işıq  üzü  görən 
«Yaz  yağmuru»dur.  Bu  toplu  da  hekayələrdən  birinin  adını  daşıyır.  Bu,  elə  həmin  il 
qələmə alınan və yazarın sonuncu hekayəsi kimi qəbul olunan «Yaz yağmuru» əsəridir. 
Hekayə  ilk  dəfə  «Yeni  İstanbul»  məcmuəsinin  1955-ci  il  13  iyun  və  3  iyun  tarixli 
saylarında dərc olunmuşdur. 
Ailə-məişət  mövzusunda  qələmə  alınan  bu  bədii  nəsr  nümunəsində  süjet  müəllif 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə