Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   33   34   35   36   37   38   39   40   ...   60

 
 
85 
təhkiyəsi  üzərində  qurulmuşdur.  Əsərin  «yaz  yağmuru»  adlanmasının  səbəbi  əsas 
obrazlardan  olan  Sabri  ilə  gənc  bir  qadının  ilk  tanışlığıdır.  Sözsüz  ki,  şıdırğı  yaz 
yağmuru  olmasaydı,  həmin  qadın  Sabrinin  yaşadığı  həyətə  girməz  və  onlar  tanış 
olmazdılar.  Bundan  sonra,  görüşləri  də  baş  tutmazdı.  Hekayənin  həcmi  gənc  qadının 
söylədiyi xatirələr hesabına xeyli genişlənmişdir. Müəllif Sabrini bir  yazar obrazı kimi 
təqdim  etmək  istəmişdir.  O,  on  altıncı  yüzilin  Türkiyə  tarixindən  roman  yazmaq 
fikrindədir. Ona görə də, tez-tez İstanbul kitabxanalarına gedir, yeni əsəri üçün material 
toplayır.  Lakin  biz  bunları müəllif təhkiyəsindən  öyrənirik.  Sözsüz  ki,  bu da bir  yazıçı 
obrazı kimi onda tam təsəvvür yaratmır. 
A.H.Tanpınar  əsərin    çox  hissəsini  Sabrinin  gənc  qadınla  görüşlərinə  həsr 
etmişdir. Sabri əfəndi ailəlidir, qadın isə bu səadətdən məhrum olmuşdur, onlar tezliklə 
ayrılırlar.  Qadın  onun  ailə  xoşbəxtliyini  əlindən  ala  bilmir.  Müəllifin      fikrincə,  ailə 
səadətini  qorumaq  üçün  insan  təsadüflərə  uymamalıdır.  Hekayədə  bu,  əsas  ideya  kimi 
bədii yolla əks olunmuşdur. 
Ailə-məişət  mövzusunda  qələmə  alınan  hekayələrdən  biri  də  «Acıbademdeki 
köşk»  adlanır.  Əsər  obrazın  dilində  təhkiyə  edilir.  Bu  köşk  həmin  obrazın  «həyatının 
hər  səhifəsində»  bir  təsir  buraxmışdır.  Kökş  onun  anasının  dayısı  Sani  bəyin  evidir. 
Yazar hekayənin ilk abzasındaca Sani bəyin portretini obrazın dilindən verir: «Sani bəy 
orta  boylu,  ben  tanıdığım  zaman  kır  sakallı,  geniş  atletik  vüsutlu,  mavigözlü  bir 
adamdı». 
Bununla yanaşı, o bizə sərt xasiyyətli bir ev yiyəsi kimi də təqdim olunur. Əsərin 
süjet  xəttindəki  gərginliyi  köhnəliklə  yenilik  arasındakı  təzad  təmin  edir.  Köhnəliyi 
təqib  edən  yeniliklər  isə  ikitəkərli  at  arabasının  dördtəkərli  qazalaqla  əvəz  olunması, 
velosipedin  yerinə,  motosikletlərin  alınması  kimi  dəyərləndirilməlidir.  Bu  yeniliklərin 
meydana  çıxması  ilə  köhnə  köşkün  adət-ənənələri  də  dəyişməyə  doğru  gedir. 
Yeniliklərin təbliği isə hekayənin əsas ideya-məzmununu əks etdirir. 
Kənd  həyatında  ailə-məişətin  təsvirinə  yazarın  «Təslim»  hekayəsində  də  rast 
gəlirik.  Hadisələr  bir  obrazın  təhkiyəsində  verilsə  də,  əsərin  mükəmməl  süjet  xətti 
yoxdur.  Göstərmək  lazımdır  ki,  müəllifin  başqa  hekayələrindən  fərqli  olaraq 
mənbələrdə  bu əsərin  yazılma  tarixi  göstərilməmişdir.  Yalnız  bədii  üslubundan  təxmin 
etmək  olar  ki,  bu  da  müəllifin  ilk  hekayələrindəndir.  Mövzu  sənətkarlıq  baxımından 
istənilən səviyyəyə qaldırıla bilməmişdir. 
Ahmet  Hamdi  Tanpınar  «Royalar»  mövzusuna  ikinci  dəfə  qayıtmış  və  1952-ci 
ildə  eyni  adlı  hekayə  qələmə  almışdır.  Əsər  həmin  il  «Ailə»  məcmuəsində  oxuculara 
təqdim olunmuşdur. Sonra isə  «Yaz  yağmuru» (1955) toplusuna salınmışdır. Müəllifin 
bundan  on  yeddi  il  əvvəl,  yazdığı  «Abdullah  əfəndinin  röyaları»  hekayəsi  arasında 
mövzu baxımından oxşarlıq vardır. Obrazlar və onların həyata baxışları sarıdan əsərlər 
bir-birinə  çox  yaxındır.  Müəllif  öz  oxucusuna  yenə  də  eyni  ideyanı  aşılayır:  həyat 
hadisələrinə yuxulardan deyil, real baxmaq, özün üçün nəticə çıxarmaq gərəkdir. 
Röya  görmək  məsələsi  yazarın  ilk  əfsanə  mövzusunda  qələmə  alınmış  «Adəmlə 
Həvva» hekayəsində də təsvir olunmuşdur. Həmin  əsər 1948-ci ildə yazılmış və «Aile» 
məcmuəsində dərc edilmişdir. 
Başqa  hekayələrdən  fərqli  olaraq  buradakı  yuxunun  özü  də  əfsanəyə  əsaslanır. 
Daha  doğrusu,  onun  real  həyatla  heç  bir  bağlılığı  yoxdur.  Hekayənin  nə  məqsədlə 
qələmə alındığı oxucuya qaranlıq qalır. İdeya-məzmun öz bədii həllini tapa bilməmişdir. 
Ahmet  Hamdi  Tanpınarın  «Yaz  yağmuru»  (1955)  toplusuna  daha  iki  hekayəsi 
daxildir. Bunlardan biri  «Bir tren  yolçuluğu»,  o birisi isə  «Yaz gecəsi»  adlanır. hər iki 
əsər  yenə  də  «Ailə»  məcmuəsində  verilmişdir.  Hekayələrin  dil  baxımından  bir-birinə 
yaxınlığı  vardır.  Belə  ki,  hadisələr  obrazın  təhkiyəsində  təsvir  olunur.  Lakin    bu 
hekayələrdə  oxucunun  marağına  səbəb  olacaq  bitkin  obrazlar  və  ictimai  məzmun 


 
 
86 
daşıyan ideya əks etdirilməmişdir. 
Ahmet  Hamdi  Tanpınarın  ilk  hekayələr  toplularına  düşməyən  daha  iki  əsəri 
vardır.  «Emirqanda  axşam  saatı»  hekayəsi  1944  və  1946-cı  illərdə  «İstanbul» 
məcmuəsində  hissə-hissə  dərc  olunmuşdur.  «Fal»  adlanan  hekayə  isə  1946-cı  ildə 
həmin məcmuənin 70-71-ci sayında  yayımlanmışdır. Sonralar isə hər iki əsər toplulara 
salınmışdır… 
Bütün  yuxarıdakı  qeydlərdən  bu  qənaətə  gəlmək  olar  ki,  Ahmet  Hamdi 
Tanpınarın  yaradıcılığında  hekayə  janrının  da  ayrıca  yeri  mövcuddur.  Bu  əsərlər  onu 
Türkiyə ədəbiyyatında bir hekayə ustası kimi tanınmağa geniş imkanlar açmışdır. 
 
Rəşid Quliyev, 
filologiya üzrə fəlsəfə doktoru 
Ahmet Hamdi Tanpınarın yaradıcılığında hekayə janrı 
 
X Ü L A S Ə  
 
Ahmet  Hamdi  Tanpınar  (1901-1962)  Türkiyə  ədəbiyyatı  tarixinə  şair,  nasir  və 
publisist kimi daxil olur. Hekayə janrı onun yaradıcılığında mühüm yer tutur. Yazar öz 
sağlığında hekayələrini iki topluda (1943 və 1955-ci illər) nəşr etdirmişdir. Türkiyənin 
ictimai-siyasi  durumunun  bədii  əksi  bu  hekayələrin  ən  mühüm  özəlliklərindəndir. 
Araşdırmada bu özəlliklərdən söhbət açılır. 
 
doç.dr. Rashid Kuliyev 
S U M M A R Y 
  
The important place in the literary work of Ahmad Hamdi Tanpinar (1901-1962) 
is  take  place  the  story  genre.  In  these  stories  is  describing  the  social  and  political 
situation of Turkey. The author published his stories in two collections (1943 and 1955 
y.) In the Investigation are talking about these features. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə