Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   34   35   36   37   38   39   40   41   ...   60

 
 
87 
f.ü.f.d. N.Y.MƏMMƏDOVA  
BDU 
FRANSIZ VƏ İNGİLİS MƏNŞƏLİ TERMİNLƏRİN  MÜASİR   
TÜRK  ƏDƏBİ DİLİNDƏ ASSİMİLYASİYASI  YOLLARI 
 
          Hər  hansı  bir  alınma  söz  və  ya  terminlərin  assimilyasiyasından  bəhs    edərkən, 
başqa  dillərdən  alınan  sözlərin  ana  dilinin  normalarına  uyğunlaşdırılması  nəzərdə 
tutulur. Hər bir dilin özünəməxsus fonetik sistemi və qrammatik quruluşu olduğu üçün, 
başqa  dillərdən  alınan  sözlərin  bir  qismi  dildəki  formasını  saxlayırsa  da,  bir  qismi 
sözalan  dilin  sistemində,  onun  qaydaları  əsasında  yenidən  müəyyən  şəklə  düşərək  öz 
əvvəlki  formasını  dəyişir.  Alınma  sözlərin  bir  qismi,  adətən,  fonetik,  qrafik,  leksik-
semantik və qrammatik cəhətdən adaptasiya olunur.  
          Alınma söz və terminlərin böyük bir qismi başqa dillərdə olduğu kimi, Türk ədəbi 
dilinin fonetik və qrammatik  qanunlarının müqavimətinə rast gəlir və həmin qanunlara 
tabe olaraq müəyyən  dəyişikliyə məruz qalır. 
Müasir Türk ədəbi dilində ingilis və fransız dillərindən alınma söz və  terminlər 
fonetik-qrafik, qrammatik və leksik-semantik cəhətdən mənimsənilmişdir. 
a)
 
 Terminlərin fonetik  cəhətdən assimilyasiyası 
          Alınma  sözlərin  bir  qismi  fonetik  tərkibini  dəyişərək  sözalan  dilin  fonetik 
qaydalarına  uyğunlaşır.  Qeyd  etmək  lazımdır  ki,  fonetik  mənimsənilmə  prosesi 
deyildikdə, başqa dildən fonemin alınması nəzərdə tutulmur. A. Bayramova bu   haqda 
yazır ki, “hər hansı bir dil başqa dilə məxsus fonemi ala bilməz. Çünki belə bir prosesin 
mümkünlüyü  dilin  fonemlərinin  sayca  artmasına  səbəb  olmaqla    yanaşı,  onun 
özünəməxsus  artikulyasiya  sisteminin  dəyişilməsinə  aparıb  çıxara  bilər.  Bir  dilin 
daşıyıcısı başqa dildə danışdıqda onun tələffüzündə spesifik xüsusiyyətlər meydana çıxa 
bilər” [1, 20]. 
          Alınma sözlər fonetik assimilyasiyaya uğradığı zaman mənbə dildən leksik  vahidin 
səs obrazının alınması və leksik vahidi təşkil edən sözlərdə substitusiya baş verir. Məsələn, 
ingilis mənşəli lobby-lobi, charter-çartır, touch-taç; fransız mənşəli arachide-araşit, biscuit-
bisküvi,  zincographie-çinkografi  və  s.  sözlərdə    olduğu  kimi.  Nümunələrdən  göründüyü 
kimi bu sözlərin səs tərkibi xeyli dəyişmişdir. 
          Qeyd etmək lazımdır ki, tədqiqatçılar səs substitusiyasını da növlərə  ayırırlar: səs 
konvergensiyası-iki yaxın səsin bir səslə müntəzəm əvəz olunması, səs divergensiyası-
bir səsin iki səslə verilməsi və sadə substitusiya-mənbə dil səsinin sözalan dildə eynilə 
səslənməsi  [6,  119].  N.  Məmmədli  qeyd  edir  ki,  “fonetik  mənimsəmədə  özgə  dil  ma-
terialı yenidən tərtib olunur, fonetik deformasiya baş verir, dilin fonetik sisteminin tipik 
xüsusiyyətlərinə  uyğun  qaydaya  salınır.  Fonetik  deformasiyanın  səbəbləri  müxtəlifdir: 
şifahi  alınma,  yazılı  alınma;  hətta  sözlərin  dəyişmə  dərəcəsi  eyni  deyildir,  hərçənd  ki, 
bu,  müəyyən  zərurətdən  irəli  gəlir.  Alınma  terminlərin  fonetik  strukturu  ilə  bağlı  
məsələlər  bu  və  ya  digər  fonemin  olub-olmaması,  səslərin  fərqi  və  oxşarlığı  ilə 
əlaqədardır.  Adətən  leksik  alınmaların  səs  keyfiyyəti  (xüsusilə  saitlər  dəyişir,  fonem-
lərin pozision-kombinator variantları etimon dildəkilərə uyğun gəlmir” [3, 238-239]. 
         Türk dilinin  inkişaf dövrləri tarixində leksik alınmalar bir-birindən xeyli  seçilir. 
Alınma  terminləri  Türk  dili  terminlərindən  ayıran  bir  sıra  xüsusiyyətləri    vardır:  ön 
şəkilçilərin  olması,  fonemlərin  düzülüşü,  ahəng  qanununa  tabe  olmayan  morfemlər, 
aksentoloji modellər  və s. 
          Alınma  terminlər  o  zaman  mənimsənilmiş  hesab  edilir  ki,  reseptor  dilin    daxili 
xüsusiyyətlərinə uyğunlaşır; onlar milli dilin fonetik və qrammatik normalarına uyğun 
gəlmədikdə  isə  milli  sözlərlə  kəskin  təzad  təşkil  edir.  Buna  səbəb  sözlərin  fərqli  dil 
sistemlərinə mənsub olmasıdır. 


 
 
88 
          İngilis və Fransız dilləri türk dilindən tamam fərqli dil sistemlərinə mənsub  olduğuna 
görə,  bu  dillərdəki  bəzi  əlamətlər  türk  dili  üçün  xarakterik  deyildir.  Məsələn,  fransız  və 
ingilis  dilində  qoşa  sait  və  samit  hərf  birləşmələri,  bir  neçə  saitin  birləşərək  bir  sait  kimi 
tələffüzü,  sait-samit  birləşməsinin  sait  kimi    oxunması,  sait  və  samitlərin  xüsusi  fonetik 
vəziyyətdən asılı olaraq oxunuşu və s.: 
 
Ing. 
Tr. 
oo→ [u]
 
ai,ay→ [ei]
 
ee,ea→ [i:]
 
ou→ [au]
 
igh→ [ai]
 
er→ [ə/ö]
 
ur → [ə/ö]
 
ir→ [ə/ö]
 
al→ [o:l]
 
ign→ [ayn]
 
sh→ [ş]
 
ch→ [ç]
 
ck→ [k]
 
ch→ [k]
 
tch→ [ç]
 
y→ [i]
 
ph→ [f]
 
 
shooter 
 
container 
 
meeting 
 
out 
 
light
 
passer
 
radiateur
 
flirt
 
football
 
design
 
flash
 
touch 
 
cockpit
 
anchorman
 
match  
 
alphenide                                 
penalty 
şutör
 
konteyner
 
miting
 
aut
 
layt
 
pasör 
radyatör
 
lörtf
 
futbol
 
dizayn
 
flaş
 
taç
 
kokpit
 
ankorman (enkırman)
 
maç
 
alfenit 
penalti 
Ümumiyyətlə, Müasir türk ədəbi dilində Avropa dillərindən, xüsusilə ingilis  və  
fransız dilindən alınmalar, orijinala maksimum dərəcədə yaxın yazılsa da, bu  sözlərin 
türk dilindəki tələffüzü prototiplərindən müəyyən dərəcədə fərqlənir.  
          Qeyd edək ki, fonetik prinsiplə alınan sözlərin bəziləri ingilis mənşəlidir.  
E.  Mehdiyeva  bunların  təsadüfi  olmadığını  deyərək,  ingilis  dili  əlifbasının  latın  
qrafikası əsasında tərtib olunmasına baxmayaraq, bu əlifbanın əsasında fonetik  prinsip 
deyil,  tarixilik  prinsipi  dayandığını  yazır.  Tədqiqatçı  belə  nəticəyə  gəlir    ki,  “Bu  o 
deməkdir ki, ingilis dilində səs-hərf münasibəti fonetik mövqedən  fərqlənir, yəni eyni 
səsi  müxtəlif  hərflər  ifadə  edə  bildiyi  kimi,  eyni  hərf  də    müxtəlif  cür  oxuna  bilir.  Bu  
səbəbdəndir ki, ingilis dilindəki  sözlərin əksəriyyəti başqa dillərə transkripsiya olunur, 
məsələn, autvə  s.  Əgər  ingilis  sözləri    transliterasiya  olunsaydı,  belə  halda  sözlərin  əksəriyyəti 
tanınmaz şəklə düşərdi. Lakin transkripsiya olunanda onlarda fonetik qabıq saxlanılır və 
alınan sözlər  orijinala yaxın vəziyyət alır. Məsələn, timing [taıming]>tayming, football 
[fu:tbo:l]>futbol və s. [2, 66].  
          Bundan başga ingilis mənşəli sözlərin türk dilində mənimsənilməsində başqa bir 
xüsusiyyət  də  gözə  çarpır. Bəzən bu alınmalarda sözlərin müxtəlif   yerlərində istifadə 
olunan qoşa samitlərdən biri Türk dilində ixtisar edilir. Məsələn, gallon-galon, hobby-
hobi, full-ful, paddock-padok, stress-stres, zapping-zaping, ballet-balet. 
         Bəzi sözlərdə isə qoşa samitlərin önündə bir saitartımı fonetik hadisəsi  müşahidə 
olunur. Məsələn, steam-istim, steam boat-istimbot, stop-istop və s. 
         Fonetik  cəhətdən  baş  verən  digər  bir  dəyişiklik  isə  bəzi  alınma  terminlərdəki  bir 
səsin başqa bir səslə əvəz olunmasıdır. Məsələn, gentleman-centilmen, jazz-caz, jeep-cip, 
jokey-cokey, jungle-cangıl (cengel), digital-dijital və s.                     
         Bildiyimiz  kimi,  müasir  türk  ədəbi  dilində  sözün  sonundə  “b,  c,  d,  g”  cingiltili 
samitləri  işlədilmir.  Onların  yerinə  həmin    samitlərin  kar  qarşılıqları  “p,  ç,  t,  k  ”  işlədilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə