Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   41   42   43   44   45   46   47   48   ...   60

 
 
103 
romanı  nəşr  edildi.  “Şıq”  romanı  türk  oxucularının  rəğbətini  qazanmaqla  bərabər 
müəllifini də başqa əsərlər qələmə almağa ruhlandırdı. XIX əsrin son illərindən etibarən 
daha dəqiq desək “İffət” (1898) əsərinin nəşrindən sonra ədib bir-birinin ardınca bir sıra 
roman və povestlərini çap etdirir. 
Hüseyn  Rəhminin  yazıb-yaratdığı  ilk  dövrlər  əsasən  “Sərvəti-fünun”  jurnalı 
ətrafında  toplaşan  bir  qrup  yazıçının  ədəbiyyatda  yüksək  mövqeyə  sahib  olduqları, 
böyük  rol  oynadıqları  zamana  təsadüf  edir.  Yaradıcılıqları  üçün  başlıca  olaraq  “sənət 
sənət  üçündür”  prinsipini  əsas  götürən  sərvəti-fünunçular  başlıca  olaraq  yüksək 
cəmiyyətin, aristokrat  və  ziyalıların  həyatından bəhs edən əsərlər meydana gətirirdilər. 
Əsərlərinin dili həddindən artıq qəliz, anlaşılmaz ərəb-fars ifadələri ilə dolu olduğundan 
onlar özləri ilə xalq arasında sanki keçilməz sərhəd  yaratmışdılar. Xalq kütləsi onların 
süni  surətdə  ibarələrlə  bəzənmiş,  təmtəraqlı  tərkiblərlə  hörülmüş  əsərlərindən  heç  bir 
şey  anlamırdı.  Onların  əsərlərinin  qəhrəmanları  əsasən  kübar  bəylər,  xanımlar  və 
ziyalılardan ibarət olub Qərbi Avropa əsərlərinin qəhrəmanlarını xatırladırdı – hərəkət, 
davranış,  danışıq  tərzi,  hətta  düşüncələri  belə  türksayağı  deyildi.  Çünki  onlar  həyatı 
olduğu  kimi  deyil,  sanki  xəyal  etdikləri,  arzuladıqları  şəkildə  təsvir  etməyə, 
qəhrəmanlarını  da  bu  baxımdan  yaratmağa  çalışırdılar.  Sərvəti-fünunçular  üçün  xalqın 
başa düşdüyü səviyyədə yazmaq elə bil çox çətin bir iş idi. 
Hüseyn  Rəhmi  sərvəti-fünunçulara  qoşulmadı.  Onların  “sənət  sənət  üçündür” 
prinsipini də qəbul etmədi. Əsərlərini xalqın başa düşdüyü dildə, xalq üçün yazdı. Başa 
düşdü  ki,  ədəbiyyat  xalqa  xidmət  etməlidir.  Elə  bu  xüsusiyyətlərinə  görə  də 
müasirlərindən  bəziləri  onu  “avam  mühərriri”  (sadə  xalq  üçün  yazan)  adlandırır, 
bununla  da  onu  alçaltmaq,  oxucuların  gözündən  salmaq  istəyirdilər.  Bunun  əksinə 
olaraq  onlar  özlərini  nəzərən  saldıqlarını  Hüseyn  Rəhmini  isə  daha  da  yüksəklərə 
qaldırdıqlarını  hiss  etmirdilər.  Bu  münasibətlə  onun  Şəhabəddin  Süleymana    verdiyi 
cavab  çox  maraqlıdır.  O,  sadə  xalq  üçün  –  avam  üçün  ədəbiyyatın  lazım  olmadığını 
iddia edən və onun özünü “avam mühərriri” adlandıran Şəhabəddin Süleymanın fikrini 
“cəfəngiyat”  adlandıraraq  hiddətlə  belə  yazırdı:  “Avam  üçün  ədəbiyyat  olmazmış… 
Cəfəngiyyatdır.  Avam  cəhalət  içində  boğulsun,  biz  isə  kənardan  durub  tamaşa  edək, 
eləmi?”. [1, s. 270] 
Doğrudan da elə yazıçılar vardır ki, onların fəaliyyətini, əməllərini, qoyub getdiyi 
ədəbi  irsi  xalq  həyatının  zəruri  tələbləri və ehtiyacları  baxımından  gözdən keçirdikdə 
necə  böyük  qiymətə  layiq  olduqlarını  görməmək  qeyri-mümkündür.  Hüseyn  Rəhmi 
Gürpınar  da  məhz  fəaliyyətinin  humanist  mənası,  mütərəqqi  ideyaları,  şəxsi  ədəbi 
keyfiyyətləri  ilə  diqqəti  daha  artıq  cəlb  edir.  80  illik  ömrünün  təqribən  60  ilini  yazıb-
yaratmaq işinə sərf edən Hüseyn Rəhminin zəngin ədəbi irsinin mühüm bir hissəsini də 
yaradıcılığının ilk illərində qələmə aldığı əsərləri təşkil edir. 
Hüseyn  Rəhminin  ədəbi  fəaliyyətə  başladığı  illər  də  II  Əbdülhəmidin  sultanlıq 
dövrünə təsadüf edir. Bu dövr çox mürəkkəb bir dövr idi. Bir tərəfdən ölkədə möhkəm 
dini  qaydalar,  feodal  normalar  hökm  sürür,  digər  tərəfdən  isə  ziyalılar,  kübar  ailələr, 
yüksək vəzifəli məmurlar Avropa həyat tərzinə meyl edir. 
Türk ədəbiyyatında tənqidi realizmin atası hesab edilən və öz yaradıcılıq yolunu 
satira  istiqamətinə  yönəldən  Hüseyn  Rəhminin  ədəbi  fəaliyyətində  də  bu  ziddiyyətli 
həyat tərzi istər-istəməz öz əksini tapmalı olmuşdur. Belə ki, ədib həm Şərq ətalətində, 
köhnə,  orta  əsr  həyat  tərzinə,  həm  də  müasirləşmək,  avropalaşmaq  ideyasının  yanlış 
təzahürlərinə qarşı amansız satirik atəş açmağı özünün vacib borcu hesab edir. 
Avropa  mədəniyyətinə  heyranlıq,  öz  adət-ənənəsindən  üz  döndərmək  halları, 
kosmopolitizm  ideyasının  tənqidi  haqqında  danışdığımız  yazıçıların  romanlarından 
fərqli  olaraq  Hüseyn  Rəhminin  “Şıq”  (1888),  “Məşuqə”  (1899)  “Mürəbbiyə”  (1889), 
“Təsadüf”  (1900),  “Şıq  sevdi”  (1911)  roman  və  povestlərində  daha  qabarıq  surətdə 


 
 
104 
əksini tapmışdır. 
Soruşula bilər ki, o zamankı türk ədibləri əsərlərində Avropasayağı  həyatı tənqid 
etməkdə  nə  kimi  məqsəd  güdürdülər.  Ədəbi-bədii  əsərlərin  müxtəlif  janrlarında  həmin 
məsələyə ətraflı yer ayırmağın səbəbi nə idi? Bu suallara müxtəlif cavablar vermək olar. 
XIX əsrin ortalarından etibarən Avropa ilə əlaqələrin  geniş  və  əhatəli inkişafıyla 
bağlı olaraq Avropa həyat tərzi də Türkiyə həyatına güclü təsir göstərir. Türk gəncləri, 
daha doğrusu, “qızıl gənclik” adlanan varlı balaları öz milli xüsusiyyət, adət, ənənələrini 
unudaraq  Qərbi  Avropa  ölkələrindəki  yeni  modaların  əsiri  olmağı  başlıca  məqsəd 
seçməyə başlayırlar. Belə yüngül həyat tərzi isə öz milli heysiyyətini qiymətli tutan bir 
sıra yazıçı və şairlərin qüruruna  toxunduğu üçün onları istehza hədəfinə çevirir, gülünc 
karikatura vəziyyətində təsvir edib xalqın nəzərindən salmağa çalışır, başqa gəncləri bu 
cür zərərli yoldan çəkindirməyə cəhd göstərirdilər. 
Avropa həyatına aludəçiliyin yayılması kapitalın, pulun ölkədə daha böyük nüfuz 
qazanması  ilə  bağlı  idi.  Artıq  köhnə  üsulla  işləyən  istehsal  alətləri,  xırda  sənətkarlıq 
Qərbi Avropanın maşın istehsalı ilə rəqabətə girə bilməyərək iflasa uğrayırdı. Möhtəkir 
ixracatçılar, podratçılar və “böyük kombinasiyaçılar” daha da varlanırdılar. Milli sənaye 
çətinliklə  yaranırdı.  Ortaq  ticarət  kapital  qoyuluşunun  burjuaziyanı  müstəmləkəçi 
dövlətlərin  agenturasına  çevirən  az  qala  yeganə  sahə  idi.  Podratçı  sürətlə  varlananlar 
Qərbi  Avropa  qanun-qaydaları  haqqında  fikirləşirdilər,  çünki  feodal  imperiyanın 
bürokratik  iyerarxiyası  onlardan  həddindən  artıq  böyük  məbləğdə  qazanc  qoparırdı. 
Gənc  türk  burjuaziyasının  ideoloqları  “Fransa  respublikası”,  “İngiltərə  demokratiyası” 
qarşısında  diz  çökür,  onları  “tərəqqinin  müdafiəçisi”  hesab  edirdilər.  Fransızlara  və 
ingilislərə  məxsus  olan  hər  şey  –  ətirlər  və  geyim  şeyləri,  danışıq  tərzi  və  qonaqları 
qəbul  etmə  qaydası  –  kömür  və  meyvə  ticarətçilərinin,  əsgər  çəkmələri  və  sabun 
möhtəkirlərinin geridə qalmış feodal  əsilzadələrinin qarşısında öz “mədəniyyətləri” ilə 
öyünmələri son moda azarı idi. [2, s. 37] 
Hüseyn  Rəhminin  də  bu  məsələyə  bir  neçə  əsər  həsr  etməsi  heç  də  təsadüfi 
sayılmamalıdır.  Bir  halda  yazıçı  qarşısına  xalq  həyatına  zidd  hər  nə  varsa  ona  qarşı 
mübarizə aparmaq məqsədi qoymuşdur, deməli, elə belə də hərəkət etməlidir, başqa cür 
ola bilməz. 
Ədibin bu mövzuda yazılmış əsərlərindən biri, həm də ilk əsəri «Şıq» romanıdır. 
“Şıq”  da  yuxarıda  haqqında  qısaca  danışdığımız  “Fəlatun  bəy  ilə  Raqim  əfəndi”  və 
“Araba  sevdası”  romanlarında  olduğu  kimi  qəhrəmanı  avropapərəstlik  xəstəliyinə 
tutulan əsərdir. Romanın baş qəhrəmanı şöhrət Şatırzadə istər öz daxili aləmi, istərsə də 
xarici təqlidçilik görünüşü etibarilə Fəlatun bəy  ilə Bəhruz bəy tiplərinin eynidir. Lakin 
“Şıq”ın  baş  qəhrəmanı  Şatırzadə  o  birilərindən  bir  addım  da  irəli  getmiş,  müəllif 
tərəfindən karikaturalaşdırılmış, gülünc hala salınmış bir modabazdır. 
Yazıçı  qəhrəmanını  oxucularına  belə  təqdim  edir:  “Şıq  deyincə  əlində  əlcəyi, 
cibində  kartı  olan,  fəqət  kisəsində  pulu  olmayan  ərköyün  bir  gənc  dərhal  əlağacı, 
kostyumu, gözlüyü ilə qarşınızda canlanır. 
Aləmə  qarşı  bu  görünüşdə  özünü  göstərən  bir  gənc  zamanımızda  əxlaqına  fəsad 
qarışdırmış, yüngüllüyü daha da artırmaqla günahlandırılır və aləmin əyləncəsi olur. 
Halbuki  bu  ittihamlar  bəzən  haqsız  yerə  edilir.  Çünki  əlinə  əlcək  geyənlərin, 
cibində  kart  gəzdirənlərin  hamısını  “şıqdır”  deyə  gülüşə  çevirmək  lazım  deyil.  Əsil 
gülüşə layiq olan şıqlar əsasən heç bir məziyyət və fəziləti olmayıb hər hərəkətləri bir 
adi  təqlidçilikdən  ibarət  olanlar,  hər  görən  və  ya  eşidənləri  həm  acımağa,  həm  də 
istəmədən gülməyə məcbur edəcək bir sıra qəribə halları görülənlərdir. 
Bu kimilərə gözəl bir örnək olaraq oxucularımıza, budur, birini – Şatırzadə Şöhrət 
bəyi təqdim edirik”. [3, s. 9] 
Gətirdiyimiz sitatdan da göründüyü kimi Hüseyn Rəhminin məqsədi heç də moda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə