Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   40   41   42   43   44   45   46   47   ...   60

 
 
101 
Aydın Abi Aydın, 
filologiya üzrə elmləri doktoru, professor 
 
H.R.GÜRPINARIN BƏZİ SATİRİK ROMANLARI HAQQINDA 
 
Açar sözlər: H.R.Gürpınar, satirik romanlar, sosial həyat 
 
Yeni  Türkiyə  ədəbiyyatının  məşhur,  böyük  roman  müəllifi  Hüseyn  Rəhmi 
Gürpınar  Avropalaşmağa  üz  tutmuş  hərəkatın  qarşısında  milli  müqavimət  qalası  kimi 
ucalan bir şəxsiyyətdir. O, türk xalqının ictimai-sosial, əxlaqi-didaktik yaşam şərtlərini, 
ailənin  ağır  həyat  tərzini,  batil  etiqadlarını,  yaşadığı  dövrün  dolanışıq  böhranlarını 
yumoristik  bir  satira  dühasilə  qələmə  almışdır.  Sərvəti-fünunçularla  eyni  vaxtda 
yaşamasına  baxmayaraq,  onlardan  fərqli  bir  sənət  xəttini,  ayrı  bir  görüş  biçimini 
sürdürmüş  bir  yazıçıdır.  Onda  çox  güclü  müşahidə  qabiliyyəti  vardır.  Çağdaşlarından 
fərqli olaraq, “sənət sənət üçündür” yerinə “sənət həyat üçündür” (cəmiyyət üçün sənət) 
prinsipini əsas götürmüşdür. 
Hüseyn  Rəhminin  53  cild  əsəri  vardır.  Bunlardan  36-sı  roman,  7-si  hekayə  və 
novella  toplusu,  2  pyesi,  2  ədəbi  münaqişəsi,  5  tərcüməsi  və  “Tərcumani-həqiqət” 
qəzetində müxtəlif yazıları çap olunmuşdur. 
Hüseyn  Rəhmi  Gürpınar  1864-cü  ilin  17  avqustunda  İstanbulda  dünyaya 
gəlmişdir.  Onun  atası  hərbçi  olmuş,  Plevnə  müdafiəsində  polk  rəisi  və  briqada 
komandiri  olaraq  işlədiyi  zaman  ruslara  əsir  düşmüş  Məhməd  Səid  Paşa  Ərzurumda 
möhkəmləndirilmiş  mövqe  komandiri  ikən  vəfat  etmişdir.  22  yaşlı  anası  Ayişə  Sidiqə 
xanım  oğlu  Hüseynin  3-4  yaşı  olarkən  vərəm  xəstəliyindən  ölmüşdür.  Anası  vəfat 
edəndən sonra, atası ikinci dəfə evlənmişdir. H.Rəhmi ana nənəsi ilə xalasının yanında 
böyümüşdür.  Orta  okulu  və  Mülkiyə  məktəbinin  İctimai  elmlər  fakültəsini  bitirdikdən 
sonra, Cəza işləri üzrə ədliyyə idarəsində işləməyə başlamış, daha sonra İctimai nəzarət 
bürosunda  işini  davam  etdirmişdir.  1908-ci  il  gənc  türklər  inqilabından  sonra  dövlət 
məmurluğundan çıxaraq həyatını yazıçılıqla əldə etməyə üz tutmuşdur. 
12 yaşı olarkən yazdığı bir romanı və “Gülbahar xanım” adlı pyesi yanğın zamanı 
yanmışdır. Onun tanınmasına işıq tutan əsəri “Şıq” romanıdır. Hələ Rüştiyə məktəbində 
(orta  məktəbdə)  oxuduğu  zaman  yazmağa  başladığı  bu  romanı  “Tərcumani  -  həqiqət” 
qəzetində nəşr edilmişdir. Təxminən əlli il, uşaqlıq və Türkiyə Böyük Millət Məclisinin 
Küthahyadan üzvü olduğu 1936-1943-cü illəri nəzərə almasaq bütün ömrü boyu yazıb-
yaratmaqla  məşğul  olmuşdur.  Heç  evlənməmişdir.  8  mart  1944-cü  ildə  İstanbulun 
Heybəliada qəbristanlığında dəfn olundu. 
“Sərvəti-fünun” topluluğundan kənarda qalan nasirlər içərisində tənzimatçı yazıçı 
Əhməd Midhətin ədəbi tərzini böyük səy və qüdrətlə davam və inkişaf etdirən ən güclü 
ədib  Hüseyn  Rəhmi  Gürpınar,  eyni  zamanda  fransız  naturalizminin  ilk  nəhəng 
nümayəndəsi idi. Romanlarında müşahidə və sınaq ön plandadır. Ancaq, bütün bu xüsu-
siyyətləri  ilə  naturalistlərdən  fərqlənməyən  Hüseyn  Rəhmi  mühüm  bir  xüsusiyyəti  ilə 
onlardan açıq bir biçimdə fərqlənir; o da onun açıq ictimai tənqidiydi. Çünki bilindiyi 
kimi naturalist romançı şəxsiyyətin xasiyyət və sosial mühitin ortaq məhsulu olduğunu 
isbat etməyə çalışır. Məqsədi, sadəcə təbii elmlərdə deternizmi romana da soxmaq, yenə 
bu məlumatların “müşahidə” və “sınaq” metodlarını romanda da tətbiq etməkdi. 
Naturalist  romançının  sosial  tənqidlə  bir  əlaqəsi  yoxdur.  Halbuki,  Hüseyn 
Rəhmidə  ictimai  tənqid  ən  geniş  ölçüsündədir.  Bu  ictimai  tənqid  isə,  daha  çox  satira 
yoluyla  həyata  keçirilir.  buna  görə  də,  ümumilikdə  normal  olmayan  vəziyyətdə 
qəhrəmanlar  ələ  alınır.  Qəhrəmanlardakı  anormallıqlar  isə  xasiyyət,  əxlaq  və 
mədəniyyət  səviyyəsi  istiqamətindədir.  Onun  qəhrəmanlarının  bir  qismi  bu  cəhətdən, 


 
 
102 
yaradılışlarındakı  anormallıqla  (giclik,  cinsi  pozğunluq,  hədsiz  ehtiras,  şöhrət 
düşkünlüyü  və  s.),  bir  qismi  də  əxlaqlarındakı  normal  olmama  (yəni,  hədsiz 
acgözlüklüyü, namus – həya düşmənliyi, mümkün olmayan qazanc ardınca qaçmağı…) 
və hər bir qismi də mədəniyyət səviyyələrindəki normal olmayan özəlliklərilə (fasadlar, 
cahillik,  artıq  dini  təəssübkeşlik,  batil  etiqadlara  bağlılıq,  ortaçağ  zehniyyəti,  Qərbi 
Avropa mədəniyyətinin saxta təmsilçiliyi-sırtıqlıq…) gülünc vəziyyətdədirlər. 
Romançı  bu  geniş  dəyişik  tipləri,  öz  psixoloji  məzmunu  və  ictimai  mühiti  ilə 
birlikdə  və  ən  incəliklərinə  qədər  canlandırmaqda  böyük  hünər  göstərir.  Belə  işləmə 
tərzi,  son  dərəcə  təbiidir.  Romana  müxtəlif  qəhrəmanların  dünya  və  həyati  görüş 
tərzlərini,  dini  inanışlarına  uyğun  yaşayış  və  geyimlərini,  adətlərini,  tərbiyələrini…  də 
gətirir  və  beləliklə,  roman  bir  adət-ənənə  romanı  vəziyyətinə  də  asanlıqla  daxil  olur. 
H.Rəhminin romanları içərisində eşq və macəra romanlarına və yaxud başqa bir roman 
növünə  rast  gəlmək  olmaz.  Onun  romanlarında  eşq  və  hətta  hadisə,  ictimai  tənqidin 
adicə bir vasitəsindən başqa bir şey deyildir. 
Hüseyn  Rəhminin  romanları  əsasən  ictimai  satira  üzərində  qurulur.  Onda 
hadisələrin  dil  və  üslub  baxımından  osmanlıcaya  meyl  etməsi  açıq  görülür  və 
romanlarının, demək olar ki, hamısının süjeti İstanbulda vaqe olur. Onun romanlarında 
XIX  əsrin  son  əlli  illik  olaylarının  zəngin  bir  mənzərəsi  canlanır.  Bu  da  onun  ictimai 
tarix  baxımından  araşdırıcılara  mühüm  material  verməkdən  son  dərəcə  vacibdir.  Bu 
cəhətdən o əsərlərini eşqlə oxucularının duyğularını hərəkətə keçirməyə başqa romantik 
əsrdaşlarından  fərqlənməyə  çalışmış,  dövrünün  ictimai  yaralarını  əks  etdirməyə 
üstünlük vermişdir. 
Dövrün  Türkiyə  nasirlərinin  əsərlərində  obyektiv  realist  təsvir  üsulu  hakim  idi, 
milli  özəlliklər  əsas  götürülürdü.  Müasir  mövzu  üstünlük  təşkil  edirdi.  Süjetin 
inkişafındakı  təbiilik,  obrazların  dolğun  və  real  təsviri,  üslubun  sadə,  duzlu,  məzəli, 
kompozisiyasının aydın və ardıcıl olması satirik nasirlərin əsas xüsusiyyətlərindəndir. 
Keyfiyyət dəyişikliklərini, əlbəttə, təkcə ayrı-ayrı janrların məxsusi əlaməti olaraq 
qeyd  etmək  düzgün  olmaz,  bu  dəyişiklik  bütünlüklə  satirik  nəsrdə  hiss  olunmaqdadır. 
Daha doğrusu satirik nəsrdə insana və həyata real münasibət bəslənilməsi, şəxsiyyətin 
psixologiyasının  mürəkkəbliyinə  həssaslıq,  insanla  mühit,  ictimai  aləm  arasındakı 
qarşılıqlı əlaqənin inikası, satirik və yumoristik boyaların rəngarəngliyi nəzərə çarpacaq 
dərəcədə  dəyişmiş,  xeyli  yeniləşmişdi.  Satiranın  janr-kompozisiya  prinsipləri  ilə 
mündərəcəsi  uyğunlaşdı.  Lirik-satirik  yaxud  da  satirik  psixoloji  əsərləri  sırf  satirik 
roman  və  hekayələr  əvəz  etdi.  Eyni  əsərdə  həm  lirik,  həm  də  satirik  xəttlərin  paralel 
şəkildə  davam  etdirilməsinin  əksinə  olaraq  vahid  lirik-komik  xəttə  əhəmiyyətli  yer 
verildi  (Hüseyn  Rehminin  “Mürəbbiyə”,    “Nemətşünas”,  “Quyruqlu  ulduz  altında  bir 
izdivac” romanlarında, Ömər Seyfəddinin və Rəfiq Xalidin  bəzi hekayələrində olduğu 
kimi).  Satirik  romanın  Hüseyn  Rəhmi  (1864-1944),  hekayənin  isə  Ömər  Seyfəddin 
/1884-1920/ kimi tanınmış nümayəndələri yetişdi. 
Türk  ədəbiyyatında  satirik  romanın  ən  böyük  yaradıcısı,  heç  şübhəsiz  ki, 
humanist,  demokrat  yazıçı  Hüseyn  Rəhmi  Gurpınardır.  Onun  yumoristik  və  satirik 
əsərləri  xüsusi  əhəmiyyət  kəsb  etməkdədir.  Satirik  roman  janrı  Hüseyn  Rəhminin 
yaradıcılığı  ilə türk  ədəbiyyatında  yaşamaq hüququ qazanır. Bu janrın mövzusu, ifadə 
vasitələri  çoxalır,  ideya  va  mündərəcə  cəhətdən  tədricən  zənginləşməyə  doğru  gedir. 
Hüseyn  Rəhminin  fəaliyyəti  nəticəsində  nəinki  satirik  türk  romançılığı,  eyni  zamanda 
ümumi türk nəsri yeni tərəqqi yoluna qədəm qoyur. 
Hüseyn Rəhmi yazmağa çox tez, 12 yaşında olarkən başlasa da 12 yaşında yazmış 
olduğu “Gülnihal xanım” pyesi o vaxt Aksaray yanğını zamanı yanmışdır) onun ilk çap 
olunmuş əsəri 1887-ci ildə “Cərideyi-həvadis” qəzetində dərc etdirdiyi “İstanbulda bir 
firəng”  yazısıdır.  Bir  il  sonra  isə  gənc  yazıçının  ədəbi  ictimaiyyətə  sevdirən  “Şıq” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə