6. Rzayev Zakir Məhərrəm oğlu - kimya elmləri doktoru
7. Quliyev Abbas Məmməd oğlu - kimya elmləri doktoru
8. Xəlilov Firidun Xəlil - texnika elmləri doktoru
9. Zeynalov Əsgər Məmmədəli oğlu - filologiya elmləri
doktoru, professor
10. Əliyev Rafiq - iqtisadiyyat elmləri doktoru
11. Rzayev Orucəli Hüseynqulu oğlu - fizika-riyaziyyat
elmləri doktoru
12. İsmayılov Oruc Bayram oğlu - tibb elmləri namizədi
13. Əhmədov Ələmdar Paşa oğlu - fəlsəfə elmləri namizədi
14. Teyyubov Rəhim Abbas oğlu - tibb elmləri namizədi
15. Axundov Səttar Əbdüləli oğlu - fizika-riyaziyyat elmləri
namizədi
16. Məmmədov Nuru Zeynalabdin oğlu - tarix elmləri
namizədi
17. Tağıyev Nazim Əli oğlu - kənd təsərrüfatı elmləri
namizədi
18. Əliyev Əli Əkbər oğlu - fizika-riyaziyyat elmləri namizədi
19. Xudaverdiyev Rəhim Əkbər oğlu - kimya elmləri
namizədi
20. Hüseynov Firidun Səfər oğlu - fizika-riyaziyyat elmləri
namizədi
21. Məmmədova Asiya Hüseyn qızı - tibb elmləri namizədi
22. Bağırov Adil Məmməd oğlu - texnika elmləri namizədi
23. Məmmədov Vaqif Əli oğlu - coğrafiya elmləri namizədi
24. Məsimova Hicran Sabir qızı - fizika-riyaziyyat elmləri
namizədi
25. Məmmədli Sevil Akif qızı - biologiya elmləri namizədi
26. Bayramov Nizami Səttar oğlu - fizika-riyaziyyat elmləri
namizədi
27. Bayramov Məhərrəm Bağır oğlu - filologiya elmləri
namizədi
28. Əhmədov Nizami İbrahim oğlu - fizika-riyaziyyat elmləri
namizədi
38
...1988-ci il. 17-18 iyun hadisələri... Erməni saqqallıları
Azərbaycan kəndlərinə hücum etdilər. İlk zərbəni rayon mərkəzində
Uluxanlı (Zəngibasar) azərbaycanlıları aldı. Evlər yandırıldı, talan
edildi. Uzun illər rayonun Yuxarı Necili kəndində məktəb direktoru
olmuş Qadir Məmmədovun evini üç dəfə talan etdilər, heç bir şey
qalmadı. Zəngibasarın son məktəb direktoru Sənan Qədiməliyev dö
yülərək ölümcül vəziyyətə salındı. Həmin ili Zəngibasar məktəbinin
şagirdləri heç bir ali məktəbə sənədlərini verə bilmədi.
1988-ci il sentyabrın biri... Ölkənin bütün məktəblərində yeni
dərs ili başlayır. Hər yerdə qayğısız uşaqların şən qəhqəhələri. Yal
nız bir məktəbdən başqa. Bu Uluxanlı məktəbi idi. O, döyüşlərdə
övladlarını itirmiş ananı xatırladırdı. Onun nə siniflərindən, nə də
həyətindən səs-səmir gəlmirdi. Ulu Mirzə Cəlilin dərs dediyi tədris
ilindən düz bir əsr sonra Uluxanlı məktəbi sözün əsli mənasında sü
quta uğradı. O, indi uzun illər boyu qoynunda bəslənib böyümüş,
təhsil almış məzunlarının işlərində, əməllərində, bir də xatirələrində
yaşayır. Məktəbin ömrü artıq tarixə yazıldı. Bir türk mahnısında de
yildiyi kimi: “Bir də o ötən günlər, xatirələrdə qaldı...”
39
ULUXANLI M Ə K T Ə B İN İN YUBİLEYİ
1981-ci ildə Uluxanlı məktəbinin 100 illiyi idi. Uluxanlı mək
təbinin müəllimləri, eləcə də müxtəlif vəzifədə çalışan vəzifəli mə
zunları bu möhtəşəm təhsil ocağının 100 illiyini keçirmək istədilər,
ancaq erməni rəhbərləri buna imkan vermədilər. Uluxanlı məktəbi
nin ən nüfuzlu müəllimlərindən biri Hüseyn Həsənov bundan xeyli
sonra “Baş tutmayan yubiley” adlı məqalə nəşr etdirdi. Sonralar
məktəbin 110 və 120 illiyi də mətbuatda gedən tək-tək yazıları çıx
maq şərti ilə, demək olar ki, yada düşmədi.
Nəhayət, 2006-cı ildə Uluxanlı
mahalının, Uluxanlı elinin, Uluxanlı
kəndinin layiqli oğlu, “Ata yurdu”.
Beynəlxalq vətənpərvərlər cəmiy
yətinin sədri, səmimi, xeyirxah insan
böyük vətəndaş mərhum Eldar Hü
seyn oğlu Həsənovun çox ağır zəh
məti, mən deməliyəm ki, sözün əsl
mənasında
fanatikliyi
nəticəsində
Uluxanlı məktəbinin 125 illiyi ən
yüksək səviyyədə baş tutdu. Eldar
Uluxanlı məktəbi ilə bağlı ondan
artıq televiziya verilişi çəkdirdi.
2006-cı il dekabr ayının 29-da
Eldar Həsənov
Uluxanlı məktəbinin 125 illiyi münasibətilə Azərbaycan Respubli
kası Prezidentinin sərəncamı oldu. Bu məktəbin məzunlarının se
vinclərinin həddi-hüdudu yox idi.
Tədbirin bu zirvəyə çatmasında bir sıra ziyalıların, o cümlə
dən, akademiklər Budaq Budaqov, Məmmədtağı Cəfərov, profes
sorlar Teymur Əhmədov, Maqsud Qasımovun, məktəbin keçmiş di
rektoru İsmayıl İsmayılovun, Tibb Universitetinin müəllimi İbadul-
la müəllimin, Təhsil Nazirliyinin keçmiş əməkdaşı Nəcəf Nəcəfo
vun və digər şəxslərin müəyyən xidmətləri olsa da, əsas ağırlıq EI-
40
dar Həsənovun çiyinlərinə düşürdü.
2006-cı il dekabr ayının 30-da Eldar Həsənov Bakının Sura
xanı rayonunda yerləşən “Fərhad” şadlıq evində Uluxanlı məktəbi
nin 125 illiyinə həsr olunmuş çox böyük tədbir keçirdi. Həmin təd
birdə təxminən 300-dən artıq dəvətçi iştirak edirdi. Bunların əksə
riyyəti Uluxanlı məktəbinin keçmiş məzunları idi. Məktəbin fəaliy
yəti ilə bağlı əsas məruzəni bu sətirlərin müəllifi etdi. Bu tədbirdə
50-ə qədər iştirakçıya Sankt-Peterburq şəhərində hazırlanmış, üzə
rində Ağrı dağının şəkli olan və “Uluxanlı məktəbinin 125 illiyi mü
nasibətilə” sözləri yazılmış qol saatı təqdim olundu. Bu saatları El
darın təşəbbüsü ilə Uluxanlı məktəbinin məzunları olmuş, orada ya
şayan Qoşqar Nəriman oğlu Məmmədov və Nadir Mirkərim oğlu
Seyidov hazırlamışdı.
Uluxanlı məktəbinin 125 illik yubileyi Respublika Prezidenti
nin sərəncamının nəticəsi olaraq 2007-ci il yanvar ayının 13-də
Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək səviyyədə
qeyd olundu. Respublikanın bütün ali məktəblərinin rektorları, ən
tanınmış ziyalılar tədbirdə iştirak edirdi.
Təhsil Naziri, professor Misir Mərdanovun sədrlik etdiyi bu
tədbirdə çıxış edənlərin hamısı - Budaq Budaqov, Vaqif Abbasov,
İsmayıl İsmayılov, Əsgər Ələkbərov, Əsgər Zeynalov, Oqtay Şah
bazov və başqaları məktəb, onun tarixi, məzunları ilə bağlı fikirlər
söyləsələr də, bu tədbirin keçirilməsində əvəzsiz xidmətləri olan El
dar Həsənova təşəkkürünü bildirdi. Həmin tədbirdə məktəbin 20-
dən artıq müəlliminə - o cümlədən İsmayıl İsmayılova, Məmməd
Nəsirova, Əhməd Mehdiyevə, Mötəbər Əliyevaya, Nəriman Məm
mədova və digərlərinə Təhsil Nazirliyinin Fəxri Fərmanı təqdim
olundu. Respublika prezidentinin sərəncamının yekunu kimi Azər
baycan televiziyası “Uluxanlı məktəbi - 125” sənədli filmi çəkildi.
Onun da bütün təşkilati işlərini Eldar Həsənov görürdü.
Məktəbin yubileyi üçün əsas tarixi yaddaş kimi İsmayıl İsma
yılovun Eldar Həsənovla birlikdə yazdığı 360 səhifədən ibarət “Zül
mət səltənətində məşəl. Uluxanlı məktəbi - 125 il” kitabıdır. Bu
kitabda Uluxanlı məktəbinin tarixi, müəllimləri, məktəbin müxtəlif
41