ƏSGƏr zeynalov iRƏvan məKTƏBLƏRİ



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix18.07.2018
ölçüsü1,61 Mb.
#56453
1   ...   4   5   6   7   8   9   10   11   12

6.  Rzayev Zakir Məhərrəm oğlu -  kimya elmləri  doktoru

7.  Quliyev Abbas Məmməd oğlu -  kimya elmləri  doktoru

8.  Xəlilov Firidun Xəlil -  texnika elmləri  doktoru

9.  Zeynalov  Əsgər  Məmmədəli  oğlu  -   filologiya  elmləri 

doktoru, professor

10.  Əliyev Rafiq -  iqtisadiyyat elmləri  doktoru

11. Rzayev  Orucəli  Hüseynqulu  oğlu  -   fizika-riyaziyyat 

elmləri doktoru

12.  İsmayılov Oruc Bayram oğlu -  tibb elmləri  namizədi

13.  Əhmədov Ələmdar Paşa oğlu -  fəlsəfə elmləri  namizədi

14.  Teyyubov Rəhim Abbas oğlu -  tibb elmləri  namizədi

15.  Axundov  Səttar  Əbdüləli  oğlu  -   fizika-riyaziyyat  elmləri 

namizədi

16.  Məmmədov  Nuru  Zeynalabdin  oğlu  -   tarix  elmləri 

namizədi

17. Tağıyev  Nazim  Əli  oğlu  -   kənd  təsərrüfatı  elmləri 

namizədi

18.  Əliyev Əli  Əkbər oğlu -  fizika-riyaziyyat elmləri  namizədi

19.  Xudaverdiyev  Rəhim  Əkbər  oğlu  -   kimya  elmləri 

namizədi


20.  Hüseynov  Firidun  Səfər  oğlu  -   fizika-riyaziyyat  elmləri 

namizədi


21. Məmmədova Asiya Hüseyn qızı -  tibb elmləri  namizədi

22.  Bağırov  Adil  Məmməd oğlu -  texnika elmləri namizədi

23.  Məmmədov  Vaqif Əli  oğlu -  coğrafiya elmləri  namizədi

24.  Məsimova  Hicran  Sabir  qızı  -   fizika-riyaziyyat  elmləri 

namizədi

25.  Məmmədli  Sevil  Akif qızı -  biologiya elmləri  namizədi

26. Bayramov  Nizami  Səttar  oğlu  -   fizika-riyaziyyat  elmləri 

namizədi


27.  Bayramov  Məhərrəm  Bağır  oğlu  -   filologiya  elmləri 

namizədi


28.  Əhmədov  Nizami  İbrahim  oğlu  -  fizika-riyaziyyat  elmləri 

namizədi


38

...1988-ci  il.  17-18  iyun  hadisələri...  Erməni  saqqallıları 

Azərbaycan  kəndlərinə hücum etdilər.  İlk  zərbəni  rayon  mərkəzində 

Uluxanlı  (Zəngibasar)  azərbaycanlıları  aldı.  Evlər  yandırıldı,  talan 

edildi.  Uzun  illər rayonun  Yuxarı  Necili  kəndində  məktəb direktoru 

olmuş  Qadir  Məmmədovun  evini  üç  dəfə  talan  etdilər,  heç  bir  şey 

qalmadı. Zəngibasarın son  məktəb direktoru Sənan Qədiməliyev dö­

yülərək ölümcül  vəziyyətə salındı.  Həmin  ili  Zəngibasar məktəbinin 

şagirdləri  heç bir ali  məktəbə sənədlərini  verə bilmədi.

1988-ci  il  sentyabrın biri...  Ölkənin  bütün  məktəblərində yeni 

dərs  ili  başlayır.  Hər  yerdə qayğısız  uşaqların  şən  qəhqəhələri.  Yal­

nız  bir  məktəbdən  başqa.  Bu  Uluxanlı  məktəbi  idi.  O,  döyüşlərdə 

övladlarını  itirmiş  ananı  xatırladırdı.  Onun  nə  siniflərindən,  nə  də 

həyətindən  səs-səmir  gəlmirdi.  Ulu  Mirzə  Cəlilin  dərs  dediyi  tədris 

ilindən düz  bir əsr sonra Uluxanlı  məktəbi  sözün  əsli  mənasında sü­

quta  uğradı.  O,  indi  uzun  illər  boyu  qoynunda  bəslənib  böyümüş, 

təhsil  almış  məzunlarının  işlərində,  əməllərində,  bir də xatirələrində 

yaşayır.  Məktəbin ömrü  artıq tarixə yazıldı.  Bir türk  mahnısında de­

yildiyi  kimi:  “Bir də o ötən günlər,  xatirələrdə qaldı...”

39



ULUXANLI  M Ə K T Ə B İN İN  YUBİLEYİ

1981-ci  ildə Uluxanlı  məktəbinin  100 illiyi  idi.  Uluxanlı  mək­

təbinin  müəllimləri,  eləcə  də  müxtəlif vəzifədə  çalışan  vəzifəli  mə­

zunları  bu  möhtəşəm  təhsil  ocağının  100  illiyini  keçirmək  istədilər, 

ancaq  erməni  rəhbərləri  buna  imkan  vermədilər.  Uluxanlı  məktəbi­

nin  ən  nüfuzlu  müəllimlərindən  biri  Hüseyn  Həsənov  bundan  xeyli 

sonra  “Baş  tutmayan  yubiley”  adlı  məqalə  nəşr  etdirdi.  Sonralar 

məktəbin  110  və  120  illiyi  də  mətbuatda gedən  tək-tək  yazıları  çıx­

maq şərti  ilə, demək olar ki, yada düşmədi.

Nəhayət,  2006-cı  ildə  Uluxanlı 

mahalının,  Uluxanlı  elinin,  Uluxanlı 

kəndinin  layiqli  oğlu,  “Ata  yurdu”.

Beynəlxalq  vətənpərvərlər  cəmiy­

yətinin  sədri,  səmimi,  xeyirxah  insan 

böyük  vətəndaş  mərhum  Eldar  Hü­

seyn  oğlu  Həsənovun  çox  ağır  zəh­

məti,  mən  deməliyəm  ki,  sözün  əsl 

mənasında 

fanatikliyi 

nəticəsində 

Uluxanlı  məktəbinin  125  illiyi  ən 

yüksək  səviyyədə  baş  tutdu.  Eldar 

Uluxanlı  məktəbi  ilə  bağlı  ondan 

artıq televiziya verilişi  çəkdirdi.

2006-cı  il  dekabr  ayının  29-da 

Eldar Həsənov

Uluxanlı  məktəbinin  125  illiyi  münasibətilə  Azərbaycan  Respubli­

kası  Prezidentinin  sərəncamı  oldu.  Bu  məktəbin  məzunlarının  se­

vinclərinin  həddi-hüdudu yox  idi.

Tədbirin  bu  zirvəyə  çatmasında  bir  sıra  ziyalıların,  o  cümlə­

dən,  akademiklər  Budaq  Budaqov,  Məmmədtağı  Cəfərov,  profes­

sorlar Teymur Əhmədov,  Maqsud  Qasımovun,  məktəbin  keçmiş di­

rektoru  İsmayıl  İsmayılovun,  Tibb  Universitetinin  müəllimi  İbadul- 

la  müəllimin,  Təhsil  Nazirliyinin  keçmiş  əməkdaşı  Nəcəf  Nəcəfo­

vun  və  digər  şəxslərin  müəyyən  xidmətləri  olsa  da,  əsas  ağırlıq  EI-



40

dar Həsənovun çiyinlərinə düşürdü.

2006-cı  il  dekabr  ayının  30-da  Eldar  Həsənov  Bakının  Sura­

xanı  rayonunda  yerləşən  “Fərhad”  şadlıq  evində  Uluxanlı  məktəbi­

nin  125  illiyinə  həsr olunmuş  çox  böyük  tədbir  keçirdi.  Həmin  təd­

birdə  təxminən  300-dən  artıq  dəvətçi  iştirak  edirdi.  Bunların  əksə­

riyyəti  Uluxanlı  məktəbinin  keçmiş  məzunları  idi.  Məktəbin  fəaliy­

yəti  ilə  bağlı  əsas  məruzəni  bu  sətirlərin  müəllifi  etdi.  Bu  tədbirdə 

50-ə  qədər  iştirakçıya  Sankt-Peterburq  şəhərində  hazırlanmış,  üzə­

rində Ağrı  dağının  şəkli  olan  və “Uluxanlı  məktəbinin  125  illiyi  mü­

nasibətilə”  sözləri  yazılmış  qol  saatı  təqdim  olundu.  Bu  saatları  El­

darın  təşəbbüsü  ilə Uluxanlı  məktəbinin  məzunları  olmuş, orada  ya­

şayan  Qoşqar  Nəriman  oğlu  Məmmədov  və  Nadir  Mirkərim  oğlu 

Seyidov  hazırlamışdı.

Uluxanlı  məktəbinin  125  illik  yubileyi  Respublika  Prezidenti­

nin  sərəncamının  nəticəsi  olaraq  2007-ci  il  yanvar  ayının  13-də 

Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyində  yüksək  səviyyədə 

qeyd  olundu.  Respublikanın  bütün  ali  məktəblərinin  rektorları,  ən 

tanınmış ziyalılar tədbirdə iştirak edirdi.

Təhsil  Naziri,  professor  Misir  Mərdanovun  sədrlik  etdiyi  bu 

tədbirdə  çıxış  edənlərin  hamısı  -   Budaq  Budaqov,  Vaqif Abbasov, 

İsmayıl  İsmayılov,  Əsgər  Ələkbərov,  Əsgər  Zeynalov,  Oqtay  Şah­

bazov  və  başqaları  məktəb,  onun  tarixi,  məzunları  ilə  bağlı  fikirlər 

söyləsələr də,  bu  tədbirin  keçirilməsində əvəzsiz xidmətləri  olan  El­

dar  Həsənova  təşəkkürünü  bildirdi.  Həmin  tədbirdə  məktəbin  20- 

dən  artıq  müəlliminə  -   o  cümlədən  İsmayıl  İsmayılova,  Məmməd 

Nəsirova,  Əhməd  Mehdiyevə,  Mötəbər  Əliyevaya,  Nəriman  Məm­

mədova  və  digərlərinə  Təhsil  Nazirliyinin  Fəxri  Fərmanı  təqdim 

olundu.  Respublika  prezidentinin  sərəncamının  yekunu  kimi  Azər­

baycan  televiziyası  “Uluxanlı  məktəbi  -   125”  sənədli  filmi  çəkildi. 

Onun da bütün təşkilati  işlərini  Eldar Həsənov  görürdü.

Məktəbin  yubileyi  üçün  əsas  tarixi  yaddaş  kimi  İsmayıl  İsma­

yılovun  Eldar Həsənovla birlikdə yazdığı  360 səhifədən  ibarət “Zül­

mət  səltənətində  məşəl.  Uluxanlı  məktəbi  -   125  il”  kitabıdır.  Bu 

kitabda  Uluxanlı  məktəbinin  tarixi,  müəllimləri,  məktəbin  müxtəlif

41



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə