ƏSGƏr zeynalov iRƏvan məKTƏBLƏRİ



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix18.07.2018
ölçüsü1,61 Mb.
#56453
1   2   3   4   5   6   7   8   9   ...   12

Maqsud  Məmmədov  -  1896- 

cı  ildə  İrəvanda  anadan  olmuş,

1915-ci  ildə  İrəvan  gimnaziyasını, 

sonra  isə  Moskva Dövlət  Universi­

tetini  bitirmiş,  1920-1923-cü  illər­

də  Azərbaycanın  ərzaq  komissarı, 

sonralar  müxtəlif vəzifələrdə  çalış­

mış,  1929-cu  ildə  isə  Azərbaycan 

Dövlət  Universitetinin  rektoru  se­

çilmişdir.  Bir  il  sonra  respublikanın 

Xalq  Mərkəzi  Komitəsinin  katibi,

1933-34-cü  illərdə  Marksizm-Leni­

nizm  İnstitutunun  direktoru  olmuş,

1937-ci  ilin  sentyabr  ayında  gül­

lələnmişdir.

Teymur bəy Makinski -  1874-cü  ildə  İrəvanda anadan  olmuş­

dur.  İrəvan  gimnaziyasını  və  Moskva  Dövlət  Universitetinin  hüquq 

fakültəsini  bitirmiş,  I918-19-cu  illərdə  Azərbaycan  Demokratik 

Respublikasının Ədliyyə  naziri  və  bir il  sonra isə hərbi  məhkəmənin 

sədri  vəzifəsində çalışmışdır.

Əkbər ağa Şeyxülislamov  -  1891-ci  ildə  anadan olmuş,  1912- 

ci  ildə  İrəvan  gimnaziyasını  bitirdikdən  sonra  Peterburq  Yol  Mü­

həndisi  İnstitutuna daxil  olmuş,  ZDFR-nin  hökumətində daxili  işlər 

nazirinin  müavini,  Azərbaycan  Demokratik  Respublikasının  Torpaq 

və Əmlak  naziri  işləmiş,  Parisə  sülh  konfransına  gedən  nümayəndə 

heyətinin  tərkibində  olmuş  və  bolşeviklərin  Bakını  işğal  etməsilə 

əlaqədar  Azərbaycana  qayıtmamış,  1961-ci  il  martın  2-də  Parisdə 

vəfat etmiş və oradakı  Bobiııi  qəbiristanlığında dəfn edilmişdi.

İrəvan  quberniyasının  vitse-qubernatoru  İsmayıl  bəy  Qazıye- 

viıı  oğlu  Məmməd bəy  Qazıyev

 

İrəvan  gimnaziyasını  ilk  qızıl  me­



dalla  bitirən  məzundur.  O,  sonralar  Moskva  Dövlət  Universitetinin 

hüquq  fakültəsinə  daxil  olmuş  və  müxtəlif  vəzifələrdə  çalışmışdır. 

Yeri  gəlmişkən,  İsmayıl  bəyin  digər  oğlu  Yusif bəy  də  İrəvan  gim­

naziyasını bitirmişdir.



Maqsud Məmmədov

14

Mirzə Cabbar Qazıyevin beş övladından  üçü  İrəvan gimnaziya­



sında  təhsil  almışdı:  A dil  bəy,  Əkbər  bəy

 

və  Giilrııx xanım.



 

Əkbər 


bəy  və  Adil  bəy  Qazıyev  qardaşları  İrəvan  gimnaziyasını  bitirdikdən 

sonra  Moskva  Dövlət  Universitetinin  hüquq  fakültəsində  təhsillərini 

davam etdirmiş və müxtəlif sahələrdə fəaliyyət göstərmişlər.

Adil bəy Qazıyev

Tacı xanım   Qazıyeva.

 

İrəvan  quberniyasının  vitse-qubemato- 



ru  İsmayıl  bəy  Qazıyevin  qızı  olan  Tacı  xanım  Mirzə Cabbar  Qazı- 

yevin  oğlu  Adil  bəylə  ailə qurmuşdur ki,  bu  izdivacdan  da  tanınmış 

tarixçi  Məmməd  Əmin  Qazıyev,  həkim  Nazxanım  və  M.Topçuba- 

şovun  gəlini  Li 1 fər  xanım  dünyaya  gəlmişdi.  O,  İrəvan  gimna­

ziyasının  məzunu olmuşdu.

Tacı xanım Qazıyeva

15



İrəvanın  xan  nəslindən  olan  Ağa  xan  Erivanskinin  qızı,  Ab­

basqulu  xan  Erivanskinin  nəvəsi  olan  Bülbül xanım

 

İrəvan  gimna­



ziyasını  bitirdikdən  sonra  öz  doğma  şəhəri  İrəvanda  işləmiş,  sonra 

isə  Gədəbəydə  (1917-1920),  Dəllərdə  (1921),  Naxçıvanda(1922), 

yenidən  İrəvanda  (1923-44)  qadınlar  Klubunu  təşkil  etmiş  və  onun 

müdiri olmuşdu.



Mehdi  xan 

Erivaııski  - 

1898-ci  ildə  İrəvanda  anadan  ol­

muş,  1918-ci  ildə  İrəvan  gimnazi­

yasını,  1925-ci  ildə  isə  Moskva 

Dövlət  Universitetinin  Şərqşünas­

lıq  fakültəsini  bitirmişdir.  O,  uni­

versitetdə  təhsil  alarkən  türk,  ərəb, 

fars  və  fransız  dillərini  öyrənmiş­

dir.  1938-ci  ildə  qədim  dünya  və 

orta əsrlər tarixi  kafedrasının müdi­

ri  seçilmiş  və  həmin  ildə  “Pelopo- 

nes  müharibəsi  dövründə  Afinada 

siyasi  partiyalar”  mövzusunda  na­

mizədlik  dissertasiyasını  müdafiə 

etmişdir.

1948-ci  ildə doktorluq  disser­

tasiyasını  yazmış,  1959-cu  il  may  ayının  14-də  Erivanskiyə  pro­

fessor elmi  adı  verilmişdir.

Mehdi  xan  Erivanski  “Qədim  Misir”,  “Qədim  Yunanıstan”, 

“Qədim  Roma”,  “Qədim  Mesopotomiya”,  “Qədim  Hindistan”  və  s. 

əsərlərin müəllifidir.  O,  1959-cu  il  noyabrın  12-də tarix  elmlər dokto­

ru  elmi  dərəcəsinə  layiq  görülmüş  və  bir  il  sonra  dünyasını  dəyiş­

mişdir.

Ağa  bəy  İsmayıl oğlu  Bağırbəyov

 

İrəvan  gimnaziyasını  bitir­



miş  və Kiyev Universitetinin  hüquq fakültəsində təhsil  almışdır.

Əbiilfət bəy

 

və Şamil bəy



 

İrəvan  gimnaziyasında  təhsil  aldıq­

dan  sonra Xarkov  Kənd Təsərrüfatı  İnstitutunu  bitirmişdilər.

16

Ä

6/

9

Kubra xanını  İsmayıl qızı  Bağırbəyova

 

İrəvan  gimnaziyasın­



da  təhsil  aldıqdan  sonra  Tiflisdə  Tibb 

Universitetini  bitirmiş,  aspiranturaya 

daxil  olub,  dissertasiya  müdafiə  edə­

rək  tibb elmləri  namizədi  alimlik dərə­

cəsini  almışdır.  Professor  Mehdi  xan 

Erivanski  ilə  ailə  quran  Kubra  xanı­

mın  doktorluq  dissertasiyası  hazır olsa 

da, onu müdafiə edə bilməmişdir.



Adil Abbasəli oğlu Mıığanlinski 

təxminən  1889-cu  ildə  İrəvanda  ana­

dan  olmuş,  İrəvan  gimnaziyasını  bitir­

miş,  1919-cu ildə Azərbaycan  Demok­

ratik  Respublikasının  göndərişi  ilə  Al­

maniyanın  Leypsiq  Universitetinin

„  , 

d

  -  ı 

tibb  fakültəsini  bitirmiş,  1923-cü  ildə



Kubra xanım Bağırbəyova 



у  

.

Berlindən  Parisə  gəlmiş  və  bır  daha



SSRİ-yə qayıtmamışdır.

Əslidar Abbasəli  oğlu  Muğanlinski

 

-   1900-cü  ildə  İrəvanda 



anadan  olmuş,  İrəvan  gimnaziyasını  bitirmiş,  1919-cu  ildə  qardaşı 

Adillə  Almaniyanın  Leypsiq  Universitetinə  göndərilmiş,  orada  hü­

quq  fakültəsini  bitirib  1927-ci  ildə  Azərbaycana  qayıtmışdır.  Azər­

baycan  Dövlət  Bankında kassa planlaşdırılması  qrupunun  məsləhət­

çisi  və  müdiri  vəzifəsində  çalışmış  və  1934-cü  ildən  Bakının  ali 

məktəblərində  alman  dili  müəllimi  işləmişdir.  1937-ci  ildə  Bakının 

ali  məktəblərində alman dili  müəllimi  işləmişdir.

Rza  bəy,  M ehdi  bəy,  Məhəmməd bəy  Topçubaşov

 

qardaşları 



İrəvanda anadan  olmuş,  hər üçü  İrəvan  gimnaziyasında  təhsil  almış, 

sonralar  Rusiyanın  ali  məktəblərini  bitirərək  müxtəlif peşələrə yiyə­

lənmişlər.  Rza  bəy  hüquqşünas,  Mehdi  bəy  iqtisadçı,  Məmməd  bəy 

isə  tanınmış  energetik  olmuşdur.  Rza  bəyi  ermənilər  1918-20-ci  il 

hadisələri  zamanı  öldürüb,  ata bağlamış və at onu götürüb evə gətir­

mişdir.  Məmməd  bəy  texnika  elmləri  namizədi  səviyyəsinə  qədər 

yüksəlmişdir.

Azərbaycan  Respublikası  Prezidentinin 

ı l Z  r İdarəsi

PREZİDENT KİTABXANASI

л



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə