ƏSGƏr zeynalov iRƏvan məKTƏBLƏRİ



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix18.07.2018
ölçüsü1,61 Mb.
#56453
1   2   3   4   5   6   7   8   9   ...   12

müəllimlər  seminariyası  bağlanaraq  ömrünü  başa  vurub  fəaliyyətini 

dayandırır.

Bəs İsmayılbəy Şəfibəyov  kim idi?

Əldə  olan  məlumatlara  görə  İsmayıl  Məmmədbəy  oğlu  Şəfi­

bəyov  1859-cu  ildə  anadan  olmuş,  Qori  Seminariyasında  Cəlil 

Məmmədquluzadə ilə bir kursda təhsil almış və yuxarıda qeyd olun­

duğu  kimi,  1895-ci  ildə  F.Köçərli  Zaqafqaziya  müəllimlər  Semina­

riyasına  müəllim təyin  olunandan  sonra iyirmi  üç  il  İrəvan  gimnazi­

yasında fəaliyyət göstərmişdir.

İrəvan  gimnaziyası  da,  İrəvan  Müəllimlər  Seminariyası  da  er­

mənilərin  törətdiyi  fəlakətlər nəticəsində  1918-ci  il  avqust  ayının  6- 

da bağlanmışdır.

İrəvan  gimnaziyası  fəaliyyət  göstərdiyi  37  il  ərzində  neçə-neçə 

məzunlar  yetirmişdir  ki,  onların  əksəriyyəti  bu  möhtəşəm  təhsil 

ocağını  bitirdikdən  sonra  Rusiyanın,  eləcə  də  Avropanın  ən  möhtə­

şəm  universitetlərində  təhsillərini  davam  etdirib  Azərbaycanın  elmi- 

mədəni, ictimai-siyasi həyatında böyük şəxsiyyətlərə çevrilmişlər.

İrəvan gimnaziyası

10

İndi  isə  İrəvan  gimnaziyasının  məzunları  barəsində  yığcam 

məlumat vermək istərdik.

Həbibbəy Hacı  Yusif oğlu Səlimov.

 

8  fevral  1881-ci  il,  İrəvan 



-  30 dekabr  1920-ci  il,  Bakı.  Rütbəsi  general-mayor.  Birinci  Dünya 

müharibəsində  iştirak  edib.  İrəvan  gimnaziyasında təhsil  alıb.  1918- 

ci  ildə  Peterburq  Hərbi  Akademiyasını  bitirib.  ADR-in  ordusunda 

xidmət etmişdir (İnternetdən götürülmüşdür).



Nəriman  bəy  Nərimanbəyov.

 

İrəvan  gimnaziyasını  başa  vu­



randan  sonra MDU  fizika-riyaziyyat,  Xarkov  hüquq fakültəsini  biti­

rib.  ADR-də  1919-cu  ildə  Dövlət  Nəzarətçisi  olmuşdur.  1918-ci  il 

mayın  28-də  Tiflisdə  Azərbaycan  Milli  Soveti  yaranarkən  N.Nəri­

manbəyov onun  üzvlərindən olmuşdur.  1937-ci  ildə Repressiya qur­

banı olur (İnternetdən  götürülmüşdür).

Mirabbas  Mirbağırzadə.  1880(85)-ci  ildə  İrəvanda  anadan 

olub.  İrəvan  gimnaziyasını  bitirib.  1929-cu  ildə  Türkiyəyə  getdiyi 

güman edilir.

Məhəmməd  Məhərrəmov

 

(1895-1992).  İrəvan  gimnaziyasını 



bitirmiş,  1917-ci  ildə  Rusiyada Müəssisələr Məclisinə  İrəvan quber­

niyasından  nümayəndə  seçilmişdir.  1919-cu  ilin  aprelində  İstanbul­

dan  Parisə yola düşmüş,  1992-ci  ildə Parisdə vəfat etmişdir.  1918-ci 

il  mayın  28-də  İstiqbal  bəyannaməsini  imzalayanlardan  biri  ol­

muşdur.

Mehdibəy  Məlikaslanov

 

-  İrəvan  gimnaziyasının  məzunu  ol­



muşdur.  Qubadlı  məktəbinin  ilk  müdiri  olmuşdur.

lliilbiilxanım  Ağaxan  qızı

 

-   1897-ci  ildə  İrəvanda  doğulub. 



İrəvan  gimnaziyasını  bitirdikdən  sonra  1917-20-ci  illərdə  İrəvanda 

və  Gədəbəydə  müəllim  işləyib.  Dəllərdə,  Naxçıvanda  və  İrəvanda 

yaratdığı qadınlar klubunun  rəhbəri olmuşdur.

11



Qambay  Mənıməd  oğlu  Vəzi- 

rov

 

(rütbəsi  general-mayor)  -   19  av­



qust  1899-cu  il  İrəvan  quberniyasının 

Gümrü  əyalətində  anadan  olmuş,  ilk 

(yeddi  illik)  təhsilini  İrəvan  gimnazi­

yasında  almışdır.  Azərbaycan  Cüm­

huriyyətinin  Milli  Ordusunda  xidmət 

etmişdir.  Moskvada  Frunze  adına 

Hərbi  Akademiyanı  bitirmiş,  Azər­

baycan  atıcı  diviziyasının  komandiri 

və  komissarı  təyin  edilmiş,  1937-ci 

ildə  repressiya  qurbanı  olmuş,  güllə­

lənmişdir.  1956-cı  ildə  bəraət  veril­

mişdir 


Qambay Vəzirov

Ələkbərbəy  Qədimbəyov

  -


 

1859-cu  ildə  İrəvanda  anadan  ol­

muşdur.  Məşhur  rəssam  Mirzə  Qədim  İrəvaninin  oğludur.  İrəvan 

gimnaziyasında təhsil  almış və bir sıra dövlət vəzifələrində çalışmış, 

müxtəlif  ordenlərlə  və  medallarla  təltif  edilmişdir.  Son  işi  İrəvan 

poçt-teleqraf məmuru vəzifəsi olmuş və  1918-ci  ildə vəfat etmişdir.



Mirhüseyn  Mirbağırov.

 

1896-cı 



ildə  İrəvanda  anadan  olmuş,  İrəvan  gim­

naziyasında  təhsil  almış,  Moskva Ticarət 

İnstitutunun  iqtisadiyyat  fakültəsini  bitir­

miş,  1944-cü  ildə  dissertasiya  müdafiə 

etmiş,  uzun  illər Azərbaycan  Xalq Təsər­

rüfatı  İnstitutunda  kafedra  müdiri  vəzifə­

sində  çalışmış  və  1970-ci  ildə  dünyasını 

dəyişmişdir.



Ruqiyyə  və  Kubra  xanını  bacıları.

İrəvan şəhərinin qlasmsı  Mirbağır Mirba- 

bayevin  qızları.  1909-cu  ildə  İrəvan  gim­

naziyasını  bitirdikdən  sonra,  İsveçrədə 



Mirhüseyn Mirbağırov 

ali  təhsil  almış  və  vətənə  qayıtmışlar.

Ruqiyyə  xanım  tibb,  Kubra  xanım  isə  humanitar  fənlər  ixtisasına

12

yiyələnmişdir.  Ruqiyyə  xanım  Mirhüseyn  Mirbağırovla,  Kubra  xa­

nım isə Miryusif Mirbabayevlə ailə qurmuşdur.

Ruqiyyə və Kubra xanım bacıları

M iryusif  Mirbabyev.

 

1889-cu  ildə  İrəvan  şəhərində  anadan 



olmuş,  İrəvan  gimnaziyasında təhsilini  davam etdirmiş,  1916-cı  ildə

Moskva 


Dövlət 

Universitetinin

hüquq  fakültəsini  bitirmişdir.  İrəvan 

Pedaqoji  Texnikumunda  dərs  demiş, 

Mədəniyyət  institutunda  çalışmışdır. 

1933-cü  ildə  Bakıya  köçən  Y.Mirba- 

bayev  respublikanın  ali  məktəblərin­

də  dərs  demiş,  Nizami  adına  Ədə­

biyyat  və  Dil  İnstitutunun  direktor 

müavini,  1946-49-cu  illərdə  Azər­

baycan  EA-nın  müstəqil  Dil  İnstitu­

tunun  direktoru  vəzifəsində çalışmış, 

1948-ci  ildə  dördcildlik  “Rusca-

Miryusif Mirbabayev

azərbaycanca  lüğət”-ə  görə  akad. 

H.Hüseynov  və  Ə.Orucovla  Stalin 

mükafatına  layiq  görülmüşdü.  1951- 

ci  ilə vəfat etmişdi.

13



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə