ƏSGƏr zeynalov iRƏvan məKTƏBLƏRİ



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix18.07.2018
ölçüsü1,61 Mb.
#56453
1   ...   4   5   6   7   8   9   10   11   12

sahələrdə  çalışan  nüfuzlu  məzunları,  elm  adamları,  həkimlər,  me- 

dalçılar,  hərbçilər barəsində geniş məlumat verilmişdir.



Son söz əvəzi:  2001-ci  ildə İrəvana Beynəlxalq konfransa get­

mişdim.  Tale  mənə  qismət  etdi  ki,  mən  Uluxanlı  məktəbi  ilə  yeni­

dən  görüşüm.  Uluxanlı  məktəbinin  lap  yanından  keçdim.  İki  il  bu 

məktəbdə təhsil  almışdım.  Çox qəribə idi  ki,  1988-ci  il  sentyabr ayı­

nın  1-də olduğu  kimi  noyabr ayının  15-də də  (2001)  məktəbin qapı­

sı  yenə  də  bağlı  idi.  Sanki  sadiqlik,  sədaqətlilik  nümunəsi  göstərə­

rək  özünün  doğma  uşaqlarını  öz  qoynuna  almaq  istəyir,  onların  isti 

nəfəsini  duyub, şən qəhqəhələrini eşitmək istəyirdi.

Ən  maraqlı  hal  ondan  ibarət  idi  ki,  2001-ci  ildə  mənim  50, 

məktəbin  isə  120 yaşı  tamam olurdu.  Sanki  tale məni  məktəbi  təbrik 

etmək üçün -  daha doğrusu, yubilyarı təbrik etmək üçün göndərmiş­

di.  Tək öz adımdan yox,  minlərlə məzunlarının adından.

Uluxanlı  məktəbinin  yetirmələri  sırasında iki  məzun  Azərbay­

can  Respublikasında  yüksək  vəzifə  postunu  tutmuşlar.  Bunlardan 

biri  Azərbaycan  Televiziya  və  Radio  Şirkətinin  keçmiş  sədri  Babək 

Hüseyn  oğlu  Məmmədov  və  Azərbaycan  Respublikası  Daxili  İşlər 

Nazirinin müavini Əsgər Ələkbər oğlu Ələkbərov.

Bu  il  130  yaşın  tamam olur.  Gö­

zün  aydın  doğma  məktəb.  Dünya  belə 

qalmaz...  İnanırıq  ki,  bir  gün  səni,  sə­

nin  yubileylərini  öz həyətində, öz qoy­

nunda təbrik edərik...  Uluxanlı  məktə­

bi  kimləri  yetirmişdi?  Bu  sualın cavabı 

çox  geniş  olsa  da,  biz  burada  yalnız 

məktəbin  yetirdiyi  elmlər  doktorları 

haqqında  məlumat  vermək  istəyirik.

Şübhəsiz  ki,  onlar  çox  yığcam  şəkildə 

olacaqdır.



Teymur  Əkbər  oğlu  Əhmədov

-  filologiya elmləri  doktoru,  professor.

1930-cu  il  dekabrın  25-də  anadan  ol­

muş,  1949-cu  ildə  Uluxanlı  orta  mək­



Teymur Əhmədov

42

təbini  qızıl  medalla  bitirmiş  və  həmin  ildə  Azərbaycan  Dövlət  Uni­

versitetinin 

filologiya 

fakültəsinə 

daxil 


olmuşdur. 

Xüsusi 


vurğulamaq  lazımdır  ki,  T.Əhmədov  Uluxanlı  məktəbinin  ilk  qızıl 

medalçısıdır.

1954-cü  ildə Universiteti  bitirərək  İrəvana  qayıdıb  “Sovet  Er­

mənistanı”  qəzetində  ədəbi  işçi,  məsul  katibin  müavini,  partiya  hə­

yatı  şöbəsinin əməkdaşı  olmuşdur.

O,  1961-ci  ildə  Azərbaycan  EA  Nizami  adına  Dil  və Ədəbiy­

yat  İnstitutunun  aspiranturasına  daxil  olub,  1966-cı  ildə  akademik 

Mirzə İbrahimovun rəhbərliyi  ilə “Nəriman  Nərimanovun dramatur­

giyası”  mövzusunda  namizədlik  dissertasiyasını  müdafiə  etmişdir. 

Üç  il  “Azərbaycan”  jurnalı  redaksiyasında  tənqid  və  ədəbiyyatşü­

naslıq  şöbəsinin  müdiri  vəzifəsində  çalışmışdır.  1968-ci  ildə  müsa­

biqə yolu ilə Azərbaycan EA Dil  və Ədəbiyyat  İnstitutunda baş elmi 

işçi  vəzifəsinə  keçmişdir.  1988-ci  il  yanvar  ayının  15-də  “Nəriman 

Nərimanovun  həyat  və  yaradıcılığı”  mövzusunda  doktorluq  disser­

tasiyasını  müdafiə etmişdir.

1993-cü ildən professordur.

T.Əhmədov  son  dərəcə zəhmətkeş  alimdir.  Onun  1971-ci  ildə 

“Nəriman  Nərimanovun  dramaturgiyası”,  sonrakı  illərdə  “Nəriman 

Nərimanov”  (albom  kitab,  1977),  “Dostluq  duyğuları”  (1979),  “Nə­

riman  Nərimanov  (1982),  “Süleyman  Rüstəm”  (1982),  “Dostluq  sə­

hifələri”  (1985),  “Səməd  Vurğun”  (1986),  Azərbaycan  Sovet  Yazı­

çıları  (ədəbi  sorğu  kitabı,  1987),  “Nərimanovun  yaradıcılıq  yolu” 

(1990),  “XX  əsr  Azərbaycan  yazıçıları”  (1996,  2004),  “Mirzə  İb­

rahimov” (2002) və s.  əsərləri  nəşr olunmuşdur.

T.Əhmədovun  jumalistlik  fəaliyyəti  də  təqdirəlayiqdir.  O,

1990-91-ci  illərdə  “Ata  yurdu”,  “Vətən  səsi”,  sonralar  “Vətən  həs­

rəti”,  “Hikmət”,  “Yeni  fikir”  qəzetlərinin  (1992-1993)  baş  redaktoru 

olmuşdur.  1995-ci  ildən  bu günədək  ən  nüfuzlu  orqanlardan  biri  olan 

“Respublika” qəzetinin və “Füyuzat” jurnalının baş redaktorudur.

Prof.T.Əhmədov  bir çox aspirant və dissertantların elmi  rəhbəri 

olmuşdur.  Filologiya  elmləri  namizədləri  Mənzər  İbrahimova,  Elçin 

Cabbarov,  Hüseyn  Məmmədov,  Süleyman  Alıyev,  Esmira  Şükürova,

43



Malik Muradov  və bu sətirlərin müəllifi onun yetirmələridir.

T.Əhmədova  möhkəm  cansağlığı  və  yaradıcılıq  uğurları



Maqsud  Səfər  oğlu  Qasımov

-   Tibb  elmləri  doktoru,  professor. 

1932-ci  il noyabr ayının  12-də  İrəvan 

yaxınlığındakı  Uluxanlı  mahalının 

Zəngilər  kəndində  rəncbər  ailəsində 

anadan  olmuşdur.  1949-cu  ildə  Ulu- 

xanlı  kənd orta məktəbini  bitirmişdir. 

1950-ci  ildə  N.Nərimanov  adına 

Azərbaycan  Dövlət  Tibb  İnstitutuna 

daxil  olmuş,  institutu  bitirdikdən 

sonra Tacikistana təyinat alaraq  10  il 

(1956-1966) orada  ucqar rayonun  bi­

rində  əvvəl  rayonun  Sanitar-Epide­

mioloji  Stansiyasının  baş  həkimi, 

sonralar rayonun  səhiyyə  şöbəsinin  müdiri, rayon  xəstəxanasının  və 

rayonun  baş  həkimi  vəzifələrində  çalışmışdır.  Alma-Ata  şəhərində 

namizədlik  disserta-siyasını  müdafiə  etdikdən  sonra  o,  1966-cı  ildə 

Bakıya  qayıtmış  və  N.Nərimanov  adma  Azərbaycan  Dövlət  Tibb 

İnstitutunun  ümumi  gigiyena kafedrasında müəllim-assistent vəzifə­

sinə təyin olunmuşdur.

1970-1980-ci  illər  arasında  Bakı  Baş  Dövlət  Sanitar  həkimi 

vəzifəsində,  1980-ci  ilin  sentyabr  ayından  1994-cü  ilə  kimi  akade­

mik  M.Ə.Mir Qasımov adma Respublika Klinik  Xəstəxanasında baş 

həkim  vəzifəsində  çalışmışdır.  Üç  il  Azərbaycan  Respublikası  Sə­

hiyyə  Nazirinin  müavini  işlədikdən  sonra,  1997-ci  ilin  aprelindən 

bu  günə  kimi  Respublika  Taun  Əleyhinə  Stansiyanın  direktoru  və­

zifəsində çalışır.

Maqsud  Qasımov  bir  araşdırıcı  kimi  məhsuldar  alimdir.  O, 

otuza  qədər  monoqrafiya,  kitab,  dərsliyin  və  120-dən  artıq  elmi 

məqalənin  müəllifidir.

Tədqiqatçı  “2000-ci  ilə  qədər  Xəzərin  qərb  sahillərində  Bakı

arzulayırıq.



Maqsud Qasımov

44

aqlomerasiya  əhalisinin  istirahətinin  təşkili”  mövzusunda  doktorluq 



dissertasiyası  müdafiə  edərək  tibb  elmləri  doktoru  adma  layiq 

görülmüşdür.

M.Qasımovun  rəhbərliyi  altında  üç  dissertant  namizədlik 

dissertasiyasını  müdafiə  etmişdir.  O,  bir  sıra  ölkələrdə  (ABŞ,  İngil­

tərə,  Türkiyə-Ankara,  İstanbul,  Rusiya-Sankt-Peterburq,  Moskva, 

Saratov, Almaniya və s.) elmi  konfransların  iştirakçısı olmuşdur.

“Qırmızı  Əmək  Bayrağı”  ordeni,  “Xalqlar  dostluğu”  ordeni, 

“Şərəf Nişanı” Ordeni  və s. orden medallarla təltif olunmuşdur.



Rafiq  Mahmud  oğlu  Əliyev -  

İqtisad elmləri  doktoru, professor.

1951-ci  ildə  Zəngibasar  maha­

lının  (Uluxanlı)  Həbil  kəndində  ana­

dan  olmuş,  1967-ci  ildə  Uluxanlı 

ümumtəhsil  məktəbini,  1974-cü  ildə 

M.Əzizbəyov  adına  Neft  və  Kimya 

İnstitutunun  mühəndislik  fakültəsini 

bitirib  iqtisadçı-mühəndis  ixtisasına 

yiyələnmişdir.

Ali  təhsilini  başa  vurduqdan 

sonra  təyinatla  “Azərneft”  İstehsalat 

Birliyinin  “Normativ-tədqiqat  stansi- 

y asf’na  mühəndis  vəzifəsinə  göndə­

rilmiş,  burada  işlədiyi  10  il  ərzində 

neftçi  peşəsi  ilə yaxından  tanış olmuş, yüksəlmişdir.

R.Əliyev  1984-cü  ildə  “Azneft”  İstehsalat  Birliyi  Aparatına 

şöbə rəisi,  1992-ci  ildə Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkə­

ti  yaranandan  isə şirkətin  baş mühasibi,  ARDNŞ-in  iqtisadiyyat-ma­

liyyə  idarəsinin  rəisi,  Şirkətin  Prezidentinin  müşaviri  vəzifəsində 

çalışmışdır.

R.Əliyev dünyanın  bir sıra aparıcı  ölkələri  olan  ABŞ,  İngiltərə, 

Almaniya,  Fransa,  Yaponiya  və  s.  transmilli  neft  şirkətinin  təcrübə­

sini  öyrənmiş,  tədqiq etmiş, onun  nəticələrini  Azərbaycan  neft və qaz 

sənayesinin  spesifikasını  nəzərə  almaqla  respublika  iqtisadiyyatının

Rafiq Əliyev

45



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə