ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə101/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   97   98   99   100   101   102   103   104   ...   132

C
əsur qardaşlar 
296 
 
rusların ancaq müsəlmanları günahlandırmağı, silahsız və hətta silahdan istifadəni 
hamının  bilməməsi çox faciəli nəticələrə  gətirib  çıxarırdı.  Zəngəzurun mərkəzi 
Gorusda is
ə hakimiyyəti təmsil edən azərbaycanlılar qovulmuş, oradakı müsəlman 
əhali tam məhv edilmişdi. Bu dövrlərdə insanlara ən böyük köməyi Mir Möhsüm 
N
əvvabın  və  digərlərinin  yazdığına  görə  Zəngəzurda,  Şuşada,  Laçında  və 
Qarabağın  bir  çox  yerlərində  ermənilərə  layiq  olduqları  cəzanı  Laçının  Araflı 
k
əndindən  olan  İbrahim  bəy Alməmməd bəy  oğlu,  Paşa  bəy  Murad  oğlunun 
s
ərkərdəliyi ilə  özlərinin  yaratdığı  dəstələr  olmuşdur.  Təbii  ki,  bu  döyüşlərdə 
Sultan b
əy də  arxa cəbhədə  fəallıq  edir,  əlaqələndirici qismində  iştirak  edirdi. 
İbrahim bəyin başına isə ermənilər qiymət qoymuşdular.  
Ümumilikd
ə bir çox tarixi məqamlarda Laçın əhalisi arasından çıxmış xeyli 
sayda xalq q
əhrəmanları olmuşdur. Bunlardan biri də Sultan bəyin dostluq etdiyi 
İbrahim bəydir. 1906-cı ilin iyul ayında Şuşa şəhərində erməni-müsəlman davası 
zamanı Şuşada şəhərin ermənilər tərəfindən mühasirəsini 1-ci yaran İbrahim bəy 
olmuşdur. Onun ardınca Sultan bəy şəhərə girmişdir, (Mir Möhsüm Nəvvab). 
Bu döyüşdə İbrahim  bəy  şəhid olaraq böyük hörmətlə  xalq qəhrəmanı kimi 
Gövh
ər  Ağa  Məscidi həyətində  dəfn  edilmişdir.  Sultan  bəylə  Paşa  bəy  İbrahim 
b
əyin rəhbərlik etdiyi igidləri öz dəstləri arasında yerbəyer edərək Şuşanı erməni 
q
əsbkarlarından azad etmişlər. Paşa bəy bu və ya digər müharibə meydanlarında 
vuruşa-vuruşa  böyük  sərkərdə  və  xalq qəhrəmanı  səviyyəsinə  yüksəlmişdir. 
N
əvvab  qeyd  edir  ki,  “sonralar  bu  işə  Paşa  bəy və  Sultan bəy də  qoşulmuşlar, 
torpaq  uğrunda  böyük  mübarizlik  göstərmişlər (Yəni  İbrahim  bəy və  digər 
b
əylərdən sonra)”.  Sultan bəy atası Paşa bəyin və digər insanların söylədiklərindən 
d
ə məlumatlı idi.  
Sultan b
əyə  yaxşı  məlum idi ki, 1877-ci ildə  ermənilər üçkilsədə 
(Eçmi
ədzində) pul kəsən maşın tapıb, 9 milyon qəlp əskinaz pul kəsdikdə, 48 yaşlı 
C
əbrayıl bəy (Zəngəzurun Sultanı, Qarabağ qoşunlarının rəhbəri) dövlətə yardımçı 
olaraq, q
əflətən tökülüb həmin  pulları  və  çap  maşınını  müşadirə  etməkdə, 
pulk
əsənləri və kəsdirənləri tutub dövlətə təhvil verməkdə ad çıxarmışdır. Sultan 
b
əy bölgədə  gedən və  əvvəllər törədilmiş  erməni  qırğınları,  onların  havadarları 
haqqında da məlumatlı idi.  


Əşir Bəşiroğlu 
 
297 
 
1918-
ci  il  yayın  axırı  və  payızda  erməni  daşnağı,  qulağı  kəsik Andranikin 
qoşunları  Cənubi və  Şimali  Azərbaycanın,  Türkiyənin,  Gürcüstanın  bir  çox 
yerl
ərində  bacardığı  qədər faciələr törətdikdən  sonra  öz  qoşunlarını  aşağı 
Z
əngəzurda cəmləmişdi.  Məqsədi Zəngəzurla  Aran  Qarabağı  birləşdirmək, 
Şaumyanın  məktubuna  uyğun  olaraq  Azərbaycan türklərini bir yolluq məhv 
etm
əklə dənizdən-dənizə böyük ermənistan yaratmaq planını həyata keçirmək idi. 
Bu plan çoxdan var idi v
ə  erməni  kilsəsindən idarə  edilir, məsləhətlər verilirdi. 
Andranik sad
ə  hərbiçi deyildi, Türkiyədə  döyüşlərdə  iştirak  etmişdi,  Rusiyada 
oxumuş  və  hərbi təcrübə  keçmişdi,  general-mayor hərbi rütbəsini  almışdı,  qatı 
mill
ətçi idi, türkü görməyə  gözü yox idi. Qriqoryan kilsəsindən “xeyir-dua” 
almışdı,  o  dövrün  hərb  qaydalarını  yaxşı  bilirdi.  Qeyd  edək ki, həmin dövrlərdə 
tarix
ən  Qarabağ  xanlığına,  Gəncə, Təbriz bəylərbəyliyinə  daxil olan Zəngəzur 
parçalanmış, Arazdan cənuba olan torpaqlar Tehrana tabe idi, yuxarı hissə isə iki-
üç hiss
əyə  bölünmüşdü  və  Yuxarı  Zəngəzura  Hacısamlı  dərəsi  adı  verilmişdi. 
Qarabağın  general-qubernatoru Xosrov bəyin  qardaşı  Sultan  bəy  Hacısamlı 
sah
əsinin bəyi idi. 1918-ci ildə  bu torpaqlarda ümumi vəziyyət də  erməni 
basqınları  səbəbindən  acınacaqlı  idi.  İnsanlar  təsərrüfatları  ilə  məşğul ola bilmir, 
Aran Qarabağ elatının dağa çıxa bilməmələri ucbatından Qarabağın həm aranında, 
h
əm də  dağında,  ümumilikdə  Zəngəzurda, o cümlədən  Laçın  bölgəsində  vəiyyət 
ağır  idi,  heç  yerdən də  kömək yox idi. Orada  silah, silahdan istifadə  edəcək 
insanlar yet
ərincə  deyildi.  Qarabağla  əlaqə  kəsilmişdi,  Qarabağın  qubernatoru 
ancaq Şuşa, Ağdam, Cəbrayıl və s. yerlərdəki faciələri yoluna qoymaqla məşğul idi 
v
ə  Zəngəzura kömək  iqtidarında  deyildi,  qüvvələr yetərincə  deyildi. Zəngəzurda 
is
ə  tayqulaq Andranikin və  digər erməni  qruplaşmalarının  vəhşiliklərinin həddi-
hüdudu yox idi. Sultan b
əy də bu işlərin içində idi, bir tərəfi müdafiə edəndə 2-ci 
t
ərəfdən ermənilər tam silahlanmış güclü ordu ilə hücuma keçirdilər. İnsanlar da 
vahim
ə içərisində yaşayırdılar. Sultan bəyin öz dəstəsi ilə Gorus-Abdallar (Laçın)-
Şuşa yolunun müdafiəsində olduğundan istifadə edən ermənilər Hacılar, Qaragöl, 
Mink
ənd tərəfdən hücuma keçərək bir neçə  kəndi  viran  qoymuş,  insanları 
v
əhşiliklə  qətlə  yetirmiş,  girov  götürmüş,  insanların  var-dövlətini,  heyvanlarını 
aparmışdılar.  


C
əsur qardaşlar 
298 
 
Sultan b
əyin  hansı  faciələrlə  üzbəüz  dayandığını  dərk etmək  üçün  Laçının 
Daşbulaq deyilən hissəsində baş vermiş faciəni missal göstərə bilərik.  
Burada erm
ənilər bir həyətdə  əli  silahsız  dörd  kişini  ağaca  sarımış,  cavan 
əliuşaqlı gəlini növbə ilə zorlamış, sonra suyu qaynayan isti samovarı onun çılpaq 
kür
əyinə sarımış, döşünün birini kəsərək körpənin ağzına tıxamış, gəlinin əllərini 
sarıyarpaq  ayağında  sicimlə  hörükləmişlər. Gəlin  hörükdən xilas ola bilməmiş, 
qaynayan samovar onu öldür
ənə qədər çırpınaraq ah-nalə çəkmişdir. Anaya və bu 
kişilərə verilən cəzalardan biri də, bələkdə olan körpə uşağı onların gözü qarşısında 
söy
ə-söyə nizəyə taxmış və nizənin 2-ci tərəfini yerə basdırmaqla, nizəyə taxılmış 
körp
ə göydə qalmışdır. Sonra kişilərdən üçünün qolunu, ayaqlarını, başını ayrıca 
k
əsərək bədənlərini  ağaca  sarınmış  saxlamışlar.  Dördüncü kişinin isə  ayıb  yerini 
k
əsərək  ağzına  tıxamış,  gözünün  birini  çıxarmış,  sağ  əlinin içinə  atəş  açmışlar. 
Sultan b
əyin köməyə gələn dəstəsi hadisənin şahidi olmuş, digər məqamları isə can 
üst
ə  olan  kişi  başa  salmaqla  həyatını  dəyişmişdir.  Hadisə  insanları  dəhşətə 
g
ətirmiş, hətta bəziləri özünü saxlaya bilməyib, hönkürtü ilə ağlamışdır.  
H
əmin ərəfədə Sultan bəy Araflıda Alməmməd Sultanın (Zəngəzurun sultanı) 
n
əvəsi Mirzə  Həmid bəyin evində  idi və  özünü müdafiə  dəstələri düzəltməklə 
m
əşğul  idi.  Yuxarıda  dediyimiz  faciəni  yaxşı  bilən Sultan bəy göstəriş  verir  ki
g
əlinə, uşağa və parçalanmış kişilərə heç nə etmədən, necə var eləcədə gətirsinlər 
Araflıya (Alaflıya).  
Sultan b
əy Mirzə Həmid bəyin tövləsinə ermənilərlə döyüşdən yayınan xeyli 
adam da saldırmışdı. Sultan bəy meyitlərə bir-bir diqqətlə baxdıqdan sonra göstərir 
ki, f
ərariləri Mirzə  Həmid bəyin  xırmanının  ətrafına  dairəvi  şəkildə  düzsünlər. 
Sultan b
əylə onun bir neçə dəstə başçısı Əvil bəy, Ədil bəy, Xosrov bəy, Camal 
b
əy və  s. fərarilərin  qarşısına  çıxırlar.  Mirzə  Həmid bəy də  əlində  ipək parçaya 
bükülmüş Quranla birlikdə Sultan bəyin sağında dayanır. Mirzə Həmid bəy həm də 
M
əşədi idi, islamı yaxşı bilirdi, əsl Allah adamı idi.  
Sultan b
əy fərarilərə müraciət edərək deyir ki, mən sizə heç nə deməyəcəm
heç bir c
əza da nə  indi, nədə  ki, gələcəkdə  verməyəcəyəm,  inanmasanız  Mirzə 
H
əmid bəyin Quranına da and içəcəm. Amma, indi sizlərə bir şey göstərəcəklər, 
baxıb  dağılışarsız  evlərinizə. Sultan bəy göstəriş  verir  ki,  o  kilimlərlə-cecimləri 
g
ətirin qoyun bəyin xırmanın ortasına.  


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə