Əşir Bəşiroğlu
311
işlərdən uzaq et. Bu gün öz səxavətinlə hasil etdiyin hər bir xeyirdən mənə pay
ayır. Ey səxavətlilərin səxavətlisi!”
Bu duaya
əbəs yerə müraciət etmədik. Yaşadığımız günümüzdə nöqsanımız
da çoxdur, günahımız da. Ən başlıcası bir-birimizə qiymət verməkdə çox
diqq
ətsizik. Əgər, kənar xalqlar, dövlətlər bizə yaxşı qiymət verərsə, bəlkə də ayıla
bil
ərik. Yaxud, tarixi bir şəxsiyyətimiz, milli bir kişimiz sağdırsa – biz ona adi
gözl
ə – adi qiymətdə verməyə meyilli olmuruq. O, şəxs ölür, uzun illərdən sonra
ayılırıq. Onda da artıq gec olur. Deməli, milliləşməyə hələ də çox ehtiyacımız var.
Biz niy
ə beləyik?! Ona görə də deyilən duaya gəlin diqqətli olaq. Sultan bəyin,
Xosrov b
əyin keçdiyi yollar, çəkdiyi əziyyətləri dərk etdikcə, fikirləşirsən İlahi bu
insanlara n
ə üçün öz dəyərini lazımınca qiymətləndirə bilməmişik.
Günümüzd
ə bizimlə qoşa addımlayan kifayət qədər milli düşüncəli, özünü,
ail
əsini unudaraq xalqın ağrı-acısı ilə yaşayan çox dəyərli ziyalılarımız,
yazarlarımız, mütəxəssislərimiz və siyasətçilərimiz var. Amma, bunları
“görmürük”. Niy
ə?! Qadınlarımız var, xalq deyimi ilə desək “kişi qeyrətli”. Mənsə
dey
ərdim elə “türk qadını qeyrətli”. Deyirlər fəlsəfi yol kişi yoludur. Etiraf edək ki,
bu yolla v
ə böyük addımlarla addımlayan qadın qardaşlarımız da var. “Sultan bəy
v
ə Xosrov bəy qardaşları” kitabının müəllifi Ziyadxan Nəbibəylinin dedikləri.
Xeyli müdd
ətdir tanıdığımız, özünə, sözünə, sənətinə dəyər verdiyimiz bir
xanımın yaradıcılıq gününə, Yazıçılar Birliyinin Natəvan evində toplaşmışdıq.
Onun bir neç
ə kitabı eyni vaxtda təqdim edilirdi. İlk çıxış edən mən oldum
(Z.N
əbibəyli). İmkan olsa idi elə özüm axıra kimi təkcə danışardım. Onun “Eyb
qeyb olmur” ifad
əsi və Qarabağa həsr edilmiş neçə-neçə kitabı bədənimə
“qızdırma” salmışdı. Bu xanım Sultan bəy, Xosrov bəy şəcərəsinə aidiyyatı olan
Mahir
ə xanımdı, Mahirə Abdulladı. Hadisələri çox qeyri-adi şərh etmiş,
yaradıcılıqda yeni üsul tapmış, Qarabağ faciəsinin ən dərin şüuraltı qatlarını
qaldırmış, qana həris, qaniçən, yırtıcı xislətli, amansız, insanlıq sırasının vəhşisi
hayların ziyakarlıq üsullarını dərin psixoloji, həm də çox sadə dildə – “Zəngəzur
şivə”sində oxucuna təqdim etmişdir.
Adi söhb
ətdə də digərlərindən “öz xüsusiyyətilə” seçilən Mahirə xanımdan
bir neç
ə kəlmə: – “Yurd ağrısını boylu qadın kimi çəkməli. Çəkib, çəkib, günlərin
bir günü ondan azad olmalısan”. Sultan bəylər, Xosrov bəylər, Murtuza bəylər,
C
əsur qardaşlar
312
Alm
əmməd bəylər, İbrahim bəylər, Cəbrayıl bəylər bu ağrıdan öz iradələri ilə
vaxtında azad oldular, torpaqlarımızı XX əsrin əvvəllərinə kimi biz övladlarına
salamat çatdırdılar. Bəs biz!...
O, deyir “Ayrılıq, həsrət yükünü yerə qoymasan, axırın çatıb....”.
Vaxt var idi laçınlılar Qaragöl uğrunda uzun illər mübarizə aparırdılar.
B
əziləri də deyirdi “Qaragöl getdi – Laçın getdi...”. Lakin, onlara dayaq duran
olmadı, sözlərini eşitmək istəmədilər. Sonra dedilər – “Laçın getdi – Qarabağ
getdi...”. Bu fikir
ə də biganə qalan çox oldu. Hazırda da deyirik – “Qarabağsız
Az
ərbaycan yoxdur....”. Bu doğrudan da belədir.
Mahir
ə xanım deyir: “...Əsl məhəbbət qərəzsiz, məqsədsizdir, o ki qala
könlünün sultanı, başının tacı, döyünən ürəyin, görən gözün, danışan dilin,
qeyr
ətin, namusun, həyatın özü Vətən ola. Vətən dünyadır. Bu Vətənin bir qumu
ged
əndə çiyinlərin boş qalır, gözlərin kor olur, qolların budanır, qədəmlərin
qırılır”.
İçimdə kainat boyda yurd ağrısı var. Bir sualdan asılmışam: “Nə üçün?
sualının cavabını axtarıram. Sən demə, illərlə bu həsrətlə yol gəlirəmmiş”.
İndi “kişilərimiz” zəhmət çəkib Mahirə xanıma cavab tapsınlar...
Kişilərimizin çox gücə düşməməsi üçün Mərkəz Qacarın – Böyük şəcərənin
nümay
əndəsinin bir fikrini xatırlatmaq yerinə düşər.
Axı əldən gedir qeyrət, arımız.
Şirə qahmar duraq gərək hamımız.
Sükanı hərəmiz bir yana çəksək,
Yüz yer
ə bölünə bu meşə gərək.
Qarabağla, Zəngəzurla, onun bir parçası olan Laçınla bağlı bütün məlumatları
uzun ill
ərdir toplayıram. Təsadüfən mənə qismət olan laçınlı Bənövşə Daşdılının
“S
əndən aralı” kitabı tam olaraq Laçına, Vətənə həsr olunmuşdur.
Bu yazılar mənim hissimə çox yaxın olsa da, onun ancaq “Qaçqınlara!” şeirini
seçdim. S
əbəb isə bu işlərlə məşğul olmağım, onların ağrı – acılarını onlarla
birlikd
ə çəkməyim olub. Bu hiss məndə o dərəcədə sehrli olmuşdur ki, Qaçqınlar
Komit
əsinə sədr göndərilmədən etiraz etmişəm.
M
ənə qaçqın söyləmə, bu söz başımın daşı,
Əsir qalan yurdumun, kaş olaydım bir daşı.
Əşir Bəşiroğlu
313
Yaxud:
Qaçqın düşəndən bəri fikir verən yox yaşa,
Qaçqınlar tez ölürlər, ömrü vurmadan başa .
Sultan b
əy torpağının vətəndaşı “qaçqındı”, bu özlüyündə bu torpağa
böhtandı.....
Sovetl
ər birliyi dövründə bəylərin, ağaların, mülkədarların, din xadimlərinin
adını çəkmək, onun haqqında yazılar yazmaq, nəğmələr qoşmaq müşkül məsələ
idi. Amma, laçınlılar arasında belə işləri ürəklərinin tələbi ilə yazıya alanlar
tapılırdı. Bunlardan biri də Laçının Şəlvədərəsi adlanan torpaqlarından olan Kərəm
Arxuddur. Aşağıda Sultan bəyə aid hissəsini verəcəyim şeir “Laçınım mənim”
adlanır.
Əfsanə deyilmiş bilin nağıllar,
Tarix
ən tökülmüş çox nahaq qanlar.
Soltan qeyr
ətlidir səndə oğullar
Qeyr
ətdən qalasan Laçınım mənim,
S
əni var olasan Laçınım mənim.
Qarabağda, Zəngəzurda, Laçında millətini, dövlətini, xalqını sevən tarixən
çox insan olmuşdu. Bunlardan biri də Qarabağ xanlığının yaranmasında böyük
işlər görmüş Murtuza bəyin nəticəsi Cəbrayıl bəy olmuşdur. O, Tatef və Zəngəzur
bölg
əsinə rəhbərliyi zamanı özünü milli bir şəxsiyyət kimi göstərmişdir.
Az
ərbaycandan yeganə şəxsdir ki, çox gənc yaşında Şimali Qafqaza gedərək Şeyx
Şamillə görüşmüş ona yardım etmişdir. Şeyx Şamil (1798 – 1877) çox dindar
olmuşdur, Cəbrayıl bəy də digər təhsillə yanaşı dini təhsil də almışdı. Bu torpaq
Sultan b
əylə, Xosrov bəylə yanaşı belə kişilərdə Vətənə ərmağan etmişdi.
Şeyx Şamil bu günkü gəncliyə, idarə etmə masalarının sahiblərinə bir
örn
əkdir. Şamil Şimali Qafqazın yarım əsrlik şanlı mübarizə tarixinin
q
əhrəmanıdır. Qafqazın ecazkar rəhbərinin həyat və fəaliyyətinə həsr olunmuş
əsərlərinin sayına görə Napalyon Bonaportdan sonra dünyada ikinci yerdə durur.
Şeyx Şamil hər şeydən əvvəl otuz il Rusiya imperiyasına dağıdıcı zərbə vuran
güclü dövl
ətin İmamətinin başçısı idi. Onun ilk və son sözləri “la ilahə illallah”
olan f
əallarının azad diyarını susdurmaq imperiyaya uzun illər, hədsiz qanlar
hesabına başa gəlmişdi. Qafqaz müharibəsinin qurtarması xəbəri Peterburqa
Dostları ilə paylaş: |