C
əsur qardaşlar
356
silahlı dəstələri buraxsın və Qarabağda əmin-amanlığın təmin olunmasına
maneçilik tör
ətməsin.
Maraqlıdır ki, həmin illərin arxiv materiallarını və mətbuatı izlədikcə
erm
ənilərin eynən ötən əsrin 80-ci illərin sonlarında tətbiq elədikləri üsullara əl
atdıqlarının şahidi oluruq. Məsələn, 1919-cu il fevralın 28-dən martın 4-ə qədər
Qarabağ ermənilərinin 8-ci qurultayı adlandırılan qeyri-legitim bir qurum general-
qubernatoru Şuşada, Xankəndində və Əsgəranda “günahsız erməniləri” qırmaqda
ittiham edirdi.
Erm
ənilər bu yalançı bəyənatı əlləri çatdıqları yerlərə və dövlətlərə, həmçinin
Az
ərbaycan hökumətinə göndərmişdilər. Həmin ilin martın 8-də isə Azərbaycanın
güz
əştə getdiyi torpaqlar hesabına dövlət qurmuş Ermənistan Azərbaycan
Cümhuriyy
ət rəhbərliyinə nota göndərir: “Xankəndi və Ağdamda Azərbaycan
h
ərbi hissələri tərəfindən 400-ə yaxın dinc əhali qətlə yetirilmişdir. Ağdam, Şuşa
yolu erm
əni əhalisinin üzünə bağlıdır və bu əhali iqtisadi təcridə məruz qalıb”.
Ancaq F
ətəli Xan Xoyskinin bu notaya cavabından görürük ki, ermənilər baş
vermiş olayları özlərinin əbədi və əzəli xislətlərinə xas şəkildə şərh etmişlər.
Xosrov b
əy Sultanov həm də Bakı müsəlman Xeyriyyə Cəmiyyətinin Qafqaz
c
əbhəsində qaçqınların yerləşdirilməsi üzrə baş müvəkkil idi.
Bu t
əşkilatların müharibə dövründəki fəaliyyətləri barədə xeyli sənədlər,
teleqram v
ə məktublar mövcuddur. Məsələn, general Tamamşevin 4 iyun 1916-cı
ild
ə Xosrov bəy Sultanovun adına göndərdiyi teleqramda deyilirdi: “Rəhbərlik
etdiyiniz C
əmiyyətin nəzdində neçə yetimxananın mövcudluğu və onlarda nə qədər
kims
əsizin yerləşməsi, habelə onların hökumət tərəfindən tam təmin olunması və
ya c
əmiyyətinizin də köməyinə ehtiyac olması haqqında mənə məlumat
verm
əyinizi xahiş edirəm”.
Az
ərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra general Xosrov bəy
Sultanov
əvvəlcə Türkiyədə, İranda, sonra Fransa, Almaniyada və Polşada yaşayıb.
Türkiy
əyə qayıdan Xosrov bəy Sultanov yenidən Trabzonda məskunlaşıb”.
Böyük iftixar hissi il
ə deməliyik ki, Xosrov bəylə yanaşı Laçın torpağının
yetişdirmələri olan general Nurməmməd bəy Şahsuvarov,türk ordusunda orgeneral
rütb
əsi qazanan Firidun bəy Daryalı da öz sücaətləri ilə təkcə Laçının deyil, bütöv
Az
ərbaycanın fəxri sayılan insanlarıdırlar.
Əşir Bəşiroğlu
357
PAŞA BƏY EL AĞSAQQALI İDİ
Az
ərbaycan Respublikası öz müstəqilliyini elan edəndən sonra, Azərbaycanda
unudulmuş, yaxud Sovetlər birliyində araşdırma qadağası qoyulmuş mövzulardan
biri d
ə bəy nəsillərinin, onların elinə-obasına fəxarət gətirə biləcək fəaliyyətləri
sah
əsi olmuşdur.
Müst
əqilliyimizin ilk illərində insanlarımızın əsas qayğı və fikirlərinin
Qarabağ müsibətləri, erməni vəhşilikləri ilə daha çox çulğalanması bu növ
araşdırmaları, müəyyən mənada “kölgə”də qoymuşdu. Müharibə gedişatının
“dondurulma”sı, insanlarımızı qəhrəman axtarışına istiqamətləndirdi. Odur ki, son
ill
ər Azərbaycanın bütün bölgələrində dövlətinə, millətinə, insanlığa və hətta nəsl
s
əcərəsinə hörmət qoymuş kişilər yad edilir, onlar haqqında hərə öz bacardığını
q
ələmə alır. (Z.N.)
M
ənim isə hörmətli oxucularıma təqdim edəcəyim mövzu,mənim özüm üçün
yeni deyil, ill
ərdir ki, Sultanovlar nəsli ilə əlaqəli hər bir məlumatı, xüsusəndə bir
yazılı mənbəyə əsaslananlarını toplamışam. Kiçik vaxtlarımda da bu səcərə ilə
bağlı söhbətlər ailəmizdə də, yaşlı nəsl insanlarının bir-birlərinə söhbətlərinə də
çox t
əsadüf etmişəm. Bu mənada XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində
Z
əngəzur qəzasında daha çox sayılıb-seçilən üç Sultanovlardan biri olan Yuxarı
Z
əngəzurun Hacısamlı bölgəsindən, hazırda Laçın rayon ərazisi kimi tanınan
sah
əsində yaşamış və el arasında bütün Zəngəzurda, Aran Qarabağda və Qərbi
Az
ərbaycanda ağsaqqal kimi tanınmış Paşa bəydən söhbət açacağam. Əslində onun
adı sənədlərdə Əlipaşa kimi gedir. Amma, el arasında hamı onu Paşa bəy kimi
çağırırdı.
Paşa bəyin nəsl səcərəsi ilə tanışlıq göstərir ki, bizdə olan mənbələrin hamısı
eyniyy
ət təşkil etmir. Lakin, bununla yanaşı mənbələrin əksəriyyətində bu və ya
dig
ər tərzdə uyğun gələn məqamlarda az deyildir. Onlardan bir neçəsini olduğu
kimi verm
əyi daha doğru yol kimi seçdim.
K.Alm
əmməd – “Sultan bəy kimdir?” yazısında (“Azərbaycan”qəzeti,
№13(76), 30 mart 1991-ci il) göstərilir: “Azərbaycan torpağının dünyaya bəlli
görk
əmli oğulları çoxdur. Babək qeyrətli, Koroğlu cürətli, Nəbi hünərli ərənlərdən
biri d
ə Sultan bəylər nəslindən olan Sultan bəy Laçınlıdır. Bu nəslə bəylik rütbəsi
çar imperatorluğu tərəfindən XVIII əsrin sonu – XIX əsrin əvvəllərində
C
əsur qardaşlar
358
verilmişdir.Azərbaycanın Yelizavetopol quberniyasına daxil olan Zəngəzur mahalı
iki sultanlıqdan ibarət idi. Birinci Hacısamlı, ikinci Qaraçorlu sultanlığı adlanırdı.
Hacısamlı sultanlığı indiki Laçın və qismən Kəlbəcər rayonunu əhatə edirdi.
Burada 1-ci v
ə 2-ci Alməmməd Sultan hakimlik edirdi. Qaraçorlu Sultanlığı isə
indiki Gorus, Qafan (M
ədən) rayon ərazilərini, qismən Laçın rayonunun qərb
hiss
əsini əhatə edirdi. Orada isə Həmzə Sultan və onun oğlu Əsəd Sultan hakimlik
edirdi. Bu iki sultanlıq arasında qohumluq əlaqələri də vardı. O zamanlar
Alm
əmməd Sultanın kiçik oğlu Qara Murtuza bəy hər iki Sultanlığın ordusuna
başçılıq edirdi. Onun sərkərdələrindən biri də Sultan bəyin babası Xanmurad
olmuşdur. (Əslində isə bu belə deyildi. Z.N.) Xanmurad Əsəd Sultanın qızına elçi
gönd
ərib onunla evlənmək istəmiş, Əsəd Sultan isə elçiləri geri qaytarmış, əsilzadə
v
ə bəylik rütbəsi olmayan adama qız verməkdən imtina etmişdir. Bunu özünə
sığışdıra bilməyən Xanmurad Əsəd Sultanın razılığı olmadan qızı qaçırmış və
onunla evl
ənmişdir. Uzun müddət qəzəblənmiş Əsəd Sultan onunla barışığa razılıq
verm
əmişdir. Minnətə gəlmiş hörmətli el ağsaqqallarına da yox cavabı vermişdi.
Xanmuradın Paşa və Əmir adlı iki oğlu olmuşdur. Əsəd Sultanın bu nəvələrini də
tanımaması II Alməmməd Sultanı da narahat etmiş, öz sarayında Xanmurada
b
əylik rütbəsi vermək qərarına gəlmiş, lazım olan sənədləri düzəltdirmişdi. O
vaxtın qanunlarına görə xalq arasında xüsusi hörməti olan şəxslərə üç nəfər köklü
(“yazılma” bəy olmazdı) əsilzadənin zəmanəti və əsilzadələrin birinə qohumluq
s
ənədi tələb olunurdu. Bəylik komissiyası Tiflisdə yerləşirdi. II Alməmməd Sultan
h
azırlanmış sənədləri bəylik komissiyasına təqdim edir və oradan təsdiq üçün
Peterburqa-imperatorun s
ərəncamına göndərir. İmperatorluq sənədlərlə tanış olur,
lakin Xanmurada yox, onun –
əsilzadə qızından doğulmuş oğlanlarına bəylik
rütb
əsi verilməsi haqda fərman verir.
II Alm
əmməd Sultan bir neçə kərə Əsəd Sultanla bu barədə söhbət edir.
Sonuncu söhb
ətlərin birində Əsəd Sultanın sarayında böyük bir məclisdə süfrə
arxasında Əsəd Sultanla çəkişir. Şərt də bundan ibarət olur ki, hər kim uduzsa,
m
ərci ödəsin. İki il çəkişmə davam edir, çox qüvvətli hafizəyə malik olan bu iki
hakimin heç biri m
ərci udmağa nail ola bilmir. Bir gün çoxlu qar yağır, yollar
k
əsilir. Xüsusilə dağ keçidlərindən aşmağa imkan olmur. Bu çovğunlu gündən
istifad
ə edən II Alməmməd Sultan yaxşı bəslənmiş köhlən atına güvənərək
Dostları ilə paylaş: |