Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   8   9   10   11   12   13   14   15   ...   89

 
37 
III n
əsihətdən: Adına yaxşılıq sikkəsini çal,  
 
 
  
Böyük şöhrət qazan, göylərə ucal. 
 
 
    
Yaxşı ad qazanmış gözəl dost ara. 
 
 
    
Ondan yetişərsən ağ günə, vara. 
 
 
    Bir dostun da olsa, eyibli 
əgər, 
 
 
    
Yüzünün adına ləkə gətirər. 
 
 
    Hün
ər ardınca qoş, xalqa hünər saç
 
 
    Qap
ılar bağlama, ər ol, qapı aç. 
 
 
    Dünyada keçm
əsin boş cavan çağın, 
 
 
    
Yol get ki, güclüdür indi ayağın. 
(“Yeddi göz
əl” də) 
M.Füzuli    is
ə  insan ömrünün dörd dövrünü müəy-
y
ənlədirmişdir: 
1) 1 -
8 yaş  -uşaqlığın acizliyi, asudəlik dövrü. 
2)  8  -
16  yaş    -gözəllik,  insanı  tay  –tuşundan  fərqlən-
dir
ən cazibə dövrü.  
3) 
Cavanlıq qüruru, məhəbbət  nişanəsi olan, rahatlığa 
çağıran dövr. 
4) 
Qocalıq, qüvvələrin zəifliyi, dünya əndişəsi dövrü. 
          
Şair  üçüncü və  dördüncü mərhələlərdə    konkret rəqəm 
göst
ərmir; inkişafın fərdiliyini nəzərə alaraq deməliyik ki, bu, 
xalqın düşündüyü kimi, həyati reallığa daha uyğundur. 
         Dahi çex pedaqoqu Y.A.Komenskiy
ə gəlincə, o, yaşa görə 
inkişaf  xüsusiyyətlərini  altı  -altı  olmaqla  dörd    dövrə  bölmüş  
v
ə  müvafiq olaraq hamı üçün dörd dərəcəli vahid təhsil sistemi 
t
əklif etmişdir. 
1) 0 -6 
uşaqlıq dövrü, hər bir evdə ana qucağı məktəbi. 
2) 6 -12 yeniyetm
əlik, hər kənddə, hər icmada, qəsəbədə 
xalq m
əktəbi, ana dili məktəbi. 
3)12 -18 g
ənclik, hər şəhərdə latın məktəbi, gimnaziya. 
4)18 -24 yetkinlik, g
ənclər üçün akademiya, ali məktəb. 
Y.A.Komenski 
uşaqlıq,  yeniyetməkik və  gənclik döv-
rünü 
əhatə edən hər üç məktəbdə biliklərin əlaqəli şəkildə təd-
ricl
ə genişlənməsini və  dərinləşməsini tələb edir. O cümlədən 


 
38 
“Ana  qucağı  məktəbi”ndə  uşaqların  ətraf  mühit  haqqında 
t
əsəvvürlərini, xarici hiss üzvlərini inkişaf etdirməyi və onları 
t
əsərrüfata alışdırmağı tələb etməklə, uşaqlarda kiçik yaşlardan 
s
əliqə,  ədalət,  doğruçuluq,  xüsusən insanlara məhəbbət bəs-
l
əməyi  tərbiyə  etməyin  vacibliyini  vurğulayırdı. Onun “Ana 
qucağı  məktəbi”  haqqında  ideyaları  sonralar  məktəbəqədər 
t
ərbiyənin  əsas  inkişaf  istiqaməti  olmuşdur.  Valideynlərə  kö-
m
ək məqsədi ilə Komenski “Ana qucağı məktəbi” adlı vəsait  
d
ə  yazmışdır. 
İkinci yaş dövrünü  “Ana dili məktəbi”  adlandırmaqla 
Y.A.Komenski  h
əmin dövrdə  ana dilinə  xüsusi diqqət yetir-
m
əyi tələb edir və  gösrərir ki, ana dilinə  yiyələnmədən xarıcı 
dıl  öyrətmək  –uşağa  yeriməyi öyrətmədən at minməyi öyrət-
m
ək kimidir.  “Ana dili məktəbi” dövründə uşaq 1)ana dilində 
yazılmış,  çap  olunmuş  mətnləri  oxumağı;    2)gözəl, sürətli, 
qrammatik qaydalara uyğun düzgün  yazmağı; 3)şifahi şəkildə 
v
ə ya çötkədə  hesablamağı; 4)uzunluğu, eni, məsafəni  bütün 
üsullarla    ölçm
əyi;    5)bütün  yayılmış  mahnıları  oxumağı 
bacarmalıdır. 
Y.A.Komenski ü
çüncü  yaş  dövrü  –“Latın  məktəbi” 
dövrünün  t
ədris    planını  genişləndirmiş,  buraya  yeddi  sərbəst 
elmd
ən (qrammatika,  natiqlik sənəti (ritorika), dialektika, he-
sab, h
əndəsə, astronomiya və musiqi)  əlavə, fizika, coğrafiya, 
xronologiya, tarix, 
əxlaq, ana dili və xarici dillərin tədrisini də 
əlvə etmişdi. 
Akademiya  –ali m
əktəb dövrü üçün Y.A.Komenski 
dörd fakült
ə - ilahiyyat, tibb, fəlsəfə, hüquq- nəzərdə tuturdu. 
Bel
əliklə,  o, dünya  pedaqogikasına  ətraflı  işlənmiş 
m
əktəbəqədər tərbiyə  nəzəriyyəsini, ümumi təhsil  ideyasını, 
t
əlimin ana dilində aparılması ideyasını, geniş tədris planı olan 
orta m
əktəbi  və s. yeniliklər gətirmişdir. 
          
b)müasir elm yaş dövrləri haqqında. Hazırda elmi peda-
qogika  klassik  pedaqoqların  fikirlərinə  və  tədqiqatlara  əsas-
lanaraq yaş dövrlərini aşağıdakı kimi müəyyənləşdirmişdir: 


 
39 
 
    1.M
əktəbəqədər dövr. 
 
    2.M
əktəb dövrü. 
 
  M
əktəbəqədər  yaş dövrünün spesifik mərhələləri var. 
Bu  dövrd
ə  uşaq  bağçalarında  təlim  -tərbiyə  işləri kiçik, orta, 
böyük v
ə məktəbə hazırlıq qruplarında aparılır. Hər bir qrupla  
m
əşğələ keçərkən uşaqların yaş xüsusiyyətləri nəzərə alınır. 
 
  M
əktəbəqədər  yaş  dövrü  uşaqların  həyatında  xüsusi 
yer  tutur.  6  yaşadək  onlar  böyük  inkişaf  yolu  keçirlər; 
böyüyürl
ər, beyinləri  inkişaf  edir,  fərdi fərqləri  yaranmağa 
başlayır.  Hər  şeylə  maraqlanırlar. Oyun və  nağıl  həyatlarında 
mühüm ye
r  tutur.  Bir  nağılı  dəfələrlə  dinləməyi xoşlayırlar. 
Oyunsuz is
ə həyatları sönük olur. Komenski bu barədə deyirdi 
ki, kül
ək  olmadan  od  yanmadığı  kimi,  oyun,  hərəkət, məşq 
olmadan uşaq böyüyüb inkişaf edə bilməz. 
          M
əktəb dövrü aşağıdakı mərhələlərə bölünür: 
         
1) kiçik yaş dövrü  (6 -10 yaş). 
         
2) orta yaş dövrü (11 -15 yaş). 
         
3) böyük yaş dövrü  (16 -18 yaş). 
 
B
əri  başdan  deyək ki, istər məktəbəqədər,  istərsə  də 
m
əktəb yaşı dövründə uşaqların üç istiqamətdə inkişafı nəzərə 
alınır: 
         a) anatomik –fizioloji; 
         b) psixoloji; 
         c) intellektual   - m
ənəvi inkişaf ; 
 
Kiçik  yaşlı  məktəblilərdə  anatomik  -fizioloji  inkişaf 
sür
ətlənir. Baş beyin həm çəki, həm də quruluş etibarilə sürətlə 
inkişaf  edir.  Tənqidi təfəkkür  yaranmağa  başlayır;  tənqidi 
münasib
ətlərini  yaşlarına  müvafiq  tərzdə  bildirə  bilirlər. Bu 
dövrd
ə  uşaqlarda  başqalarının  kədərinə, sevincinə  şərik 
ç
ıxmaq,  xeyirxahlıq  hissləri  baş  qaldırır.  Təlim  materialını 
daha çox mexaniki öyr
ənmə yolu ilə yadda saxlayırlar. Böyük 
bir şeri çətinlik çəkməkdən əzbərləyir, lakin onu öz sözləri ilə 
söyl
əməyə  çətinlik çəkirlər. Hafizənin bu xüsusiyyətindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə