Etnos
v
ə epos: keçmişdən bugünə
243
«Klassik şeirlərlə səsləşmələr”də Anar yaradıcılığı nə qədər
klassik görünürsə, klassika ilə səsləşirsə, o qədər də müasir prob-
lemlərimizi əks etdirmək baxımından dəyərli nümunələrdir. Anar
yaradıcılığı düşünən və düşündürən poeziyadır. Bu poeziyanın çev-
rəsi geniş, mahiyyəti dərindir.
Nizami Tağısoy
244
ELÇİN YARADICILIĞI
/Görünən və görünməyən tərəflər/
Ədəbiyyatımızda erkən yaşlardan «altmışıncılar» möhürünü
vurmuş sənətkarlar arasında ön sırada yer tutmuş Elçin bu gün XXI
əsr bədii sözünün inkişafında yaxından iştirak etdiyindən ədəbi tən-
qid onun əsərlərini daha tez-tez müzakirə predmetinə çevirir. Bəs
belə olduğu halda Elçin yaradıcılığına sönməz münasibət nə ilə izah
olunur?! Fikrimizcə, bunların, birinci, Elçin yaradıcılığının milliliyi,
ənənəyə bağlılığı, ikinci, onun real və bədii gerçəkliyə orijinal mü-
nasibəti, üçüncü, İlyas Əfəndiyev fenomenindən yaradıcılıqla istifa-
də etməsi, dördüncü, yaradıcılığında müasir Şərq və Qərb konteksti-
ni üzvü surətdə birləşdirməsi və digər məqamlarla bağlı olduğu da-
ha inandırıcı görünür.
Kiçik hekayə və povestlərlə ədəbiyyata gəlmiş Elçin aradan az
keçməmiş əsərlərində yaşadığı dövrün paradokslarını ustalıqla incə-
ləməklə, daha epoxal, sosial-ictimai, siyasi-iqtisadi, mədəni-kultu-
roloji, mənəvi-əxlaqi mahiyyət kəsb edən mövzu və motivləri əsər-
lərinin mahiyyətinə hopdurdu, oxucu rəğbəti qazandı. Yaşıdlarından
fərqli olaraq, Elçin ədəbi tənqiddə daha çox «sınağa çəkilən» yazıçı-
lardan oldu. Onun yaradıcılığı Məmməd Cəfər, Məmməd Arif, Mir-
zə İbrahimov, Mir Cəlal, Mehdi Məmmədov, Həmid Araslı, Kamal
Talıbzadə,Yaşar Qarayev, Bəkir Nəbiyev, Anar, İsa Hüseynov, Ək-
rəm Əylisli v d. təndiqçi və sənətkarların diqqət mərkəzinə düşdü.
Onlardan hər biri Elçin yaradacılığının özəlliyindən, özünəməxsus
təzahüründən, çevik bədii priyomlarından bəhs etdilər. Rus mədə-
niyyət xadimləri və ədəbiyyatşünaslığı da obyektivi Elçin əsərləri
üzərinə daha tez-tez tuşladılar. Məsələn, L.Anninski onun haqqında
«Elçin möcüzələri sevir, o zərif və mehriban nağılçıdır, o kədərli bir
sehrkardır, bərq vuran, qızılı, gümüşü rənglərə üstünlük verən imp-
ressionistdir…» söyləyirsə, Y.Şklovski «Yazıçı çox böyük həssas-
Etnos
v
ə epos: keçmişdən bugünə
245
lıqla və incəliklə qəhrəmanlarının ən adi hərəkətini, əhval-ruhiyyə-
sini, hiss və fikirlərini duyub təsvir edən rəssam kimidir» deyir.
Tanınmış ədəbiyyatşünas prof.Y.Qarayev Elçin yaradıcılığı-
nın daha alt qatlarda yatan xüsusiyyətlərinə nəzər salaraq, onu
«rəmzdən, bədii-fəlsəfi şərtilikdən, kəskin məcazdan istifadə edən,
psixoloji əhval-ruhiyyəni detalla əyaniləşdirən mizanlar və cizgilər
axtaran, onları görümlü, baxımlı obrazlara çevirən, epitetlər tapan»
yazıçı kimi səciyyələndirir. Akad.M.Arif isə «Hazırla keçmişi, ayıq-
lıqla yuxunu, həqiqətlə xəyalı, real hadisələrlə nağılı… daxili dia-
loqlardan… dramaturji səhnələrdən, mozaik parçalardan, mübali-
ğə… üsulundan istifadə etmək təsvirlərinin emosional qüvvəsi» ilə
seçilən sənətkar kimi dəyərləndirir. Prof.M.Cəfər isə yazıçıda xeyli
başqa xüsusiyyətlər ortaya çıxarır: «Elçində bədii dərk duyğusu
güclü və cəlbedicidir… Elçin varlığı, hadisə və insan səciyyəsini
canlandırmaqda bir-birini tamamlayan bədii nüfuz üsullarından isti-
fadə edən tərəfləri göstərir». İstedadlı rejissor, dramaturji materialı
və dram əsərlərinin «dilini yaxşı bilən» prof.M.Məmmədov isə Elçi-
ni «…saxtanı həqiqətdən, elmi-nəzəri mülahizəni doqmatizmdən,
ehkamçı və subyektiv fikirlərdən seçməyi bacar»an yazıçı kimi nə-
zərdən keçirir.
Bu tipli çoxsaylı tərifləri yazıçı haqqında davam etdirdikdə
Elçinə ədəbi fenomen kimi baxmaq üçün şərait yaranır. Bu isə, heç
şübhəsiz ki, bu günə qədər və bu günün özündə Elçin barədə, onun
yaradıcılığının oxucu üçün görünən və görünməyən tərəfləri haqqın-
da mülahizələr irəli sürülməsi ilə bağlı münbit şərait yaradır. Fikri-
mizcə, bu aşağıdakı spektrləri çevrələyir:
Birinci, Elçinin əsərləri ədəbiyyatşünaslığımızda geniş nəzər-
dən keçirilsə də, bu yaradıcılığın bəzi tərəflərinə, o cümlədən onda-
kı epik ənənə və tarixiliyə müraciət hələ də kifayət qədər qabardıl-
mamışdır;
İkinci, Elçin yaradıcılığının mühüm hissəsini təşkil edən dra-
maturgiyası yetərincə öyrənilməmişdir;
Nizami Tağısoy
246
Üçüncü, yaradıcılığında uşaq dünyasının xeyli məqamlarını
işıqlandıran Elçinin uşaq hekayələri, onun uşaq aləminə «ekskursu»
ədəbi-təndiqi fikrimizdə yerli-yataqlı çözələnməmişdir və s.
* * *
2004-cü ildə ədəbin 60 illik yubileyi ilə əlaqədar nəşr olun-
muş «Elçin-zaman səddini aşmış sənətkar» kitabında onun yaradıcı-
lığına N.Paşayeva, V.Yusifli, Ş.Qurbanov, T.Hacıyev, F.Mustafa,
İ.Qasımzadə, R.Tağı, A.Tahirli, A.İsmayıloğlu, İ.Həbibbəyli, Ə.Ca-
hangir, A.Mirseyid, A.Məsud, T.Abdin və b. müxtəlif rakurslardan
toxunmuşlar. Bu kitabda toplanmış fikirlərdən bizi özünə daha çox
cəlb edən N.Paşayeva, Ə.Cahangir və A.Mirseyidin mülahizələridir.
Prof.N.Paşayeva Elçin yaradıcılığındakı mənəvi-əxlaqi axtarışları,
onun ədəbi qəhrəmanlarını və ədəbi düşüncələrini nəzərdən keçirdi-
yi halda, A.Mirseyid Elçin yaradıcılığı haqqında bir qədər fərqli,
modern üslubda danışır, Ə.Cahangir isə Elçinin yaradıcılığına mü-
qayisəli-fraqmentar təqdimat üsulundan istifadə etməklə münasibət
bildirir. Hər üç müəllif Elçindən danışarkən onu ümumilər fonunda
nəzərdən keçirib təqdim etmək yox, bu sənətkardakı fərdi və fərqli
xüsusiyyətləri göstərməyə üstünlük verir. Lakin, fikrimizcə, bu fər-
diliyi də sona qədər açmağa ehtiyac vardır. Elə buna görə də Elçin
yaradıcılığının bəzi məqamlarının qabardılmasına ehtiyac duyulur.
* * *
Elçinin dramaturji yaradıcılığı heç də onun nəsr yaradıcılığın-
dan az əhəmiyyətli deyildir. Elçin orijinal konflikt qurmaq ustasıdır.
Bu bəzən onun nəsr əsərlərindən rişələnib gəlsə də, dramaturgiya-
sında yeni keyfiyyət kəsb edir («Poçt şöbəsində xəyal», «Mahmud
və Məryəm», «Ağ Dəvə» və s.). Elçin bəzi pyeslərinin başlıqlarında
nəsr əsərlərinin adını səsləndirsə də, o dramın qanunauyğunluq-
larına əməl etməklə, burada yeni effekt yaratmağa, tamaşaçını məş-
ğul etməyə çalışır. Elə buradan da Elçinin dramaturji sisteminin
Dostları ilə paylaş: |