Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə77/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   73   74   75   76   77   78   79   80   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
247
qeyri-adiliyi, orijinallığı görünür. Elçin nəsr də olduğu kimi dram 
yaradıcılığında da folklor nümunələrindən, folklor şüurundan, etnik-
milli təfəkkür tərzindən istifadə edib, onları  ədəbiyyata gətirməklə 
gələcək nəslə ötürür. Elçin yaradıcılığında zaman distansiyası mü-
hüm əhəmiyyət kəsb edir. Onun görüntüsü keçmiş və gələcək üzərin-
də qurulmuşdur. İndiki zaman yazıçının özüdür. O, keçmişlə gələcək 
arasında ötürücü, körpü rolunu oynayır. 
 
* * * 
 
Yaradıcılığında Elçin nəinki nağılvari sxem-süjetlərdən istifa-
də edir, həm də onları əsərin ümumi arxitektonikasına elə cəlb edir 
ki, oxucunun (tamaşaçının) gözü qarşısında bütöv bir dövrün mən-
zərəsi əks olunur («Mahmud və Məryəm», «Ağ Dəvə»). Adları çə-
kilən əsərlərdə olan ayrı-ayrı motiv və situasiyaların təhlili göstərir 
ki, folklor elementləri tarixi fakt və hadisələrlə birlikdə  bədii ele-
mentlərə çevrildikdə onlar yeni ideya-estetik yük daşıyır, əlavə ma-
hiyyət kəsb edir. Yəni müəllif işləyib hazırladığı folklor materialına 
müraciət etməklə, tarixi faktları göstərməklə, onlara yeni ruh verir. 
Bu materialı kanonik janr axarından kənarlaşdırıb ona yeni həyat 
bəxş edir. Bunun nəticəsində janr nöqteyi-nəzərdən qeyri-adi, ma-
raqlı əsər yaranır ki, o ənənəvi qaydaları yeni təqdimat axarına tabe 
edir. Beləliklə, təsvirin mərkəzində xüsusi, ayrıca insanlar arasında 
olan münasibətlər dayanır. 
«Mahmud və Məryəm», «Ağ Dəvə» əsərlərində folklorizm və 
tarixilik bütün konkret janr və üslub kanonlarının formal tərəflərinə 
hopur. Elçinin realist üslubunda müəyyən yer tutmuş fantastika, na-
ğılçılıq yazıçının obyektiv real həyatın məna və xarakterini, mahiy-
yətini  əsərində  əks etdirməyə canatmanı sübut edir. Ümumiyyətlə, 
Elçinin  əsərlərində istifadə etdiyi özünəməxsus folklor konstruksi-
yaları, tarixi fakt və hadisələr məzmun və forma cəhətdən də son 
dərəcə maraqla izlənilir. 
 
 
 


 Nizami Tağısoy 
 
248
* * * 
 
1998-ci ildə  qələmə aldığı «Mahmud və  Məryəm»i (proloq, 
epiloq və 23 şəkildən, iki hissədən ibarət) məhəbbət dastanını da El-
çin maraqlı şəkildə əsərin infrastrukturuna daxil edir. Proloqda apa-
rıcı obrazlardan biri Danışan 1504-cü il iyunun 28-də Gəncənin yat-
mış olduğu bir vaxtda qocaların dediyinə görə isti yay günü düz 64 
il bundan əvvəl el aşığı Sazlı Abdullanın başı kəsildiyi gün olduğu 
haqda danışır. O, Gəncə hakimi Qara Bəşirin oğlu Qara Bəkirin to-
yunu çalmaqdan imtina edən Sazlı Abdullanı oxucuya (tamaşaçıya) 
tanıdır. El aşığı Qara Bəşirə onun sarayının qan çanağı olduğundan, 
sazının simlərinin orada çalmayacağını bildirdiyindən və Qara Bəşi-
rə hörmətsizlik etdiyindən dramaturq Sazlı Abdullanın şəhər bazarı 
yanında edam etdirildiyini söyləyir. Cəllad Toppuzqulunun ülgüc-
dən iti dəhrəsi Sazlı Abdullanın başını bədənindən bir göz qırpımın-
da ayırır.  
Müəllif dramaturji effekti daha da gərginləşdirmək üçün «… 
el aşığının qanı  fəvvarə vurub edam kötüyünün ətrafındakı keçən 
günlərin edamlarından qalıb qurumuş qanı təzələdi», - deyir. Belə-
liklə, dramaturq sanki bu kiçicik fraqlentlə dövrün təlatümləri, əda-
lətsizlikləri haqqında dolğun təsəvvür yaradır.  
Elçin dastan janrından o qədər virtuozluqla istifadə edir ki, 
oxucu (tamaşaçı) onun yazdığını dastan, rəvayət yox, həqiqət kimi 
qəbul etməyə hazır olur. Dramaturq Mahmudla Məryəm obrazını 
özünəməxsus yapa bilir. Mahmud varlı-hallı, kübar Ziyad xanın oğ-
ludur. O insanlar haqqında daha çox düşünür, onların halına yanır: 
«Necə olur ki, bu torpaqda doğulan, eyni ayın, günəşin, ulduzların 
altında, bu torpaqda yaşayan adamlar bir-birinə pislik edə bilir, qan 
axıda bilir, bir-birini döyə bilir? … Şeytan Adəm ilə Həvvanı aldat-
dı və onlar cənnətdən qovuldu. Adəm ilə Həvvanın günahı təkcə on-
da oldu ki, buğda yedilər, bəs nə üçün Adəm və Həvva törəmələri 
bu qədər günaha batdı, kəsdi, dağıtdı?» 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
249
«Mahmud və  Məryəm»də Ziyad xan, Qəmərbanu, Keşiş, 
Məryəm, Danışan obrazları dramaturq tərəfindən özəl  şəkildə  təq-
dim olunur. 
Mahmudla Məryəmin özünəməxsus görüş  səhnəsinə diqqət 
yetirək: 
Mahmud. Sən… Sən kimsən?!  
Məryəm. Mən Məryəməm… 
Pauza 
Bəs sən kimsən?! 
Mahmud. Mən Mahmudam… 
Sən Məryəmsən… (Əlini uzadıb qızın saçlarına toxundurur) 
Məryəm. Sən Mahmudsan?! 
Pauza 
Mən İsəvi … Sən Məhəmməd Hümməti… (Qorxaraq). Aman, 
Mahmud, məni rüsvay eləmə…  
Danışan, Sofi Ziyad xanın oğlunun Məryəmə  aşıq olmasını 
hamıya bəyan edirlər. Mahmudun anası  Qəmərbanu etiraz edərək: 
«O keşiş qızı necə ifritədir ki, cavan yaşında belə bir məharət yiyə-
sidi. Qızı, keşişi itirmək asandır, amma elə etmək lazımdır ki, Mah-
mud bundan zərbə almasın. Mirzə Salman isə daha ağıllı hərəkət et-
məyə üstünlük verir. Qəmərbanuya pak, təmiz Mahmudun keçi sax-
layan keşiş qızı ilə izdivac tapmasını qəbul etməyi xahiş edir. Qə-
mərbanu razı olmur. Məryəmlə Mahmud düzənlikdə görüşərkən 
sanki göylərdə üçür, səmalara qovuşur, bir-birinə könül verirlər. 
Məryəm: Uşağı olacağını, o uşağa döşündən süd verəcəyini, xoş-
bəxt olacaqlarını dilə gətirir». Məryəmlə Mahmudun bu macərasını 
Anasının  əmcəyini kəsən  İbrahim izləməklə, yağışdan islanmış 
Məryəmin bədəninə baxa-baxa dabaq dəymiş öküz kimi ağzının su-
yunu axıdır.  
Elçin dramatik obrazları xarakterik xüsusiyyətləri ilə üzvü şə-
kildə bağlayır. Davam etdikcə xarakterlərin daxili aləmi açılır.  
Məryəm Mahmud barədə atasına bildirdikdə keşiş  qızının 
Mahmuda olan bu sevgisindən heyfsilənir və  təəssüflə «…mənim 
qızcığazım Məhəmməd Hümmətinə könül bağlayıb…Bu bir qəzadır 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə