Ətraf mühit


ARDNŞ NQNK  Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi



Yüklə 177,07 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix16.11.2017
ölçüsü177,07 Kb.
#10581
1   2   3   4   5   6   7

ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



 

 



Azərbaycan Respublikasında ətraf mühit təsirinin qiymətləndirilməsi ilə bağlı spesifik qanunvericilik yoxdur. Bu 

cür qanunvericiliyin olmaması halında  ƏMTQ Prosesi üzrə 1996-cı il tarixli Təlimat Kitabı  hələ  də 

Azərbaycanda (UNECE, 2011) ƏMTQ proseduraları üçün normativ baza hesab edilir. Ölkədə  ətraf mühit 

təsirinin qiymətləndirilməsi üzrə icra təlimatı BMT-ni İnkişaf Proqramının (UNDP) dəstəyi ilə 1996-cı ildə nəşr 

edilən Azərbaycanda Ətraf mühitə Təsirin Qiymətləndirilməsi Prosesi üzrə Təlimat Kitabı ilə təmin edilir. Bura 

həmçinin layihə üzrə  qərarvermə prosesində ictimaiyyət və maraqlı  tərəflər ilə  məsləhətləşmə mexanizmləri 

daxildir. 

2005-ci ildə qüvvəyə minən 2 yeni qanun ətraf mühit üzrə qərar vermə prosesində ictimaiyyətin iştirakı və ətraf 

mühitə dair məlumatın ictimaiyyət tərəfindən  əldə edilməsi ilə bağlı milli qanunvericiliyə  əlavə edildi. 30 

sentyabr 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış  “İnformasiya  Əldə  Etmək 

haqqında” 1024-IIQ nömrəli Qanun ictimaiyyətə bu məlumatı  əldə etmək üçün geniş imkanlar yaradır. 21 

oktyabr 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış  ”İnzibati icraat haqqında” 

1036-IIQ nömrəli Qanun qərar vermə zamanı ictimaiyyət tərəfindən məlumatın  əldə edilməsinə  və 

ictimaiyyətin iştirakına imkan yaradır (UNECE, 2011). 

Qanunvericilik Dövlət sirləri və kütləvi informasiya vasitələri ilə bağlı  vətəndaşların müraciətlərinin nəzərə 

alınması üzrə proseduraları, məlumat azadlığı,  ətraf mühit məlumatı, onun yayılması  və qorunması üzrə 

məlumatın əldə edilməsi, eyni zamanda ətraf mühitin mühafizəsi, sanitariya və epidemiologiya xidmətləri ilə 

bağlı qanunları ehtiva etmişdir.  



2.2 Beynəlxalq standartlar 

Avropa qanunvericiliyi Azərbaycan Respublikası üçün məcburi xarakter daşımasa da, ARDNŞ maraqlı 

tərəflərin cəlb olunması  fəaliyyətini Avropa İttifaqı  ətraf mühit siyasətinə uyğun olaraq inkişaf etdirməyə  səy 

göstərəcək. 



2.2.1 Avropa İttifaqı 

Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) Avropa İttifaqı ətraf mühit siyasətinin əsas vasitəsidir. ƏMTQ 

Direktivi (Direktiv 85/337/EEC) 1985-ci ildə  qəbul ediləndən həm qanun həm də  Ətraf mühit Təsirinin 

Qiymətləndirməsi ilə bağlı inkişaf müşahidə edilmişdir. Düzəliş edilmiş Direktiv 1997-ci ildə (Direktiv 97/11/EC) 

nəşr edilmişdir.  

Maraqlı  tərəflərin cəlb olunması  fəaliyyəti ilə bağlı ilkin aspektlər Transsərhəd Kontekstində (Espo 

Konvensiyası)  Ətraf mühitə  Təsirinin Qiymətləndirilməsi haqqında Espo Konvensiyası  və  Qərarların qəbul 

edilməsi prosesində ictimaiyyətin iştirakı  və  ədalət mühakiməsinə müraciət ilə bağlı Orxus Konvensiyasını 

uyğunlaşdıran düzəlişləri daxil edən  Ətraf mühit Təsirinin Qiymətləndirilməsi Direktivi (85/337/EEC) ilə 

əlaqələndirilir. Orxus və Espo Konvensiyaları Azərbaycan tərəfindən 1999-cu ildə ratifikasiya edilmişdir. 

Orxus Konvensiyası 3 vacib sahəni diqqətə alır: 

  Məlumatın  əldə edilməsi: ictimaiyyətin məlumatı  tələb və ya qəbul etməsi üçün sistemin olmasını, 

bununla da məlumatlandırılmış iştirak üçün imkanı təmin edir;  

  İctimaiyyətin iştirakı;  ətraf mühitə mühüm təsirin edə bilən tədbirlər ilə  əlaqədar qərar vermə 

prosesində ictimaiyyətin erkən mərhələdə iştirakını təmin edir; və 

  Ədalət mühakiməsinə müraciət: ictimaiyyətin iştirakı  və  məlumatın  əldə edilməsi müddəaları üzrə 

potensial pozuntuları  nəzərdən keçirmək üçün ictimaiyyətə mümkün hüquqi mexanizmlərə sahib 

olmaq imkanı yaradır. 

Espo Konvensiyası əsasən mühüm mənfi transsərhəd təsirlərinin olduğu hallarda tətbiq edilir və təsiri yaradan 

ölkədən tələb edir ki, təsirə məruz qalan ölkəni məlumatlandırsın və qəbul edilən şərhləri nəzərə alsın. 

Orxus və Espo Konvensiyaları və aşağıda göstərilən beynəlxalq standartlar arasındakı fərq odur ki, məlumatın 

açıqlanması, iştirak və  ədalətin təmin edilməsi layihə sponsoru deyil, sahib ölkənin məsuliyyəti altındadır.  

Lakin hökumət nümayəndələri yalnız layihə sponsoru tərəfindən ətraf mühit və sosial təsirlər ilə bağlı bütün 

məlumat açıqlandığı halda Konvensiyaların tələblərini yerinə yetirə bilər. 




ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



 

 



2.2.2 Beynəlxalq Maliyyə Korporasiyası 

Layihə ilə bağlı  məlumatın açıqlanmasına dair BMK tələbləri sərtdir və Avropa İttifaqının (Orxus və Espo 

Konvensiyaları ilə müəyyən edilmiş) tələblərindən ciddidir.  

Maliyyə qurumları  tərəfindən qəbul edilmiş Ekvator Prinsiplərinin  əsasını  təşkil edən BMK İcra Standartları 

ictimaiyyət ilə  məsləhətləşmələrin layihənin həyata keçirilməsi çərçivəsində erkən başlanılmalı  və  hər bir 

mərhələdə maraqlı tərəflər ilə işin aşağıdakı qaydada aparılmalı olduğunu vurğulayır: 

 “Sərbəst” (qorxutma və ya məcburiyyət olmadan);  

  “İlkin" (məlumatın vaxtında açıqlanması); və  

 “Məlumatlı” (müvafiq, anlaşılan və əldə edilməsi mümkün məlumat). 

BMK üzrə spesifik tələblər aşağıdakılardır: 



Maraqlı tərəflərin analizi və fəaliyyətin planlaşdırılması 

 Layihədə maraqlı olacaq təsirə  məruz qalan icmaları  və digər maraqlı  tərəfləri müəyyən etmək və 

xarici əlaqələrin bütün maraqlı tərəflər ilə dialoqu necə asanlaşdıra biləcəyini nəzərə almaq;  

  İmkansız və ya həssas maraqlı tərəflərin səmərəli iştirakına imkan yaratmaq istiqamətindəki tədbirlər 

daxil olmaqla MTCP-nin işlənib hazırlanması;  

Məlumatın açıqlanması 

  Aşağıdakılar barədə müvafiq məlumatın təmin edilməsi (i) layihənin məqsədi, xarakteri və miqyası; (ii) 

nəzərdə tutulan tədbirlərin davam edəcəyi müddət; (iii) bu cür icmalar üçün hər hansı risk və potensial 

təsirlər və müvafiq yumşaltma tədbirləri; (iv) maraqlı tərəflərin cəlb olunması üçün nəzərdə tutulmuş 

proses; və (v) şikayətlərin verilməsi və baxılması mexanizmi; 

Məsləhətləşmə 

  Təsirə məruz qalmış icmalara layihə riskləri, təsirlər və yumşaltma tədbirləri üzrə öz baxışlarını ifadə 

etmək imkanları verən məsləhətləşmə prosesinin həyata keçirilməsi; 

 (i) 


ətraf mühit və sosial təsirlərin müəyyənləşdirilməsi prosesin əvvəlində başlayan və  təsirlərin 

yarandıqca sürəkli davam edən; (ii) mədəniyyət baxımdan münasib və yerli dildə müvafiq, şəffaf, 

obyektiv, məntiqli və asan əldə edilən məlumatın yayılmasına və ilkin açıqlanmasına əsaslanan; (iii) 

birbaşa təsirə  məruz qalmayan şəxslərdən fərqli olaraq birbaşa təsirə  məruz qalan şəxslər üzrə 

müstəsna fəaliyyəti diqqətə alan; (iv) xarici manipulyasiya, müdaxilə, məcburiyyət və ya hədələmədən 

azad olan; (v) uyğun olduğu zaman məntiqli iştirak imkanı  təmin edən; və (vi) sənədləşdirilən iki 

istiqamətli prosesin nəzərdə tutulması;  

  Məsləhətləşmələrin təsirə  məruz qalan icmaların üstünlük verildiyi dillərə, onların qərar qəbul etmə 

prosesinə, həmçinin imkansız və ya həssas qrupların ehtiyaclarına uyğunlaşdırılması; 

Məlumatlandırımış məsləhətləşmə və iştirak 

  Təsirə  məruz qalmış icmaların məlumatlandırılmış  iştirakı ilə  nəticələnəcək Məlumatlandırılmış 

məsləhətləşmə və iştirak prosesi aparmaq; 

 (i) 


ayrıca forumlar və ya işlər vasitəsilə lazım olduğu halda həm kişi həm də qadınların fikirlərini əhatə 

edən, və (ii) uyğun olduğu təqdirdə təsir, yumşaltma mexanizmləri və faydalar ilə bağlı həm kişi həm 

də qadınların müxtəlif maraq və mövqelərini əks etdirən məsləhətləşmə prosesinin idarə edilməsi;  

  Təsirə məruz qalmış icmalar ilə bağlı riskləri və mənfi təsirləri azaltmaq və ya onların qarşısını almaq 

üçün prosesi xüsusilə  də görülən tədbirləri sənədləşdirmək və  həmin icmaları onların maraqlarının 

necə nəzərə alınması barəsində məlumatlandırmaq;  




Yüklə 177,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə