ARDNŞ NQNK
Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi
Maraqlı tərəflərin cəlb olunması planı
13
tərəflərə açıq olan ictimai görüşlərdir. ARDNŞ bütün maraqlı tərəflərə iştirak etmək və fikirlərini bölüşmək
imkanını yaratmaq məqsədilə yetərli sayda İctimai Dinləmələr keçirəcək.
Məktublar: İcazələrin verilməsi ilə bağlı rəsmi tələblər və sənədləşmə çərçivəsində ARDNŞ əməkdaşları və
mütəxəssis məsləhətçilər tərəfindən formal yazışmadan istifadə ediləcək.
5.3.2 İlkin vəziyyətə dair əsas məlumat toplama zamanı maraqlı tərəflərin cəlb olunması
Ötən bölmədə təsvir edilmiş metodlar və tədbirlərə əlavə olaraq maraqlı tərəflərin cəlb olunması fəaliyyətinin
bəzi metodları məlumat və informasiya toplamanın bir hissəsi kimi icra ediləcək. İlkin məlumat və informasiya
toplama çox vaxt maraqlı tərəfləri cəlbetmə komandasına vacib məlumat verir. Maraqlı tərəfləri cəlbetmə
komandası ilkin vəziyyət və təsirin qiymətləndirilməsi tədqiqatlarını aparan mütəxəssis məsləhətçilər ilə sıx
şəkildə işləyəcək. Bu təsir dairəsində maraqlı tərəflər ilə işləyənlər üçün xüsusi əhəmiyyət kəsb edəcək.
Aşağıdakı məlumat toplama tədbirləri məsələləri, maraqları və sualları toplamaq və layihə haqqında maraqlı
tərəfləri məlumatlandırmaq üçün istifadə ediləcək:
Məlumat verən şəxslər ilə müsahibələr: ARDNŞ heyətinin çoxu və mütəxəssis məsləhətçiləri ƏMSSTQ
üzrə məlumat və informasiya toplama prosesi çərçivəsində Məlumat verən şəxslərlə Müsahibələr aparacaq.
Belə görüşlərin əsas məqsədi ilkin vəziyyətə dair tədqiqatlar aparmaq olduğu halda, bu cür yarım
strukturlaşdırılmış müsahibələr Layihə barədə məlumat təqdim etmək və maraqlı tərəflərin cəlb olunması
zamanı vacib məsələləri, maraqları və sualları toplamaq üçün bir fürsət olacaq.
Fokus qrupları: Məlumat verən şəxslər ilə müsahibələrə analoji olaraq, fokus qrup müzakirəsi əsas etibarilə
ƏMSSTQ üçün məlumatın toplanması üçün aparılacaq. Lakin bu kiçik qrup görüşləri layihə barədə məlumat
təqdim etmək və maraqlı tərəflərin rəylərini toplamaq üçün bir vasitə kimi istifadə ediləcək.
5.3.3 Əhatə dairəsinin müəyyən edilməsi və ilkin vəziyyətə dair məlumat toplanması
Əhatə dairəsinin müəyyən edilməsi və ilkin vəziyyətə dair məlumat toplanması zamanı maraqlı tərəflərin cəlb
olunması fəaliyyətinin məqsədi bütün maraqlı tərəflərin məsələləri, sualları və maraqlarının layihə
planlaşdırmasında və təsir analizində istifadə ediləcək ilkin vəziyyət tədqiqatlarının inkişafında yetərli şəkildə
diqqətə alınmasını təmin etməkdir.
Həmin mərhələdə açıqlanan sənədlər minimum olaraq aşağıdakılardan ibarətdir:
Bələdçi məlumat sənədi; və
Maraqlı tərəflərin cəlb olunması planı.
Bələdçi Məlumat Sənədi ƏMSSTQ mütəxəssisləri tərəfindən istifadə edilən əsas sənəddir. Bu bütün maraqlı
tərəfləri yetərli məlumatlar ilə təmin etmək, onları digər texniki sənədlərdən xəbərdar etmək və onlara ehtiyac
olduğu təqdirdə texniki sənədləri asan tələb etmək imkanını yaratmaq üçün nəzərdə tutulur.
5.3.4 ƏMSSTQ hesabatının açıqlanması
ƏMSSTQ açıqlama mərhələsi zamanı maraqlı tərəflərin cəlb olunması fəaliyyətinin məqsədi təsirin
qiymətləndirilməsi ilə bağlı nəticələri və əlaqədar idarəetmə planlarını bölüşməkdir. Beynəlxalq maliyyə
institutlarının standartlarının tələblərinə əsasən, Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsinə
dair hesabatın yekun layihə versiyası və idarəetmə planları maraqlı tərəflərə açıqlanmalı və maraqlı tərəflərin
sualları və şərhləri yekun ƏMSSTQ sənədinə daxil edilməlidir.
Spesifik metodlar və tədbirlərin sayı müvafiq hökumət qurumları və maraqlı tərəflərin özləri ilə, xüsusilə də
LTMŞ ilə müəyyənləşdiriləcək.
Həmin mərhələdə açıqlanan sənədlər minimum olaraq aşağıdakılardan ibarətdir:
Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsinə dair hesabat;
Əlaqədar idarəetmə və monitorinq planları.
ARDNŞ NQNK
Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi
Maraqlı tərəflərin cəlb olunması planı
14
5.3.5 Tikinti və istismar
Tikinti və istismar fazası müddətində maraqlı tərəflərin cəlb olunması fəaliyyətinin məqsədi planlaşdırıldığı
kimi hazırda icra edilən təsirin yumşaldılmasını təmin etmək üçün bütün maraqlı tərəflər ilə əlaqələri
qorumaqdır. Maraqlı tərəflərin cəlb olunması fəaliyyətinin tezliyi layihə tikintidən istismar mərhələsinə keçdikcə
azalacaq, lakin şikayətlərin verilməsi və baxılması mexanizmi kimi əsas metodlar əlaqədar idarəetmə
planlaşdırılması prosesi və ƏMSSTQ çərçivəsində nəzərdə tutulmayan hər hansı problem və ya təsirləri
müəyyənləşdirmək və həll etmək üçün istifadə ediləcək.
Tikinti və istismar fazası Layihənin ən uzun mərhələsidir və layihənin müddəti boyunca davam edəcək. MTCP
layihə müddəti boyunca tələb edilən fəaliyyət tədbirlərini əks etdirmək üçün əsas layihə dəyişiklikləri üzrə
yenilənəcək.
5.4 Sosial
və ekoloji sərmayə
ARDNŞ bütün maraqlı tərəflərlə uzunmüddətli münasibətlərin qurulmasına xüsusi maraq göstərir. ARDNŞ
hesab edir kı, iş münasibətlərin qurulması üçün ən səmərəli yol ətraf mühitin və insanların qorunması, eləcə
də bütün tərəflərə işə qəbul və satınalma prosesində eyni imkanlar yaratmaqla bərabər açıq və şəffaf
fəaliyyətin göstərilməsidir.
Qeyd olunan prinsiplərə əlavə olaraq, ARDNŞ yaxınlıqda məskunlaşan icmalarla yaxşı qonşu olmaq
niyyətindədir və hüquqi öhdəliklərindən daha üstün olan sosial və ekoloji sərmayə proqramları işləyib
hazırlayacaq. Bu proqramlar sərmayə strategiyalarına öz töhfələrini vermək üçün dəvət olunacaq maraqlı
tərəflərlə birgə hazırlanacaq.
NQNK-nın gələcək fəaliyyəti zamanı onun ətrafında mövcud olan yaşayış zonalarında əhalinin sosial-iqtisadi
və ətraf mühit tələbləri araşdırılacaqdır. Araşdırmalar nəticəsində müvafiq proqramlar hazırlanacaqdır və
həmin proqramlar mövcud dövlət proqramları ilə uyğunlaşdırmaqla yaşayış zonasında məskunlaşan əhalinin
sosial rifahının yüksəldilməsinə yönəldiləcəkdir.
6 Vəzifə və öhdəliklər
Maraqlı tərəflərin cəlb olunması fəaliyyəti üzrə əsas cavabdeh İctimaiyyətlə Əlaqələr Koordinatoru olacaqdır,
və o layihənin icrası müddətində idarəetmə planlarının tətbiq olunması və maraqlı tərəflərin cəlb olunması
işlərinə, həmçinin dövlət, icmalar və digər maraqlı tərəflər ilə danışıqlar nəticəsində hazırlanacaq sosial
sərmayə layihələrinin həyata keçirilməsinə dəstək göstərəcəkdir.
İctimaiyyətlə Əlaqələr üzrə Koordinator maraqlı tərəflələrlə qarşılıqlı əlaqələrin sənədləşdirilməsi, ictimai
görüşlərin təşkil və idarə olunması, görüşlərin protokollarının tərtib edilməsi və diqqət yetirilməli olan
məqamların davamlı olaraq qeyd olunması, maraqlı tərəflərin cəlb edilməsi ilə əlaqədar fəaliyyətin ümumi
ətraf mühit və sosial idarəetmə sisteminə daxil edilməsi, şikayətlərin verilməsi və baxılması mexanizminin
işlənib hazırlanmasının idarə edilməsi, sosial sərmayə təşəbbüslərinə görə cavabdeh olan təşkilat daxili məsul
şəxslər və xarici tərəfdaşlarla işlərin koordinasiya edilməsi kimi işlərə cavabdeh olacaqdır.
ARDNŞ tərəfindən NQNK Layihəsi üçün təyin olunmuş İctimaiyyətlə Əlaqələr üzrə Koordinator:
C-b Mehman Nəcəfli
Neftçilər prospekti 24. Dalğa Plaza (5
-ci
mərtəbə)
Bakı, AZ1000
Azərbaycan Respublikası
Telefon/Faks: +994 12 5213492
social.ogpc@socar.az
ARDNŞ NQNK
Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi
Maraqlı tərəflərin cəlb olunması planı
15
7 Şikayətlərin verilməsi və baxılması mexanizmi
Şikayətlərin verilməsi və baxılması mexanizminin məqsədi maraqlı tərəflərin ehtiyaclarına cavab mövqeyini
nümayiş etdirməkdir. Aydın və geniş şəkilli Şikayətlərin verilməsi və baxılması mexanizmi şikayətlərin yazılı
və aydın anlaşıqlı şəkildə rəsmiləşdirilməsini təmin etməklə maraqlı tərəflərin idarə edilməsini təkmilləşdirir.
Bütün maraqlı tərəflərə şikayətləri yazılı formada təqdim etmələri tövsiyə edilir və onlar əmin ola bilərlər ki,
yazılı şikayətlər şikayəti göndərənə qarşı heç bir şəkildə istifadə edilməyəcəkdir.
Şikayətlərin verilməsi və baxılması mexanizminin əsas elementləri aşağıdakılardan ibarətdir:
Maraqlı tərəfin cavabı gözləməli olduğu minimum dövr daxil olmaqla şikayətlərin necə göndərildiyi və
göndərişdən sonra necə idarə edildiyi ilə bağlı aydın təlimatlar; və
Maraqlı tərəf şikayətini yazılı formada göndərmək imkanına malik olmadığı və bundan narahat olduğu
halda heyət üzvünə şikayətin şəxsən təqdim edilməsi üzrə alternativlər.
Şikayətlərin icmalı şikayətlərin qeydiyyatı kitabında müntəzəm şəkildə qeyd edilir. Şikayəti göndərən istənilən
şəxs (təşkilat) bütün maraqlı tərəflərin qeydiyyatı kitabı və ya məlumat bazasına avtomatik olaraq daxil
ediləcəkdir.
Şikayətlərin verilməsi və baxılması mexanizmi və ARDNŞ fəaliyyətinin təsirinə məruz qalan icmaların və ayrı-
ayrı şəxslərin onlar üçün narahatlıq doğuran məqamları və şikayətləri şirkətə bildirmək və tərəflər üçün
qarşılıqlı surətdə məqbul hesab edilən həll yollarının məqsədəuyğun müddətdə tapılması üçün bir idarəetmə
prosedurudur. Şikayətlərin verilməsi və baxılması mexanizmi maraqlı tərəfləri narahat edən məsələlərin
operativ surətdə cavablandırılmasına kömək etmək, etibarlı və konstruktiv münasibətlərin qurulmasını təmin
etmək üçün işlənib hazırlanmış bir idarəetmə vasitəsidir.
Şikayətlərin verilməsi və baxılması proseduru hər hansı xərc ödəmədən və heç bir cəzalandırma qorxusu
olmadan istənilən şəxs tərəfindən istifadə edilə bilər.
ARDNŞ daxilində İctimaiyyətlə Əlaqələr üzrə Koordinator (İƏK) maraqlı tərəflərin cəlb olunmasının
əlaqələndirilməsi və şikayətlərin təqdim edilməsi və baxılması üzrə korporativ prosedurun idarə olunması ilə
bağlı cavabdehlik daşıyan əməkdaşdır. Bu şəxs, barəsində şikayət verilən məsələnin həll olunması
səlahiyyətinə malik deyildir, lakin barəsində şikayət verilən məsələ ilə bağlı düzgün məlumatların yığılması
üçün geniş tərkibli menecerlər komandası ilə işləyir, barəsində şikayət verilən məsələnin həll olunmasına
cavabdeh olan ali rəhbərlik ilə məlumatları paylaşır, və barəsində şikayət verilən məsələnin həll olunması
barədə məlumatların şikayəti təqdim edən şəxsə çatdırılmasını təmin edir.
Şikayətlər xarici əlaqələr üzrə heyətin vasitəsilə yazılı və ya şifahi şəkildə təqdim edilə bilər. Xarici əlaqələr
üzrə heyət, şikayətləri idarəetmə məqsədləri üçün yazılı formada tərtib edəcək.
Digər aspektlər aşağıdakılardır:
Şikayətin özündə müddət qeyd edilmədiyi təqdirdə bütün rəsmi şikayətlər şikayətin qeydiyyata alındığı
gündən etibarən 30 (otuz) gün ərazində rəsmi şəkildə cavablandırılacaqdır. Rəsmi cavabda əlavə
məlumat və ya münasib olduğu halda problemin həll edilməsi üçün təklif edilən tədbirlər barədə
təlimatlar təqdim ediləcəkdir;
Bütün
şikayətlər sənədləşdiriləcək. Bütün şikayətlərin sənədləşdirilməsinin mahiyyəti problemlərin
dəqiq anlaşılmasını və müvafiq qaydada idarə olunmasını təmin etməkdən ibarətdir;
Yazılı şikayətlər şikayəti təqdim edən şəxs və ya təşkilatı hər hansı şəkildə hədələmək üçün istifadə
edilməyəcəkdir;
Ümumi
qaydaya
əsasən, şikayəti təqdim edən şəxslərin adları ictimai görüşlərdə edilən şikayətlər
istisna olmaqla məxfi saxlanılacaqdır;
Şikayətlərin yalnız sayı və ümumi məzmunu haqqında müntəzəm hesabat veriləcəkdir. Bu məlumatın
xülasəsi şikayətlərin qeydiyyatı kitabında veriləcək, lakin şəxsi məlumat məxfi saxlanılacaq;
ARDNŞ NQNK
Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi
Maraqlı tərəflərin cəlb olunması planı
16
Anonim
şəkildə qəbul edilən şikayətlər, şərhlər və ya diqqət yetirilməli olan məqamlar kimi nəzərdən
keçirilərək qeydə alınacaq, lakin onlara rəsmi cavab verilməyəcəkdir; və
Bütün
şikayətləri qarşılıqlı razılaşma yolu ilə həll etmək üçün cəhd edilsə də, barəsində şikayət verilən
məsələnin həll edilməsi mümkün deyilsə, ehtiyac olduğu halda ARDNŞ digər təşkilatlardan kənar
ekspertləri, neytral tərəfləri və ya yerli və regional qurumları cəlb etmək üçün səylər göstərəcək.
Yazılı şikayətlər ARDNŞ-in internet səhifəsində yerləşdirilən (http://www.socar.az/) Şikayətlərin təqdim
edilməsi forması və ya aşağıdakı məlumatları təqdim etmək şərtilə məktub və ya e-poçt vasitəsilə təqdim edilə
bilər:
Şikayət edənin adı, soyadı və atasının adı;
Təmsil etdiyi təşkilat və həmin təşkilatda vəzifəsi (əgər varsa);
Ünvan;
Telefon/Faks
və e-poçt ünvanı;
Şikayətin cavablandırılması üçün məqbul hesab edilən ən effektiv vasitə (telefon zəngi, faks, elektron
poçt və/ və ya məktub vasitəsilə, və s.); və
Şikayətin təfərrüatları (hər hansı vacib təfərrüatlar; hadisənin baş verdiyi tarix, yer və s).
ARDNŞ NQNK
Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi
Maraqlı tərəflərin cəlb olunması planı
17
8 Monitorinq,
qiymətləndirmə və hesabatların təqdim edilməsi
ƏMSSTQ çərçivəsində ARDNŞ monitorinq və hesabatların təqdim edilməsi qrafiki işləyib hazırlayacaq. Həmin
qrafik ƏMSSTQ və əlaqədar idarəetmə planları ilə paralel olaraq tamamlanmalı olan bu MTCP-nin yenilənmiş
versiyasına daxil ediləcək.
9 İstinadlar
BMK, 2007. Maraqlı tərəflərin cəlb olunması: İqtisadiyyatı keçid mərhələsində olan ölkələrdə fəaliyyət
göstərən şirkətlər üçün tövsiyə edilən normalar kitabı. Vaşinqton, D.C., ABŞ.
BMK, 2012. Ətraf mühit və sosial dayanıqlılıq üzrə fəaliyyət standartları. Vaşinqton, D.C., ABŞ.
UNECE, 2011. Ətraf mühitə ilə bağlı fəaliyyət göstəricilərinin nəzərdən keçirilməsi: Azərbaycan, İkinci baxış.
Nyu York və Cenevrə, 2011
Dostları ilə paylaş: |