Ətraf mühit



Yüklə 177,07 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix16.11.2017
ölçüsü177,07 Kb.
#10581
1   2   3   4   5   6   7

ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



13 

 

 



tərəflərə açıq olan ictimai görüşlərdir. ARDNŞ bütün maraqlı  tərəflərə  iştirak etmək və fikirlərini bölüşmək 

imkanını yaratmaq məqsədilə yetərli sayda İctimai Dinləmələr keçirəcək. 



Məktublar: İcazələrin verilməsi ilə bağlı rəsmi tələblər və sənədləşmə çərçivəsində ARDNŞ əməkdaşları və 

mütəxəssis məsləhətçilər tərəfindən formal yazışmadan istifadə ediləcək. 



5.3.2  İlkin vəziyyətə dair əsas məlumat toplama zamanı maraqlı tərəflərin cəlb olunması 

Ötən bölmədə təsvir edilmiş metodlar və tədbirlərə əlavə olaraq maraqlı tərəflərin cəlb olunması fəaliyyətinin 

bəzi metodları məlumat və informasiya toplamanın bir hissəsi kimi icra ediləcək. İlkin məlumat və informasiya 

toplama çox vaxt maraqlı  tərəfləri cəlbetmə komandasına vacib məlumat verir. Maraqlı  tərəfləri cəlbetmə 

komandası ilkin vəziyyət və  təsirin qiymətləndirilməsi tədqiqatlarını aparan mütəxəssis məsləhətçilər ilə  sıx 

şəkildə işləyəcək. Bu təsir dairəsində maraqlı tərəflər ilə işləyənlər üçün xüsusi əhəmiyyət kəsb edəcək. 

Aşağıdakı məlumat toplama tədbirləri məsələləri, maraqları və sualları toplamaq və layihə haqqında maraqlı 

tərəfləri məlumatlandırmaq üçün istifadə ediləcək: 



Məlumat verən  şəxslər ilə müsahibələr: ARDNŞ heyətinin çoxu və mütəxəssis məsləhətçiləri  ƏMSSTQ 

üzrə məlumat və informasiya toplama prosesi çərçivəsində Məlumat verən şəxslərlə  Müsahibələr aparacaq. 

Belə görüşlərin  əsas məqsədi ilkin vəziyyətə dair tədqiqatlar aparmaq olduğu halda, bu cür yarım 

strukturlaşdırılmış müsahibələr Layihə barədə  məlumat təqdim etmək və  maraqlı  tərəflərin cəlb olunması 

zamanı vacib məsələləri, maraqları və sualları toplamaq üçün bir fürsət olacaq.  

Fokus qrupları: Məlumat verən şəxslər ilə müsahibələrə analoji olaraq, fokus qrup müzakirəsi əsas etibarilə 

ƏMSSTQ üçün məlumatın toplanması üçün aparılacaq. Lakin bu kiçik qrup görüşləri layihə barədə məlumat 

təqdim etmək və maraqlı tərəflərin rəylərini toplamaq üçün bir vasitə kimi istifadə ediləcək. 

5.3.3  Əhatə dairəsinin müəyyən edilməsi və ilkin vəziyyətə dair məlumat toplanması 

Əhatə dairəsinin müəyyən edilməsi və ilkin vəziyyətə dair məlumat toplanması zamanı maraqlı tərəflərin cəlb 

olunması  fəaliyyətinin məqsədi bütün maraqlı  tərəflərin məsələləri, sualları  və maraqlarının layihə 

planlaşdırmasında və təsir analizində istifadə ediləcək ilkin vəziyyət tədqiqatlarının inkişafında yetərli şəkildə 

diqqətə alınmasını təmin etməkdir. 

Həmin mərhələdə açıqlanan sənədlər minimum olaraq aşağıdakılardan ibarətdir:  

  Bələdçi məlumat sənədi; və  

 Maraqlı tərəflərin cəlb olunması planı. 

Bələdçi Məlumat Sənədi ƏMSSTQ mütəxəssisləri tərəfindən istifadə edilən əsas sənəddir. Bu bütün maraqlı 

tərəfləri yetərli məlumatlar ilə təmin etmək, onları digər texniki sənədlərdən xəbərdar etmək və onlara ehtiyac 

olduğu təqdirdə texniki sənədləri asan tələb etmək imkanını yaratmaq üçün nəzərdə tutulur. 

5.3.4  ƏMSSTQ hesabatının açıqlanması 

ƏMSSTQ açıqlama mərhələsi zamanı maraqlı  tərəflərin cəlb olunması  fəaliyyətinin məqsədi təsirin 

qiymətləndirilməsi ilə bağlı  nəticələri və  əlaqədar idarəetmə planlarını bölüşməkdir. Beynəlxalq maliyyə 

institutlarının standartlarının tələblərinə əsasən, Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsinə 

dair hesabatın yekun layihə versiyası və idarəetmə planları maraqlı tərəflərə açıqlanmalı və maraqlı tərəflərin 

sualları və şərhləri yekun ƏMSSTQ sənədinə daxil edilməlidir.  

Spesifik metodlar və  tədbirlərin sayı müvafiq hökumət qurumları  və maraqlı  tərəflərin özləri ilə, xüsusilə  də 

LTMŞ ilə müəyyənləşdiriləcək.  

Həmin mərhələdə açıqlanan sənədlər minimum olaraq aşağıdakılardan ibarətdir:  

  Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsinə dair hesabat;  

  Əlaqədar idarəetmə və monitorinq planları. 



ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



14 

 

 



5.3.5 Tikinti və istismar 

Tikinti və istismar fazası müddətində maraqlı  tərəflərin cəlb olunması  fəaliyyətinin məqsədi planlaşdırıldığı 

kimi hazırda icra edilən təsirin yumşaldılmasını  təmin etmək üçün bütün maraqlı  tərəflər ilə  əlaqələri 

qorumaqdır. Maraqlı tərəflərin cəlb olunması fəaliyyətinin tezliyi layihə tikintidən istismar mərhələsinə keçdikcə 

azalacaq, lakin şikayətlərin verilməsi və baxılması mexanizmi kimi əsas metodlar əlaqədar idarəetmə 

planlaşdırılması prosesi və  ƏMSSTQ çərçivəsində  nəzərdə tutulmayan hər hansı problem və ya təsirləri 

müəyyənləşdirmək və həll etmək üçün istifadə ediləcək.  

Tikinti və istismar fazası Layihənin ən uzun mərhələsidir və layihənin müddəti boyunca davam edəcək. MTCP 

layihə müddəti boyunca tələb edilən fəaliyyət tədbirlərini  əks etdirmək üçün əsas layihə  dəyişiklikləri üzrə 

yenilənəcək. 



5.4 Sosial 

və ekoloji sərmayə 

ARDNŞ bütün maraqlı  tərəflərlə uzunmüddətli münasibətlərin qurulmasına xüsusi maraq göstərir. ARDNŞ 

hesab edir kı, iş münasibətlərin qurulması üçün ən səmərəli yol ətraf mühitin və insanların qorunması, eləcə 

də bütün tərəflərə  işə  qəbul və satınalma prosesində eyni imkanlar yaratmaqla bərabər açıq və  şəffaf 

fəaliyyətin göstərilməsidir.  

Qeyd olunan prinsiplərə  əlavə olaraq, ARDNŞ yaxınlıqda məskunlaşan icmalarla yaxşı qonşu olmaq 

niyyətindədir və hüquqi öhdəliklərindən daha üstün olan sosial və ekoloji sərmayə proqramları  işləyib 

hazırlayacaq. Bu proqramlar sərmayə strategiyalarına öz töhfələrini vermək üçün dəvət olunacaq maraqlı 

tərəflərlə birgə hazırlanacaq. 

NQNK-nın gələcək fəaliyyəti zamanı onun ətrafında mövcud olan yaşayış zonalarında əhalinin sosial-iqtisadi 

və  ətraf mühit tələbləri araşdırılacaqdır. Araşdırmalar nəticəsində müvafiq proqramlar hazırlanacaqdır və 

həmin proqramlar mövcud dövlət proqramları ilə uyğunlaşdırmaqla yaşayış zonasında məskunlaşan əhalinin 

sosial rifahının yüksəldilməsinə yönəldiləcəkdir. 

6 Vəzifə və öhdəliklər 

Maraqlı tərəflərin cəlb olunması fəaliyyəti üzrə əsas cavabdeh İctimaiyyətlə Əlaqələr Koordinatoru olacaqdır, 

və o layihənin icrası müddətində idarəetmə planlarının tətbiq olunması  və maraqlı  tərəflərin cəlb olunması 

işlərinə, həmçinin dövlət, icmalar və digər maraqlı  tərəflər ilə danışıqlar nəticəsində hazırlanacaq sosial 

sərmayə layihələrinin həyata keçirilməsinə dəstək göstərəcəkdir. 

İctimaiyyətlə  Əlaqələr üzrə Koordinator maraqlı  tərəflələrlə qarşılıqlı  əlaqələrin sənədləşdirilməsi, ictimai 

görüşlərin təşkil və idarə olunması, görüşlərin protokollarının tərtib edilməsi və diqqət yetirilməli olan 

məqamların davamlı olaraq qeyd olunması, maraqlı  tərəflərin cəlb edilməsi ilə  əlaqədar fəaliyyətin ümumi 

ətraf mühit və sosial idarəetmə sisteminə daxil edilməsi,  şikayətlərin verilməsi və baxılması mexanizminin 

işlənib hazırlanmasının idarə edilməsi, sosial sərmayə təşəbbüslərinə görə cavabdeh olan təşkilat daxili məsul 

şəxslər və xarici tərəfdaşlarla işlərin koordinasiya edilməsi kimi işlərə cavabdeh olacaqdır. 

ARDNŞ tərəfindən NQNK Layihəsi üçün təyin olunmuş İctimaiyyətlə Əlaqələr üzrə Koordinator: 

C-b Mehman Nəcəfli 

Neftçilər prospekti 24. Dalğa Plaza (5

-ci


 mərtəbə) 

Bakı, AZ1000 

Azərbaycan Respublikası 

Telefon/Faks: +994 12 5213492 

social.ogpc@socar.az 



ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



15 

 

 



7  Şikayətlərin verilməsi və baxılması mexanizmi 

Şikayətlərin verilməsi və baxılması mexanizminin məqsədi maraqlı  tərəflərin ehtiyaclarına cavab mövqeyini 

nümayiş etdirməkdir.  Aydın və geniş şəkilli Şikayətlərin verilməsi və baxılması mexanizmi şikayətlərin yazılı 

və aydın anlaşıqlı  şəkildə  rəsmiləşdirilməsini təmin etməklə maraqlı  tərəflərin idarə edilməsini təkmilləşdirir.  

Bütün maraqlı  tərəflərə  şikayətləri yazılı formada təqdim etmələri tövsiyə edilir və onlar əmin ola bilərlər ki, 

yazılı şikayətlər şikayəti göndərənə qarşı heç bir şəkildə istifadə edilməyəcəkdir. 

Şikayətlərin verilməsi və baxılması mexanizminin əsas elementləri aşağıdakılardan ibarətdir: 

 Maraqlı tərəfin cavabı gözləməli olduğu minimum dövr daxil olmaqla şikayətlərin necə göndərildiyi və 

göndərişdən sonra necə idarə edildiyi ilə bağlı aydın təlimatlar; və 

 Maraqlı tərəf şikayətini yazılı formada göndərmək imkanına malik olmadığı və bundan narahat olduğu 

halda heyət üzvünə şikayətin şəxsən təqdim edilməsi üzrə alternativlər. 

Şikayətlərin icmalı şikayətlərin qeydiyyatı kitabında müntəzəm şəkildə qeyd edilir. Şikayəti göndərən istənilən 

şəxs (təşkilat) bütün maraqlı  tərəflərin qeydiyyatı kitabı  və ya məlumat bazasına avtomatik olaraq daxil 

ediləcəkdir. 

Şikayətlərin verilməsi və baxılması mexanizmi və ARDNŞ fəaliyyətinin təsirinə məruz qalan icmaların və ayrı-

ayrı  şəxslərin onlar üçün narahatlıq doğuran məqamları  və  şikayətləri  şirkətə bildirmək və  tərəflər üçün 

qarşılıqlı surətdə məqbul hesab edilən həll yollarının məqsədəuyğun müddətdə tapılması üçün bir idarəetmə 

prosedurudur.  Şikayətlərin verilməsi və baxılması mexanizmi maraqlı  tərəfləri narahat edən məsələlərin 

operativ surətdə cavablandırılmasına kömək etmək, etibarlı  və konstruktiv münasibətlərin qurulmasını  təmin 

etmək üçün işlənib hazırlanmış bir idarəetmə vasitəsidir. 

Şikayətlərin verilməsi və baxılması proseduru hər hansı  xərc ödəmədən və heç bir cəzalandırma qorxusu 

olmadan istənilən şəxs tərəfindən istifadə edilə bilər. 

ARDNŞ daxilində  İctimaiyyətlə  Əlaqələr üzrə Koordinator (İƏK) maraqlı  tərəflərin cəlb olunmasının 

əlaqələndirilməsi və şikayətlərin təqdim edilməsi və baxılması üzrə korporativ prosedurun idarə olunması ilə 

bağlı cavabdehlik daşıyan  əməkdaşdır. Bu şəxs, barəsində  şikayət verilən məsələnin həll olunması 

səlahiyyətinə malik deyildir, lakin barəsində  şikayət verilən məsələ ilə bağlı düzgün məlumatların yığılması 

üçün geniş  tərkibli menecerlər komandası ilə  işləyir, barəsində  şikayət verilən məsələnin həll olunmasına 

cavabdeh olan ali rəhbərlik ilə  məlumatları paylaşır, və barəsində  şikayət verilən məsələnin həll olunması 

barədə məlumatların şikayəti təqdim edən şəxsə çatdırılmasını təmin edir. 

Şikayətlər xarici əlaqələr üzrə heyətin vasitəsilə yazılı  və ya şifahi  şəkildə  təqdim edilə bilər. Xarici əlaqələr 

üzrə heyət, şikayətləri idarəetmə məqsədləri üçün yazılı formada tərtib edəcək. 

Digər aspektlər aşağıdakılardır: 

  Şikayətin özündə müddət qeyd edilmədiyi təqdirdə bütün rəsmi şikayətlər şikayətin qeydiyyata alındığı 

gündən etibarən 30 (otuz) gün ərazində  rəsmi  şəkildə cavablandırılacaqdır. Rəsmi cavabda əlavə 

məlumat və ya münasib olduğu halda problemin həll edilməsi üçün təklif edilən tədbirlər barədə 

təlimatlar təqdim ediləcəkdir; 

 Bütün 

şikayətlər sənədləşdiriləcək. Bütün şikayətlərin sənədləşdirilməsinin mahiyyəti problemlərin 

dəqiq anlaşılmasını və müvafiq qaydada idarə olunmasını təmin etməkdən ibarətdir; 

 Yazılı şikayətlər şikayəti təqdim edən şəxs və ya təşkilatı hər hansı şəkildə hədələmək üçün istifadə 

edilməyəcəkdir; 

 Ümumi 


qaydaya 

əsasən,  şikayəti təqdim edən  şəxslərin adları ictimai görüşlərdə edilən  şikayətlər 

istisna olmaqla məxfi saxlanılacaqdır; 

  Şikayətlərin yalnız sayı və ümumi məzmunu haqqında müntəzəm hesabat veriləcəkdir.  Bu məlumatın 

xülasəsi şikayətlərin qeydiyyatı kitabında veriləcək, lakin şəxsi məlumat məxfi saxlanılacaq; 



ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



16 

 

 



 Anonim 

şəkildə qəbul edilən şikayətlər, şərhlər və ya diqqət yetirilməli olan məqamlar kimi nəzərdən 

keçirilərək qeydə alınacaq, lakin onlara rəsmi cavab verilməyəcəkdir; və 

 Bütün 


şikayətləri qarşılıqlı razılaşma yolu ilə həll etmək üçün cəhd edilsə də, barəsində şikayət verilən 

məsələnin həll edilməsi mümkün deyilsə, ehtiyac olduğu halda ARDNŞ digər təşkilatlardan kənar 

ekspertləri, neytral tərəfləri və ya yerli və regional qurumları cəlb etmək üçün səylər göstərəcək. 

Yazılı  şikayətlər ARDNŞ-in internet səhifəsində yerləşdirilən (http://www.socar.az/) Şikayətlərin təqdim 

edilməsi forması və ya aşağıdakı məlumatları təqdim etmək şərtilə məktub və ya e-poçt vasitəsilə təqdim edilə 

bilər: 


  Şikayət edənin adı, soyadı və atasının adı; 

  Təmsil etdiyi təşkilat və həmin təşkilatda vəzifəsi (əgər varsa); 

 Ünvan; 

 Telefon/Faks 

və e-poçt ünvanı; 

  Şikayətin cavablandırılması üçün məqbul hesab edilən ən effektiv vasitə (telefon zəngi, faks, elektron 

poçt və/ və ya məktub vasitəsilə, və s.); və 

  Şikayətin təfərrüatları (hər hansı vacib təfərrüatlar; hadisənin baş verdiyi tarix, yer və s). 

 

 



ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



17 

 

 



 

 

8 Monitorinq, 



qiymətləndirmə və hesabatların təqdim edilməsi 

ƏMSSTQ çərçivəsində ARDNŞ monitorinq və hesabatların təqdim edilməsi qrafiki işləyib hazırlayacaq. Həmin 

qrafik ƏMSSTQ və əlaqədar idarəetmə planları ilə paralel olaraq tamamlanmalı olan bu MTCP-nin yenilənmiş 

versiyasına daxil ediləcək. 

9  İstinadlar 

BMK, 2007. Maraqlı  tərəflərin cəlb olunması:  İqtisadiyyatı keçid mərhələsində olan ölkələrdə  fəaliyyət 

göstərən şirkətlər üçün tövsiyə edilən normalar kitabı. Vaşinqton, D.C., ABŞ. 

BMK, 2012. Ətraf mühit və sosial dayanıqlılıq üzrə fəaliyyət standartları. Vaşinqton, D.C., ABŞ. 

UNECE, 2011. Ətraf mühitə ilə bağlı fəaliyyət göstəricilərinin nəzərdən keçirilməsi: Azərbaycan, İkinci baxış. 

Nyu York və Cenevrə, 2011  



 

 

Yüklə 177,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə