Ətraf mühit


ARDNŞ NQNK  Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi



Yüklə 177,07 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix16.11.2017
ölçüsü177,07 Kb.
#10581
1   2   3   4   5   6   7

ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



 

 



Yerləşmə ərazisinin müxtəlif sxemlərinin müsbət və mənfi tərəflərinin tədqiq edilməsi ilə əlaqədar ARDNŞ-nin 

layihəçilər və texniki məsləhətçilərlə birgə həyata keçirdiyi təhlil, o cümlədən imkan və risklərin təhlili bir daha 

sübut edir ki, NQNK-nın vahid ərazidə yerləşməsi hər cəhətdən məqsədəuyğundur. 

Ən azı QEZ-in Qaradağ rayonunda (qazın toplanması və paylanması obyektlərinə yaxın) yerləşməli olmasını 

və NQNK-nın QEZ-ə yaxın yerləşməsinin məqsədəuyğun olmasını  nəzərə alsaq, üstəlik imkan və risklərin 

təhlilinin nəticələrinə diqqət yetirsək, bu zaman aydın olur ki, NQNK-nın yerləşməsi üçün ən müvafiq və 

məqsədəuyğun seçim kompleksin Qaradağ və Abşeron rayonlarının kəsişdiyi ərazidə, Sənqəçal qəsəbəsi və 

Sənqəçal neft terminalının bilavasitə yaxınlığında yerləşməsidir.  

NQNK-nın yerləşdirilməsi üçün seçilmiş ərazisi aşağıdakı xəritədə göstərilmişdir. 

 

 



1.2.3 Layihənin həyata keçirilmə qrafiki 

Layihənin qrafiki NQNK istehsal güclərinin tikintisi və istismara verilməsinin mərhələli  şəkildə  həyata 

keçirilməsinə uyğunlaşdırılmışdır. Layihənin həyata keçirilməsi üçün mərhələli yanaşmanın seçilməsi 

baxımından aşağıdakı mərhələlər müəyyən edilmişdir: 

  Mərhələ  1: Qaz emalı zavodunun, neft-kimya kompleksinin, eləcə  də müvafiq enerji bloku və 

ümumzavod təsərrüfatı sisteminin və  ərazidən kənar infrastruktur obyektlərinin işə salınması. Bu, 

QEZ-dən alınan ağır komponentləri piroliz qurğusunda emal etməyə, və Layihənin həmin 

mərhələsində polietilen istehsal etməyə imkan verəcək.  

  Mərhələ  2: Neft emalı zavodunun, müvafiq ümumzavod təsərrüfatı sisteminin və yeni polipropilen 

qurğusunun işə salınması. 

Birinci mərhələyə 2015-ci ildə Layihələndirmə, Satınalma və Tikinti (LST) dövrəsinə başlamaq və 2019-cu ilin 

sonunda qaz emalı zavodunun istismara verilməsi məqsədilə qaz emalı zavodu üzrə  işlərin sürətləndirilmiş 

rejimdə icra edilməsi daxildir.  

2020-ci ilin sonunadək neft-kimya zavodunun əsas hissəsi üzrə LST mərhələsinin başa çatdırılması 

planlaşdırılır. NEZ və müvafiq ümumzavod təsərrüfatı sistemi və yeni polipropilen qurğusu ilə birlikdə neft-

kimya zavodunun qalan hissələri üçün LST-nin yekunlaşdırılması 2023-cü ilə planlaşdırılmışdır və ümumilikdə 

Kompleks elə həmin il tam şəkildə işə salınmaq üçün hazır olacaqdır.  

Çeyildağ Qəsəbəsi 

Abşeron rayonu 

Qaradağ rayonu

Əzimkənd

Massiv 3 

Sənqəçal Dəmiryol Stansiyası

Sənqəçal Qəsəbəsi

Ümid Qəsəbəsi 

Dəmiryol Stansiyası




ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



 

 



Hər bir Mərhələ  çərçivəsində  Mərkəzləşdirilmiş Ümumzavod Təsərrüfat Sistemi qurğularının tələb olunan 

hissəsi quraşdırılacaq və  tələb olunan qurğular (avtomobil yolları, dəmir yolu sistemi, xammal, məhsul və 

köməkçi boru kəmərləri, milli elektrik şəbəkəsinə qoşulmaq üçün obyektlər və liman qurğuları) tamamlanacaq. 

1.3 Terminlər lüğəti 

Bu MTCP-da aşağıdakı terminlər istifadə edilir. Maraqlı tərəflərin cəlb olunması fəaliyyəti bütün ətraf mühit və 

sosial qiymətləndirilməyə daxil ediləcək və xarici əlaqələr ilə bağlı olduğundan ƏMSSTQ, ətraf mühit və sosial 

idarəetmə  və sosial sərmayə ilə  əlaqədar digər terminlərin nəzərdə tutulmasını  tələb edir.  Nəticə etibarilə 

ümumi terminologiya təklif edilir: 

Ətraf mühitin və sosial-iqtisadi sahənin ilkin vəziyyəti: Layihənin təsirinə  məruz qala bilən sahələrdə 

mövcud  ətraf mühit və sosial-iqtisadi şərait anlayışını inkişaf etdirmək üçün həyata keçirilən  ƏMSSTQ 

prosesinin komponenti.  İlkin vəziyyətə dair tədqiqatlar  ƏMSSTQ-də layihənin müsbət və  mənfi təsirlərinin 

analizi üçün bazanı; və mümkün qədər ƏMSFP-nin (aşağıya nəzər salın) icrası boyunca təsirin monitorinqi və 

ölçülməsi üçün məlumatı təmin edir. 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi (ƏMSSTQ): Layihə fərqli və dönməz xakarter 

daşıyan mühüm mənfi təsirlər yarada biləcəyi halda tələb edilən formal qiymətləndirmə.  ƏMSSTQ çox vaxt 

Ətraf mühitin qiymətləndirilməsi (ƏMQ) və ya Ətraf mühitə  təsirinin qiymətləndirilməsi (ƏMTQ) adlandırılır. 

Hətta “sosial” sözü daxil edilmədiyi halda oxucular ƏMQ,  ƏMTQ və  ƏMSSTQ kimi ixtisarların bir-birinin 

əvəzinə istifadə edildiyini başa düşməlidir. Bu Layihə çərçivəsində termin və ixtisar olaraq “ƏMSSTQ” qəbul 

edilmişdir. 



Ətraf mühit və sosial fəaliyyət planı  (ƏMSFP): Layihənin faydalı  təsirlərini optimallaşdırmaq və  mənfi 

təsirləri minimuma endirmək  və ya onların qarşısını almaq üçün tələb edilən qabaqlayıcı tədbirlərin icrası üzrə 

silsilə planlar və ya fəaliyyət planını təmin edən ƏMSSTQ komponenti.  ƏMSFP-yə həmçinin ətraf mühit və 

sosial fəaliyyət ilə əlaqədar məlumatlandırma və monitorinq və idarəetmə üzrə məlumat daxildir.  



Layihənin təsirinə  məruz qalmış  şəxslər (LTMŞ):  Sosial-iqtisadi təsir sahəsinin sakinləri və torpaq 

sahələrinin əldə edilməsi, tikinti və istismarı kimi tədbirlərin təsirinə məruz qalan şəxslər. 



Əhatə dairəsinin müəyyən edilməsi:  Əhatə dairəsinin müəyyən edilməsi ilkin vəziyyətə dair tədqiqat və 

ƏMSSTQ zamanı tədqiq ediləcək məqamların məzmunu və miqyasının müəyyənləşdirilməsi prosesidir. Əhatə 

dairəsinin müəyyən edilməsi prosesi aşağıdakı məqamlardan asılıdır: ətraf icmaların yaxınlığı; hüquqi tələblər; 

hakimiyyət orqanlarının səlahiyyəti; və layihənin spesifikası.  Əhatə dairəsinin müəyyən edilməsi bəzən “ilkin 

ƏMSSTQ” adlandırılır, lakin tam ƏMSSTQ üzrə təfərrüat səviyyəsinə malik deyil. 

Sosial sərmayə: ƏMSFP-də göstərilən məcburi məsrəflər xaricində və ondan əvvəl təmin edilən resurslardır.  

Sosial sərmayə beynəlxalq standartların xaricində  və ya ondan da artıq olmaqla ARDNŞ-nin fəaliyyət 

göstərdiyi bütün yerlərdə hökumət orqanları, icmalar  və sənaye sahələri ilə müsbət və faydalı münasibətlər 

qurulması istiqamətində ARDNŞ-nin məqsədlərinin bir hissəsidir.  



Maraqlı tərəflər: Maraqlı tərəflər birbaşa və ya dolayı yolla layihənin təsirinə məruz qalan şəxs və ya şəxslər 

qrupu, həmçinin layihədə marağı ola biləcək və / və ya onun nəticəsinə  mənfi və ya müsbət təsir göstərə 

biləcək şəxslərdir (BMK, 2007). 

Maraqlı tərəflərin cəlb olunması planı (MTCP): Maraqlı tərəflərin cəlb olunması fəaliyyətinin planlaşdırılması 

sənədi üçün nisbətən yeni olan termin.  Çox vaxt İctimai Məsləhətləşmələr və Açıqlama Planı adlandırılan 

MTCP ictimaiyyətə  məlumatın açıqlanması üzrə beynəlxalq standartlara uyğunluğun yoxlanması üçün tələb 

edilən əsas komponentdir. 

2 Milli 

normativlər və beynəlxalq standartlar 



2.1 Milli 

normativlər 

Azərbaycan Respublikası Kontitusiyasının 39-cu maddəsi vətəndaşların sağlam mühitdə yaşamaq, həmçinin 

real ekoloji vəziyyəti haqqında məlumat  əldə etmək və  ətraf mühit tələblərinin pozulmasına görə  hər hansı 

şəxsin sağlamlığı və ya əmlakına dəyən zərərə görə təzminat əldə etmək hüququnu təsdiq edir. 




Yüklə 177,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə