Ətraf mühit


ARDNŞ NQNK  Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi



Yüklə 177,07 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix16.11.2017
ölçüsü177,07 Kb.
#10581
1   2   3   4   5   6   7

ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



ii 

Qısaltmaların siyahısı 

ARDNŞ  

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 



BMK  

Beynəlxalq Maliyyə Korporasiyası  

BMS    

Bələdçi məlumat sənədi  



EBÜZT  

Enerji bloku və ümumzavod təsərrüfatı 

ƏMSFP  

Ətraf mühit və sosial fəaliyyət planı 



ƏMSSTQ 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

ƏMT  

Ətraf mühitə təsir 



ƏMTQ  

Ətraf mühitə təsirlərin qiymətləndirilməsi 

İƏK  

İctimaiyyətlə əlaqələr üzrə koordinator 



İMAP    

İctimai məsləhətləşmələr və açıqlama planı  

QEZ  

Qaz 


Emalı Zavodu 

LST  


Layihələndirmə, satınalma və tikinti 

LTMŞ    


Layihənin təsirinə məruz qalmış şəxslər  

MTCP  


Maraqlı tərəflərin cəlb olunması planı  

NKZ  


Neft-Kimya 

Zavodu 


NQNK  

Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi  

 

 



ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



 

 



1 Giriş 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) AECOM şirkətinə nəzərdə tutulan Neft-Qaz Emalı və 

Neft-kimya Kompleksi (NQNK) üzrə Maraqlı  tərəflərin cəlb olunması planı (MTCP) işləyib hazırlamağı 

tapşırmışdır. NQNK ərazisi Bakı şəhərindən təxminən 60 km cənub-qərbdə yerləşir. 

MTCP Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Ətraf mühit və Sosial Davamlılıq üzrə İcra Standartlarına 

uyğunluğun təmin edilməsi üçün nəzərdə tutulur. Bu layihə versiyası 1-3 oktyabr 2013-cü il tarixlərində sahəyə 

3 günlük  səfər və layihəyə aid sənədlər əsasında tərtib edilmişdir. 

MTCP İngilis və Azərbaycan dillərində tərtib edilmişdir. 



1.1 MTCP-nin 

məqsədləri 

MTCP-nin ümumi məqsədi Layihənin həyata keçirildiyi müddət  ərzində ARDNŞ-nin maraqlı tərəflər ilə necə 

əlaqə quracağını izah etməkdir. 

MTCP layihənin təsirinə  məruz qalmış  şəxsləri (LTMŞ) və digər maraqlı  tərəfləri Layihə  və onun potensial 

təsirləri haqqında vaxtında məlumatlandırmaq üçün nəzərdə tutulan konsultasiya üzrə planı  təqdim edir. 

MTCP həmçinin maraqlı  tərəfləri Layihə ilə bağlı  məsələlər qaldırmaq,  şərhlər bildirmək və suallar vermək 

üçün mexanizm ilə təmin edir. 

MTCP Layihənin inkişafı müddətində düzəliş ediləcək işçi sənəddir.  MTCP-nin bu versiyası  Ətraf Mühit və 

Sosial Sahəyə  Təsirlərin Qiymətləndirilməsi (ƏMSSTQ) zamanı hansı  işlərin icra ediləcəyini izah edən 

planlaşdırma və idarəetmə  sənədidir.  Sonradan bu, planlaşdırılmış görüşlər və maraqlı  tərəflər ilə digər 

fəaliyyət tədbirlərinin siyahısını əks etdirmək üçün nəzərdən keçiriləcək.  Faktiki təsirləri əvvəlcədən görmək 

və bununla əlaqədar tədbir görmək məqsədinə xidmət edən ƏMSSTQ-nin bir hissəsi kimi, maraqlı tərəflərin 

fəaliyyəti layihənin hiss edilən təsirlərini  əhatə etməyə xidmət edir.  Son nəticədə MTCP maraqlı  tərəflərin 

fəaliyyət tədbirlərinin necə icra edildiyini göstərəcək.  MTCP-nin yekun versiyası Maraqlı  tərəflərin cəlb 

olunmasına dair hesabatı adlandırılacaq və ümumi ƏMSSTQ-yə daxil ediləcək. 

Bütün maraqlı tərəflər bu MTCP-ni nəzərdən keçirməyə və öz rəylərini bildirməyə dəvət olunur.  

Bütün  şərhlər və suallar qəbul edilir və "Vəzifə  və öhdəliklər" adlı 6-cı bölmədə  təfərrüatları verilmiş  əlaqə 

saxlanılmalı şəxsə göndərilməlidir. 



1.2 Layihənin təsviri 

1.2.1 Layihə haqda ümumi məlumat  

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanın Bakı şəhəri yaxınlığında Neft-qaz emalı 

və neft-kimya kompleksi (NQNK) inşa etməyi planlaşdırır. 

Hal-hazırda Azərbaycanın neft və qaz emalı sənayesində üç zavod fəaliyyət göstərir: (1) "Azərneftyağ" Neft 

Emalı Zavodu, (2) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, (3) Qaz Emalı Zavodu. Neft-kimya sektoru 

keçmiş "Azərkimya" İstehsalat Birliyinin rəhbərliyi altında fəaliyyət göstərmiş, indi isə ARDNŞ-nin strukturuna 

daxil edilmiş müxtəlif zavodlardan ibarət olaraq Sumqayıt şəhərində mərkəzləşmişdir. 

Məlumdur ki, ARDNŞ-nın strukturuna daxil olan mövcud neft-qaz emalı  və neft-kimya zavodlarının uzun 

müddət  ərzində istismarı ilə  əlaqədar və digər obyektiv səbəblərə görə texnoloji qurğular köhnəlmiş  və bu, 

ətraf mühitə mənfi təsir göstərir və həmin müəssisələrdə müasir standartların tələblərinə cavab verən neft və 

neft-kimya məhsullarının istehsalında bir sıra çətinliklər yaratmışdır. 

NQNK layihəsinin uğurla həyata keçirilməsi neft emalı zavodlarının, eləcə də onların fəaliyyəti ilə bağlı olan 

çoxsaylı istehsalat müəssisələrinin,  şəhərin müxtəlif hissələri və respublikanın regionları boyu səpələnmiş 

rezervuar təsərrüfatlarının, terminalların, boru kəmərlərinin, inzibati binaların və s. istismardan çıxarılmasına, 

o cümlədən "Azərikimya"nın köhnə müəssisələrinin fəaliyyətinin dayandırılması  və sökülməsinə imkan 

verəcək. Bu, Bakı və Sumqayıt şəhərlərinin ekoloji vəziyyətini yaxşılaşdıracaq, Bakı buxtasının dəniz hissəsini 

genişləndirəcək və yüzlərlə hektar istifadəsiz torpağın müasir istehsal obyektləri, biznes mərkəzləri, yaşayış 

yerləri, park zonaları, qida və sivil obyektlərin tikintisi üçün istifadə edilməsinə imkan verəcək. 




ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



 

 



NQNK-nın cari texnoloji sxemi ixrac boru kəmərləri üzrə tələblərin qarşılanması üçün ildə 12 milyard kub metr 

təbii qaz emal edəcək və neft-kimya kompleksində xammal qismində istifadə edilməsi üçün yüngül 

karbohidrogenlərin geniş fraksiyasının alınmasını  təmin edəcək Qaz Emalı Zavodunun (QEZ) tikintisini 

nəzərdə tutur. Yüngül karbohidrogenlərin geniş fraksiyasından ibarət xammal qarışıq xammallı buxar krekinqi 

(piroliz) qurğusunu, polipropilen və polietilen istehsal edəcək propilenin alınması sistemi və polimerləşmə 

qurğularını, həmçinin digər köməkçi texnoloji prosesləri özündə  cəmləşdirən Neft-Kimya Zavodunda (NKZ) 

emal edilir. Son olaraq, texnoloji sxemə ildə təxminən 8,5-9,0 milyon ton xam neft emal etmək imkanına malik 

Neft Emalı Zavodu (NEZ) daxildir. 

Layihədə həmçinin bütün obyektlər üçün lazım olan elektrik enerjisi istehsal edən Enerji Bloku və NQNK-nın 

buxar, sıxılmış hava, mineralsızlaşdırılmış su, içməli su, yanğın söndürmə məqsədləri üçün nəzərdə tutulmuş 

su, soyuducu suya və çirkab suların təmizlənməsinə olan daxili tələbatının qarşılanması üçün digər 

mərkəzləşdirilmiş ümumzavod təsərrüfat sistemlərinin quraşdırılması nəzərdə tutulmuşdur. 

NQNK-nın tikintisi çərçivəsində aşağıdakı növ işlərin yerinə yetirilməsi nəzərdə tutulur: 

 Torpağın qazıntısı, daşınması, düzləşdirilməsi, bərkidilməsi, yenidən doldurulması və s.; 

  Beton özül və bünövrələrin tikintisi; 

 Quyuların/lyukların tikintisi; 

 Boru 

və kabellərin quraşdırılması və sınaqdan keçirilməsi



 Polad 

konstruksiyaların, pilləkənlərin, platformaların, məhəccərlərin quraşdırılması; 

 Mexaniki 

avadanlıq və qurğuların quraşdırılması, sementlənməsi və sınaqdan keçirilməsi; 

 Elektrik 

avadanlığı və qurğularının quraşdırılması və sınaqdan keçirilməsi; 

 Boru 

və kabellərin qarşılıqlı  əlaqələndirilməsi, istiqamətləndirilməsi, o cümlədən birləşdirilməsi və 



qaynaq edilməsi; 

 Katod 


mühafizəsinin quraşdırılması; 

  Yığma və modul tikililərin tikintisi və quraşdırılması; 

 Suvaqlama, 

rəngləmə, daş və ya kirəmitlə örtmə kimi səth tamamlama işlərinin həyata keçirilməsi

 Yolların tikintisi, o cümlədən bitum aqreqatlarının qazıntısı, möhkəmləndirməsi, quraşdırılması və s; 

 Qazıntı, meyllilik, hamarlama, möhkəmləndirmə, drenaj qanovları  və s daxil olmaqla bütün ərazinin 

yekun olaraq düzləndirilməsi. 

Tikinti işlərinin həyata keçirilməsi üçün istifadə edilən sahə avadanlıqlarına beton qarışdırıcı, kranlar, 

traktorlar, qoşqular, ekskavatorlar, qaynaq aparatları, burğu aparatları, kuzovlu ekskavatorlar, bucurğadlar 

(ağırlıq qaldıran mexanizm), hava kompressorları, qarışdırma qurğuları, nasoslar, şpunt payalar, 

susuzlaşdırma avadanlığı aiddir. 

NQNK-da təqribən 2000 nəfər işləyəcək. Günümüzün tələblərinə cavab verən texnologiya səviyyəsini, istehsal 

proseslərinin avtomatlaşdırılması və kompüterləşdirilməsini nəzərə alsaq, söyləyə bilərik ki, NQNK-nın demək 

olar ki, bütün işçiləri xarici dil biliklərinə, müvafiq ixtisas və peşə sahələrində yüksək səviyyəli təhsilə, oxşar 

obyektlər üzrə Azərbaycandan kənarda təcrübəyə malik olan şəxslər olacaq.  

Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, gələcək personalın seçilməsi və onun təlimi üçün  ARDNŞ xüsusi 

planın yaradılması və təsdiqlənməsi üzərində işləməyi planlaşdırır. Analoji iş ölkədə mövcud olan imkanların 

nəzərə alınması ilə  həyata keçiriləcək. Beləliklə, ən vacib faktorlardan biri yüksək ixtisaslı mütəxəssislərdən 

təşkil edilmiş yeni personala təlimlərin keçirilməsi və  əhalinin məşğulluq strukturunu keyfiyyət baxımından 

yaxşılaşdıran yeni iş yerlərinin açılması olacaqdır. 



1.2.2 Layihənin həyata keçirildiyi yer 

NQNK-nın yerləşməsi üçün təxminən 1300 hektar sahəsi olan ərazi tələb olunur. NQNK üçün ərazinin 

seçilməsi zamanı bir neçə yanaşma nəzərdən keçirilmişdir: bütövlükdə NQNK-nın Bakı  şəhərinin Qaradağ 

rayonunda (bir hissəsinin Abşeron yarımadasında yerləşməsi şərti ilə) yerləşməsi və ayrı-ayrı müəssisələrin 

Sumqayıt şəhəri və Qaradağ rayonunda yerləşməsi. 



Yüklə 177,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə